13
Sərgidə görkəmli şəxsiyyətlərin vətənpərvərlik haqqında
söylədiyi kəlamlardan, atalar sözlərindən istifadə edilir.
1.Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik,
Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə
hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və
təbliğ etməkdir.
2.Azərbaycanın
dövlət müstəqilliyi tarixi hadisədir,
Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın
dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz
dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim
qoruyub saxlamaqdır. Bizim vəzifəmiz bu müstəqilliyi
möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil,
qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir.
Ümummilli lider Heydər Əliyev
2.Dağlıq Qarabağ bizim torpağımızdır, tarixi Azərbaycan
torpağıdır və biz onu istənilən yolla, istənilən vasitə ilə
işğaldan azad etməliyik. Ona görə də iqtisadiyyat daha da
inkişaf etməli, daha güclü ordu yaranmalı, gənclərimiz hərbi
vətənpərvərlik ruhunda daha yüksək dərəcədə tərbiyə
olunmalıdırlar".
İham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
3.Əsil yüksək əxlaqlı, xeyirxah adam yalnız o adam hesab
edilə bilər ki, o, özünün bütün hərəkət və davranışlarını əsil
vətənpərvərliklə uyğunlaşdırsın.
Azərbaycan dramaturgiyasının banisi. M.F.Axundzadə
4.Vətənin qədrini o kimsə bilər ki, vətən ilə onun ruhən
rabitəsi olsun, vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün.
İctimai-siyasi xadim,yazıçı N.Nərimanov
14
5.Namuslu insan olmaq istəyirsənsə, ömrünün mənasını
vətənə xidmətdə gör.
Rus dramaturqu D.İ.Fonvizin
6.Özünü vətəndaş zənn edən bir kəs Vətənin dərdinə yad
qala bilməz!
Rus şairi N. A. Nekrasov
7.Həqiqi namuslu insan ailəsini özündən, vətənini
ailəsindən, insanlığı isə Vətənindən uca tutmalıdır.
Fransız riyaziyyatçısı J. L. Dalamber
8.Vətən uğrunda ölüm həyatın davamıdır.
Qazax şairi Cambul Cabayev
9.Vətənin böyüklüyü onun siravi vətəndaşlarının böyüklüyü
ilə müəyyən olunur.
10.Vətənpərvərlik - ən dərin hörmətə layiq gözəl bir
keyfiyyətdir.
11.Vətəni olmayan insan nəğmə oxuya bilməyən bülbül
kimidir.
12.İnsanın ləyaqəti onun vətənpərvərliyinin gücü ilə ölçülür.
Müasir dövrümüzdə uşaq kitabxanalarının qarşısında duran
əsas vəzifələrdən biri də gənc nəslə vətənpərvərlik hissləri
aşılamaqdır. Bu baxımdan uşaq kitabxanalarında oxucularla
aparılan fərdi söhbətlərin əhəmiyyəti böyükdür. Kiçik və
orta yaş oxucular arasında müharibə mövzusunda icmallar,
söhbətlər aparmaq yerinə düşər. Söhbət apararkən
oxucuların yaş xüsusiyyətinə və dil sadəliyinə diqqət
yetirilməlidir. Azərbacan ədəbiyyatında müharibə mövzusu
ilə bağlı yazıçı və şairlərimizin gözəl əsərlərindən istifadə
15
edərək söhbət zamanı oxucuya məlumat vermək olar.
Məsələn: S. Nuruqızının “Qisas”, Ə. Quluzadənin “Qadan
mənə
Qarabağ”,
E.Elatlının
“Qisas
gecəsi”,
S.
Müslümqızının “Onlar heç vaxt böyüməyəcək”, G.
İbrahimovanın “Evin kişisi”, Ə. Cəmilin “Can nənə bir
nağıl de...” şeiri, Ə. Məmmədxanlının “Buz heykəl”, T.
Hüseynovun “Qolsuz kukla”, Ə. Hacızadənin “İki əsgər”
hekayələrini oxumağı uşaqlara təbliğ etmək məqsədilə
kitabların icmalını keçirmək lazımdır. Orta yaş qrup
oxucular arsında “Müharibə uşaqların gözü ilə” mövzusunda
rəsm müsabiqəsi keçirmək olar: Müsabiqə keçirilməzdən
əvvəl
kitabxanaçı
oxucuları
mövzu
haqqında
məlumatlandırmalı, uşaqlara şərait yaratmalıdır ki, onlar öz
düşüncələrini çəkdikləri şəkillərdə əks etdirə bilsinlər.
Müsabiqə uşaqlar arasında demokratik səsvermə yolu ilə
keçirilir. Rəsm işləri əvvəlcədən nömrələnir, kitabxananın
oxu zalında divardan və yaxud rəsm sərgisi üçün nəzərdə
tutulan guşədə öz əksini tapır. Müsabiqə günü təyin olunur
və elan kitabxananın girəcəyində asılır. Tədbirdə oxucular
bəyəndikləri işlərin nömrəsinə uyğun olaraq 1, 2, 3-cü
yerlərin qaliblərinə səs verirlər. Ən çox səs toplayan
iştirakçılar –müsabiqənin qalibləri tutuduqları yerə görə
kitabxana
rəhbərliyi
tərəfindən
hədiyyələrlə
mükafatlandırılırlar. Bundan başqa kitabxanada orta və
böyük yaş qrup oxucular üçün Milli qəhrəmanlarımızla,
müharibə veteranları ilə görüş təşkil etmək daha maraqlı
olar. Çünki uşaqlar görüşdə müharibənin canlı şahidləri ilə
yaxından tanış olar, kitablardan oxuduqları, filmlərdən
gördükləri hadisələri bir daha onların dilindən eşidərlər.
Kitabxanaçı görüşə dəvət olunan veteranlarla əvvəlcədən
görüşüb vaxtı müəyyənləşdirməlidir. Qeyd etmək lazımdır
ki, görüş keçiriləcək yerdə sərginin təşkili olduqca zəruridir.
Həmçinin yaxşı olardı ki, sərgidə görüşə dəvət olunan
veteranlar haqqında məqalələr nümayiş olunsun. Aparıcı