38
xatırlatmaq lazımdır. Ona görə də Həzrət (ə) sözünün
davamında “ona fəna olacağını e’tiraf etdir” –deyə buyurur.
Bəli, ömrün məhdudluğuna, dünyanın faniliyinə diqqət nəfsi
ram edir.
ARXAYıN (“MÜTMƏIN”) QƏLB
Yaxşı bilirik ki, hətta ram olmuş at da bə’zən süvarini narahat
edir. Yə’ni cilovu süvarinin əlində olsa da, arabir şıltaqlıq edir.
Demək, onu ram etdikdən sonra da iş qalır. Bu iş atı
sakitləşdirmək, bir növ arxayınlaşdırmaqdan ibarətdir. İnsan da
öz nəfsini ram etdikdən sonra onu sakitləşdirməlidir. Ona görə
də Həzrət (ə) sözünə belə davam edir: “Qəlbini Allah xofu ilə
arxayınlaşdır”. Ram olmuş at arabir süvarini narahat etdiyi
kimi, ram olmuş nəfs də insanı narahat edə bilər. Demək, ram
etməkdən əlavə sakitləşdirmək də lazımdır. Qəlbə ölümü
xatırlatmaqla onu cilovlamaq, sonra isə Allah xofu ilə
sakitləşdirmək lazımdır. Yalnız bu işlərdən sonra arxayınlıq
əldə edilir. Qəlbdə Allah xofu nə qədər çox olarsa, o bir o qədər
arxayın, sabit qalar.
Ölüm fikri ilə qəlbini ram et, sonra isə Allah xofu vasitəsi ilə
onu sakitləşdir.
SƏBIR VƏ DÖZÜM
Qəlb qeyd olunan sifətlərə nail olduqdan sonra onun halını
qorumaq lazım gəlir. Həzrət (ə) öz vəsiyyətinin davamında
qəlbi qorumaq yolunu göstərir: “Ona səbir libası geyindir”.
Ərəbcə alt geyimi “işar”, üst geyimi isə “disar” adlanır.
Üst-üstə libas geyinənə “muddəssir” deyilir. Həzrət (ə) “və
əş’irhu bis-səbri” buyurur. Alt geyimi bədənə yapışdığından
həzrət “əş’irhu” kəlməsini işlədir. Yə’ni qəlbə yapışası bir
geyim. Bu geyim səbrdir.
Amma uyğun kəlmə “agahlıq”, “şüar” mə’nasını da ifadə edə
bilər. Belə olsa, həzrətin “və əş’irhu bis-səbri” buyuruğu “səbri
qəlbinə şüar qərar ver” kimi tərcümə olunar. Müharibə vaxtı
deyilən şüarlar insanları mə’lumatlandırır, onlara agahlıq verir.
39
Vəsiyyətnamədə uyğun ifadə səbiri qəlb üçün şüara çevirməklə
dözümlü olmaq mə’nasını daşıya bilər. Amma birinci mə’na
mövzuya daha münasibdir. Çünki həmin mə’naya görə səbirsiz
qəlb üryandır və onun libasa ehtiyacı var. Üst geyim bədənə
boş oturduğundan, Həzrət (ə) alt geyimi nəzərdə tutur. Alt
geyim bədənə yaxın olduğu kimi, səbir də qəlbə yaxın
olmalıdır.
İnsan istəyinə çatmadıqda, bəlaya düçar olduqda,
xəstələndikdə, kasıblıqda, pis qonşudan əziyyət çəkdikdə iki
cür reaksiya verə bilər: ya təngə gəlib şikayətlənər, ya da səbir
edib çarə axtarar. Bu zaman ən mühüm məsələ düzgün qərara
gəlmək, düzgün münasibət göstərməkdir. Çünki hər iki
münasibət insanın özündən asılıdır. Özünü düzgün tərbiyə
etmiş insan çətinliklər qarşısında səbirli olur. Amma yanlış
tərbiyəli adam bir anda özünü itirib, şikayətlənməyə başlayır.
Qeyd etməliyik ki, səbirlə dözüm arasında fərq vardır. Bə’zən
zahirən sakit görünən insan daxildə iztirab çəkir. Bu iztirab ona
gündəlik işlərin yerinə yetirilməsində mane olur. Həmin şəxs
rahat görünsə də, zəif insanlar kimi daxildə narahat olur.
Əslində isə insan daxilən rahat, aram olmalıdır. Daxilən səbrli
adam qarşısında duran vəzifələri müvəffəqiyətlə yerinə yetirir.
Zahirdə özünü dözümlü göstərib, daxildə iztirab keçirən insan
müvəffəqiyyət qazana bilmir. Belə insan ömür-gününü havayı
yerə xərcləyir, inkişaf edə bilmir. Yalnız daxilən aram olan
adamlar öz imkanlarından düzgün istifadə etmək gücündədir.
Heç vaxt rahat yaşayış intizarında olmamalıyıq. Dünya həyatı
problemsiz ötüşmür. İnsan yaranış baxımından çətinliklərə
məhkumdur. Qur’ani-kərimdə buyurulur: “Biz insanı çətinlikdə
yaratdıq.” İnsanların üzləşdiyi problemlər fərqli olsa da, kimsə
problemsiz deyil. Əgər özümüzü çətinliklər qarşısında səbirli
olmağa hazırlasaq, işlərimizdə müvəffəq olarıq. İlahi tə’lim də
bunu öyrədir. Amma rahatlığa vərdiş vermiş insan çətinliklərlə
rastlaşan kimi özünü itirir. Çətinliklər qarşısında səbirli olmaq
müvəffəqiyyət rəmzidir. Bu səbir üst paltar kimi (“disar”)
40
zahiri olmamalı, alt paltar (“işar”) kimi cana yapışmalıdır.
Dözümsüzlük pis hal olduğu kimi, zahiri dözüm də
xoşagəlməzdir. İnsan daxilən səbirli olmalıdır.
EŞITMƏK GÖRMƏK KIMI OLARMı?
Qeyd etdik ki, qəlbi ram etmək üçün ölümü xatırlamaq
lazımdır. Bəs ölümü necə xatırlamaq? İnsanlar bu məsələyə
münasibətdə də fərqlidirlər. Bə’ziləri ölüm haqqında
düşünməklə qəlblərində bu fikirə daimi yer verirsə, digərləri
yalnız ölümlə bağlı səhnələri müşahidə edərkən bu barədə
düşünə bilirlər. Şübhəsiz ki, görmək eşitməkdən daha
tə’sirlidir. İnsanlar bir çox həqiqətlər haqqında mə’lumatlı
olsalar da, gözlə müşahidə etmədiklərindən həmin həqiqətlərə
diqqətsizlik göstərirlər. Həzrət Musanın (ə) dastanını
xatırlayaq. Musa (ə) Tur dağında olarkən Allah-təala ona
qövmünün inəyə sitayiş etdiyini buyurur. Bu xəbəri eşidən
Musa (ə) ona qəlbən inansa da, bir o qədər də narahat olmur.
Amma qövmünün yanına qayıdıb, onların inəyə (buzova)
sitayiş etdiyini gördükdə çox qəzəblənib, dərin iztirab çəkir.
Qur’ani-kərimdə buyurulur: “Musa qəzəbindən lövhəni yerə
atdı, qardaşının başına qışqırdı...” Bu qəzəbi doğuran Musanın
öz gözü ilə gördüyü səhnələr oldu. Hansı ki, nə baş verdiyini
əvvəlcədən bilirdi. Bəli, görmək eşitməkdən daha tə’sirlidir.
İnsan ölümü, dünyanın faniliyini dərindən hiss etmək üçün
yer üzündə baş verən faciələri, sarayların viran qalmasını
yaxından görməlidir. Tarixi mütaliə etmək, öyrənmək faydalı
olsa da, gözlə görmək kimi tə’sirli deyil. Bəlkə də Allah-təala
bə’zən bu məqsədlə insanı seyr etməyə çağırır: “Yer üzünü
gəzin və əvvəlkilərin aqibətinin necəliyini görün”; “Yer üzündə
gəzib görün ki, peyğəmbərləri yalançlı hesab edənlərin axırı
necə oldu.” Ayələrdə insan görməyə də’vət olunur. Biz
müxtəlif məntəqələrdə baş verən zəlzələlər haqqında tez-tez
eşitsək də, yalnız evimiz zəlzələdən titrədikdə onu daha
dərindən hiss edirik.
Dostları ilə paylaş: |