Ustad Hüseyn Ənsariyan



Yüklə 1,03 Mb.
səhifə23/48
tarix02.01.2018
ölçüsü1,03 Mb.
#19435
1   ...   19   20   21   22   23   24   25   26   ...   48

Dəstəmazın şərtləri


Dəstəmazın düzgün olması üçün müəyyən şərtlərə riayət etmək lazımdır.

1. Dəstəmaz suyu pak olsun. Murdar su ilə alınan dəstəmaz batildir.

2. Dəstəmaz suyu saf olsun. Meyvə suyu, gülab kimi bulaşıq sularla alınan dəstəmaz batildir.

3. Dəstəmaz suyu, dəstəmaz alınan yer qəsbi olmamalıdır.

4. Dəstəmaz üçün istifadə edilən qab qəsbi olmamalı, qızıl-gümüşdən düzəldilməməlidir.

5. Dəstəmaz üzvləri dəstəmazda yuyulub məsh çəkərkən pak olmalıdır.

6. Dəstəmaz üçün kifayət qədər vaxt olmalıdır. Əgər vaxt az olarsa, dəstəmaz alınacağı təqdirdə namazın vaxtı keçərsə, dəstəmaz əvəzinə təyəmmüm edilməlidir.

7. İnsan Allahın əmrini yerinə yetirmək, Ona yaxınlaşmaq məqsədi ilə dəstəmaz almalıdır. Özünü göstərmək, sərinləşmək, bu kimi qeyri-ilahi məqsədlərlə alınan dəstəmaz batildir.

8. Dəstəmazda tərtibi gözləmək, məsələn, əvvəlcə üzü, sonra əlləri yumaq, əvvəlcə başa, sonra ayaqlara məsh çəkmək lazımdır. Əks təqdirdə dəstəmaz batildir.

9. Dəstəmazdakı işlər fasiləsiz yerinə yetirilməlidir. Dəstəmaz zamanı elə bir fasilə yaratmaq olmaz ki, ətrafdakılar insanın dəstəmaz almadığını düşünsünlər.

10. Dəstəmaz əməllərini yerini yetirməyə qadir insan bu işləri özü görməlidir. Əgər insanın üzünü və qollarını başqa biri yuyarsa və ya bu işlərdə ona kömək edilərsə dəstəmaz batildir.

11. Dəstəmaz insana zərərli olmamalıdır. Dəstəmaz zərərlidirsə təyəmmüm etmək lazımdır.

12. Dəstəmaz üzvlərində qır, boya, yapışqan kimi suya mane olacaq şeylər olmamalıdır. Dəstəmazdan öncə bu qəbil maneələri təmizləmək lazımdır.

Hansı işlərdən qabaq dəstəmaz almaq vacibdir?


Müəyyən işlərdən öncə dəstəmaz almaq vacibdir:

1. Bütün müstəhəb və vacib namazlar üçün;

2. Allah evinin vacib təvafı üçün;

3. Dəstəmaz alınması ilə bağlı and içildikdə, nəzir və ya əhd edildikdə;

4. Əgər bir şəxs and içərsə və ya nəzir, əhd edərsə ki, bədəninin hansısa bir hissəsini Qur`ana toxundursun, onun dəstəmaz alması vacibdir. Məsələn, murdarlanmış Qur`an suya çəkildikdə bədən ona toxunduğundan, dəstəmaz almaq lazımdır.

Dəstəmazı batil edən işlər


Sidik və ya nəcisə getmək, insandan yel xaric olması, gözün görməməsi və qulağın eşitməməsi ilə müşayiət olunan yuxu, qüsl tələb edən işlərin görülməsi, vacib ehtiyata əsasən məstlik kimi ağılı işdən saxlayan işlər dəstəmazı batil edir.
Sual: Dəstəmaz tamamlanmamışdan öncə və ya ondan sonra dəstəmazda yuyulmuş bədən üzvlərindən biri murdarlanarsa, dəstəmaz batil olarmı?

Cavab: Dəstəmaz batil olmaz, amma həmin üzvü suya çəkmək lazımdır. Bədənin dəstəmaza aid olmayan üzvləri də murdarlandıqda suya çəkilməlidir. Əgər insan ayaqyolundan sonra sidik və nəcis çıxacağını suya çəkməzsə, vacib ehtiyata əsasən öncə onları suya çəkməli, sonra dəstəmaz almalıdır.
Sual: İnsanın dəstəmazla bağlı niyyəti dilə gətirib, “Allaha yaxınlaşmaq üçün dəstəmaz alıram” söyləməsi vacibdir?

Cavab: Dəstəmazın, namazın, təyəmmümün, qüslün və bu kimi işlərin niyyətini dilə gətirmək vacib deyil. Əgər insan nə iş gördüyünü bilirsə, bəs edər. Əgər dəstəmazın gedişində ondan nə iş gördüyünü soruşsalar, “dəstəmaz alıram” söyləyə bilməlidir.
Sual: Dəstəmaz gedişində yol yerimək olarmı? Məsələn, üz və əlləri yuduqdan sonra bir neçə addım atıb baş və ayaqlara məsh çəkmək mükündürmü?

Cavab: Eybi yoxdur.
Sual: Əgər diyircəkli qələmin boyası və ya baş rəngi bədən üzvündə qalmışsa, bu halda dəstəmaz almaq olarmı?

Cavab: Əgər rəng təkcə rəngdirsə və maddə şəklində deyilsə (qat kəsməmişsə) suyun bədən üzvlərinə çatmasına maneçilik törətməyəcəyi təqdirdə eybi yoxdur.
Sual: Əgər bir şəxs dəstəmaz aldıqdan sonra onun batil olub-olmadığına şəkk edərsə, vəzifəsi nədir?

Cavab: Qəbul etməlidir ki, dəstəmaz alıb. Amma əgər dəstəmaz alıb-almadığına şübhə edərdisə, dəstəmaz almadığını qəbul etməlidir.

Altıncı fəsil

Qüsl cisim və ruhun paklığıdır


“Qüsl” dedikdə insanın xüsusi vaxtlarda Allaha yaxınlaşmaq məqsədi ilə bütün bədənini yuması nəzərdə tutulur. Qüsl insanın cismini və ruhunu paklayır, onun bəndəliyini, Allaha yaxınlaşmasını göstərir. Qüslün əxlaqi tə`sirləri inkar edilməzdir. Allaha yaxınlaşmaq məqsədi olmadan yerinə yetirilən qüsl batildir. Bundan əlavə, qüsl insanın ömür boyu öz paklığını qoruması üçün tə`yin olunmuş dini vəzifələrdəndir. Bir çoxları öz təmizliyinə diqqət yetirmir. Bu İslami hökm onları ardıcıl şəkildə bədənlərini yumağa və paklığa sövq edir.

Qüslün yerinə yetirilmə qaydaları


Qüsl də dəstəmaz kimi iki yolla yerinə yetirilir:

1. İrtimasi qüsl: irtimasi qüsl verən insan qüsl niyyəti ilə bütün bədənini birdəfəyə islatmaqla suya girir.

2. Tərtibi qüsl: Tərtibi qüsl verən insan əvvəlcə başını və boynunu, sonra vacib ehtiyata əsasən bədəninin sağ tərəfini, daha sonra sol tərəfini yuyur. İnsan əmin olmalıdır ki, qeyd olunan üç hissəni tam şəkildə yumuşdur. Bir hissə yuyularkən ona yaxın ətraf da yuyulur. Tərtibi qüsldə göbək və ayıb yerin yarısı sağ, yarısı sol tərəflə yuyulur. Daha yaxşı olar ki, bütün göbək və ayıb yer hər iki tərəf yuyularkən tam şəkildə yuyulsun.

Qüslün növləri


Qüsl də dəstəmaz kimi bə`zən vacib, bə`zən müstəhəb olur. Müstəhəb qüsllər çoxdur. Bu qüsllərlə tanışlıq üçün şər`i hökmlərin bəyan olunduğu risalələrə müraciət etmək lazımdır. İndi isə vacib qüsllərlə tanış olaq.

1. Cənabət qüslü: İnsanın cənabət halına gəlməsinin səbəbləri var: kişi və ya qadından oyaq vaxtı və ya yuxuda ikən məni (sperma) xaric olması. Vacib namazlar və bu kimi işlər üçün cənabət qüslü vermək vacibdir.

2. Meyit qüslü: İnsan öldükdən sonra onun bədəni təmizlənir, sonra ona üç qüsl verilir. Qüsllərdən biri sidr qatılmış su ilə, digəri kafur qatılmış su ilə, üçüncüsü saf su ilə verilir.

3. Meyitə toxunmaq qüslü (qüsle məsse meyyit): Əgər insan meyit qüslü verilməmiş və bədəni soyumuş insana toxunarsa, meyitə toxunmaq qüslü verməlidir.

4. İnsana nəzr, and və ya əhd vasitəsi ilə vacib olan qüsllər: İnsan bə`zən çətinlikdən qurtarmaq, pis işləri tərk etmək və ya yaxşı işlər görmək üçün əhd edir ki, qüsl versin.

5. Qadınlara aid qüsllər: heyz qüslü, nifas qüslü, istihazə qüslü.



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə