__________________Milli Kitabxana___________________
113
P a ş a--Və bilirsən ki, iki aşiqi mərama çatdırmaq savabdır.
K e ş i ş--Bilirəm.
P a ş a--Bəs nə üçün mane olursan?
K e ş i ş--O mənim atalıq haqqımdır.
Pa ş a--Keşiş, sən gəl bu işə razı ol, yoxsa....
K e ş i ş--Paşam, İran vilayətində mənim hörmətim padşah hörmətinə bərabər idi,
amma mən yenə də oradan qaçıb, sənin şəhərinə gəldim və sənin kölgənə qısıldım,
hərgah sən də məni incitmək istəsən, özgə bir şəhər hakiminə pənah apararam.
P a ş a (Kərəmə)--Ey oğlan, sən müsəlmansan, bu erməni qızı, sən gəl bundan əl
çək, get özünə özgə bir qismət axtar.
(M u s i q i)
K ə r ə m--
Hey ağalar, necə edəyim,
Mən dönərəm, könül dönməz.
Bir gözələ düşdü könlüm,
Mən dönərəm, könül dönməz.
(M u s i q i)
Kəklik kimi səkişindən,
Köküs əlvan naxışından,
Bir hərami baxışından,
Mən dönərəm, könül dönməz.
(M u s i q i)
İstəmirəm başqa özündən,
Mənə söylə Əsli sözündən.
Əsli kimi keşiş qızından,
Kərəm sevdi Əsli xanı.
Mən dönərəm, könül dönməz.
(M u s i q i)
Yoluna qoymuşam canı,
Gözümdən axıtdı qanı,
Mən dönərəm, könül dönməz.
__________________Milli Kitabxana___________________
114
(M u s i q i)
P a ş a--Ax!... Qoy indi bir qızdan soruşum, hərgah qız sənin yanında oğlana
getmək istəsə o halda, keşiş, gərək heç bir sözün olmasın. Olsa da sənə cəza
elətdirərəm. Ey qız, söylə görüm, sən Kərəmə aşiqsənmi və Kərəmə getmək
istəyirsənmi?
(M u s i q i)
Ə s l i--
Kərəm mənə, mən Kərəmə aşiqik,
Ver Kərəmə məni, paşam, rəhm elə.
Hər ikimiz aşiqliyə layiqik,
Ver Kərəmə məni, paşam, rəhm elə.
(M u s i q i)
İllər ilə həsrətini çəkirdim,
Gizli-gizli qan-yaşımı tökürdüm,
İki əlli bir başıma döyürdüm,
Ver Kərəmə məni, paşam, rəhm elə.
(M u s i q i)
Qorxum yoxdur keşiş babamdan mənim,
Dözə bilməm, təngə gəlibdir canım.
Mənim yarım ancaq Kərəmdir, Kərəm,
Ver Kərəmə məni, paşam, rəhm elə.
(M u s i q i)
H a m ı (musiqi: təsnif)--
Keşiş, razı ol bu işə!
K e ş i ş--Olmam, olmam.
C a m a a t--Keşiş, razı ol bu işə.
P a ş a--Razı ol, razı ol (deyib, qılıncı sivirmək istəyir).
C a m a a t--Əslini ver Kərəmə.
K e ş i ş--Verməm, verməm.
C a m a a t--Əslini ver Kərəmə.
P a ş a--Razı ol, razı ol (deyib, qılıncı sivirir və keşişin üstünə qalxır.)
__________________Milli Kitabxana___________________
115
K e ş i ş--Olmam, olmam, olmam!... (Söz ilə birdən). Ver, ver, ver Əslini
Kərəmə! Əmma hərgah bunlar həqiqi aşiqdirlərsə, gərək bu dünyada kam almasınlar!
Almasınlar! Almasınlar! (Deyib, çıxıb gedir).
P a ş a (Kərəmə)--Al oğlan, öz yarını apar!
Ə s l i ağlayır, K ə r ə m hövlnak bir haldadır ki, guya canı odlanır. Əsliyə tərəf
əllərini uzadıb oxuyur.
(M u s i q i)
K ə r ə m--
Gəl, gəl, Əslim, yetər, ağlama,
Yanaram, Əslim, yanaram!
Ciyərim artıq dağlama,
Yanaram, Əslim, yanaram, hey!...
Rəhm elə bir gəl halıma,
Atəş düşübdür canıma,
Öləndə gəl məzarıma,
Yanaram, Əslim, yanaram, hey!...
Mən Kərəməm, haqq aşiqiyəm,
Aşiqliyə mən layiqəm.
Rəhm eylə tez, mən yazığam,
Yanaram, Əslim, yanaram!
Kərəm söyləməz adım,
Ərşə dayandı fəryadım.
Əldən getdi muradım,
Yanaram, Əslim, yanaram!
Yanaram, yanaram, Əslim, yanaram, yanaram, hey!...
(M u s i q i)
--deyirkən hər tərəfdən alov çıxıb, odlanıb yanır. Əsli də əlindəki xəncərini
çıxarıb sinəsinə çaxır və yıxılıb ölür. Bütün məclis əhli mat və məəttəl qalıb,
kamali-heyrətdə ikən pərdə yavaş-yavaş enir.
P Ə R D Ə
__________________Milli Kitabxana___________________
116
HARUN VƏ LEYLA
5 PƏRDƏLİ OPERA
İŞTİRAK EDİRLƏR:
Ə m i r--ərəb mərasından birisi, 50 yaşında.
L e y l a--Əmirin qızı, 17 yaşında gözəl bir qızdır.
V ə z i r--Əmirin vəziridir ki, özü də alim və mürəbbidir, 60 yaşında.
H a r u n--Sər əsgər, 25 yaşında, gözəl bir cavandır.
Z e y d--Sər əsgər, z0 yaşında, çirkin bir şəxsdir.
B ə k i r, R ə h m a n v ə d i g ə r i k i s i--qoşun dəstəsi böyükləridir (zabit
kimidir.)
B i r d ə s t ə q ı z, L e y l a n ı n r ə f i q ə l ə r i v ə k ə n i z l ə r.
B i r d ə s t ə o ğ l a n, q u l a m l a r v ə s a i r ə.
Q o ş u n ə h l i.
D ə r v i ş--qoca bir dərvişdir.
__________________Milli Kitabxana___________________
117
BİRİNCİ PƏRDƏ
Əmirin b a ğ ç a s ı: sağ tərəfdə Əmirin imarəti görünür, bağçaya yolu vardır. Sol
tərəf ilə dal tərəf ağaclıqdır. İçlərindən xiyabanlar çəkilibdir, hər tərəfi gülzardır.
Ortada bir hovuz vardır ki, su fəvvarə vurur. Qabaq tərəfdə bir ağacın dibində açıq
yerdə fərş salınıb, v ə z i r əlində kitablar əyləşib, qabağında düzülmüş olan q ı z l a r
a dərs verir və nəsihətlər edir. Əmirin qızı L e y l a dəxi bunların içindədir; lakin
bütün qızlar kamali-huş və guş ilə dərsə və pənd və nəsihətə qulaq asdıqları yerdə,
Leyla bir növ pərişan-hal görünüb, fikri özgə yerlərdə olduğunu izhar edir. Bilaxirə
üzünü əli ilə tutub ağlayan kimi görünür.
V ə z i r--
Guş edin pəndi nəsihətim mənim, zar olmayın,
Guş edin bu sözləri kim, aqibət xar olmayın.
Dinimiz, ayinimiz göstərdiyi yolla gedin;
Səy edin, allah yanında həm günahkar olmayın.
L e y l a ağlayır
Yaxşı ilə həm yamanın fərqini seçmək gərək,
Hər gözə görünən mətaə tez xiridar olmayın.
Yarü yoldaş seçkisində ehtiyata var ehtiyac,
Axtarın mərdi tapın, namərd ilə yar olmayın.
Q ı z l a r v ə V ə z i r (Leylaya)--
Gəl söylə, Leyla, halını,
Etdiyin qəm, qüssə, naləni.
(M u s i q i)
Gəl söylə, Leyla, halını,
Etdiyin qəm, qüssə, naləni;
Gizlətmə bizdən sirrini,
Söylə, söylə əhvalını. (2 dəfə)
Dərd nədir, qəm nədir,
Ahü nəva hərdəm nədir? (2 dəfə)
Dostları ilə paylaş: |