20
Kiçik yaşlı uşaqlara isə vətənpərvərlik hissi bir neçə yolla
aşılanır. Kitabxanaçılar uşaqlarda doğma Vətənə, onun başı
qarlı dağlarına, bol-bəhrəli düzlərinə, min cür nemət yetirən
müqəddəs torpağına, durna gözlü bulaqlarına, ucu-bucağı
görünməyən meşələrinə məhəbbət hissi tərbiyə etmək işində
bədii
əsərlərdən, söhbətlərdən, musiqi əsərlərindən,
ekskursiyalardan, foto-albomlardan, rəsm müsabiqələrindən,
ucadan oxudan geniş istifadə etməlidir. Kiçik yaşlı oxucular
vətən haqqında bilgilərini ilk əvvəl ailədə, uşaq bağçasında,
sonra məktəbdə, daha sonra kitabxanalarda zənginləşdirirlər.
Bu məqsədlə hərbi-vətənpərvərlik tərbiyəsinə diqqətlə
yanaşmaq lazımdır. Uşaqları xalqımızın adət-ənənələri və
sərvətləri ilə tanış etmək, vətəni qorumağın hər bir kəsin
müqəddəs borcu olduğunu onlara aşılamaq lazımdır.
Məktəbəqədər
yaşlı
uşaqlarda
vətənpərvərlik
tərbiyəsini formalaşdırmaq üçün ilk əvvəl onlara Vətənin
gözəlliklərindən danışmalı, Vətənin təbiətini sevməyi
öyrətmək lazımdır. 3 yaşından başlayaraq uşaqlara Vətən
haqqında
şeirlər
əzbərlətməli,
nağıllar
oxunmalı,
qəhrəmanlardan danışılmalıdır. Uşaqların yaşlarını nəzərə
alıb sadə və qısa başlıqlı sərgilər tərtib etmək lazımdır.
Sərgilərə “Azərbaycan – Vətənim mənim”, “Azərbaycan
qəhrəmanlar
yurdudur”,
”Vətənpərvərlik
tərbiyəsi
ümummilli xilas yolumuzdur”, “Doğma yurda bağlılıq
Vətən sevgisindən qaynaqlanır”, “Biz Milli Ordumuzla fəxr
edirik” adı vermək olar. Uşaqlar üçün sərgi təşkil edərkən
yazıçı və şairlərimizin vətən haqqında yazdığı kitablardan
və eyni zamanda vətənə aid şeir parçalarından, milli
21
qəhrəmanlarımızın şəkillərindən istifadə oluna bilər.
Sərgilər hazır olduqdan sonra tədbirlər keçirmək olar.
Kiçik yaşlı uşaqlar üçün təşkil edilən tədbirlərin ən
maraqlısı səhərcikdir. Səhərciyin uşaqlar üçün əhəmiyyəti
böyükdür. “Vətən” (Abbas Səhhət), “Öz vətənimdir”
(Mirvarid Dilbazi), “Azərbaycan” (Səməd Vurğun), “Bir
parça torpaq” (Əli Səmədli), “Vətəni də sevirəm” (Rafiq
Yusifoğlu), “Ey anam, Azərbaycan” (Hikmət Ziya) və
“Qaranquş” (Xəlil Rza Ulutürk) şeirləri üzrə səhərciyin və
ucadan oxunun hazırlanması daha yaxşı olar.
Əli Səmədlinin “Bir parça torpaq” hekayəsi üzrə
hazırlanmış səhərcik məktəb yaşlı oxucular üçün daha
maraqlı olar. Kitabxanaçı əvvəlcə hekayəni oxucuların
mütaliəsinə verməli, sonra sinif rəhbərlərinin köməyi ilə
tədbiri birgə həyata keçirməlidir.Yaxşı olar ki səhərcik
kitabxananın nağıl otağında keçirilsin. Səhərcik aşağıdakı
kimi hazırlana bilər. Səhnə hekayəyə uyğun dekorasiyalarla
bəzədilir.Uşaqlar hekayənin qəhrəmanlarının libasında
səhnəyə daxil olurlar.
Kitabxanaçı:
Bir gün düşmən öz pis niyyəti ilə
kəsdirdi qapını. Mahalın igidləri
silaha sarılıb atıldılar at üstünə. Böyük
ata səbr edin görək, igidlərim, dedi.
İgidlər dayandı. Düşmən elçiləri gəlib
çıxdı.
Böyük ata:
Xaqanınız nə istəyir?
Elçi:
Ulu Xaqanımız xərac istəyir.
Kitabxanaçı: İgidlər hiddətləndi bu sözlərdən. Böyük ata
sakitləşdirdi onları.
Böyük ata:
Verin, igidlərim, təki dava olmasın.
Kitabxanaçı: Elci yenə gəldi.
Böyük ata:
İndi tələbiniz nədir?
22
Elçi:
Ulu Xaqanımız sizin şəxsi döyüş
atınızı istəyir.
Kitabxanaçı:
İgidlər bu sözləri eşitdikdən sonra
“biz dava istəyirik” bağırdılar.
Böyük ata:
Verin,
igidlərim,
təki
qan-qada
olmasın.
Kitabxanaçı: Elci yenə gəldi.
Böyük ata:
Daha nə istəyirsiniz?
Elçi:
Ulu Xaqanımız sizin yeganə oğlunuzu
özünə nökər etmək istəyir.
Kitabxanaçı: İgidlər
yenə
qışqırdılar.
Böyük
ata
sakitləşdirdi onları.
Böyük ata:
Verin, bu davada öləcək igidlərimiz
mənim bir oğlumdan heç də artıq
deyil.
Kitabxanaçı:
Böyük ata sevindi ki, bununla qan-
qada sovuşub getdi, amma belə
olmadı. Elçilər yenidən gəldi.
Böyük ata:
İndi nə istəyirsiniz?
Elçi:
Ulu Xaqanımız mahalınızdan məskən
salmaq üçün bir parça torpaq istəyir.
Böyük ata:
Ən böyük sərvət bir parça torpaqdır,
böyük qeyrətdir bir parça torpaq.
Haydı, mənim igidlərim! Düşmən
həddini aşdı! Ona aman verməyin! At
mənim idi verdim, oğul mənim idi
verdim, torpaq isə xalqındır. Onun bir
qarışını belə verə bilmərəm!
Kitabxanaçı:
İgidlər Böyük atanın sözündən sonra
atlandılar at belinə. Dava başladı, nə
başladı. Qılınclardan şimşək qopdu.
Analar, bacılar da kişi paltarı geyib,
qılınc götürüb döyüşə yollandılar.
23
Bircə günün içində düşməni məğlub
etdilər.
Səhərciyə yekun vurduqdan sonra kitabxanaçı
uşaqlara beləcə torpağı qorumağı, sevməyi tövsiyə
etməlidir. Həmçinin vətənpərvərlik mövzusunda “Nağıl
otağı”nda təşkil edilən ucadan oxu kiçik yaşlıların sevimli
tədbirlərindəndir. Mirvarid Dilbazinin “Azərbaycanım ”
şeirinin ucadan oxusunu keçirmək onlar üçün maraqlı olar:
Torpağı – türbət,
Suları - şərbət ,
Günəşi – məlhəm,
Ayrılığı – qəm
Azərbaycanım!
Aranı, dağı,
Tərlan oylağı,
Könlüm çırağı,
Qızılgül bağı
Azərbaycanım!
Ana nəfəsim,
Qaranquş səslim,
Ellim, obalım,
Dağlar havalım
Azərbaycanım.
Qızları dilbər,
Qğulları ər,
Odum, ocağım,
Ana qucağım,
Qalsam həyatım,
Ölsəm torpağım
Azərbaycanım!
Vətənpərvərliklə bağlı uşaq kitabxanalarının “Nağıl
otağı”nda mənəvi abidəmiz olan, 1300 ildən də çox qədim
bir tarixə malik olan “Kitabi-Dədə Qorqud” dastanının
təbliği mövzusunda məktəblilərlə söhbət təşkil etmək olar.
Dostları ilə paylaş: |