Ustad Hüseyn Ənsariyan


On dördüncü fəsil Camaat namazı İslami birliyin təcəssümüdür



Yüklə 1,03 Mb.
səhifə32/48
tarix02.01.2018
ölçüsü1,03 Mb.
#19435
1   ...   28   29   30   31   32   33   34   35   ...   48

On dördüncü fəsil

Camaat namazı İslami birliyin təcəssümüdür


İslamda mühüm məsələlərdən biri də müsəlman cəmiyyətin birliyi, müsəlmanların yekdilliyidir. Bu birliyin tə`mini üçün müəyyən proqramlar nəzərdə tutulur. İslami birliyin tə`minində mühüm addımlardan biri də camaat namazıdır. Rəvayətlərdə cəmiyyət namazının böyük əhəmiyyətə malik olduğu vurğulanır. Məsələn, buyurulur: “Bir şəxs üzürsüz səbəbdən, e`tinasızlıq üzündən camaat namazını, müsəlman cəmiyyətini tərk edərsə, onun üçün namaz yazılmaz.”1

Şər`i hökmlər risalələrində camaat namazının əzəməti ilə bağlı bir sıra məsələlər mövcuddur:

1. Gündəlik namazları, meyit namazını, ayat namazını camaatla qılmaq müstəhəbdir. Xüsusi ilə məscidin qonşuları, azanın səsini eşidənlər sübh, şam və xüftən namazlarını camaatla qılsalar yaxşıdır.

2. Namazı ilkin vaxtında qılmaq müstəhəb olsa da, onu camaatla birgə qılmağa xatir bir qədər yubanmaq da müstəhəbdir.

3. Camaatla qılınan qısa namaz fərdi qılınan uzun namazdan üstündür.

4. Namazını əvvəl vaxtda fərdi qılmış şəxsin onu camaatla yenidən qılması müstəhəbdir. Bu namaz imam və ya mə`mum olmasının fərqi yoxdur.

5. İnsan müstəhəb namaz qıldığı vaxt cəmiyyət namazı təşkil olunarsa, müstəhəb namazı bitirib həmin namazın 1-ci rəkətinə çatmaq mümkün olmadıqda, müstəhəb namazı dayandırmaq müstəhəbdir.

Camaat namazının şərtləri


Camaat namazının təşkili üçün müəyyən şərtlər ödənməlidir:

1. Camaat namazının imamı ədalətli, ağıllı, on iki imamçı şiə, vacib ehtiyata əsasən büluğ həddinə çatmış, namazın sözlərində və hərəkətlərində səhvə yol verməyən şəxs olmalıdır. Əgər mə`mumlar, yə`ni camaat namazında imama iqtida edənlər kişilər və qadınlardan ibarətdirsə, imam kişi olmalıdır.

İmamın ədaləti dedikdə, onun böyük günahlara yol verməməsi nəzərdə tutulur. Camaat namazının imamı kiçik günahları da təkrarlamamlıdır. Onun dini məsələlərə biganəlikdən çəkinməsi lazımdır.

2. İmamla ona iqtida edənlər, eləcə də iqtida edənlərin öz arasında arakəsmə olmamalıdır. Şüşə ilə arakəsmənin də olması caiz deyil. Amma imam və kişi mə`mumlarla qadın mə`mumlar arasında pərdə ola bilər. Əgər bu pərdə qadınları toplum ayıracaq həddə deyilsə, eybi yoxdur.

3. İmamın durduğu yer mə`mumun durduğu yerdən hündür olmamalıdır.

4. Vacib ehtiyata əsasən imamın durduğu yerlə mə`mumun səcdəyə getdiyi yer arasında bir addımdan çox məsafə olmamalıdır. Vacib ehtiyata əsasən, mə`mumun səcdə yeri ilə onun qarşısında dayanıb imamla əlaqə yaradan digər mə`mumun dayandığı yer arasında bir addımdan artıq məsafə olmamalıdır. Əgər mə`mum onun sağında və solunda dayananlar vasitəsi ilə imama bağlanırsa, sağında və solundakılardan bir addımdan çox aralı olmamalıdır.

5. Mə`mum imamdan öncə dayana bilməz. Vacib ehtiyata əsasən onun imamla bir xətdə dayanması da düzgün deyil. İstənilən halda mə`mum imamdan arxada olmalıdır. Əgər mə`mum təkcə bir kişidirsə, vacib ehtiyata əsasən imamın sağında dayanmalıdır. Bu halda o imamla eyni xətdə dura bilər.

Camaat namazının qılınma qaydası


Camaat namazı fərdi namazdan bir o qədər də fərqlənmir. Sadəcə, bu namazda həmd və surəni tək imam oxuyur. Digər zikrləri isə mə`mum da söyləyir. Mə`mum camaat namazında təkbirətul-ehramı imamdan qabaq deməməlidir. Vacib ehtiyata əsasən, imam təkbiri başa çatdırdıqdan sonra mə`mum təkbir söyləməlidir. İmamdan qabaq rükuya və səcdəyə getmək olmaz. Müstəhəb ehtiyata əsasən mə`mum imamın salamını eşidirsə, ondan öncə salam verməməlidir. Namazın digər zikrlərini imamdan öncə deməyin eybi yoxdur. Amma müstəhəb ehtiyat budur ki, imam mə`mumun zikrlərini eşidəcəyi təqdirdə ondan qabaq demək olmaz.

Camaat namazında müstəhəb olanlar


1. Camaat namazının imamı cərgənin orta hissəsində dayanmalıdır. 1-ci cərgədə elm, kamal və təqva əhlinin dayanması müstəhəbdir.

2. Camaat namazının sıraları nizamlı olmalıdır. Bir cərgədə dayanmış insanlar arasında məsafə qalmamalı, çiyinlər yanaşı dayanmalıdır.

3. Mə`munlar yalnız “qədqamətis səlat” deyildikdən sonra qalxmalıdır.

4. İmam mə`munlar arasındakı ən zəif şəxsi nəzərə almalı, onların imama çata bilməsi üçün tələsməməlidir. İmam eyni zamanda qunut, rüku və səcdələri uzatmamalıdır. Amma mə`munlar zikrlərin uzunluğunu istəyərsə, qunut, rüku və səcdələri uzatmaq olar.

5. İmam Həmd-surəni, zikrləri mə`mumların eşidəcəyi həddə ucadan söyləməlidir. Amma səsi həddindən artıq qaldırmaq olmaz.

6. İmam hiss edərsə ki, camaat namazına qoşulmaq istəyən var, həmin şəxsin qoşula bilməsi üçün rükunu ikiqat uzada bilər.


Camaat namazında məkruh olanlar


Camaat namazında bə`zi işlər məkruhdur və bu işlər namazın savabını azaldır:

1. Sıralarda yer olduğu halda tək dayanmaq;

2. İmamın eşidəcəyi həddə zikrləri ucadan demək;

3. Namazını yarı qılmalı olan müsafirin günorta, ikindi və şam namazlarını müsafir olamayan imama iqtida etməsi; eyni zamanda müsafir olmayan şəxsin müsafir imama iqtidası; demək, müsafirin müsafir imama, qeyri-müsafirin qeyri-müsafir imama iqtida etməsi daha yaxşıdır.


Sual: Hansı hallarda gündəlik namazı camaatla qılmaq vacibdir?

Cavab: İki halda gündəlik namazları camaatla qılmaq lazımdır:
1. Bə`ziləri namazı fərdi qıldıqda düzgün qılıb-qılmaması ilə bağlı vəsvəsələrə düçar olur və yalnız camaat namazında rahatlıq tapır. Belələri namazını camaatla qılmalıdır.

2. Əgər ata-anası övlada əmr edərsə ki, namazını camaatla qılsın və övladın e`tirazı ata-ananı narahat edərsə, o öz namazlarını camaatla qılmalıdır.


Sual: Müstəhəb namazları camaatla qılmaq olarmı?

Cavab: Xeyr. Yalnız imam qeybdə olduğu dövrdə fitr və qurban bayramı namazlarını, eləcə də “istisqa namazı” adlanan yağış namazını camaatla qılmaq olar.
Sual: Namazını bir dəfə camaatla qılmış imam və ya mə`mum həmin namazı 2-ci dəfə də camaatla qıla bilərmi?

Cavab: Əgər 2-ci namazda imam dayanacaqsa, bu işin eybi yoxdur, hətta müstəhəbdir. Amma 2-ci namazda mə`mum kimi iştirak edəcəyi təqdirdə yalnız savab ümidi ilə qıla bilər.
Sual: Əgər mə`mumun dayandığı yer imamın dayandığı yerdən hündür olsa, bunun hökmü nədir?

Cavab: Əgər bu hündürlük adi həddə olarsa və imamla mə`mum eyni cəmiyyət sayılarsa, eybi yoxdur. Amma hündürlük elə bir həddə olarsa ki, mə`mumla imam ayrı-ayrı cəmiyyət sayılsın, belə bir namazın eybi var.
Sual: Camaat namazında körpə uşağın ilk sırada dayanmasının hökmü nədir?

Cavab: Bir uşaq həddində ara qalmasının camaat namazına zərəri yoxdur.
Sual: İmamın adını bilmək vacibdirmi?

Cavab: Əgər imamda iqtida üçün nəzərdə tutulan şərtlər varsa, onun adını bilmək lazım deyil.
Sual: Camaat namazı qılan şəxs ortada fərdi namaza keçə bilərmi?

Cavab: Bəli. Camaat namazı qılan şəxs fərdi namaz niyyəti edib namazını tək qıla bilər.
Sual: Camaat namazı qılınan yerdə bir şəxs kənarə çəkilib tənha namaz qıla bilərmi?

Cavab: Əgər onun bu işi camaat namazını hörmətdən salmazsa və ya imama qarşı şübhə yaratmaq məqsədi daşımazsa, mümkündür. Əgər namazını bir guşədə qılan şəxsin məqsədi imamı hörmətdən salmaq deyilsə, amma camaat belə düşünürsə, həmin şəxs namazını fərdi qılmamalıdır.
Sual: Qadın qadın cəmiyyətinə imam dayana bilərmi?

Cavab: Vacib ehtiyata əsasən qadınlar üçün də imam kişi olmalıdır.
Sual: Yaxşını pisdən seçən, amma hələ ki, büluğ həddinə çatmamış uşaq başqa uşaqlara imam dayana bilərmi?

Cavab: Ehtiyata əsasən, dayana bilməz.
Sual: Əgər mə`mum camaat namazı başa çatdıqdan sonra bilərsə ki, imamda zəruri şərtlər olmayıb, məsələn, imam ədalətli olmayıb, namazının hökmü nədir?

Cavab: Mə`mumun namazı düzgündür.

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə