Uşaq Kitabxanası



Yüklə 383,49 Kb.
Pdf görüntüsü
səhifə3/15
tarix04.11.2017
ölçüsü383,49 Kb.
#8408
1   2   3   4   5   6   7   8   9   ...   15

 

üçün  çox  böyük  imkanları  vardır.  Gənclərdə  hərbi-



vətənpərvərlik  tərbiyəsini  o  zaman  daha  yaxşı  aşılamaq 

mümkündür  ki,  orta  məktəbin  X-XI  siniflərində  oxuyan 

şagirdlərə  və  alı  məktəbdə  təhsil  alan  tələbə-gənclərə  ayrı-

ayrı  fənləri  və  ixtisas  kurslarını  tədris  edərkən  hərbi 

məzmunlu  biliklər  də  verilsin.  Keçmiş  Sovetlər  birliyi 

dövründə  mövcud  dərsliklərdə,  dərs  vəsaitlərində  və 

metodik  ədəbiyyatda  hərbivətənpərvərlik  hissləri  aşılayan 

məlumatlar  və  hərbi  məzmunlu  biliklər  məxfilik  üzündən 

verilmirdi.  Əslində  bu  şüurlu  surətdə  edilirdi  ki,  gənclər 

vətənpərvərlik  duyğularından  məhrum  olsunlar,  vətənin 

müdafiəsi  üçün  lazımi  bilikləri  almasınlar.  Artıq  bu  gün 

müstəqil  Respublikamızın  inkişafı  ilk  növbədə  böyüyən 

nəslin  təlim-tərbiyə  işinin  düzgün  təşkilindən,  vətəndaşlıq 

hazırlığından  asılıdır.  Uşaqların  bir  vətəndaş  kimi 

böyüməsində  ailənin,  cəmiyyətin-ümumilikdə  mühitin  rolu 

böyükdür.  Uşaqlar  bir  insan  kimi,  vətəndaş  kimi  ilk 

tərbiyəni  ailədən  alır.  Burada  onlar 

əxlaqi-mənəvi 

keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış 

qaydalarını,  bədii-estetik  duyumu  və  s.  kimi  keyfiyyətləri 

qazanır.  Tərbiyənin  əsas  məqsədi  kamil  şəxsiyyət-insan-

vətəndaş  yetişdirməkdir.  Vətəndaş  tərbiyə  etmək-mənsub 

olduğu  dövlətin  inkişafına  çalışan,  mənafeyini  gözləyən, 

onun  təhlükəsizliyi  üçün  məsuliyyət  daşıyan,  dövlətin  cari 

və  perespektiv  işlərində  iştirak  edən,  insan  yetişdirmək 

deməkdir. İnsan fərd kimi doğulub, vətəndaş kimi fəaliyyət 

göstərərək  tərbiyə-təhsil  prosesində,  əmək  prosesində 

vətəndaş  hazırlığı  keçir.  Əsl  vətəndaş  dedikdə,  bilavasitə 

vətənə,  dövlətə  gərəkli  fəaliyyəti  ilə  xidmət  edən,  böyük 

mənəvi  keyfiyyətlərə  malik  olan  insan  nəzərdə  tutulur. 

Vətəndaşlıq  tərbiyəsinin  mənbəyi  ailədir.  Təcrübə  göstərir 

ki,  ailədə  vətəndaşlıq  tərbiyəsi  yalnız  özbaşına  axınla 

korkoranə  deyil,  planlı,  sistemli,  məqsədli  şəkildə  təşkil 

olunmalıdır. Uşaqların vətəndaşlıq tərbiyəsi dedikdə, yüksək 




 

əxlaqi,  mənəvi  keyfiyyətlərə  yiyələnmə  və  şəxsiyyət  kimi 



yetişməsi  nəzərdə  tutulur.  Onlar  davranış  qaydalarını, 

nizam-intizamı, 

savadlı  olmağı,  vətəninin  tarixini, 

coğrafiyasını, mədəniyyətini, milli adət- ənənələrini bilməlı, 

vətəni  sevməlıdirlər.  Bu  sahədə  biz  kitabxanaçıların  da 

üzərinə çox böyük məsuliyyət düşür. Uşaq kitabxanalarında 

çalışan  kadrlar  olaraq  hər  birimiz  anlamalıyıq  ki,  uşaqlar 

ideyaca  savadlı  olmalı,  işə  şüurlu  yanaşmalı,  məsuliyyətli, 

vicdanlı,  mübariz  olmalı,  pis  niyyətlə,  əliəyriliklərlə 

barışmamalıdır.  Mənəviyyat  tərbiyəsini  qiymətləndirmək 

üçün  uşaqlarda  yaxşını  pisdən  ayırmaq,  həqiqətə,  ədalətə, 

insanlara-böyüklərə,  ailə  üzvlərinə  hörmət  etmək  kimi 

insani 

keyfiyyətlər 



aşılanmalıdır.  Onların  davranış 

xüsusiyyətlərini  uyğun  qiymətləndirməli,  yaxşı  davranış  və 

qarşılıqlı 

əlaqə 


təmin 

olunmalıdır. 

Azərbaycan 

Respublikasında  hüquqi,  demokratik  dövlət  quruculuğu 

inkişaf  etdikcə  vətənpərvərlik  tərbiyəsinə,  o  cümlədən 

böyüməkdə  olan  nəslin  hərbivətənpərvərlik  tərbiyəsinə 

xüsusi diqqət  yetirilməlidir. Böyük Atatürk deyirdi  ki,  sülh 

istəyən xalq hərbə hazır olmalıdır. Bu çox dəyərli kəlamdır. 

Azərbaycan  xalqı  müharibəni  arzulamır,  həmişə  sülhün, 

əmin-amanlığın  tərəfdarı  olmuşdur.  Hərbi  –  vətənpərvərlik 

tərbiyəsini  sadəcə  olaraq  quru  sözlərlə,  nəsihətlərlə  də 

məhdudlaşdırmaq  olmaz.  Müstəqil  Azərbaycan  dövlətinin 

qorunub  saxlanılması,  onun  tərəqqisi  naminə  gələcəyin 

qurucuları olan bügünkü nəslin əsl vətəndaş kimi yetişməsi 

üçün,  biz  kitabxanaçılar  xalqımızın  tarixi  keçmişini 

mükəmməl 

öyrənməyə 

səy 


göstərən 

məktəbliləri 

torpaqlarımızın  bütövlüyü  və  toxunulmazlığı,  azadlığı  və 

müstəqilliyi  yolunda  qəhrəmancasına  həlak  olmuş 

şəhidlərimizin həyat və döyüş yollarını əks etdirən kitablarla 

tanış etməli, öz şərəfli ölümləri ilə ölümsüzlük zirvəsini fəth 

etmiş oğullarımızın qısa, lakin mənalı həyat yolları haqqında 

ətraflı məlumat verməliyik.  




10 

 

II.Vətənpərvərlik tərbiyəsi ilə bağlı keçiriləcək tədbirlər. 



 

İnsana məxsus yüksək mənəvi keyfiyyətlər sırasında 

vətənpərvərlik  hissi  mühüm  yer  tutur.  Bu  müqəddəs  hissin 

lap  kiçik  yaşlardan  tərbiyə  edilməsi  böyük  əhəmiyyət  kəsb 

edir.  Bu  sahədə  məqsədəuyğun  müvəffəqiyyət  əldə  etmək 

üçün bağçalarla, məktəblərlə yanaşı kitabxana da hər şeydən 

əvvəl  öz  işini  düzgün  planlaşdırmalı,  il  ərzində  görəcəyi 

işləri  müəyyənləşdirməlidir.  Burada  tədbirlər  arasında 

yaradılacaq 

əlaqə 


nəzərə 

alınmalı, 

işin 

təşkili 


əsaslandırılmalıdır.  Uşaqların  vətənpərvərlik  tərbiyəsinin 

kitabxanalarda  təbliği  oxucularla  aparılacaq  söhbətlər, 

keçiriləcək tədbirlər planlaşdırılmalıdır. Kitabxanada söhbət

biblioqrafik  xülasə,  oxucu  konfransı,  ədəbi-bədii  gecə 

keçirmək  olar.  Bu  gün  kitabxana  hərbi-vətənpərvərlik 

anlayışını oxuculara necə çatdırmalıdır. İlk növbədə uşaq və 

yeniyetmələrdə  müharibə  ilə  bağlı  təsəvvür  yaratmaq 

məqsədilə  kitabxanada  sərgi  təşkil  olunmalıdır.  Sərgidə 

kitab,  qəzet  və  jurnal  məqalələri  ilə  yanaşı  hərbi-

vətənpərvərlik  mövzusuna  həsr  olunmuş  şəkillər  və  foto 

şəkillər də nümayiş oluna bilər. Sərginin yanında ədəbiyyat 

siyahısı  və  kartoteka  qutusu  qoymaq  olar.  Sərgi  aşağıdakı 

başlıqlar altında təşkil oluna bilər: “Vətənpərvərlik tərbiyəsi 

ümummilli  xilas 

yolumuzdur”, 

“Tariximizin 

şanlı 

səhifələri”, “Heç kim və heç nə unudulmur”, “Qəhrəmanlıq 



zirvəsinə ucalanlar”, “Vətən bizi çağırır”, “Vətənpərvərlik 

ən  ülvi  bir  hissdir”  və  s.  Sərgidə  görkəmli  şəxsiyyətlərin 

vətənpərvərlik  haqqında  söylədikləri  fikirlərdən,  sitatlardan 

istifadə etmək sərgini daha da məzmunlu və dolğun edər. 

 



Yüklə 383,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə