Ustad Hüseyn Ənsariyan


Beşinci fəsil Dəstəmaz ruhu işıqlandırır



Yüklə 1,03 Mb.
səhifə22/48
tarix02.01.2018
ölçüsü1,03 Mb.
#19435
1   ...   18   19   20   21   22   23   24   25   ...   48

Beşinci fəsil

Dəstəmaz ruhu işıqlandırır


Şübhəsiz ki, dəstəmazın iki faydası var: mə`nəvi fayda və gigiyenik (sağlamlığa tə`sirli) qayda. Gigiyenik baxımdan gündə beş dəfə və ya üç dəfə üzün və əllərin yuyulması insanın təmizliyinə böyük tə`sir göstərir. Suyun tüklərə və dəriyə çatması şərti ilə başa və ayaqlara məsh çəkilməsi həmin üzvləri də pak saxlamağımıza səbəb olur. Dəstəmazın mə`nəvi tə`sirləri də var. Bu iş Allaha yaxınlaşma məqsədi ilə yerinə yetirildiyindən insanın ruhuna tərbiyəvi tə`sir göstərir. Dəstəmaz ümumi şəkildə insanın başdan başlamış ayağadək Allaha itaət yolunda hərəkətini bəyan edir.

Fəzl ibn Şazan nəql edir ki, imam Riza (ə) buyurmuşdur: “Dəstəmaz və ona hazırlıq göstərişinin səbəbi bəndənin zəvvar Allah hüzurunda minacat zamanı paklığı, zahirən istənilən bir çirkinlikdən uzaqlığı, yuxulu vəziyyətdən çıxması, Allah qarşısında pak-pakizə bir qəlblə dayanmasıdır.”1

Allah-taala “Maidə” surəsində dəstəmaz, qüsl, təyəmmüm və onların yerinə yetirilmə qaydası haqqında mə`lumat verdikdən sonra buyurur: “Allah sizə çətinlik yaratmaq yox, sizi paklamaq istəyir.”2

Bu zahiri paklıq insanın ruhi paklığı ilə müşayiət olunur. Söhbətimizin bu məqamında uyğun tə`sirlərdən bə`zilərini nəzərdən keçiririk.


Dəstəmazın tə`sirləri və nəticələri


1. Nuraniyyət yaranması: Mə`sumlardan nəql olunmuş bir sıra hədislərdən aydın olur ki, dəstəmaz, qüsl və təyəmmüm sayəsində əldə olunmuş paklıq insanın vücuduna bir növ nuraniyyət, səfa verir. Həzrət Peyğəmbər (s) buyurur: “Mən qiyamət günü öz ümmətimi onlardakı dəstəmaz nişanəsindən tanıyaram.”1 Həzrət Peyğəmbərdən nəql olunmuş digər bir hədisdə buyurulur: “Mənim ümmətim dəstəmazın tə`sirindən qiyamət günü məhşər səhnəsinə üzü ağ gələrlər.”2

Bu səbəbdən də dini rəhbərlər buyururlar ki, dəstəmazlı insanın da yenidən dəstəmaz alması müstəhəbdir. İmam Sadiq (ə) buyurur: “Bir şəxs təharətli (dəstəmazlı olduğu halda onu təzələyərsə on savab qazanar.”3 Digər bir rəvayətdə buyurulur: “Dəstəmazlı ikən yenidən dəstəmaz almaq nur üzərinə nur gətirmək kimidir.”4

2. Allahın sevimlisi olmaq: Qur`ani-kərimdə buyurulur ki, Allah tövbəkarları sevir, pak-pakizə dostları da dost tutur.5

3. Ömrün uzunluğu və şəhid mükafatının əldə olunması: İslam peyğəmbəri (s) Ənəsə buyurur: “Ey Ənəs! Daim təharətli ol ki, Allah sənin ömrünü uzatsın. Əgər gün uzunu təharətli qala bilirsənsə, belə et. Həqiqətən, əgər təharətli halda ölsən, dünyadan şəhid kimi gedərsən.”6

4. Ruzinin artımı: Bir şəxs İslam peyğəmbərinə (s) ruzisinin azlığından şikayətləndi. Həzrət (s) buyurdu: “Daim təharətli ol ki, ruzin davamlı olsun, artsın.” Həmin şəxs Peyğəmbərin (s) göstərişinə əməl edib ruzi çətinliyindən qurtuldu.7

5. Günahların yuyulması: Bə`zi rəvayətlərdən mə`lum olur ki, hətta dəstəmazlı halda dəstəmaz almaq insanın kəbirə günahları istisna olmaqla digər günahlarını yuyur. Allah-taala həmin şəxs tövbə etməmiş Allah onun tövbəsini təzələyir.”1

6. Abidlərin savabına çatmaq: Həzrət Peyğəmbər (s) buyurur: “Bir şəxs təharətli halda yatarsa, yatağı onun üçün məscid məqamında olar.”2

7. İstəklərin həyata keçməsi: İmam Sadiq (ə) buyurur: “Bir şəxs dəstəmazı olmadığı halda Allahdan bir şey istəsə və duası qəbul olmasa, özünü danlasın.”3

Namazın düzgünlüyü və qəbulunda dəstəmazın böyük rolu var. Bu səbəbdən də rəvayətlərdə qeyd edilir ki, dəstəmazsız namaz qəbul deyil. Amma bu o demək deyil ki, dəstəmaz yalnız namaz üçündür. Çox-çox bəyənilmişdir ki, insan bütün hallarda dəstəmazlı olsun. İnsanın yatarkən, məscidə daxil olarkən, Qur`an oxuyarkən dəstəmazlı olmasının əhəmiyyətli tə`siri var.

Dəstəmazın yerinə yetirilmə qaydası


Dəstəmazı iki şəkildə, irtimasi və tərtibi şəkildə almaq olar. Kitabımızın həcmini nəzərə alaraq tərtibi dəstəmaz haqqında danışmaqla kifayətlənirik.

Tərtibi dəstəmazda dəstəmaz niyyəti etdikdən sonra hər dəstəmaz üzvünə su axıtmaq lazımdır. Su üzə yuxarıdan aşağıya bu şəkildə axıdılır:

a) Öncə üzüyumaq niyyəti ilə suyu alının yuxarısına, tükbitən yerə tökürlər. Əli su ilə birlikdə yuxarıdan aşağıya çəkirlər. Dəstəmazda üzün vacib yuyulma ölçüsü tük bitən yerdən çənəyədəkdir. Eninə ölçü orta barmaqla baş barmaq arası qədərdir. Əgər deyilən ölçülərə əməl olunmasa dəstəmaz batildir. İnsan dəstəmazı düzgün aldığına əmin olmaq üçün bir qədər artıq hissəni yusa yaxşıdır.

b) Sonra sağ əl dirsəkdən barmaqların ucunadək yuyulur. Aşağıdan yuxarıya yuyularsa dəstəmaz batildir. Deyilən yerin yetərincə yuyulduğuna əmin olmaq üçün suyu bir qədər yuxarıdan tökmək lazımdır. Sonra eyni qayda ilə sol əl yuyulur.

v) Sonra dəstəmaz suyunun ovucda qalmış təri ilə başın alına doğru dörddə bir hissəsinə məsh çəkilir. Başın qabağına bütünlüklə məsh çəkmək vacib deyil. Onun hansı hissəsinə məsh çəkilərsə kifayət edər. Vacib ehtiyata əsasən başa sağ əllə məsh çəkilir. Vacib ehtiyata əsasən məsh yuxarıdan aşağıya ən azı üç barmaqla başın qabaq hissəsinə çəkilir.

q) Başa məsh çəkildikdən sonra ovucda qalmış dəstəmaz təri ilə sağ ayağa barmaqların başından ayağın qılçaya dikələn hissəsinədək məsh çəkilir. Müstəhəb ehtiyat budur ki, topuğadək məsh çəkilsin. Vacib ehtiyata əsasən ən azı birləşmiş üç barmaqla məsh çəkilməlidir. Daha yaxşı olar ki, əlin bütöv içi ilə məsh çəkilsin. Baş barmaq üzərinə məsh çəkilməsi vacib deyil. Başqa barmaqlardan da başlanılsa və ayağın dikilən yerinə qədər davam etsə bəs edər.

d) Eyni qayda ilə sol ayağa məsh çəkilir.
Sual: Üz hansı əllə yuyulmalıdır?

Cavab: Dəstəmazda üzü sağ və ya sol, eləcə də hər iki əllə yumaq olar. Əgər su yuxarıdan aşağıya axmaqla üzün vacib olan hissəsini əhatə edərsə, əlavə əl çəkməyə ehtiyac yoxdur.
Sual: Burun və gözlərin içini yumaq vacibdirmi?

Cavab: Burunun daxilini, dodaqlar və göz yumularkən onların görünməyən hissəsini yumaq vacib deyil. Amma vacib buyurulmuş hissənin yuyulmasına əmin olmaq üçün sadalanan hissələri də bir qədər yumaq yaxşıdır. Ehtimal olunsa ki, hansısa bir çirk və ya başqa şey başlara, gözün kənarlarına və dodaqlara suyun çatmasına mane olur, dəstəmazdan öncə araşdırma aparmaq, həmin maneələri aradan qaldırmaq lazımdır.
Sual: Əgər bir şəxsin əlləri kiçik, üzü böyüksə (və ya əksinə) eləcə də başının bir hissəsində tük yoxsa (ya da alnının bir hissəsində tük bitmişsə) dəstəmazda üzünü hansı həddə yumalıdır?

Cavab: Adi insanlar üzünü necə yuyursa, o da elə yusun.
Sual: Üzü yumazdan öncə əllərin yuyulması dəstəmazdan sayılırmı?

Cavab: Xeyir dəstəmazda üz yuyulmazdan öncə əllərin yuyulması dəstəmazdan sayılmır. Diqqətli olmaq lazımdır ki, dəstəmazda əllər dirsəkdən barmaqların ucunadək yuyulur. Dəstəmazdan öncə əllərin yuyulması ilə kifayətlənmək olmaz və kim belə edərsə dəstəmazı batildir.
Sual: Əgər bir şəxs əllərini isladıb üzünə və qollarına çəkərsə, dəstəmazı düzgündürmü?

Cavab: Əgər əldəki yaşlıq elə bir miqdarda olsa ki, üzə və əllərə çəkiləndə su axsın, eləcə də bu iş xalqın nəzərində yumaq sayılsın, eybi yoxdur.
Sual: Ayaqlara məsh çəkmək üçün bütün əli ayağın üzərinə qoyub azca hərəkət etdirmək bəs edərmi?

Cavab: Bəli. Belə etmək olar.
Sual: Baş və ayaqlara məsh çəkərkən əli hərəkətsiz saxlayıb başı və ayaqları hərəkət etdirmək olarmı?

Cavab: Xeyir. Bu şəkildə yerinə yetirilmiş məshin düzgünlüyünə iradlar var.
Sual: Corab və ya ayaqqabının üzərindən ayaqlara məsh çəkmək olarmı?

Cavab: Xeyir. Yalnız şiddətli soyuq, oğru, yırtıcı, düşmən qorxusundan ayaqqabı və ya ayaqları çıxarmaq mümkün olmadıqda onların üzərindən məsh çəkmək olar.
Sual: Əgər dəstəmaz üzvləri dəstəmazdan öncə yaşdırsa, dəstəmazdan öncə onları qurulamaq vacibdirmi?

Cavab: Üz və əllərin yaş olmasının eybi yoxdur. Amma başa və ya ayaqlara məsh çəkməzdən öncə onlar quru olmalıdır. Onlardakı yaşlıq əldəki yaşlığı tə`sirsiz həddə edəcək olarsa, məsh batildir. Amma azca rütubətin eybi yoxdur.
Sual: Sol ayağa sağ ayaqdan qabaq məsh çəkmək olarmı?

Cavab: Vacib ehtiyata əsasən bu iş caiz sayılmır.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə