41
Həzrət Əlinin (ə) bəyanından da mə’lum olur ki, çətinlikləri,
vəfasızlıqları, bəlaları yaxından seyr etməklə qəlbimizi
tə’sirləndirə bilərik. Dünya təmtəraqlarını, bərbəzəklərini gözü
ilə görən insan dünyaya rəğbətlənir. Qəlbdə tarazlıq yaratmaq
üçün dünyanın ağrılı tərəflərini də gözlə görmək lazımdır.
Əks-təqdirdə, insan dünyaya baş qatmaqla axirəti unudasıdır.
Ona görə də həzrət buyurur: “Qəlbinə dünya faciələrini
göstər.” (“bəssirhu faciəd-dünya”)
Ola bilər ki, “bəssirhu” “bəsirət” mə’nasında işlənmişdir.
Yə’ni insan aldanmamaq üçün dünyada baş verənlərə bəsirət
(iç) gözü ilə baxmalıdır. Həzrət (ə) buyurmur ki, qəlbə
xatırladın. Məqsəd daha böyükdür. Çalışmaq lazımdır ki, qəlb
dünya faciələrini görsün.
İBRƏT GÖTÜRƏN QƏLB...
Vəsiyyətnamənin davamında həzrət Əli (ə) dünya
keşməkeşlərindən ibrət götürməyə çağırır: “Həzzirhu
səvlətəd-dəhri və fuhşə təqəllubihi və təqəllübəl-ləyali
vəl-əyyami.” (“qəlbinə dövranın hücumlarından, gecə və
gündüzün təhlükələrindən həzər qıldır”) Dövran insanı məğlub
etmək məqsədindədir. İnsan qəlbi sonsuz istəklərə malikdir və
heç vaxt qane olmur. Bir çox qüdrətli insanlar dövrün
hadisələri qarşısında məğlub oldu, arzularına çata bilmədi. Ona
görə də insan bu hücumlardan həzər qılmalıdır. Dünyanın
hücumları çox təhlükəlidir. Bə’zi insanlar ehtiyatsızlıq
səbəbindən zirvədən uçuruma yuvarlanır, zəlil olurlar. Bu gün
qüdrət zirvəsində xumarlanan, sabah miskin bir varlığa
çevrilər. Bu tənəzzül yalnız maddi işlərə yox, mə’nəvi yönlərə
də aiddir. Elmdə, təqvada, mə’nəviyyatda, irfanda çox ali
mərtəbəyə ucalmış bir çox şəxsiyyətlər qısa bir müddət ərzində
ağlasığmaz bədbəxtliyə düçar olmuş, bütün qazanclarını əldən
vermişlər. Qısa ömür ərzində başımıza elə hadisələr gəlir ki,
əvvəlcədən bu hadisələri təsəvvür edə bilməzdik. İnanmaq
olmur ki, böyük insanlıq məqamına yüksəlmiş bir şəxsiyyət
42
qısa bir zamanda ən alçaq heyvan səviyyəsinə enir. Amma
bütün bunlar aşkar həqiqətlərdir. Bəli, hər an bu hadisələri
gözləməliyik. Bu hadisələr bizi qəfil yaxaladıqda bütün
varlığımız təhlükə altına düşür. Hər birimizin yolu üstə
dayanmış bu hadisələrdən həzər qılmalıyıq. Onlardan ibrət
götürmək, arxayınlaşmamaq lazımdır. Pusquda durmuş bəlalara
diqqətsizlik həyatımızı puça çıxara bilər.
BEŞINCI DƏRS
İBRƏTDƏN QƏFLƏTƏDƏK
Qədimdəkilərin xəbərlərini qəlbinə ərz et, onlardan
qabaqkıların başına gələnləri ona xatırlat, diyarlarını seyr
et, nişanələrindən ibrət götür, gör nə ediblər, haradan
qalxıb, haraya düşüblər, nədən ayrılıb, nədən qəlb
döndəriblər. Onda görərsən ki, öz dostlarından ayrılmış,
tənhalığa çəkilmişlər. Sanki sən də tezliklə onlardan
olacaqsan. Yerini islah və abad et, axirətini dünyana
satma.”
43
Sözsüz ki, keçmişdəkilərin başına gələnlər gələcəkdəkilər
üçün bir işıqdır. Yalnız tarixi bilməklə, tarixdən ibrət
götürməklə bu işıqdan faydalanmaq olar. Həzrət Əli (ə) oğlu
imam Həsənə (ə) keçmişdə baş verənləri düşünməyi tövsiyyə
edir. Bir çox şərafətli insanlar nəhayətdə süquta uğramış,
pisliyə düçar olmuşlar. Eyni zamanda ilahi hədləri gözləyib,
yüksək kamal mərtəbəsinə çatanlar da, Allah dərgahına üz
tutub, Ona yaxın məqamda yerləşənlər də vardır. İnsan
keçmişdəkilərin həyatına nəzər salmaqla müvəffəqiyyətin
sirrini aşkarlamalıdır. İnsanın xar olma səbəbləri kəşf
olunmalıdır. Hansı işlər səadətə, hansı işlər bədbəxtliyə aparır?
Bir sözlə, keçmişdən ibrət götürmək lazımdır. Qur’ani-kərim
təkrar-təkrar tapşırır: “Yer üzünü gəzin və əvvəlkilərin
aqibətinin necəliyini görün.”
HƏYATıN ENIŞ-YOXUŞU
İnsan bütün ömrünü çətinlikdə keçirir desək, düz olmaz. Hər
bir insanın taleyində həm şirin, həm də acılı günlər olur. İnsan
həyatın nə qədər enişli-yoxuşlu olduğu barədə düşünməli,
özünü çətinliklərlə mübarizəyə hazırlamalıdır. Yaxşı araşdırma
aparan insan iki nöqtəni daim nəzərdə saxlayır: 1. Dünyanın
şirinlikləri müvəqqətidir, arxayınlaşmaq olmaz; 2. Dünyanın
acılıqları da müvəqqətidir, mə’yus olmaq olmaz.
Buna görə də dünyanın şirinliklərinə, müvəffəqiyyətlərinə
uymamalıyıq. Qədimdəkilər arasında dünya ne’mətlərinə kim
44
bağlanmışsa, bir gün ondan ayrılmaq məcburiyyətində
qalmışdır. Biz də əlimizdəki ne’mətlərə bel bağlamamalıyıq.
Bütün bu ne’mətlər müvəqqətidir. Bu məsələlərdən qəflətdə
qalan insan həyatın eniş-yoxuşlarında özünü itirib, süquta
uğrayır. Amma həqiqəti tapmağa müvəffəq olanlar dünya
ne’mətlərindən məhrum olduqda belə nigaran olmurlar. Onlar
əmindirlər ki, bu çətinliklər müvəqqətidir və tezliklə başa
çatacaqdır. Allah-təala buyurur : “Həqiqətən, hər çətinlikdən
sonra bir yüngüllük gəlir.” Beləcə nə ne’mətlərə uymağa, nə də
çətinliklərdən
mə’yus
olmağa
dəyər. Çünki
həyatın
eniş-yoxuşları çox olsa da, müvəqqətidir.
KEÇMIŞDƏKILƏR IBRƏTDIR
Keçmişdə baş verənləri mütaliə etmək ibrət üçün ən yaxşı
yoldur. İncə tarixi faktlar insan ruhuna böyük tə’sir göstərir.
İnsan bu tanışlıq nəticəsində hər şeydən əvvəl dünyanın
müvəqqətiliyini anlayır. Qədim sultanlıqlar, saraylar,
hökumətlər, şəxsiyyətlər fəna olduğu kimi, biz də fəna olasıyıq.
Dünya dayanacaq yeri yox, keçid yeridir. Necə tikilib başa
gəldiyi hələ də mə’lum olmayan Misir ehramlarını
(piramidalarını) yada salın. Bu ehramlarda yatan fir’onlar bir
zaman hökm sahibi idilər. Hanı o qüdrətli insanlar? Onlar da
başqa ölülər tək səsini çıxarmır. Eyş-işrət içində yaşayıb ölənlə
fəqirlik içində dünyasını dəyişən arasında nə fərq görürsünüz?
Bütün bu deyilənlər bizim də başımıza gələsidir. Dünyanın
sonu ölümdür. Dünya həyatı əbədi, sonsuz deyil. Amma
ölümdən sonrakı həyat əbədidir. Həmin həyatda heç nəyə, heç
nəyə ölüm yoxdur.
Məsələn, bu dünyada sadə bir yanıq insanın ölümünə səbəb
olur. Amma dünya odundan min dəfələrlə güclü cəhənnəm odu
günahkara əzab versə də, heç vaxt onu yox etmir. Allah-təala
buyurur: “...Dəriləri yanıb bişdikcə onları yenisi ilə əvəz
edəcəyik ki, əzabı həmişə dadsınlar.” Başqa bir ayədə
Dostları ilə paylaş: |