Ustad Hüseyn Ənsariyan


İkinci fəsil Murdarlar (nəcasət) və bulaşıqlıqlar



Yüklə 1,03 Mb.
səhifə19/48
tarix02.01.2018
ölçüsü1,03 Mb.
#19435
1   ...   15   16   17   18   19   20   21   22   ...   48

İkinci fəsil

Murdarlar (nəcasət) və bulaşıqlıqlar


Hər bir müsəlman fərd öz ruhunu tərbiyələndirməklə yanaşı öz cismini də bulaşıqlıqlardan təmizləməlidir. Ruhu günahdan, küfrdən, şirkdən, nifaqdan təmizləmək zəruri olduğu kimi, cismi də müxtəlif bulaşıqlıqlardan təmizləmək mühüm əhəmiyyət daşıyır.

Müqəddəs İslam dinində ruhun paklığı tövsiyə edildiyi kimi, cismin də paklığına xüsusi əhəmiyyət verilir. Deyilənlərin əhəmiyyətini növbəti buyuruqlardan anlamaq olur:

1. Qur`ani-kərim: “Allah tövbəkarları sevir, paklananları da dost tutur.”1

2. İslam peyğəmbəri (s): “Paklıq imandan qaynaqlanır.”2

3. İmam Riza (ə): “Təmizlik və paklıq peyğəmbərlərin əxlaqındandır.”3

Yaxşı olar ki, əziz yeniyetmələr istənilən bir sahədə paklığı özlərinə şüar etsinlər. Libası, məskəni, qidanı, yaşayış mühitini müxtəlif murdarlardan və bulaşıqlıqlardan qorumaq həm sağlamlıq üçün xeyirlidir, həm də Allahın mərhəmətinə səbəb olur. Həzrət Peyğəmbər (s) buyurur: “Təmizliyini gözləməyən bəndə necə də pisdir!”4

Həzrət Əli (ə) buyurur: “Libası pak olan şəxsin qəm-qüssəsi olmaz.”5

Müqəddəs İslam şəriətində bə`zi işlər və əşyalar murdar və çirkin sayılmışdır. Müsəlmanlar həmin murdarlardan və çirkin şeylərdən çəkinməyə çağırılır. Səmavi dindəki uyğun çağırışlar onun sağlamlıq və gigiyena məsələlərinə diqqətindən danışır. İstənilən bir sahədə orta həddi gözləmək bəyənilmiş işdir. Murdarlar və bulaşıqlıqlardan çəkinmədə də ifrat və təfritə yol verilməməlidir.

Murdar şeylərə biganəlik, paklıq məsələlərinə diqqət yetirməmək İslamın ruhu ilə bir araya sığmır. Bu işdə həddi aşmaq da vəsvəsəyə səbəb olur və şəriətdə bəyənilmir. Vasvası insan əslində xəstəliyə tutulmuşdur. Şeytani düşüncələr onun düşüncə və qəlbinə rahatlıq vermir.

Təəssüf ki, bir çoxları paklıq, dəstəmaz, qüsl kimi məsələlərdə vəsvəsəyə düçar olmuşlar. Bu vasvasılıq onları bir sıra vacib işlərdən saxlayır. Bu qəbil insanlar yersiz vəsvəsələrə adi baxmağa vərdiş verməli, yalnız yəqinlik hasil olduqda məsələyə ciddi yanaşmalıdırlar. Belələri azğın nəfsin vəsvəsələrinə e`tina etməsələr şeytan da tədricən onlardan əl çəkər.

Abdullah ibn Sənandan nəql olunmuş mö`təbər bir hədisdə belə nəql olunur: İmam Sadiqin (ə) xidmətinə gəlib ərz etdim ki, ağıllı bir şəxs dəstəmaz və namazda şəkkə düçar olub. Həzrət buyurdu: “Bu şəxs şeytanın ardınca gedirsə necə ağıllıdır?!” Dedim ki, necə yanı şeytana müt`idir? Həzrət buyurdu: “Onun özündən soruş ki, gördüyü işlər haradan qaynaqlanır? Özü deyəcək ki, şeytandan.”1

Şeytanın işi insanı aldatmaq, batili haqqa qatışdırmaqdır. Haqq yolun yolçuları şeytanı onun öz sifətində axtarmamalıdırlar. Vasvasılığa düçar olanlar Allahdan yardım istəməli, mütəxəssislərə və psixoloqlara müraciət etməklə özlərinə çarə qılmalıdırlar.

İndi isə bə`zi murdarları nəzərdən keçirək:

1. Sidik və nəcis

İnsanın və atıcı qanı olan əti haram heyvanın sidiyi və nəcisi murdardır. Amma qoyun və inək kimi əti halal olan heyvanların sidik və nəcisi pakdır.
Sual: Əti haram quşların zılı hansı hökmdədir?

Cavab: Onların zılı pakdır. Amma ehtiyata əsasən bundan çəkinmək lazımdır.
Sual: Ağcaqanad, milçək kimi kiçik həşəratların nəcisi hansı hökmdədir?

Cavab: Pakdır.
2. Mə`ni (sperma)

Atıcı qanı olan hər bir haram ətli heyvanın mənisi haramdır. Vacib ehtiyata əsasən əti halal olan atıcı qanlı heyvanların da mənisindən çəkinmək lazımdır.

3. Leş (heyvan ölüsü)

Atıcı qanı olan heyvanın ölüsü murdardır. Bu heyvanın öz başına ölməsi və ya qeyri-şər’i qaydada öldürülməsi hökmü dəyişmir. Bu heyvan həm halal ətli, həm də haram ətli ola bilər. Amma balıq kimi atıcı qanı olmayan heyvanlar suda ölərsə, onun ölüsü pakdır.


Sual: Ölmüş heyvanın, leşin bütün üzvləri murdardırmı?

Cavab: Xeyir ruhu olmayan hissələr, yə`ni ağrı duymayan üzvlər (tük, yun, diş) pakdır. Amma it və donuzun ölüsünün bütün üzvləri murdardır. Həmin üzvlərin ruha malik olub-olmamasının fərqi yoxdur.
Sual: Əgər insanın və ya atıcı qanı olan heyvanın bədənindən diri ikən ət qoparılarsa, bu ətin hökmü nədir?

Cavab: Qoparılmış hissə murdardır.
Sual: İnsanın dodağından və ya əl ayağından qopan dəri qırıqlarının hökmü nədir?

Cavab: Əgər qopma vaxtı çatmışsa əl ilə qoparılsa da pakdır. Amma qopma vaxtı çatmamış dərinin qoparılmasından vacib ehtiyata əsasən çəkinmək lazımdır.
Sual: Ölmüş toyuğun qarnından çıxarılan yumurtanın hökmü nədir?

Cavab: Əgər yumurta qabıq bağlamışsa, onun daxili pakdır. Amma zahiri suya çəkilməlidir.
4. Qan

İnsanın və ya atıcı qanı olan hər bir heyvanın qanı murdardır. Balıq və ağcaqanad kimi atıcı qanı olmayanların qanı pakdır.


Sual: Əgər yemək qaynayarkən ona bir damla qan düşsə yemək murdarlanırmı?

Cavab: Qaynama və hərarət murdarı pak etmir. Bütün qida və qab murdarlanmış sayılır.
Sual: Diş laylarından çıxan qanın hökmü nədir?

Cavab: Bu qan az olsa və ağız suyuna qarışıb aradan getsə, pakdır. Amma ehtiyat budur ki onu udmaqdan çəkinəsən.
Sual: Toyuq yumurtasının içində görünən qanın hökmü nədir?

Cavab: Vacib ehtiyata əsasən həmin qandan çəkinmək lazımdır. Amma qanı yumurtanın sarısından onun örtüyünü yırtmadan ayırmaq mümkün olarsa, yumurtanın sarısı və ağı yeyilə bilər.
Sual: Qana bulaşmış libas yuyulduqdan sonra onda qanın izi qalır. Bu libasın hökmü nədir?

Cavab: Əgər murdarın özü (eyni) paklandıqdan və libas suya çəkildikdən sonra onda murdarın qoxusu və rəngi qalarsa, bunun eybi yoxdur. Bir şərtlə ki, murdardan bir zərrə qalmadığına əmin olaq.
5. İt və donuz

Quruda yaşayan it və donuzun hər nəyi murdardır. Onların hətta tükü, sümüyü, dırnağı, ağız suyu kimi rütubəti pak deyil. Amma dəniz iti və donuzu pakdır.

6. Kafir

Allahı və qiyaməti qəbul etməyən və ya Allaha şərik qoşan şəxs murdardır. Onlarla təmasdan, hətta tüklərinə, dırnaqlarına, rütubətlərinə toxunmaqdan çəkinmək lazımdır. Yəhudilər, məsihilər və zərdüştlər kimi kitab əhli isə pak sayılır, bir şərtlə ki, bədənləri spirtli içkilər və donuz əti kimi murdar şeylərlə murdarlanmamış olsun.


Sual: Əgər büluğ həddinə çatmamış uşağın ata-anası kafir olsa, bu uşaq hansı yaşında İslamı qəbul edib paklana bilər?

Cavab: Yaxşını pisdən seçə biləcək həddə çatan uşaq müsəlman olsa paklanar.
Sual: Kafir şəxs müsəlman olmaq üçün nə etməlidir?

Cavab: O şəhadət kəlmələrini müsəlman olmaq məqsədi ilə dilə gətirməlidir. Deməlidir: “Əşhədu ənla ilahə illəllah və əşhədu ənnə Muhəmmədən rəsulullah”.
7. Məstedici mayelər

Şərab, arpa suyu, məstedici istənilən maye murdardır və onu içmək haramdır. Belə bir işin əzabı var.


Sual: Əgər neftdən spirt hazırlanarsa bu spirt murdarmı?

Cavab: Əgər məstedici olmasa pakdır. Tibbdə, rəngkarlıqda istifadə olunan spirtlərin məstedicidən hazırlandığı mə`lum olmasa, pak sayılır.

Qeyd etməliyik ki, adı çəkilən murdarlar “eyni-nəcis”, həmin murdarlara toxunmaqla murdarlanan libas və ya bədən “mütənəccis” adlanır.


Sual: Əgər ixtiyarımızda olan iki qab və ya iki libasdan biri murdarlanmışsa və hansının murdarlandığını bilmiriksə vəzifəmiz nədir?

Cavab: Hər iki libasdan və ya hər iki qabdan istifadə edilməməlidir. Onların ikisi də suya çəkilməlidir.
Sual: Əgər pak bir şey murdar bir şeyə toxunsa hansı halda murdar sayılar?

Cavab: Əgər onların ikisi də və ya ikisindən biri o birini isladacaq həddə yaş olsa, pak şey murdarlanar. Əgər rütubət o birinə keçməyəcək həddə azdırsa, pak şey murdarlanmaz.
Sual: Əgər insan bədəninin bir hissəsi murdarlansa və bədən təri oradan başqa yerlərə yayılsa, bunun hökmü nədir?

Cavab: Tərin çatdığı hər bir yer murdar sayılır.
Sual: Bədənə daxil edilən və bədəndə qana bulaşan tibbi alətlər bayıra çıxarıldığı vaxt onların hökmü nədir?

Cavab: Əgər alət bədəndə murdarlanmamış olarsa, murdar sayılmaz.
Sual: Əgər mayenin bir nöqtəsi murdarlansa bütün maye murdarlanarmı?

Cavab: Əgər maye axıcıdırsa (bərk şəkilə düşməmişsə) və onun bir miqdarını götürdükdə qalan hissəsi götürülən hissənin yerini tutursa, bir nöqtənin murdarlanması bütün mayeni murdarlayar. Bal kimi mayelərin bir nöqtəsi murdarlanarsa, həmin hissəni götürdükdən sonra qalan hissə pak olar.

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə