27
3.
Azərbaycan
Respublikasının Dövlət Gerbinin
üzərindəki simvollar nəyi bildirir? – Qalxan və ulduz
sağanaqları Vətənimizin cənnət məskəni olmasını,
alov – odlar yurdunu, palıd yarpaqları – uzun
ömürlülüyün və möhkəmliyin, sünbül – bərəkət və
bolluğun rəmzidir. Simvollar “müharibə istəmirik,
lakin hər cür hücumdan müdafiə olunmağa hazırıq”
fikrini ifadə edir.
4.
Azərbaycanı 2 hissəyə bölən müqavilə hansıdır? –
Türkmənçay.
5.
Azərbaycan xalqının ana kitabı – “Kitabi-Dədə
Qorqud” dastanı nə vaxt yaranıb? – VII-IX əsrlərdə.
6. Azərbaycan
Milli
Qəhrəmanlarından
kimləri
tanıyırsınız?-
Çingiz
Mustafayev,
Allahverdi
Bağırov, Əlif Hacıyev, Vüqar Hüseynov, Məhərrəm
Seyidov, Əsəd Əhmədov, Şirin Mirzəyev, Fərid
Əhmədov, Mübariz İbrahimov və başqaları.
7.
Bu qəhrəmanlar haqqında yazılmış hansı kitablar
var? – İ.İbadoğlu “Sərkərdə”, A.Kərimli. “Zəngilan
şəhidləri”, S.Müslümqızı “Qar üstünə qan yağırdı”,
“Xocalı uşaqları-qan içində qar çiçəyi”, B.Səmədov,
S.Aslanov “Təki Vətən yaşasın”, M.Süleymanov
“Milli Qəhrəmanlar”, E.Elatlı ”Qisas gecəsi”,
”Cəhənnəmdən gələn səs”, G.Pənah “Qarabağ
dərdi”, M.Çəmənli “Mübariz” və s.
8.
Azərbaycan torpağının işğal olunmuş rayonları
hansılardır? – Xankəndi, Xocalı, Şuşa, Laçın,
Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl,
Füzuli, Qubadlı, Zəngilan.
9.
Qarabağ müharibəsi nə vaxt başlamışdır? – 1988-ci
ilin fevralında.
10.
Azərbaycanlılara qarşı ermənilər tərəfindən soyqırım
faciəsi nə vaxt törədilmişdir? – 1918-ci il 31 mart.
28
11.
Böyük Vətən müharibəsi illərində neçə nəfər Sovet
İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür? – 23
nəfər.
12.
Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseyzadədən bəhs
edən kinonun adı nədir? – “Uzaq sahillərdə”.
13.
“Sizi dünyalar qədər sevirəm” bədii filmi kimə həsr
olunub? – Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova.
14.
Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə
neçənci ildə qayıtmışdır? –
1993-cü il 3 oktyabr.
15.
“Əsgər marşı”nın musiqisi kimindir? – Cavanşir
Qulieyvin.
16.
“Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim” misralarının
müəllifi kimdir? – Xalq şairi Məmməd Arazın.
Sualların sayını artırmaq da olar. Sualları düzgün
cavablandıran
oxucular
müxtəlif
hədiyyələrlə
mükafatlandırıla bilər.
Uşaqlar gördüyü, eşitdiyi, müşahidə etdiyi hadisələri
müzakirə etməyə, ona öz münasibətini bildirməyə daha çox
cəhd edirlər. Kimin doğru, kimin səhv, kimin pis, kimin isə
yaxşı hərəkət etdiyini öyrənmək istəyirlər. Uşaqlar ictimai-
siyasi hadisələrə də etinasız yanaşa bilmir. Xoşbəxtlik,
qəhrəmanlıq, ədalət və s. haqqında mübahisə etməyə, fikrini
bildirməyə, öz sözünü deməyə çalışır. Bu məsələlərin
düzgün təhlil edilməsi və başa düşülməsində təşkil olunan
disputların böyük əhəmiyyəti vardır. “Kimə qəhrəman
deyirik” adlı disputun keçirilməsi daha məqsədəuyğun olar.
Disput kitabxanaçının qısa müsahibəsi ilə başlanmalıdır. O,
müzakirə ediləcək mövzunu oxuculara bildirməlidir. Daha
sonra oxucuların çıxışları başlanmalıdır. Belə tədbirlərdə
oxucular öz bilik dairələrini və təfəkkürlərini daha da
zənginləşdirə bilirlər. Tədbirin sonunda maraqlı çıxışla öz
29
obyektiv fikrini bildirən oxucu kitabxanaçı tərəfindən
mükafatlandırıla bilər.
Oxucular arasında hərbi vətənpərvərlik mövzusunda
“Azərbaycan gəncini necə görmək istərdim” inşa yazı
müsabiqəsi və yeniyetmələrin rəsm əsərləri sərgisi keçirmək
olar.
Milli
və
hərbi-vətənpərvərlik
mövzusunda
müsabiqələrin daha da genişlənməsi oxucuların marağını və
bu istiqamətdə biliklərini artırır.
Hərbi-vətənpərvərlik hissinin oxuculara aşılanması
üçün uşaq kitabxanalarında Milli Ordunun əsgər və zabitləri
ilə görüşlər keçirmək yaxşı olar. Görüşdə əsgər və zabitlər
uşaqlara göstərdikləri şücaətdən, azğın düşmənlə necə
vuruşduqlarından bəhs etməli, oxucular tərəfindən
vətənpərvərlik mövzusunda şeirlər söylənilməli, nəğmələr
oxunmalıdır.
Belə
görüşlərin
keçirilməsi
onlarda
Azərbaycan əsgəri olmaq və vətənin keşiyində dayanmaq
hissini bir daha gücləndirər.
Böyük yaşlı oxucuların yaş xüsusiyyətini və
zövqünü nəzərə alıb kitabxanada guşə təşkil etmək yerinə
düşər. Çünki guşə sərgiyə nisbətən geniş olur. Guşədə
kitabdan başqa qəzet və jurnal məqalələri, ədəbiyyat tövsiyə
siyahıları, mövzuya uyğun şəkillər nümayiş olunur. Guşənin
birinci hissəsini ulu öndər Heydər Əliyevə həsr etmək olar.
Çünki məktəblilərin vətənpərvərlik tərbiyəsində ən başlıca
yeri görkəmli şəxsiyyət, müdrik və aqil bir insan, xalqı
özünə böyük dayaq hesab edərək xalq üçün çox böyük işlər
görən, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi
sahəsində böyük xidmətləri olan ulu öndər Heydər Əliyevin
həyatı, fəaliyyəti və ömür yolunun mənalı səhifələrinin
vərəqlənməsi tutur. Bu aqil insanın simasında Vətənə
məhəbbətin, torpağa bağlılığın, vətənpərvərliyin gözəl
nümunələrini görən oxucuların hər biri bu böyük
şəxsiyyətdən əxlaqi keyfiyyətlər əxz edirlər. Oxucular
özlərini doğma vətəni Azərbaycanın layiqli vətəndaşı sayır,
Dostları ilə paylaş: |