Ustad Hüseyn Ənsariyan


Cünub (cənabət qüslü verməli olan) şəxsə haram sayılan işlər



Yüklə 1,03 Mb.
səhifə24/48
tarix02.01.2018
ölçüsü1,03 Mb.
#19435
1   ...   20   21   22   23   24   25   26   27   ...   48

Cünub (cənabət qüslü verməli olan) şəxsə haram sayılan işlər


Cünub olmuş və hələ ki cənabət qüslü verməmiş insana beş iş haramdır.

1. Bədənini Qur`an yazısına, Allahın adına, vacib ehtiyata əsasən peyğəmbər və imamların, eləcə də xanım Zəhranın (s. ə.) adına toxundurmaq.

2. Məkkədə məscidül-həram, Mədinədə məscidün-nəbiyyə getmək. Hətta bir qapıdan girib o birindən çıxmaq istəsə də, bu iş olmaz.

3. Digər məscidlərdə dayanmaq. Vacib ehtiyata əsasən imamların hərəmində də dayanmaq olmaz. Amma qapılardan birindən girib o birindən çıxsa eybi yoxdur.

4. Məscidə bir şey qoymaq üçün oraya daxil olmaq.

5. Vacib səcdəsi olan dörd surədən bir hissəsini və ya tam mətnini oxumaq. On beşinci fəsildə Qur`an haqqında danışarkən bu məsələyə bir daha qayıdacağıq.


Cünub şəxsə məkruh olan işlər


Cünub şəxsin bə`zi işləri görməsi məkruhdur, yə`ni bəyənilmir:

1. Yemək, içmək, yatmaq. Amma dəstəmaz aldıqdan və ya yeyib-içmək üçün əlləri yuduqdan sonra məkruh olmur.

2. Vacib səcdəsi olmayan surələrdən yeddi ayədən artıq oxumaq.

3. Bədənin hansısa bir yerini Qur`anın cildinə, haşiyəsinə və ya xətləri arasına toxundurmaq. Cünub halda Qur`an gəzdirmək də məkruhdur. Cünub halda başa həna və ya rəng yaxmaq, bədənə yağ çəkmək.


Sual: İnsan tərtibi qüsl verdikdən sonra başa düşsə ki, bədənindən və başından bir hissəsini yumayıb, onun vəzifəsi nədir?

Cavab: Əgər başından bir hissəsini yumamışsa, həmin hissəni yuyub, sonra bədənin sağ, eləcə də sol hissələrini ikinci dəfə yumalıdır. Əgər bədəninin sağ tərəfindən bir hissəsini yumamışsa, həmin yeri yuduqdan sonra vacib ehtiyata əsasən bədəninin sol tərəfini də ikinci dəfə yumalıdır. Əgər bədənin sol tərəfində yuyulmamış yer qalmışsa, təkcə həmin yeri yuduqdan sonra qüsl düzgün olur.
Sual: İrtimasi qüsldən sonra mə`lum olsa ki, su bədənin bir hissəsini əhatə etməyib, vəzifə nədir?

Cavab: Yenidən qüsl verilməlidir. Hətta bədəninin hansı hissəsinin islanmadığını bilsə də qüslü təzələməlidir.
Sual: Burunun və qulağın içi kimi görünməyən yerləri qüsl zamanı yumaq vacibdirmi?

Cavab: Xeyir. Əgər sırğa yeri onun içi görünəcək həddə genişdirsə, onu yumaq lazımdır.
Sual: Qüsl zamanı baş və üz tüklərinin dibi islanmalıdırmı?

Cavab: Bəli. Bədəndən sayılan qısa tüklər də yuyulmalıdır. Vacib ehtiyata əsasən, uzun saçları da yumaq lazımdır.
Sual: Dəstəmazın düzgünlüyü üçün nəzardə tutulan şərtlər qüslə münasibətdə də öz gücündə qalırmı?

Cavab: Bəli. Amma tərtibi qüsldə bu işi fasiləsiz görmək vacib deyil. İnsan öncə başını və boynunu yuyub bir neçə saatdan sonra sağ və sol tərəfini yuya bilər. Qüsldə bədən üzvlərini yuxarıdan aşağıya yumaq da vacib deyil. İnsan məsələn bədəninin sağ tərəfini aşağıdan yuxarıya yuya bilər.
Sual: Əgər insan qüsl verib-vermədiyinə şəkk edərsə, onun vəzifəsi nədir?

Cavab: Qüsl verməlidir.
Sual: Əgər qüslünü düzgün yerinə yetirib-yetirmədiyini bilməsə vəzifəsi nədir?

Cavab: Yenidən qüsl verməsi vacib deyil.
Sual: İnsan şəkk etsə ki, ona qüsl vacib olub yoxsa yox (məsələn, şəkk edir ki, möhtəlim olub, yə`ni yuxuda ondan məni xaric olub, ya da bədəni ölünün bədəninə toxunub) qüsl vermək ona vacibdirmi?

Cavab: Xeyir, qüsl verməsi vacib deyil.
Sual: Əgər bir şəxsə cənabət qüslü, meyitə toxunma qüslü kimi bir neçə qüsl vacib olarsa, eyni zamanda cümə qüslü kimi bir neçə qüsl vermək istəyərsə, bu işi necə görsün?

Cavab: Həmin qüslləri iki şəkildə yerinə yetirə bilər:

1. Hər bir niyyət üçün ayrıca qüsl verə bilər;

2. Bütün qüslləri nəzərdə tutaraq bir qüsl verə bilər.

Qeyd etməliyik ki, insana bir neçə qüsl vacib olsa və onları yerinə yetirməmiş cünub olsa, hətta həmin qüsllərə diqqət yetirmədən təkcə cənabət qüslü versə, digər qüsllərə ehtiyac qalmaz.


Sual: Qüsl verdiyi vaxt insan dəstəmazı pozan bir iş görsə, məsələn, sidiyə getsə, qüslə yenidənmi başlamalıdır?

Cavab: Xeyir. Amma cənabət qüslü verərkən dəstəmazı pozan bir iş görərsə, qüsldən sonra dəstəmaz lazım olan namaz kimi işlər üçün yenidən dəstəmaz almalıdır.
Sual: Əgər insan bir neçə dəfə cünub olarsa və ya bir neçə dəfə ölünün bədəninə toxunarsa hər dəfə üçün ayrıca qüsl verməlidirmi?

Cavab: Xeyir. Bütün qüslləri niyyət edərək bir qüsl vermək yetər.
Sual: Qüsllərdən hansı biri dəstəmazı da əvəz edir və həmin qüsldən sonra namaz qılmaq üçün dəstəmaz almağa ehtiyac qalmır?

Cavab: Yalnız cənabət qüslü belədir. Vacib ehtiyata əsasən digər vacib qüsllərdən, eləcə də müstəhəb qüsllərdən sonra namaz üçün dəstəmaz almaq lazımdır.
Sual: Əgər meyitə toxunmuş insan meyitə toxunmaq qüslü verməyibsə, cünub insana haram olan işlər haramdırmı?

Cavab: Xeyir. Yalnız namaz qılmaq və dəstəmaz tələb edən işlər görmək üçün meyitə toxunma qüslü verməlidir. Amma belə bir vəziyyətdə məscidə daxil olmaq, orada dayanmaq, vacib səcdəsi olan surələr oxumaq olar.
Sual: Şəhidin bədəninə də toxunduqdan sonra meyitə toxunma qüslü verilməlidirmi?

Cavab: Bəli, vacib ehtiyata əsasən şəhidin meyitinə toxunduqdan sonra qüsl vermək lazımdır.

Yeddinci fəsil

Təyəmmüm təvazö və təslim olmaq nişanəsidir


Bütün ilahi hökmlərin müştərək bir ruhiyyəsi var. İlahi göstərişlərin nöqtəsi insanda bəndəlik, itaət və təvazö ruhiyyəsi yaratmaqdır. Bu ruhiyyə sözün əsil mə`nasında təyəmmümdə özünü göstərir. Təyəmmüm edən insan əlini torpağa vurub öz vücudunun ən şərəfli üzvü olan alnına çəkir. Bu yolla Allah qarşısında öz təvazösünü bildirir, hal dili ilə deyir ki, mənim alnım da əllərim kimi Sənin hüzurunda son nöqtəyədək kiçilir.

Qur`ani-məcid təyəmmüm torpağının “səidən təyyiba” adlandırır.1 “Təyyib” sözü pak, “səid” sözü (“süud” sözündən götürüldükdə) yer səthini örtən şeylər mə`nasını bildirir. Torpaq, qum və daşlar buna misal ola bilər. Torpağa küləklər əsir, günəş parlayır, yağış yağır. Belə bir halda torpağın təmizlik baxımından zərərli olduğunu demək olmaz. Mə`sum imamlardan nəql olunmuş rəvayətlərdə bildirilir: “Allah torpağı da su kimi pakedici qərar vermişdir.”2

Buna görə də insan dəstəmaz alıb qüsl verə bilmədikdə əminliklə torpaqdan istifadə etməlidir. Kimsə deyə bilməz ki, mən hökmən dəstəmaz almalı və ya qüsl verməliyəm. Bu məqamda Allahın göstərişlərinə tabe olmalıyıq. Bir hədisdə nəql olunur ki, bədənində yara olan bir şəxs cünub olmuşdu. O ətrafdakıların tə`kidi ilə cənabət qüslü verdi və nəticədə xəstələnib öldü. Peyğəmbər (s) buyurdu: “Onu bu işə vadar edənləri Allah öldürsün! Həqiqətən, nadanlığın dərmanı sorğu-sualdır.”3


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə