__________________Milli Kitabxana___________________
91
Dərdli Kərəm deyir firqətim qəti,
Kəskindir qılıncı, yürükdür atı.
Ol İsəvi, mən Məhəmməd hümməti,
Həqq dininə dönməz isə nə çarə?
(M u s i q i)
P a d ş a h (rast)--Sən xəzinədarım keşişin qızına aşiqsən; burada heç bir ahü-
nəva etməli iş yoxdur. Sən səbr elə, mən onun qızını alıb sənə verərəm.
Ə y a n l a r (təsnif)--
Əlbəttə, şah buyursa, əgər buyursa, əgər əmr etsə,
(M u s i q i)
Əlbəttə, şah buyursa, əgər buyursa, əgər əmr etsə,
Keşişin sözü olmaz. (2 dəfə)
N ö k ə r (daxil olur)--Padşah sağ olsun, xəzinədar keşiş hüzurunuza izn istəyir.
Ş a h--Söylə gəlsin.
K ə r ə m keşişin adını eşitcək müztərib hal olur və ağlayır.
Ş a h--Oğlum, nə oldu sənə, nə üçün ağlayırsan?
(M u s i q i)
K ə r ə m--
Aşardı qarlı dağın ardına,
Xan Əslim ağlıma düşdü, ağlaram.
Hey ağalar, dayanamam dərdinə,
Xan Əslim ağlıma düşdü, ağlaram,
(M u s i q i)
__________________Milli Kitabxana___________________
92
Eşidib keşişin adını,
Xan Əslim ağlıma düşdü, ağlaram.
Duymuşam məhəbbətin dadını,
Sevdiyim xətrimə düşdü, ağlaram.
(M u s i q i)
Ş a h--Oğlum, sənin bəxtindən keşiş özü hüzuruma gəlibdir. Mən bu gün ondan
nişan alaram.
K e ş i ş daxil olur, baş əyir, əlində bir dəstə açarlar.
Şah--Söylə görüm, xəzinədar, mətləbin nədir?
K e ş i ş--Padşah sağ olsun, tamam otuz ildir ki, sənin çörəyini yeyib, sənə xidmət
etmişəm, indi çörəyini mənə halal elə və məni qulluğumdan azad elə.
Ş a h--Keşiş, nə olubdur? Yoxsa məndən və ya mənim adamlarımdan incimisən?
K e ş i ş--Əstəgfurulla!... Ancaq mən çox qocalmışam, qorxuram ki, xidmətimdə
qüsur göstərəm.
Ə y a n l a r bir-birlərinə işarə edirlər.
Ş a h--İndi ki, azadlıq sənin öz xahişindir, mənim də sözüm yoxdur. Lakin onu bil
ki, bu otuz illik xidmətindən mən çox razıyam, məhşərəcən hümmətim üstündə baqi
qalacaqdır. Ancaq, keşiş, sən də gərək mənim əmrimi yerinə yetirəsən.
K e ş i ş--Buyur, padşah, can və baş ilə yetirərəm. (Kənara). Ax, qorxuram ki,
qızımı istəyə.
Ş a h--Keşiş, mənim oğlum Əhməd Mirzə sənin qızına aşiq olubdur (keşişdə
hərəkət), sən gərək qızını mənim oğluma verəsən.
K e ş i ş (pərişan-hal)--Padşah sağ olsun, necə ola bilər, dinimiz ayrı, adətimiz
ayrı....
Ş a h--Mən sənin qızını müsəlman edərəm.
K e ş i ş (daha da bədhal olub)--Padşah sağ olsun, hər nə ağır təklifin varsa mənə
əmr et, lakin bu təklifdən vaz keç (əyanlarda işarələr).
Ş a h--Yox, keşiş, heç vaxt keçmərəm, gərək qızını mənim oğluma verəsən.
__________________Milli Kitabxana___________________
93
K e ş i ş (yalvarır)--Padşah sağ olsun, buyur boynumu vursunlar, amma qızımı
əlimdən alma.
Ş a h--Keşiş, gözümün ağı-qarası bir nəfər oğlum var, mən onun əza və cəfasına
razı ola bilmərəm, əmr edirəm ki, qızını ona verəsən.
K e s i s--Padsah!...
Ş a h (qəzəblə)--Xamus!... Artıq söz lazım deyildir.
K e ş i ş--Padşah sağ olsun, indi ki, sənin əmrindir, razıyam. Ancaq mənə beş ay
möhlət ver ki, toy tədarükü görüm.
Ş a h--Razıyam möhlətə (Kərəmə); oğlum, daha sənin ahü-nəvan əbəsdir, get,
arxayın ol! (Kərəm ağlayır).
Ş a h (təəccüblə)--Oğlum, daha niyə ağlayırsan?
(M u s i q i)
K ə r ə m--
İnanmıram qara keşiş sözünə,
Yox etibarım onun özünə;
Salacaqdır məni çölün düzünə,
Xan Əslim ağlıma düşdü, ağlaram.
(M u s i q i)
Uca dağ başında ötüşür quşlar,
Tərlanım uçdu kimlər görmüşlər,
Dərdimi anlamaz bunda keşişlər;
Xan Əslim ağlıma düşdü, ağlaram.
(M u s i q i)
Dərdli Kərəm deyir: bu dərdim bitməz,
Yarımın sevdası sərimdən getməz,
Yüz min öyüd ver, biri kar etməz,
Xan Əslim ağlıma düşdü, ağlaram.
(M u s i q i)
Ş a h (ayağa durur, getmək üçün oğlunun qolundan tutur)--Oğlum! Keşiş mənə
söz verəndən sonra sözündən çıxa bilməz. Beş ay dözərsən,
__________________Milli Kitabxana___________________
94
inşaallah, sonra yarın sənə yetişər. İndi gəl gedək səni şikara aparım. (Hamısı
gedirlər, keşiş onları bir qədər ötürüb sonra qayıdır).
(M u s i q i)
K e ş i ş--
Qaçmaq, qaçmaq, (2 dəfə)
Qaçmaqdan başqa əlacı yoxdur. (2 dəfə)
Getmək, getmək,
Getməsəm əgər əngəlim çoxdur.
(Fikir ilə) Olsam razı.... Yox!...
Qaçmaq, qaçmaq, (2 dəfə)
Qaçmaqdan başqa əlacı yoxdur. (2 dəfə)
Qaçmaq, qaçmaq, qaçmaq,
Qacmaq!... (Qaçır gedir).
PƏRDƏ
İKİNCİ ŞƏKİL
Zəngidə k e ş i ş i n b a ğ ç a s ı n d a vaqe olur. Ancaq bu səfər bağçadakı güllər
sınıb, solub, ağacların bəziləri qırılıbdır. Sandalyalar alt-üst olubdur. Yenə sol tərəfdə
dağlıq və ortada sərv ağacı. Zəngi əhlindən S ə f i adlı qoca məyus və kasıb bir
bucaqda yumrulub yatıbdır. Musiqi çalınırkən səhnə açıq durur. Sonra ə y a n l a r, q
o ş u n, K ə r ə m ilə p a d ş a h kamal-dəbdəbə ilə daxil olurlar.
Ş a h (söz ilə)--Bu necə işdir, keşiş bizim qabağımıza çıxmadı? Səsləyin keşişi!
Ə y a n l a r d a n b i r i--Hey, hey!... Kesis, hey, hey!... (Gedir içəri baxır və
çıxır); şah sağ olsun, heç kəs yoxdur.
Ş a h--Bu necə olan işdir?! Yoxsa keşiş məni aldatdı, bu saat onun başını
bədənindən cida etdirərəm.
Ə y a n l a r d a n b i r i (axtararkən Səfini görür)--Şah sağ olsun, burada bir şəxs
yatıbdır.
Ş a h--Durğuzun ondan soruşaq.
Ə y a n (Səfini oyadır)--Hey, hey, dur ayağa! (Səfi güç ilə qalxır, gözlərini ovur).
Dur, padşah gəlibdir. (Səfi üzü üstə yıxılır və səcdə edir.)
Dostları ilə paylaş: |