Uşaq və GƏncləRİn kitabxana-informasiYA


I fəsil. Uşaq kitabxanalarında oxucuların



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə4/83
tarix21.06.2018
ölçüsü1,97 Mb.
#50119
1   2   3   4   5   6   7   8   9   ...   83

I fəsil. Uşaq kitabxanalarında oxucuların  

kitabxana-informasiya təminatı 

 

Müasir  cəmiyyətdə  uşaq  və  gənclərin 



kitabxana-informasiya  təminatı  onların  intellektual 

səviyyəsinin  yüksəldilməsinə  təsir  edən  əsas 

amillərdən biridir. Hazırda uşaq və gənclərə xidmət 

edən  kitabxanalarda  bu  prosesin  icrası  prioritet 

məsəllərdən 

biri 


kimi 

xüsusilə  səciyyələnir. 

Məlumdur  ki,  kitab  ənənəvi  informasiya  vasitəsi 

olaraq  bütün  zamanlarda  öz  aktuallığını  qoruyub 

saxlayıb. Amma bəzən onların illərlə saxlanılması , 

nəsildən-  nəslə  ötürülməsində  problemlər  yaranır. 

Bu  problemi  aradan  qaldırmaq  üçün    texnoloji 

baxımdan daha yaxşı inkişaf etmiş ölkələr zamanın 

tələbinə  uyğun  olaraq    lazımi  tədbirlər  görüb.  Elə 

bunun  nəticəsidir  ki,  indi  dünyada  ənənəvi 

kitabxanalarla  yanaşı    elektron  kitabxanalar  da 

mövcuddur.  Çünki  müasir  kitabxanalarda    elektron 

resursların  yaradılmasına  böyük  tələbat  var. 

İstifadəçi,  əsasən    öz  maraq  dairəsinə  uyğun 

müxtəlif  sahələr  üzrə  mükəmməl,  zəngin  elektron 

resursların  yaradılması  və  onun  mütəmadi  olaraq 

yeni  məlumatlarla    yeniləşdirilməsi  ilə  zəruridir. 



Təbii ki, belə bir işi  internet və texniki  vasitələrin 

köməyindən    istifadə  etməklə  həyata  keçirmək 

mümkündür. 

Bu  gün  respublikamızda  geniş  kitabxana-

informasiya    şəbəkəsinə  malik  olan    kitabxanalar 

mövcuddur.  Ölkədə  kitabxanaların  fəaliyyətinin  

yaxşılaşdırılması,  onların  maddi-texniki  bazasının 

möhkəmləndirilməsi,  müasir  tələblərə  cavab  verən 

texnologiya  və  proqram  təminatı  ilə,  Azərbaycan 

kitabxanalarının dünya informasiya  məkanına daxil 

olmasının  təmin  edilməsi  ilə  əlaqədar  Azərbaycan 

Respublikasının  Prezidenti  İlham  Əliyev  20  aprel 

2007-ci  il  tarixli  "Azərbaycanda  kitabxanaların 

fəaliyyətinin  yaxşılaşdırılması  haqqında"  Sərəncam 

imzalanmışdır. 

Sərəncam 

Azərbaycan 

Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və  

Azərbaycan  Respublikasının  Rabitə  və  İnformasiya 

Texnologiyaları  Nazirliyinin  birgə  işi  sayəsində 

həyata  keçirilir.  Belə  ki,  sərəncama  əsasən 

kitabxanalar  modernləşməli,  müasir  informasiya 

texnologiyaları  ilə  təmin  edilməli,  Azərbaycan 

regionlarında  fəaliyyət  göstərən  kitabxanalar  təmir 

olunmalı,  ölkənin  iri  kitabxanalarının  elektron 

kataloqu 

və 

elektron  kitabxanasının  müasir 



standartlar  səviyyəsinə  qaldırılmalı  və  onun 


bazasında  "Azərbaycan  ədəbiyyatının  virtual 

kitabxanası"  nın  oxucuların  tam  istifadəsinə 

verilməsini təmin etməlidir. 

Hörmətli  prezident  İlham  Əliyevin  bu 

sərəncamını  əsas  tutaraq,  uşaq  kitabxanalarına 

kömək  məqsədi  ilə  "Uşaq  kitabxanalarında 

informasiya 

texnologiyalarının 

tətbiqi 

və 


multimedia 

zalının 


təşkili" 

adlı 


vəsait 

hazırlanmışdır. 

Vəsait 

informasiya 



texnologiyalarının    tətbiqini,  multimedia  zalının 

təşkilini  əsas    götürməklə,  ölkə  kitabxanalarının  öz 

işlərini  bu    istiqamətdə  görməsinə    kömək 

göstərmək  və  onları  düzgün  istiqamətləndirmək 

məqsədi daşıyır. 

Ölkəmiz  qədim  dövrlərdən  başlayaraq  milli-

mənəvi  sərvətləri,  xüsusilə  kitab  mədəniyyəti  ilə 

seçilmiş  və  zəngin  kitabxanaları  ilə  tanınmışdır. 

Belə  kitabxanalardan  biri  də  respublikada  uşaq 

kitabxanaları  üzrə  elmi  metodik  mərkəz  sayılan 

F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanasıdır. 

F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanası 

müstəqillik  illərində  Azərbaycan  mədəniyyətinin 

inkişafı  və  mədəni  sərvətlərimizin  mühafizə 

olunaraq  gələcək  nəsillərə  çatdırılması,  dünya 

kitabxanaları  səviyyəsinə  qalxması  istiqamətində 




mühüm 

addımlar 

atmış 

mədəniyyət 



müəssisələrindəndir.  Belə  ki,  bir  çox  dünya 

kitabxanaları  ilə  əlaqədar  yaradılmış,  onların  iş 

təcrübələrindən  istifadə  etməklə  uşaqlara  kitabxana 

xidmətində  ən  müasir  metod  və  formalar  tətbiq 

olunmuşdur.  F.Köçərli  adına    Respublika  Uşaq 

Kitabxanası  1965-ci  il  yanvarın  1-də  Mədəniyyət 

Nazirliyinin  qərarı  ilə  M.Qorki  adına  kitabxananın 

fondu əsasında yaradılmışdır. EMŞ-si  respublikada 

uşaqlara  xidmət  edən  kitabxanalar  üçün    elmi-

metodik  mərkəzdir.  Kitabxana  artıq  50  ildir 

fəaliyyət  göstərir.  Kitabxanaın  fondunda  270000-

dən  çox  kitab  var.  Hazırda  kitabxanada  9  şöbə,  5 

bölmə, 2 filial fəaliyyət göstərir. 12 sentyabr 1967-

ci  ildən    Azərbaycan  Respublikası  Mərkəzi 

Komitəsinin  25  saylı  sərəncamına    əsasən    uşaq 

ədəbiyyatının    inkişafında  mühüm  xidmətləri  olan, 

Azərbaycan  ədəbi  dilinin    saflığı  uğrunda  daim 

mübarizə  aparmış  Azərbaycan  ədəbiyyatşünası, 

pedaqoq, maarifpərvər, uşaq folklor antologiyasının 

banisi Firidun bəy Köçərlinin adını daşıyır. 1965-ci 

ildə  Respublika  Uşaq  kitabxanasının  yaradılması 

uşaqlara  kitabxana  xidmətinin    və  onun  metodik  

təminat  sisteminin    formalaşmasında  irəliyə  atılmış 

ciddi    addım  oldu.  Belə  ki,  görkəmli  alim  və 




Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə