24
Vətənpərvərlik tərbiyəsinin əsas amili olan bu dastan
kökünə sadiqlik, milli adət-ənənələrimizə hörmət kimi
hisslər tərbiyələndirməkdə başlıca rol oynayır. Salur Qazan,
Beyrək, Qaraca Çoban kimi qəhrəmanlarımızın simasında
qeyrət, cəsarət simvollarına çevrilmiş oğullardan nümunə
götürən yeniyetmələrimiz milli köklərimizə bağlılıq ruhunda
tərbiyə olunurlar. “Kitabi-Dədə Qorqud” dastanındakı
“Basatın Təpəgözü öldürdüyü boy” hər birimizə tanışdır.
Kitabxanaçı bu boyu aşağı sinif məktəblilər arasında təbliğ
edərkən Basatın vətənpərvərliyini, doğma yurda, elinə,
obasına sönməz sevgisini, qorxunc yağı qarşısında
əyilməzliyini və cəsarətini ön plana çəkməlidir. Kifayət
qədər şan-şöhrət sahibi olan Basat Təpəgözün üstünə bəlkə
getməyə də bilərdi. Ancaq ana yurda məhəbbət, amansız
düşmənin qəddarlığı, Oğuz elinin üstünü alan təhlükə onu
bu nəhənglə ölüm-dirim mübarizəsinə sövq edir. Ata-anası
ağlayıb sızlasa da Basat öz yolundan dönmür. Hətta Oğuz
elinin bəylərbəyi Qazan xan da Təpəgözlə savaşın çox
qorxulu olduğunu Basata anlatmağa, onu bu yoldan
döndərməyə çalışır.
Böyük nəhəng oldu Təpəgöz,
Göydə çevirdim yıxa,
bilmədim Basat!
Böyük qaplan oldu Təpəgöz,
Uca dağlarda fırlandıq, yıxa,
bilmədim, Basat!
Ağsaqqallı atanı ağlatma!
Ağbirçəkli ananı zarıldatma!
Bu sözlərdən real təhlükənin nə qədər qorxulu
olduğu anlaşılır. Çünki bütün oğuz elinin dövləti, “ümmət
soyunun aslanı, qalmış yigit arxası” kimi tanınan Qazan xan
belə Təpəgözün qarşısında acizliyini bildirir. Kitabxanaçı
nağıl otağında uşaqların diqqətini misralara cəlb edərək,
Basatın nə qədər cəsarətli və təhlükəli bir addım atdığını,
25
fəqət bu addımın nəcib bir məqsədlə - xalq, doğma yurd və
onun övladları naminə atıldığını qeyd etməli, gənc nəslə
vətənpərvərlik tərbiyəsi aşılamalıdır.
Vətənpərvərlik tərbiyəsinin ən mühüm amillərindən
biri doğma ana dilimizi gələcəyin vətəndaşlarına
sevdirməkdən ibarətdir. Xalqımızın folklorla yoğrulmuş
təfəkkür süzgəcindən keçərək cilalanan və bu gün
milyonlarla azərbaycanlının mənəvi sərvətinə çevrilən
doğma dilimiz haqqında ulu öndərimizin bir kəlamında
deyilir: “Öz ana dilini bilməyən adamlar şikəst adamlardır”.
Bunu nəzərə alaraq kitabxanaçı uşaqlarla dilimiz haqqında
söhbətlər aparmalı, onlara ana dilimizi bütün dillərdən üstün
tutmağı öyrətməlidir.
Məktəbli oxucular yetkinlik astanasında olarkən hər
bir addımını fikirləşir, onu əhatə edən mühitin, həyat
hadisələrinin təsirinə qapılırlar. Onlar daha çox bədii
ədəbiyyat oxuyur, öz ideallarını ədəbiyyatda axtarırlar.
Onların marağını nəzərə alıb kitabxanaçılar onlara Babək,
Cavanşir, Koroğlu, Nəbi, Həzi Aslanov, Mehdi Hüseynzadə,
Hüseynbala Əliyev, Çingiz Mustafayev, Salatın Əsgərova,
Əlif Hacıyev, Fərid Əhmədov, Mübariz İbrahimov və digər
qəhrəmanların həyatından, keçdikləri döyüş və mübarizə
yollarından, qəhrəmanlar haqqında çoxlu kitabların
yaranmasından bəhs etməli, hərbi vətənpərvərliyə aid
kitabların oxunmasını tövsiyə etməlidir ki, onlar Vətənə
sədaqət ruhunda böyüsünlər, Vətən, xalq uğrunda çalışmağı
ən ümdə vəzifə hesab etsinlər. Oxucular belə kitabları
oxuduqda
igidlik,
qəhrəmanlıq
haqqında
geniş
məlumatlanacaq, Vətənə daha da sadiq olacaqlar. Eyni
zamanda onlarda nəcib əxlaqi keyfiyyətlər yaranacaqdır.
Vətən yolunda qəhrəmanlıq göstərmək ideyası onları həmişə
düşündürəcəkdir. Kitabxanada hərbi-vətənpərvərliyə aid
kitabları oxuculara tövsiyə etmək üçün “Əziz oxucular!
26
Sizin üçün hərbi vətənpərvərlik kitablar həftəsi” başlığı
altında sərgi və müsabiqə keçirmək olar. “Hərbi
vətənpərvərlik kitablar həftəsi” ən azı bir həftə davam
etməli və həftə ərzində sərgidə nümayiş olunan kitablar
oxuculara mütaliə üçün verilməlidir. Həftənin sonunda ən
çox mütaliə edən oxucu kitabxana müdiriyyəti tərəfindən
“Əsl vətənpərvər oxucu” diplomu ilə mükafatlandırıla
bilər.
Kitabxanada uşaqların hərbi vətənpərvərlik ruhunda
tərbiyə edilməsində söhbət ən təsirli vasitələrdəndir.
Kitabxanaçı gündəlik iş prosesində bu tədbirdən geniş
istifadə etməlidir. Söhbət elə qurulmalıdır ki, oxuculara təsir
etsin, onları həyəcanlandırsın. Uşaqlar müharibənin
dəhşətlərini gözləri qarşısında canlandıra bilsinlər. Məsələn,
Sevinc Nuruqızının “Qisas” povesti Dağlıq Qarabağ
müharibəsinin dəhşətlərini gözləriylə görmüş, ermənilər
tərəfindən min cür işgəncələrə dözən ana və balanın
taleyindən söhbət açır. “Qisas” povestindən söhbət
apararkən kitabxanaçı obrazı elə təsvir etməlidir ki, o
oxucunun gözləri qarşısında cərəyan etsin, qəhrəmanın
daxili aləmi ilə yaşasın. Yuxarıda qeyd etdiyimiz kitabın
müzakirəsini keçirmək daha yaxşı nəticə verər. Kitab
oxucular arasında müzakirə obyektinə çevriləcək, kitabın
oxucular arasında təbliği genişlənəcəkdir.
Viktorinaların təşkili orta və böyük yaş qrup
oxucular üçün daha yaxşı olar. Viktorinanın suallarını
təqdim edirik:
1.
Azərbaycan Respublikasının ərazisi neçə kv km-dir?
– 80, 600 kv.km.
2.
Azərbaycan Respublikaslnın Dövlət Bayrağının
üzərindəki rənglər nəyin simvoludur? – Mavi-
türkçülüyün, qırmızı- müasirlik və demokratiyanın,
yaşıl- islamın.
Dostları ilə paylaş: |