Ustad Hüseyn Ənsariyan


Namazın rükn olmayan vacib əməlləri



Yüklə 1,03 Mb.
səhifə30/48
tarix02.01.2018
ölçüsü1,03 Mb.
#19435
1   ...   26   27   28   29   30   31   32   33   ...   48

Namazın rükn olmayan vacib əməlləri


Namazın bilərəkdən artırılıb-əskildildikdə onu batil edən, bilməyərəkdən artırılıb əskildildikdə onu batil etməyən əməlləri rükn olmayan vaciblər adlanır. Rükn olmayan vacib əməllərlə tanış olaq:

1. Gün uzunu qılınan namazlarda təkbirətul-ehramdan sonra 1-ci və 2-ci rəkətlərdə öncə həmd, sonra vacib ehtiyata əsasən səcdəsi olmayan surələrdən biri tam oxunmalıdır. 3-cü və 4-cü rəkətlərdə isə bir dəfə təsbihate-ərbəə demək kifayətdir. Müstəhəb ehtiyata əsasən təsbihate-ərbəəni 3 dəfə demək lazımdır. Təsbihate-ərbəənin yerinə təkcə həmd də oxumaq olar. İnsanın 3-cü və 4-cü rəkətdə həmd oxuması və ya təsbihate-ərbəə deməsi onun öz ixtiyarındadır.


Sual: Namaz qılan şəxs həmddən sonra “Qüreyş” və ya “İnşirah” surəsini oxuya bilərmi?

Cavab: Xeyr, oxuya bilməz. Çünki “Fil” və “Qüreyş” surələri namaz zamanı bir surə sayılır. Bu səbəbdən də namaz qılan şəxs onlardan birini oxusa kifayət etməz. Həmddən sonra “Fil” surəsi oxunmuşsa, “Qüreyş” surəsi də oxunmalıdır. Eyni qaydada, “Zuha” və “İnşirah” surələri birlikdə oxunmalıdır.
Sual: Həmd və surə hansı namazlarda ucadan, hansı namazlarda astadan oxunmalıdır?

Cavab: Qadın və kişi üçün vacibdir ki, günorta və ikindi namazlarında həmd və surəni astadan oxusunlar. Əgər bilərəkdən həmin surələri ucadan oxusalar, namaz vacibdir. Kişiyə vacibdir ki, sübh, şam və xüftən namazlarında həmd və surəni ucadan oxusun. Amma qadın uyğun namazlarda həmin surələri həm ucadan, həm də astadan oxuya bilər. Naməhrəm bir şəxs namaz qılan qadının səsini eşidirsə, vacib ehtiyata əsasən qadın həmd və surəni astadan oxumalıdır.
Sual: Əgər insan səhvən həmd və surəni uca oxumalı yerdə astadan, asta oxumalı yerdə ucadan oxusa, namazının hökmü nədir?

Cavab: Namazı düzgündür. Əgər Həmd və surəni oxuyarkən vəzifəsinə əməl etmədiyini bilsə, oxuduğu hissəni təkrarlamasına ehtiyac yoxdur.
Sual: Həmd və surənin ucadan oxunma ölçüsü nədir? Namazqılan şəxs səsini hansı həddə qaldıra bilər?

Cavab: Əgər bir şəxs ucadan oxumalı olduğu Həmd və surəni qiraət etdiyi vaxt insanlar bunu kifayət sayarsa, bəs edər. Əlbəttə ki, namaz qılan şəxs səsini adi həddən yuxarı qaldırmamalıdır. Əgər bir şəxs Həmd və surəni fəryad çəkərək oxuyursa, namazı batildir.
Sual: Vacib ehtiyata əsasən qadın və kişilər təsbihati-ərbəəni astadan oxumalıdır. Əgər 3-cü və 4-cü rəkətdə Həmd oxuyurlarsa, vacib ehtiyata əsasən, onun “Bismillahir-Rəhmanir-Rəhim” hissəsini də astadan deməlidir.
Sual: Əgər bir şəxs bilmədən namazın 1-ci və 2-ci rəkətlərində təsbihati-ərbəə söyləsə, onun vəzifəsi nədir?

Cavab: Əgər rükuya getdikdən sonra səhvə yol verdiyini anlayarsa, namazı düzgündür. Amma rükuya getməmiş səhvini başa düşərsə, vəzifəsini yerinə yetirməli, yə`ni Həmd və surə oxumalıdır.
2. Təşəhhüd

Namaz qılan şəxs bütün namazların 2-ci rəkətində, eləcə də şam namazının 3-cü, dördrəkətli namazların 4-cü rəkətində 2-ci səcdədən sonra bədəni aram vəziyyətdə ikən təşəhhüd oxumalıdır. Qeyd etmişdik ki, gecə namazında bir rəkətli vitr namazı var. Bu bir rəkətdən sonra da təşəhhüd oxunmalıdır.

3. Salam

Son rəkətdəki təşəhhüddən sonra salam deyilməlidir. Əgər namaz qılan şəxs bilərəkdən salam söyləməsə namazı batildir.

4. Zikr

Namaz qılan şəxs namazı 3-cü və 4-cü rəkətlərində, eləcə də rüku və səcdələrdə zikr söyləməlidir.


Sual: Namaz qılan şəxs namazın vacib və müstəhəb zikrlərini, təkbirətül-ehramı, rüku və səcdələrdəki zikrləri astadan deməlidirmi?

Cavab: Bu məsələ insanın öz ixtiyarına verilir. O zikrləri həm ucadan, həm də astadan deyə bilər.
5. Tərtib

Tərtib dedikdə namazın vacib hissələrini deyildiyi kimi, ardıcıl qaydada yerinə yetirməsi nəzərdə tutulur. Əgər bir şəxs bilərəkdən bu tərtibi pozarsa, məsələn, Həmdi surədən sonra oxuyarsa, rükudan qabaq səcdəyə gedərsə, namazı batildir.

6. Movalat

Movalat dedikdə namazın ayrı-ayrı hissələri arasında fasilə buraxmamaq nəzərdə tutulur. Əgər bir şəxs namazın zikrləri, rüku və səcdələri arasında namaz həddindən çıxacaq həddə fasilə buraxarsa, namazı batildir. Amma rüku və səcdələri uzatmaq, uzun surələri oxumaq namazın movalatını pozmur.


On ikinci fəsil

Namazın tərtibi və tərcüməsi


Bu fəsildə namazın necə yerinə yetirilməsindən və onun mətninin tərcüməsindən danışacağıq. Namaz aşağıdakı ardıcıllıqla qılınır:

1. Namaz qılan şəxs dəstəmaz aldıqda, libası, namaz yeri ilə bağlı şərtləri yerinə yetirdikdən, üzü qibləyə dayandıqdan sonra namaz üçün niyyət edir. Məsələn, Allaha yaxınlaşmaq məqsədi ilə sübh namazı qılmağa qərar verir.

2. Bədən aram, hərəkətsiz dayandığı halda təkbirətul-ehram, yəni “Əllahu-Əkbər” söylənilir.

3. Təkbirətul-ehramdan sonra Həmd surəsinin qiraətinə başlanılır:

-“Bismillahir-rəhmanir-rəhim”-Bağışlayan və mehriban Allahın adı ilə

-“Əlhəmdulillahi rəbbil aləmin”-Həmd və sitayiş bütün yaranmışların Rəbbi olan Allaha məxsusdur;

-“Ər rəhmanir rəhim”-O kəs ki, bağışlayan və mehribandır;

-“Maliki yəvmiddin”-Qiyamət günü ixtiyar sahibidir;

-“İyyakə nə`budu və iyyakə nəstəin”-Yalnız Sənə pərəstiş edir və yalnız Səndən kömək istəyirik;

-“İhdinəs siratəl mustəqim”-Pərvərdigara, bizi doğru yola hidayət et;

-“Siratəlləzinə ən əmtə ələyhim ğəyril məğzubi ələyhim vələz zalin”-O kəslərin yoluna ki, onlara ne`mət vermisən, o kəslərin yoluna yox ki, onlara qəzəblənmisən; azmışların yoluna yox;

4. Sonra vacib ehtiyata əsasən, Qur`anın vacib səcdəsi olmayan surələrindən biri tam oxunmalıdır.

Namaz qılan şəxsin gün uzunu qıldığı namazlarda tövhid surəsini tərk etməsi məkruhdur. Eyni zamanda 1-ci və 2-ci rəkətlərdə eyni bir surəni oxumağın kərahəti var. Yalnız Tövhid surəsini hər iki rəkətdə oxumaq məkruh deyil.

İndi Tövhid surəsini nəzərdən keçirək:

-“Bismillahir-rəhmanir-rəhim”-Bağışlayan və mehriban Allahın adı ilə;

-“Qul huvəllahu əhəd”-De ki, Odur yeganə Allah;

-“Əllahus səməd”-O Allah ki, bütün yaranmışlardan ehtiyacsızdır;

-“Ləm yəlid və ləm yuləd”-Övladı yoxdur və kimsənin övladı deyil;

-“Və ləm yəkun ləhu kufuvən əhəd”-Kimsə Onun misli və oxşarı deyil.

5. Ayaq üstə bədən aramlaşdıqdan sonra rükuya getmək, rüku vəziyyətində bədən aramlaşdıqdan sonra rükunun zikrini söyləmək lazımdır. Məsələn, deyilir: “subhanə rəbbiyəl əzimi və bihəmdih”, yə`ni mənim böyük Rəbbim hər bir eyb və nöqsandan pak-pakizədir, mən Ona sitayişdəyəm. Rükuda vacib ehtiyata əsasən ən azı üç dəfə “subhanəllah” deyilməlidir. Subhanəllah, yə`ni Allah istənilən bir eyb və nöqsandan pak-pakizədir.

6. Rükudan qalxdıqdan və bədən aramlaşdıqdan sonra “Səmiəllahu limən həmidəh” söyləmək müstəhəbdir. Bu zikrin mə`nası: “Allah ona sitayiş edən şəxsin həmd-sənasını eşidir və qəbul edir.”

7. Sonra səcdəyə gedilir. Səcdə vəziyyətində bədən aramlaşdıqdan sonra səcdənin zikri söylənilir. Vacib ehtiyata əsasən səcdədə üç dəfə “subhanəllah” deyilməlidir. Başqa zikr də söyləmək olar. Məsələn: “Subhanə rəbbiyəl ə’la və bihəmdih”, yə`ni mənim üstün Rəbbim hər bir eyb və nöqsandan pak-pakizədir, mən ona sitayişə məşğulam.

Sonra 1-ci səcdədən qalxmaq və bədən aramlaşdıqdan sonra 2-ci dəfə səcdəyə getmək lazımdır. 1-ci səcdədən qalxdıqdan sonra “Əllahu əkbər” söyləmək müstəhəbdir. 2-ci səcdədə zikr deyildikdən sonra qalxıb əyləşmək lazımdır.

8. Namazın 2-ci rəkətini yerinə yetirmək üçün ayağa qalxmaq lazımdır. Ayağa qalxarkən “bihəvlillahi və qüvvətihi əqumu və əq’ud” söyləmək müstəhəbdir. Bu zikrin mə`nası: “Allahın yardımı və qüvvəsi ilə qalxıb əyləşirəm.

9. Namaz qılan şəxs 2-ci rəkətdə də 1-ci rəkətdə olduğu kimi Həmd-surə oxuyur.

10. 2-ci rəkətdə rükuya getməzdən öncə qunut oxumaq müstəhəbdir. Qunut üçün vacib ehtiyata əsasən əllər qaldırılır və savab ümidi ilə iki əlin içi üz bərabərində üzü səmaya tutulur. Baş barmaqdan savayı bütün barmaqlar bir-birinə yapışdırılır. Qunut tutan şəxs öz ovucuna baxır. Bu halda istənilən bir duanı oxumaq, zikri söyləmək olar. Üç dəfə “Subhanəllah” söyləmək kifayətdir. Müstəhəbdir ki, qunutun zikri ucadan deyilsin. Yalnız cəmiyyət namazında imam eşidəcəyi təqdirdə qunutu ucadan oxumaq müstəhəb olmur.

11. Qunut başa çatdıqdan sonra rükuya getmək və rükudan sonra iki səcdəni yerinə yetirmək lazımdır.

12. Namaz qılan şəxs 2-ci rəkətdə iki səcdəni yerinə yetirdikdən sonra oturaq vəziyyətdə təşəhhüd oxuyur:

-“Əşhədu ənla ilahə illəllah, vəhdəhu la şərikə ləh”, yə`ni şəhadət verirəm ki, yalnız yeganə Allah pərəstişə layiqdir və Onun şəriki yoxdur;

-“Və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh”, yə`ni şəhadət verirəm ki, Məhəmməd Allahın bəndəsi və elçisidir;

-“Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd”, yə`ni Pərvərdigara, Məhəmməd (s) və onun Əhli-beytinə (ə) salam və rəhəmət göndər.

Təşəhhüd halında namaz qılan şəxsin sol budu üzərində əyləşib sağ pəncəsini sol ayağının içinə qoyması müstəhəbdir. Eləcə də, əl barmaqlarını bir-birinə birləşdirib budların üzərinə qoymaq və ətəyə baxmaq yaxşıdır. Təşəhhüdə başlamazdan öncə “Əlhəmdulillah” və ya “Bismillahi və billahi vəlhəmdulillahi və xəyril əsmau llahi” söyləmək yaxşıdır. Təşəhhüd başa çatdıqdan sonra “və təqəbbəl şəfaətəhu vərfə’ dərəcətəh” deyilsə savabı var. Bu zikrin mə`nası: Pərvərdigara, Peyğəmbərin (s) bizim haqqımızdakı şəfaətini qəbul et, Öz yanında həzrətin dərəcəsini ucalt.”

13. Əgər namaz ikirəkətli namazdırsa, namaz qılan şəxs oturaq vəziyyətdə bədəni aramlaşdıqdan sonra aşağıdakı qaydada salam verib namazı bitirir:

“Əssəlamu ələykə əyyhuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh” söyləmək müstəhəbdir. Zikrin mə`nası: “Salam olsun sənə ey peyğəmbər! Allahın bərəkət və rəhməti olsun sənə!”

“Əssəlamu ələynə və əla ibadilahis-salihin” söyləmək vacibdir. Zikrin mə`nası: “Salam olsun biz namazqılanlara və Allahın bütün saleh bəndələrinə.” “Əssəlamu ələykum” da söyləmək olar. Yə`ni Allahın salamı olsun sizə. Müstəhəb ehtiyat budur ki, “Əssəlamu ələykum” ifadəsinə “və rəhmətullahi və bərəkatuh” cümləsi də artırılsın.

Vacib ehtiyat budur ki, 2-ci salam deyildikdən sonra 3-cü salam söylənilsin.

14. Əgər namaz üçrəkətli və ya dördrəkətli olarsa, qılınmış iki rəkətin təşəhhüdünü söylədikdən sonra salam verməmiş ayağa qalxmaq və növbəti rəkətləri yerinə yetirmək lazımdır. Üçüncü və dördüncü rəkətlərdə ya Həmd surəsi oxunur, ya təsbihati ərbəə söylənilir. Təsbihati ərbəənin mətni: “Subhanəllahi vəlhəmdulillahi və la ilahə illəllahu vəllahu əkbər” - pak-pakizədir Allah; həmd-sitayiş ona məxsusdur; Ondan savayı pərəstişə layiq olan yoxdur; O vəsfə gələsi hər şeydən böyükdür. Ötən fəsildə qeyd edildiyi kimi, bu zikrin ən azı üç dəfə deyilməsi müstəhəb ehtiyatdır.

15. Daha sonra rüku və səcdələr yerinə yetirilir. Rüku və səcdələrin yerinə yetirilmə qaydası öncə açıqlandı. Namaz üçrəkətlidirsə, 3-cü rəkətin səcdələrindən sonra təşəhhüd və salam deyilir və namaz başa çatdırılır. Namaz dördrəkətlidirsə, 3-cü rəkətin 2-ci səcdəsindən sonra ayağa qalxmaq və 4-cü rəkəti yerinə yetirmək lazımdır. 4-cü rəkət də 3-cü rəkət kimi qılınır. 4-cü rəkətin rüku və səcdələrindən sonra təşəhhüd oxunur, salam verməklə namaz başa vurulur.



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə