Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə26/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   22   23   24   25   26   27   28   29   ...   102

__________________Milli Kitabxana___________________ 

100 


 

(M u s i q i) 

 

Əsli huridir bilənə,  



Qoynu cənnətdir girənə.  

Ceyrana bənzər ceyrana.  

Bəylər, xan Əslimi gördünmü? 

 

(M u s i q i) 



 

Obaları oymaq-oymaq,  

Olmaz imiş yardan doymaq.  

Ağzı sud, dodağı qaymaq,  

Bəylər, xan Əslimi gördünmü? 

 

(M u s i q i) 



 

Mən Kərəməm, düşüb çölə gəzərəm,  

Yarımı tapsam, üst-başını bəzərəm,  

Min cür cəfa etsə, mininə dözərəm,  

Bəylər, xan Əslimi gordunmu, hey?!... 

 

O n l a r--Doğrudan da ki, sən haqq aşiqi imişsən. Ey aşiq, sənin yarın atası ilə 



bərabər buradan keçib, Hələb şəhərinə qaçıbdır. Onu orada taparsan, amma, ey aşiq, 

sən gəl burax Əslini,  

qal bizim ellərdə. 

O  b i r i--Ol  bizim əhlimizdən. 

D i g ə r i--Bizdə Əslidən gözəl qızlar  vardır. 

B i r  a y r ı s ı--O qızlardan birini al. 

H a m ı s ı--Gəl, gəl aşiq, bizdə qal. 

K ə r ə m (baş bulayır)--Ay qardaşlar! Mən İsfahan padşahının oğluyam, hərgah 

bir yerdə qalıb rahat ola bilsə idim, padşah sarayında qalıb,  şahlıq edərdim. Mən 

haqq aşiqiyəm, yarımdan əl çəkə bilmərəm. 

 

Bu halda bir dəstə q ı z gəlir, qızlardan biri oynayıb qalanları oxuyurlar. 



 

(M u s i q i) 

 

Q ı z l a r-- 



 

Güli-sünbüllər açılıb bağda,  

Açılıb bağda güli-sünbüllər.  



__________________Milli Kitabxana___________________ 

101 


 

Hamı bülbüllər oxuyur tarda,  

Oxuyur tağda hamı bülbüllər. (2 dəfə) 

 

(O y u n, m u s i q i). 



 

Düzülün, qızlar, əl-ələ verin,  

Əl-ələ verin, düzülün, qızlar!  

Görəsiz, qızlar, neçə bayramlar,  

Neçə bayramlar görəsiz, qızlar! (2 dəfə)  

 

O ğ l a n l a r  v ə  q ı z l a r-- 



 

Yığışın, qızlar, həmi oğlanlar, 

Gülüşüb danışaq, 

Görüşək danışaq. 

Gülə bənzərsiz hərəniz, qızlar, 

Sizə aşiqdir hamı oğlanlar! (2 dəfə) 

 

(O y u n, m u s i q i) 



 

K ə r ə m-- 

 

Xuraman-xuraman gəlin-qızlar,  



Xan Əslimi sizdən görən oldumu?  

Küsmüşəm atadan, anadan, eldən,  

Məni salıb Əsli xanım dildən;  

Bir dayanın, sorayım sizdən,  

Xan Əslimi sizdən görən oldumu? 

 

(M u s i q i) 



 

Mənim yurdum dağlar ilə daş olub,  

Məhəbbət sirri hər kəsə faş olub,  

Ağlamaqdan yerim-yurdum yaş olub,  

Xan Əslimi sizdən görən oldumu? 

 

(M u s i q i) 



 

Ah edəyim, könül, sənin əlindən,  

Qaldıq bir əcayib zarın içində.  

 



__________________Milli Kitabxana___________________ 

102 


 

Nəyə ağlayım, nəyə güləyim?  

Qönçə gülüm qaldı xarın içində. 

 

(M u s i q i) 



 

Dərdli Kərəm deyir: vətənim yox mənim,  

Heç kimsə yoxdur sora əhvalım.  

Yardan ayrılalı büküldü belim,  

Qaldıq namus ilə arın içində. 

 

(M u s i q i)  



 

H a m ı (təsnif)-- 

 

Dərdli Kərəm, sən  itirdin   Əslini; (2 dəfə)  



Get, tap, get, tap yarın, itirdin Əslini. (2 dəfə)  

Haqdan aşiqsən, çək eşqin əzabın; (2 dəfə)  

Get, tap, get, tap yarın, itirdin Əslini. (2 dəfə). 

 

Q ı z l a r və o ğ l a n l a r gedirlər.  



 

K ə r ə m (yollara sarı)-- 

 

Ərzurumdan çıxdımı, üç oldu yolum,  



Mən bu yolun hangısına gedəyim?  

Çagırdım gecə-gündüz mövlamı,  

Mən bu yolun hankısına gedəyim? 

 

(M u s i q i) 



 

Sofi qardaş, necə olur halımız?  

İsfahan şəhridir bizim elimiz.  

Bülbül getdi, məhzun qaldı gülümüz,  

Mən bu yolun hankısına gedəyim? 

 

(M u s i q i) 



 

Kərəm deyir yetmədim muradıma,  

Əslim getdi, qonamadım yurduna.  



__________________Milli Kitabxana___________________ 

103 


 

Hey ağalar, bir dilbərin dərdinə,  

Mən bu yolun hankısına gedəyim? 

 

(M u s i q i) 



 

Bu halda Ş e y x-N u r a n i vaqe olur və üzünü K ə r əm g i l ə tutub oxuyur.  

 

Ş e y x-N u r a n i (humayun)-- 



 

Eşqə giriftar olan  

Zarü pərişan gördüm. 

 

(M u s i q i) 



 

(təkrar o sözlər)  

 

Cənk edib can alanı  



Qanını qəltan gördüm. 

 

(M u s i q i) 



 

(təkrar o sözlər) 

Atəşi-eşqə düşəni  

Çaki-giriban gördüm. 

 

(M u s i q i) 



 

(təkrar o sözlər) 

 

Hicr oduna yananın  



Qəlbini büryan gördüm. 

 

 (M u s i q i)  



 

(təkrar) 

 

Ş e y x (söz ilə)--Ey qərib, sizlər haraya getmək istəyirsiniz? 



S o f i--Ey şeyx, biz Hələb şəhərinə getmək istəyirik. 

Ş e y x--Siz bilirsinizmi ki, buradan Hələbə altı aylıq yol var? 

S o f i--Xeyr, bilmirik.  



__________________Milli Kitabxana___________________ 

104 


 

Ş e y x--Yumun gözlərinizi. 

 

K ə r ə m və S o f i gözlərini yumurlar, haman dəm hər yer qaranlıq olur, bu halda  



səhnənin dal pərdəsi qalxıb, Hələb  şəhəri  görünür. 

 

Ş e y x--Açın gözlərinizi. 



 

Bunlar gözlərini açırlar, hər yer işıqlanır. K ə r ə m və S o f i  Hələbin 

mənzərəsini görüb şad olurlar. 

 

Ş e y x--Bax, siz Hələb şəhrinə yetişdiniz (deyib tez çıxıb gedir). 



 

(M u s i q i) 

 

K ə r ə m-- 



 

Şükr eylə, Sofi, xudaya, (2 dəfə)  

Hələb şəhri, Hələb şəhri!  

Hələb şəhrinə gəldik. 

 

(M u s i q i) 



 

Qalxız əlini duaya, (2 dəfə)  

Hələb, Hələb şəhri!  

Hələb şəhrinə gəldik. 

                          

(M u s i q i) 

 

K ə r ə m v ə S o f i-- 



 

Yetirdi mövlam bizi tez, (2 dəfə)  

Hələb şəhri, Hələb şəhri!  

Hələb şəhrinə gəldik (2 dəfə)  

Hey.... 

 

(M u s i q i) 



 

PƏRDƏ 


 

 

 




Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə