Uşaq və GƏncləRİn kitabxana-informasiYA



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə70/83
tarix21.06.2018
ölçüsü1,97 Mb.
#50119
1   ...   66   67   68   69   70   71   72   73   ...   83

informasiyalaşdırılması şöbəsində ümumillikdə 85090 

ədəbiyyat,  onlardan  təbiət  və  kənd  təsərrüfatı  elmləri 

üzrə  kitab  verilişi  15780,  sosial-siyasi,  humanitar  və 

iqtisadiyyat  elmlərinə  dair  24190,  dilçilik  və 

filologiyaya dair 30311, fəlsəfəyə aid 14559, məlumat 

ədəbiyyatı  və  ensiklopediyalar  üzrə  oxuculara  250 

kitab  verilmişdir.Beynəlxalq  əlaqələr  və  beynəlxalq 

kitabxanalararası  abonoment  şöbəsində  ümumillikdə 

68350, onlardan təbiət və kənd təsərrüfatı elmləri üzrə 

kitab  verilişi  7825,  sosial-siyasi,  humanitar  və 

iqtisadiyyat 

elmlərinə 

dair  1493,  dilçilik  və 

filologiyaya  dair  19350,  fəlsəfəyə  aid  9015,  məlumat 

ədəbiyyatı  və  ensiklopediyalar  üzrə  oxuculara  17267 

kitab  verilmişdir.Xidmət  şöbəsinin  rus  bölməsində 

56928, onlardan təbiət və kənd təsərrüfatı elmləri üzrə 

kitab  verilişi  7962,  sosial-siyasi,  humanitar  və 

iqtisadiyyat 

elmlərinə 

dair  9832,  dilçilik  və 

filologiyaya  dair  38235,  fəlsəfəyə  aid  7949,  məlumat 

ədəbiyyatı  və  ensiklopediyalar  üzrə  oxuculara  98 

kitab verilmişdir.İncəsənət şöbəsində 32340, onlardan 

fəlsəfəyə  aid  26220,  məlumat  ədəbiyyatı  və  

ensiklopediyalar 

üzrə 

oxuculara 



6120 

kitab 



vermişdir.Kitabxananın 1 saylı filialında 25716, təbiət 

və  kənd  təsərrüfatı  elmləri  üzrə  kitab  verilişi  2005, 

sosial-siyasi, humanitar  və  iqtisadiyyat  elmlərinə  dair 

3463, dilçilik və filologiyaya dair 18935, fəlsəfəyə aid 

1074,  məlumat  ədəbiyyatı  və  ensiklopediyalar  üzrə 

oxuculara 239 kitab verilmişdir. 

     C.Cabbarlı  adına  RGK-da  milli  dövlətçiliyə  və 

milli  ideologiyaya  dair  ədəbiyyatın  təbliğinə  həsr 

olunmuş  tədbirlər  arasında  görkəmli  dövlət  xadimi 

Heydər  Əliyevin  əsərlərinin  yayılması  mühüm  yer 

tutmuşdur.Bu  tədbirlərdə  vurğulanmışdır  ki,  Heydər 

Əliyevin  1969-cu  ildən  bəri  etdiyi  çoxsaylı  nitq, 

məruzə  və  çıxışlarda  Azərbaycanın  sosial-iqtisadi, 

ictimai-siyasi və elmi mədəni həyatı yüksək səviyyədə 

işıqlandırılmış, geniş elmi təhlillər, konkret faktlar və 

rəqəmlərlə  ümumiləşdirmələr  aparılmış,  nəticələr 

çıxarılmışdır. 

     Bu  baxımdan  2003-cü  il  mayın  10-da  C.Cabbarlı 

adına RGK-da Heydər Əliyevin anadan olmasının 80 

illik  yubileyi  ilə  bağlı  keçirilmiş  ədəbi-bədii  gecə  və 

foyedə sərgi təşkil olunmuşdur. 



     Daha  bir  tədbir  2004-cü  ilin  noyabrın  17-də 

keçirilmişdir.Bu  kütləvi  tədbir  dövlət  başçısı  İlham 

Əliyevin  prezidentlik  fəaliyyətinin  bir  illiyinə  həsr 

olunmuşdu.Tədbirdə  qeyd  edilmişdir  ki,  Heydər 

Əliyevin  xarici  siyasət  strategiyasından  bəhrələnən 

İlham  Əliyevin  uğurlu  diplomatiyasının  mühüm 

xüsusiyyətlərindən  biri  də  budur  ki,  o,  milli 

problemləri reallığın məntiqi ilə düzgün əlaqələndirir, 

Azərbaycan 

həqiqətlərini 

dünya  ictimaiyyətinin 

diqqətinə lazımi səviyyədə çatdıra bilir.Təsadüfi deyil 

ki,  onun  son  zamanlar  Dağlıq  Qarabağ  probleminin 

həlli  istiqamətində  qətiyyətli  və  birmənalı  mövqeyi 

dünya  ictimaiyyəti  arasında  ölkəmizin  imicini 

qaldırmışdır. 

     Göründüyü  kimi,  C.Cabbarlı  adına  RGK-da  son 

illərdə  oxucuların  ideya-siyasi  tərbiyəsinə  həsr  edilən 

tədbirlərin  təşkili  keyfiyyətcə  xeyli  dəyişmiş,  müasir 

məna kəsb etmişdir. 

     Beləliklə,  C.Cabbarlı  adına  Respublika  Gənclər 

Kitabxanasının  hesabatlarının  və  digər  sənədlər 

qovluqlarının  təhlili  əyani  şəkildə  təsdiqləyir  ki, 



kitabxana  son  dövrlərdə  istər  fondun  formalaşması, 

istər  oxuculara  xidmətin  təşkili,  istər  kütləvi 

tədbirlərin 

keçirilməsi, 

istərsə 

də 


gənclərin 

kitabxanaya  cəlb  edilməsi  istiqamətlərində  müəyyən 

nailiyyətlər  qazanmışdır.Eyni  zamanda  kitabxananın 

maliyyə  vəsaitinin  çatışmaması  ilə  bağlı  bir  sıra 

tədbirlərin  həyata  keçirilməsində  çətinliklər  meydana 

çıxmış, eləcə də müxtəlif sahələrə dair yeni kitabların, 

jurnalların,  qəzetlərin  alınmaması  oxucularla  işin 

səmərəliliyinə  ziyan  vurmuşdur.Təcrübə  göstərir  ki, 

oxucu  sorğularına  rədd  cavabı  verilməsi  onların 

fəallığını  azaldır, ixtisas  hazırlığı  səviyyələrinə  mənfi 

təsir edir.Tələbələr və şagirdlər müxtəlif elmlərin yeni 

istiqamətləri  üzrə  ədəbiyyatı  kitabxanada  tapa 

bilməyərək  uzaqlaşırlar.Eyni  zamanda  kitabxana 

fondundan 

köhnəlmiş 

və 


yararsız 

kitabların 

çıxarılması işi də qeyri-qənaətbəxşdir. 

     Hazırda  C.Cabbarlı  adına  Respublika  Gənclər 

Kitabxanasının  müasir  tipli  yeni  bina  ilə  təchiz 

olunmasına,  əgər  hələlik  bu  mümkün  olmasa,  onda 

indiki  binasının  təmirinə  və  maddi-texniki  bazasının 



möhkəmləndirilməsinə  ciddi  ehtiyacı  vardır.Gənclər 

Kitabxanasının 

yüksək 

ixtisaslı 



kitabxanaşünasbiblioqraf  kadrlarla  təmin  edilməsi  də 

günün ən vacib tələblərindəndir.    



 

 

 

 

 

 

II.1 C.Cabbarlı adına Respublika Gənclər 

kitabxanasınının informasiyalaşdırılması 

          Gənc 

oxucuların 

müasir 

kitabxana-



informasiya  texnologiyalarından  istifadə  onların 

informasiyalaşdırılmış  cəmiyyət  üçün  layiqli  kadr 

kimi  yetişməsinə  stimul  verir.  Müasir  dövrdə   

informasiya  texnologiyalarının  xarakterik  inkişaf 

istiqamətləri  içərisində  müxtəlif  növlü,tipli  və 



Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə