__________________Milli Kitabxana___________________
105
DÖRDÜNCÜ PƏRDƏ
BİRİNCİ ŞƏKİL
H ə l ə b şəhərinin bazarında vaqe olur. Axşam çağıdır, sağ tərəfdə sair evlər
var. Sol tərəfdə K e ş i ş və Ə s l i olan ikimərtəbə və balkonlu ev vardır. Ortada
çeşmə qurulub, altı nəfər qız su doldurmaqla məşğuldurlar, evlərin içindən işıq gəlir.
Qızlar su doldururlar və oxuyurlar.
(M u s i q i)
Qızlar--
Axşam oldu hey ... şamlar yandı, (2 dəfə)
Tez ol, tez ol, qızlar, qaranlıq damdı. (2 dəfə)
Hər kim istər kim, dərdi az olsun, (2 dəfə)
Getməsin ərə, evdə qız qalsın. (2 dəfə)
(M u s i q i)
Axşam oldu hey ... obalar yatdı, (2 dəfə)
Qaranlıq çökdü, ay da həm batdı; (2 dəfə)
Arvad olanın dərdi çoxdur, (2 dəfə)
Amma qızların heç dərdi yoxdur. (2 dəfə)
Amma qızların heç dərdi yoxdur. (2 dəfə)
Bu halda K ə r ə m ilə S o f i sağ tərəfdən nümayan olurlar, qızlar onları görüb
qorxan kimi olurlar.
(M u s i q i)
K ə r ə m--
Ey Hələbin gözəlləri,
Altı qızlar, altı qızlar!
Bulaqdan su süzənləri,
Altı qızlar, altı qızlar!
(M u s i q i)
__________________Milli Kitabxana___________________
106
Keşiş bunda gəlib durar,
Xan Əslimi deyər, vurar,
Dərdli Kərəm sizdən sorar,
Altı qızlar, altı qızlar!
Q ı z la r d a n b i r i--Siz kimsiniz və bizlərdən nə istəyirsiniz?
S o f I--Ey gözəl qızlar, sizin bu şəhərə bir keşiş gəlib, öz qızı ilə olur, söyləyin
bizə, allah eşqinə, o keşiş harada olur?
Q ı z l a r d a n b i r i--Bildim hansı keşişdir, bax, o keşiş bu evdə olur, bu evdə.
(Qızlar gedirlər).
(M u s i q i)
K ə r ə m (sevinib)--
Gəzib-gəzib şəhərləri, kəndləri,
Axır gəlib sənə yetişdim, Əsli!
Unutmuşam cəfaları, dərdləri,
Axır gəlib sənə yetişdim, Əsli!
(M u s i q i)
Haqq aşiqi söylədilər adıma,
Yetişmədi bir kəs mənim dadıma.
Keçən günlər düşdü mənim yadıma,
Axır gəlib sənə yetişdim, Əsli!
(M u s i q i)
Şah oğluyam, dönmüşəm mən gədayə,
Çıx gəl bəri, verək səda-sədayə,
Dərdli Kərəm desin şükür xudayə,
Axır gəlib sənə yetişdim, Əsli!
Bu halda balkona açılan qapılar taybatay açılıb, Ə s l i hövlnak bir surətdə
balkona çıxır və aşağı baxıb deyir:
Ə s l i--Kərəm!!!
K ə r ə m--Can Əsli!
__________________Milli Kitabxana___________________
107
Ə s l i bihuş kimi olur.
(M u s i q i)
K ə r ə m--
Gəzib-gəzib şəhərləri, kəndləri,
Axır gəlib sənə yetişdim, Əsli!
Unutmuşam cəfaları, dərdləri,
Axır gəlib sənə yetişdim, Əsli!
(M u s i q i)
Ə s l i--
Dustaq kimi gəlib qalıb bu evdə,
Söylər idim: Kərəm, Kərəm, Kərəm, gəl!
Bilməz idim çarə nədir bu dərdə,
Söylər idim: Kərəm, Kərəm, Kərəm, gəl!
(M u s i q i)
K ə r ə m--
Ağlar qoyub ata ilə ananı,
İncitmişəm hər bir canı yananı.
Ötürmüşəm Məcnunu və Sənanı,
Axır gəlib sənə yetişdim, Əsli!
(M u s i q i)
Ə s l i--
Keşiş babam məni döyüb söyəndə,
Qaçar ikən o kənddən bu kəndə,
Ahu kimi düşüb qalıb kəmənddə,
Söylər idim: Kərəm, Kərəm, Kərəm, gəl!
__________________Milli Kitabxana___________________
108
(M u s i q i)
K ə r ə m--
Şah oğluyam, dönmüşəm mən gədayə,
Çıx gəl bəri, verək səda-sədayə,
Dərdli Kərəm desin şükür xudayə,
Axır gəlib sənə yetişdim, Əsli!
(M u s i q i)
Ə s l i--
Keşiş babam bağlayıbdır hər yanı,
Yanmaz imiş onun mənə heç canı.
Gözüm görmür bu işıqlı dünyanı,
Çıx gəl bəri, Kərəm, Kərəm, Kərəm, gəl!
--deyib, ipək nərdivanı aşağı atır, K ə r ə m nərdivana çıxıb, Ə s l i dəxi
balkondan bədənini aşağı sallayıb, ikisi bir-biri ilə görüşməkdə ikən k e ş i ş bazardan
qayıdır və əhvalatı bu halda görüb qışqırır.
K e s i s--Ay haray!... Evimə oğru gəlibdir, ay haray!... Yığılın buraya?...
Bu qışqırığa iki nəfər z ə b t i y y ə gəlib, K ə r ə m i və S o f i n i tuturlar,
camaat dəxi evlərindən bayıra çıxıb, əllərində fanus olaraq bu əhvalatı görürlər.
B ə z i l ə r i--Nə olub? Nə olub?
O b i r i l ə r i--Keşişin evinə oğru-quldur gəlibdir.
X a l q kamal-təəccüb ilə K ə rə m ilə S o f i n i n ora burasına tamaşa edir.
K e ş i ş (kənara çəkilib)--Ax-ax-ax.... Tanıdım, odur, padşahın oğlu Əhməd
Mirzədir.... Yenə gəlib məni tapd?, ax!...
Bu halda Hələb p a ş a s ı daxil olur, yanında iki nəfər z ə b t i y y ə.
P a ş a--Bu nə yığıncaqdır burada? Nə olubdur? Geri çəkilin!
Dostları ilə paylaş: |