__________________Milli Kitabxana___________________
41
L e y l i--
Gəl, ey Məcnun, Leylinəm, al canımı!
Vəfasız olmuşam, billah, tök qanımı!
(M ə c n u n L e y l i n i görcək zəncirini qırıb, geri çəkilib oxuyur.)
M ə c n u n--
Sən Leyli deyilsən, ey pərizad!
Qaç, qəlbimi xunla etmə bərbad.
Aldatma məni, cünun deyib qaç,
Qaç, eyləmə gül üzünlə Leylini yad.
(Qaçır. Z e y d də onun dalınca gedir, L e y l i tək qalıb oxuyur.)
L e y l I (segah üstə)--
Xoşdur nə qədr eyləsə yarım cəfa mənə,
Ta kim, rəqib söyləməsin bivəfa mənə.
Sənsiz diyari-hicrdə sərgəştə qalmışam,
Vəslin ümidi, billah, olur rəhnüma mənə.
Rəna qəsəd qalıbdı belə xürdi-xabidən
Xuni-dilim olubdur, əzizim, qəza mənə.
Qan bəstərində qoyma məni zar-mübtəla,
Ver şərbəti-vüsaldən, ey meh, şəfa mənə.
(L e y l i yerə yıxılıb ölür. Bu halda xor daxil olub oxuyur.)
(M u s i q i)
Xor--
Rəhmət olsun sənə, Leyli! (2 dəfə)
Bu dünyada kam almadın,
O dünyada kam alarsan, ey aşiq! (2 dəfə)
PƏRDƏ
__________________Milli Kitabxana___________________
42
ALTINCI PƏRDƏ
Vaqe olur q ə b r i s t a n d a. Bir tərəfdə L e y l i n i n qəbri görünür.
(M u s i q i)
M ə c n u n (bayatı-kürd üstə)--
Sındırdı çərx zülm ilə balu pərim, haray!
Döndərdi tez xəzanə fələk güllərim, haray!
Ey ruzigar, nə eyləmişəm bilməm sənə,
Ümmanə döndü qan ilə çeşmü tərim, haray!
(Bu halda Z e y d bir ərəblə daxil olur.)
Z e y d--
Ey şifteyi-şikəstətale!
Əfsus ki, səyin oldu zaye!
Leyli sənə verdi zindəgani,
Sən ol baqi, ol oldu fani!
Sən sədqəsi olduğun pərivəş
Sədqə sənə oldu, ey bəlakəş!
Əzmi-rəhi-cənnət etdi ol hur,
Firdovs məqamın etdi məmur.
M ə c n u n--
Netdim sənə, qəsdi-canım etdin?!
Qəsdi-dili-natəvanım etdin?!
Eylət məni yar olan diyarə,
Şəm eylə məni məzari-yarə!
(M ə c n u n u L e y l i n i n qəbri üstünə aparırlar. M ə c n u n qəbri
qucaqlayıb oxuyur).
M ə c n u n (bayatı-qacar üstə)--
Aşiq oldur kim, qılır canın fəda cananına,
__________________Milli Kitabxana___________________
43
Meyli-canan etməsin hər kim ki, qıymaz canına.
Canını canana verməkdir kəmali aşiqin,
Verməyən can etiraf etmək gərək nöqsanına.
(Deyir, ölür. Bu halda ə r ə b l ə r yığılıb oxuyurlar.)
(M u s i q i)
X o r və ə r ə b l ə r--
Ey bikəs, biçarə qalan aşiq, sadiq Məcnun!(2 dəfə)
Səd heyf ki, ahu qəmin oldu belə zaye!
Axı eşq, eşq, eşq bəladır, bəladır,
Aşiqlik edən dərdə mübtəladır!(2 dəfə)
(M u s i q i)
Olmadın nail Leyliyə sən bəs bu dünyada, Məcnun! (2 dəfə)
Bari o dünyada olasan vəslinə nail.
Axı eşq, eşq, eşq bəladır, bəladır,
Aşiqlik edən dərdə mübtəladır! (2 dəfə)
PƏRDƏ
__________________Milli Kitabxana___________________
44
ŞAH ABBAS VƏ XURŞİD BANU
4 PƏRDƏ 4 ŞƏKİLLİ OPERA
İŞTİRAK EDİRLƏR
Ş a h A b b a s--35 yaşında.
V ə z i r--50 yaşında.
B i r i n c i ə y a n.
İ k i n c i ə y a n.
Ü ç ü n c ü ə y a n.
D ö r d ü n c ü ə y a n.
B e ş i n c i ə y a n.
N ö k ə r.
O d u n ç u.
O d u n ç u n u n b i r i n c i o ğ l u.
O d u n ç u n u n i k i n c i o ğ l u.
X u r ş i d--odunçunun qızı, 20 yaşında.
M ə s t a v ə r--aşbaz.
D o s t ə l i--Şiraz əhli.
D i v a n ə.
B i r i n c i m ə h b u s.
İ k i n c i m ə h b u s.
Ü ç ü n c ü m ə h b u s.
D ö r d ü n c ü m ə h b u s.
B e ş i n c i m ə h b u s.
B i r i n c i k e ç ə ç i.
İ k i n c i k e ç ə ç i.
Ü ç ü n c ü k e ç ə ç i.
10 n ə f ə r ş i r a z ə h l i.
Q o ş u n v ə b a ş q a l a r ı.
__________________Milli Kitabxana___________________
45
BİRİNCİ PƏRDƏ
B i r m e ş ə d ə vaqe olur. Müqəddimə çalındıqdan sonra pərdə qalxır.O d u n ç u öz i
k i o ğ l u ilə odun yığırlar.
O d u n ç u (rast üstə)--
Məsəl vardır deyərlər ki,
Çəkən zəhmət yeyər balı;
Çəkib zəhmət, nə bal gördüm,
Nə oldum eyşdən hali.
(M u s i q i)
Bu nə gündür, nə dirlikdir
Ki, heç bir istirahət yox;
Pulum yoxdur, malım yoxdur,
Evim bomboş, içi xali.
(M u s i q i)
B i r i n c i o ğ l u--
Nə bədbəxtin biriymişsən,
Bizi həm eylədin bədbəxt;
Nə busət basmış hər yanı,
Məişətmiz keçir çox səxt;
(M u s i q i)
İ k i n c i o ğ l u--
Bizi insan bilən yoxdur,
Deyən yoxdur ki, kimsən sən;
Nə zillətdir, nə möhnətdir,
Buna bais, bəli, sənsən!
(M u s i q i)
İ k i s i b i r y e r d ə--
Neçün oldun odunçu sən?
(M u s i q i)
Dostları ilə paylaş: |