Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə29/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   25   26   27   28   29   30   31   32   ...   102

__________________Milli Kitabxana___________________ 

113 


 

P a ş a--Və bilirsən ki, iki aşiqi mərama çatdırmaq savabdır. 

K e ş i ş--Bilirəm. 

P a ş a--Bəs nə üçün mane olursan? 

K e ş i ş--O mənim atalıq haqqımdır. 

Pa ş a--Keşiş, sən gəl bu işə razı ol, yoxsa.... 

K e ş i ş--Paşam, İran vilayətində mənim hörmətim padşah hörmətinə bərabər idi

amma mən yenə də oradan qaçıb, sənin şəhərinə gəldim və sənin kölgənə qısıldım, 

hərgah sən də məni incitmək istəsən, özgə bir şəhər hakiminə pənah apararam. 

P a ş a (Kərəmə)--Ey oğlan, sən müsəlmansan, bu erməni qızı, sən gəl bundan əl 

çək, get özünə özgə bir qismət axtar. 

                         

(M u s i q i) 

 

K ə r ə m-- 



 

Hey ağalar, necə edəyim,  

Mən dönərəm, könül dönməz.  

Bir gözələ düşdü könlüm,  

Mən dönərəm, könül dönməz. 

 

(M u s i q i) 



 

Kəklik kimi səkişindən,  

Köküs əlvan naxışından,  

Bir hərami baxışından,  

Mən dönərəm, könül dönməz. 

 

(M u s i q i) 



 

İstəmirəm başqa özündən,  

Mənə söylə Əsli sözündən.  

Əsli kimi keşiş qızından,  

Kərəm sevdi Əsli xanı.  

Mən dönərəm, könül dönməz. 

 

(M u s i q i) 



 

Yoluna qoymuşam canı,  

Gözümdən axıtdı qanı,  

Mən dönərəm, könül dönməz. 

 



__________________Milli Kitabxana___________________ 

114 


 

(M u s i q i) 

 

P a ş a--Ax!... Qoy indi bir qızdan soruşum, hərgah qız sənin yanında oğlana 



getmək istəsə o halda, keşiş, gərək heç bir sözün olmasın. Olsa da sənə  cəza 

elətdirərəm. Ey qız, söylə görüm, sən Kərəmə  aşiqsənmi və  Kərəmə getmək 

istəyirsənmi? 

 

(M u s i q i) 



 

Ə s l i-- 

 

Kərəm mənə, mən Kərəmə aşiqik,  



Ver Kərəmə məni, paşam, rəhm elə.  

Hər ikimiz aşiqliyə layiqik,  

Ver Kərəmə məni, paşam, rəhm elə. 

 

(M u s i q i) 



 

İllər ilə həsrətini çəkirdim,  

Gizli-gizli qan-yaşımı tökürdüm,  

İki əlli bir başıma döyürdüm,  

Ver Kərəmə məni, paşam, rəhm elə. 

 

(M u s i q i) 



 

Qorxum yoxdur keşiş babamdan mənim,  

Dözə bilməm, təngə gəlibdir canım.  

Mənim yarım ancaq Kərəmdir, Kərəm,  

Ver Kərəmə məni, paşam, rəhm elə. 

 

(M u s i q i)  



 

H a m ı (musiqi: təsnif)--          

Keşiş, razı ol bu işə!  

K e ş i ş--Olmam, olmam.  

C a m a a t--Keşiş, razı ol bu işə. 

P a ş a--Razı ol, razı ol (deyib, qılıncı sivirmək istəyir). 

C a m a a t--Əslini ver Kərəmə.  

K e ş i ş--Verməm, verməm.  

C a m a a t--Əslini ver Kərəmə. 

P a ş a--Razı ol, razı ol (deyib, qılıncı sivirir və keşişin üstünə qalxır.) 




__________________Milli Kitabxana___________________ 

115 


 

K e ş i ş--Olmam, olmam, olmam!... (Söz ilə birdən). Ver, ver, ver Əslini 

Kərəmə! Əmma hərgah bunlar həqiqi aşiqdirlərsə, gərək bu dünyada kam almasınlar! 

Almasınlar! Almasınlar! (Deyib, çıxıb gedir). 

P a ş a (Kərəmə)--Al oğlan, öz yarını apar! 

 

Ə s l i ağlayır, K ə r ə m hövlnak bir haldadır ki, guya canı odlanır. Əsliyə tərəf 



əllərini uzadıb oxuyur. 

 

(M u s i q i) 



 

K ə r ə m-- 

 

Gəl, gəl, Əslim, yetər, ağlama,  



Yanaram, Əslim, yanaram!  

Ciyərim artıq dağlama,  

Yanaram, Əslim, yanaram, hey!... 

 

Rəhm elə bir gəl halıma,  



Atəş düşübdür canıma,  

Öləndə gəl məzarıma,  

Yanaram, Əslim, yanaram, hey!... 

 

Mən Kərəməm, haqq aşiqiyəm,  



Aşiqliyə mən layiqəm.  

Rəhm eylə tez, mən yazığam,  

Yanaram, Əslim, yanaram! 

 

Kərəm söyləməz adım,  



Ərşə dayandı fəryadım.  

Əldən getdi muradım,  

Yanaram, Əslim, yanaram! 

Yanaram, yanaram, Əslim, yanaram, yanaram, hey!... 

                        

(M u s i q i) 

 

--deyirkən hər tərəfdən alov çıxıb, odlanıb yanır. Əsli də əlindəki xəncərini 



çıxarıb sinəsinə çaxır  və yıxılıb ölür. Bütün məclis əhli  mat və məəttəl qalıb, 

kamali-heyrətdə ikən pərdə yavaş-yavaş enir. 

 

P Ə R D Ə 



 


__________________Milli Kitabxana___________________ 

116 


 

HARUN VƏ LEYLA 

 

5 PƏRDƏLİ OPERA 

 

İŞTİRAK  EDİRLƏR: 



 

Ə m i r--ərəb mərasından birisi, 50 yaşında.  

L e y l a--Əmirin qızı, 17 yaşında gözəl bir qızdır. 

V ə z i r--Əmirin vəziridir ki, özü də alim və mürəbbidir, 60 yaşında. 

H a r u n--Sər əsgər, 25 yaşında, gözəl bir cavandır.  

Z e y d--Sər əsgər, z0 yaşında, çirkin bir şəxsdir. 

B ə k i r, R ə h m a n  v ə  d i g ə r  i k i s i--qoşun dəstəsi  böyükləridir (zabit 

kimidir.)     

B i r  d ə s t ə  q ı z, L e y l a n ı n  r ə f i q ə l ə r i  v ə  k ə n i z l ə r. 

B i r  d ə s t ə  o ğ l a n, q  u l a m l a r v ə s a i r ə. 

Q o ş u n  ə h l i. 

D ə r v i ş--qoca bir dərvişdir. 

 

 

 



 


__________________Milli Kitabxana___________________ 

117 


 

BİRİNCİ  PƏRDƏ 

 

Əmirin b a ğ ç a s ı: sağ tərəfdə Əmirin imarəti görünür, bağçaya yolu vardır. Sol 

tərəf ilə dal tərəf ağaclıqdır. İçlərindən xiyabanlar çəkilibdir, hər tərəfi gülzardır. 

Ortada bir hovuz vardır ki, su fəvvarə vurur. Qabaq tərəfdə bir ağacın dibində açıq 

yerdə fərş salınıb, v ə z i r əlində kitablar əyləşib, qabağında düzülmüş olan q ı z l a r 

a dərs verir və nəsihətlər edir. Əmirin qızı L e y l a dəxi bunların içindədir; lakin 

bütün qızlar kamali-huş və guş ilə dərsə və pənd və nəsihətə qulaq asdıqları yerdə, 

Leyla bir növ pərişan-hal görünüb, fikri özgə yerlərdə olduğunu izhar edir. Bilaxirə 

üzünü əli ilə tutub ağlayan kimi görünür. 

 

V ə z i r-- 



 

Guş edin pəndi nəsihətim mənim, zar olmayın,  

Guş edin bu sözləri kim, aqibət xar olmayın.  

Dinimiz, ayinimiz göstərdiyi yolla gedin;  

Səy edin, allah yanında həm günahkar olmayın. 

 

L e y l a ağlayır 



 

Yaxşı ilə həm yamanın fərqini seçmək gərək,  

Hər gözə görünən mətaə tez xiridar olmayın.  

Yarü yoldaş seçkisində ehtiyata var ehtiyac,  

Axtarın mərdi tapın, namərd ilə yar olmayın.  

 

Q ı z l a r  v ə  V ə z i r (Leylaya)-- 



 

Gəl söylə, Leyla, halını,  

Etdiyin qəm, qüssə, naləni.  

 

(M u s i q i) 



 

Gəl söylə, Leyla, halını, 

Etdiyin qəm, qüssə, naləni;  

Gizlətmə bizdən sirrini,  

Söylə, söylə əhvalını. (2 dəfə)  

Dərd nədir, qəm nədir,    

Ahü nəva hərdəm nədir? (2 dəfə)  

 

 



 


Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə