__________________Milli Kitabxana___________________
87
Ə s l i--Qoy olsun, ancaq qorxuram, keşiş babam çıxıb bizi görər.
K ə r ə m--Canım Əsli, bir ləhzə mənim ilə otur, səni tapmışam və səndən ayrıla
bilmirəm.
(M u s i q i)
Ə s l i (şikəstə)--
Nə gəzərsən məlul-məlul bu yerdə,
Aman Kərəm, məni rüsvay eyləmə!
Məni sənə qismət eyləmiş yəzdan,
Aman Kərəm, məni rüsvay eyləmə!
K ə r ə m--
Doymadım dadlı-dadlı dilindən,
Aman Əslim, elə sözlər söyləmə!
Gözümü qan bürüdü, qorxuram ölümdən,
Aman Əslim, elə sözlər söyləmə!
(M u s i q i)
Ə s l i--
Heç olurmu buralarda elə iş,
Keşiş babam duyar, eyləyər təftiş,
Duymamışkən tez olgilən qalx, siviş,
Aman Kərəm, məni rüsvay eyləmə!
(M u s i q i)
K ə r ə m--
Sarılaram incə miyan belindən,
Doymamışam dadlı-dadlı dilindən.
Qorxuram ki, ayrılasan sən məndən,
Aman Əslim, elə sözlər söyləmə.
(M u s i q i)
Ə s l i (durur ayağa)--
Ağam Kərəm, paşam Kərəm, xan Kərəm,
Atış Kərəm, tutuş Kərəm, yan Kərəm.
__________________Milli Kitabxana___________________
88
Əsli olsun sənə qurban, can Kərəm,
Aman Kərəm, elə sözlər söyləmə!
K e ş i ş i n səsi gəlir. Ə s l i K ə r ə m ə baxa-baxa həsrətlə getməyə məcbur olur.
K ə r ə m (segah)--
Gərcək oldu bu yuxum, tapdım məgər xan Əslimi,
Verməsə, billah, keşiş ölləm əgər xan Əslimi.
Ağlımı aldı başımdan səndəki sevdayi-eşq,
Kor olmuş gözlərim təkcə görər xan Əslimi.
S o f i (çıxıb Kərəmi axtarır və tapır)--Ey şahzadə, keşiş səndən nigarandır,
harada qaldın gəlmədin.
K ə r ə m (segah)--
Tapmışam cananımı, Sofi, mənə rəhm eylə sən,
Noldun, ey birəhm, sən söylə, ona rəhm eylə sən.
Gördüyüm röyadakı dilbər keşişin qızıdır,
Söyləməm, bil kim, bu sirri tək sənə rəhm eyləsən.
S o f i (söz ilə)--Yuxuda gördüyün, keşişin qızı imiş?
K ə r ə m--Odur ... özüdür.
S o f i--Daha bundan asan bir iş yoxdur. Şah baban əmr edər, keşiş qızını sənə
verər. Özü də bu işə çox şükürlər edər, çünki şahzadədən artıq kimə qız vermək olar.
K ə r ə m--Yox, Sofi, qardaş, mən keşişdən çox qorxuram. O, qızı mənə vermək
istəməyəcəkdir.
K e ş i ş (çıxır)--Ey şahzadə, səndən nigaran oldum (kənara). Şahzadə çox
pərişanhaldır, burada bir hikmət vardır. (Onlara). Buyurun eyş-işrətə məşğul olaq.
S o f i--Çox razıyıq. Lakin şahzadə bir qədər kefsizdir. İsfahana getməyimiz
lazımdır.
Q ı z l a r və o ğ l a n l a r hamısı buraya çıxırlar. Ə s l i isə qapının ağzında
dayanır.
K e ş i ş--Buna heç bir sözüm ola bilməz. Əmr sizindir. (Kənara). Çıxıb getsələr
yaxşıdır....
K ə r ə m v ə S o f i--Xudahafiz, səlamət qalasınız. (Hamı baş əyir.)
__________________Milli Kitabxana___________________
89
(M u s i q i)
H a m ı (təsnif)--
Xoş gəldin, xoş gəldin,
Xoş gəldin, şahzadə! (2 dəfə)
Yaşasın şahzadə, ömrü onun çox olsun! (2 dəfə)
K ə r ə m v ə S o f i gedirlər, Ə s l i özünü saxlaya bilməyib, birdən hönkür-
hönkür ağlayır, h a m ı mat qalır.
Ə s l i (segah)--
Sən məni tənha qoyub getdin, mənim canım Kərəm,
Rəhm qıl, qoyma məni hicr oduna yanım, Kərəm!
Bilmirəm ata nədir, ana nədir, əqvam nədir,
Sən mənə oldun belə candan əziz, xanım Kərəm!
K e ş i ş (acıqla)--Qızım, qızım, bu nə işdir görürsən.
Təsnif, musiqi ilə bir yerdə.
Yoxsa, qızım, şahzadəyə aşiqsən?
Yoxsa qızım, şahzadəyə aşiqsən?
Bəs elə imiş, bəs elə imiş,
Onda gör səni mən necə edərəm.
Ə s l i--Bəli, mən şahzadəyə aşiqəm. (Hamıda hərəkət.)
K e ş i ş--
Get gözümdən tez! (2 dəfə)
Rədd ol burdan, rədd ol!
Mən səni sevməm,
Get gözümdən tez,
Get közümdən tez,
Sən dəlisən, sən dəlisən.
Sən dəlisən, get!...
(M u s i q i)
Get, get, get!...
PƏRDƏ
__________________Milli Kitabxana___________________
90
İKİNCİ PƏRDƏ
BİRİNCİ ŞƏKİL
İsfahan şəhərində p a d ş a h ı n s a r a y ı n d a vaqe olur. Saray mümkün
mərtəbədə şəşəəli döşənmişdir. P a d ş a h taxtda əyləşibdir, ə y a n l a r dəxi yanına
düzülübdürlar, K ə r ə m dəxi padşahın hüzurunda ortada dayanıbdır.
P a d ş a h (rast)--
Söylə görüm, oğlum, bu qədər ahə səbəb nə?
Gündüz, gecələr ahu fəğan, nalə səbəb nə?
Derlər səni tərsa qızına aşiq olubsan,
Söylə görüm a ... bundakı dəsgahə səbəb nə?
K ə r ə m (söz ilə)--Şah baba, izn ver ki, mən öz eşq bəlamı sizə dil ilə deyil, tel
ilə qandırım. Sofi, ver mənim sazımı. (Sofi saz gətirir).
P a d ş a h--Söylə qulaq asaq!
K ə r ə m (sazı əlinə alıb çalır)--
(M u s i q i)
K ə r ə m--
Keşiş bağçasında bir gözəl gördüm.
Əqlimi başımdan aldı, nə çarə?
Daramış zülfünü, tökmüş üzünə,
Sərimi sevdayə saldı, nə çarə?
(M u s i q i)
Mən də bildim bir keşişin qızıdır,
Səhərdən çıxmış dan ulduzudur,
Yuxuda gördüyüm ol özüdür,
O, halımı bilməz isə nə çarə?
(M u s i q i)
Dostları ilə paylaş: |