Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə28/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   24   25   26   27   28   29   30   31   ...   102

__________________Milli Kitabxana___________________ 

109 


 

C a m a a t çəkilir. 

 

K e ş i ş--Paşam! Bu iki şəxs mənim evimi yarmaq istərkən gəlib üstə çıxmışam. 



P a ş a (acıqla)--Nakəslər! Bu şəhəri sahibsizmi zənn etdiniz? Nə cürət edib 

quldurluğa gəlirsiniz? Aparın bunları həbs edin! 

K ə r ə m (əcz ilə)--Paşam, izn ver, bir neçə kəlmə sözüm var. 

P a ş a--Nə sözdür, de görək. 

 

(M u s i q i) 



 

K ə r ə m-- 

 

Yazıq ömrüm qərib eldə keçirdim,  



Heç əhvalım bildirən yox, bilən yox!  

Getdi fürsət, əldə ikən qaçırdım,  

Qərib qaldım, güldürən yox, gülən yox! 

 

(M u s i q i) 



 

Əlimdən aldırdım nazlı sonamı,  

Tərk eylədim atamı, həm anamı,  

Deyə-deyə göm-göy etdim sinəmi,  

Xəncər alıb dəldirən yox, dələn yox! 

 

(M u s i q i) 



 

Mən Kərəməm, ah çəkərəm, ağlaram,  

Dərd bilənin ürəyini dağlaram. 

Kimi deyib, kimə ümid bağlaram.  

Göz yaşımı sildirən yox, silən yox!  

 

İndi buyur məni aparsınlar həbs etsinlər. 



 

PƏRDƏ 


 

 

 



 


__________________Milli Kitabxana___________________ 

110 


 

İKİNCİ ŞƏKİL 

 

Hələb paşasının i m a r ə t i n d ə vaqe olur. P a ş a bir taxt üzərində  əyləşib

meypuş qəlyan çəkir. Onun qabağında bir neçə q ı z oynayır. Bir qədərdən sonra n ö 

k ə r daxil olur, qızlar oyunu kəsib, bir kənarda dayanırlar. 

 

N ö k ə r--Paşam, bir dəstə camaat hüzurunuza izn istəyir. 



P a ş a--Burax gəlsinlər. 

 

C a m a a t və Ş e y x-N u r a n i daxil olurlar. 



                            

(M u s i q i)  

 

C a m a a t (təsnif)-- 



 

Ey paşam, ey paşam, 

Kərəmi et azad. 

Ey paşam, ey paşam, Kərəmi et azad, azad et. 

Aşiq olub keşiş qızına, 

Aşiq olub keşiş qızına.(2dəfə) 

Ol aşiqdir! 

 

P a ş a (şur ilə)--Əmr olunsun, gedib dünənki məhbusu buraya gətirsinlər. 



Ş e y x-N u r a n i (Osmanlı üstə)  

 

Aşiqə etmə əziyyət, ey paşam,  



Aşiqin üftadədir, üftadədir, üftadədir. 

İstəsə aşiq əgər öz canını,  

Yar üçün qurban edə amadədir.  

 

C a m a a t-- 



 

Aşiq olub keşiş qızına,  

Aşiq olub keşiş qızına. (2dəfə)  

Ol aşiqdir. 

 



__________________Milli Kitabxana___________________ 

111 


 

Ş e y x (yenə təkrar haman sözlər başqa tərkib musiqi ilə)-- 

 

Kuhkəm nəqşin çəkib, Şirinə vermiş bir fərib,  



Gör nə cahildir, yonar daşdan özünə bir rəqib.  

 

C a m a a t-- 



 

Aşiq olub keşiş qızına,  

Aşiq olub keşiş qızına. (2dəfə)  

Ol aşiqdir. 

 

Oxuyub gedir. K ə r ə m i gətirirlər, əllərində zəncir vardır.  



 

P a ş a (söz ilə)--Ey şəxs, sən kimsən və nəçisən, söylə! 

                            

(M u s i q i)  

 

K ə r ə m-- 



 

Mən Kərəməm, İsfahandır elimiz,  

Ördək uçdu, viran qaldı gölümüz.  

Qoy olsun, necə olur halımız,  

Qurban olsun yar yolunda canımız. 

 

(M u s i q i) 



 

Ayrı düşdüm vətənimdən, elimdən,  

Gör kim, nələr çəkdim eşqin əlindən.  

Hər şəhərdə xəbər aldım gələndən,  

Hələbdədir Əsli,--mənə dedilər, 

 

(M u s i q i) 



 

Dərdimi duyanlar cümlə ağladı,  

Bəylər tutdu qollarımı bağladı,  

Ürəyimi eşq oduna dağladı,  

Burda mənə quldur adı verdilər. 

 



__________________Milli Kitabxana___________________ 

112 


 

(M u s i q i) 

 

Yandı ciyərciyim döndü büryana,  



Axdı çeşmim yaşı döndü ümmana.  

Gətirdilər məni ulu divana,  

Bağladılar ayağımı, əlimi. 

 

(M u s i q i) 



 

Dərdli Kərəm qoydu başın qəzaya,  

Yar ilə getmədi xəlvət odaya.  

Çox şükürlər olsun bari-xudaya,  

Kəsmədilər ağzımdakı dilimi. 

 

P a ş a--Ey oğlan, sən keşişin qızına aşiqsən və adın Aşiq Kərəmdir. Özün də 



İsfahan padşahının oğlusan, öylədirmi? 

K ə r ə m--Öylədir, paşam. 

P a ş a--Əmr olunsun, keşiş və qızı buraya gəlsinlər. (Nökər gedir). Açın Kərəmin 

əlin. (Açırlar). Aşiq Kərəm, sən gəl keşiş qızından əl çək, mən sənə bu şəhərdə hansı 

gözəli desən alaram. 

K ə r ə m--Paşam, bizim öz vilayətimizdə gözəllər çox idi, lakin mən ürək sevəni 

istirəm, başqa məramım yoxdur.  

P a ş a--Ya istərsən gəl səni vətənə göndərim get. 

K  ə r ə m--Vətən mənə  Əslidən  əziz olsaydı, onu buraxıb bunun dalınca 

düşməzdim. 

 

Bu halda k e ş i ş və Ə s l i daxil olurlar. Ə s l i və K ə r ə m  bir-birini görcək 



bihuş olurlar. 

    


P a ş a--Keşiş, bu oğlan quldur deyilmiş, bu sənin qızına aşiqdir. Sən gəl qızı ver 

ona, rəhm elə! Mən sənə nə qədər desən dövlət verərəm. 

K e ş i ş--Paşam, əgər mən dövlət sevən olsaydım İsfahan padşahının sözünü rədd 

etməz idim. Mən öz qızımı, qızımın milliyyətini hər şeydən əziz tuturam. 

P a ş a--Sən bilirsən ki, bu oğlan sənin qızının aşiqidir. 

K e ş i ş--Bilirəm. 

P a ş a--Və bilirsən ki, qızın buna aşiqdir.  

K e ş i ş--Bilirəm. 




Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə