__________________Milli Kitabxana___________________
141
Z e y d (qısıla-qısıla və çadırından çıxıb meşəyə tərəf gedir).
Vaxtdır çəngə, vaxtdır çəngə, ah!
Düşməyin ləngə, düşməyin ləngə, ah!
Bu əsnada meşədən on-on beş nəfər m ü s ə l l ə h adam çıxıb, Z e y d ilə bir
yerdə H a r u n və y o l d a ş l a r ı üzərinə hücum edirlər. Bunlar yuxudan ayılır,
dava başlanır. Lakin bunlar az, onlar çox; odur ki, hamını qırıb, qaçıb gedirlər.
Gedərkən Z e y d yerə yıxılıb qalmış H a r u n u n ölmüş olduğuna inanıb, çıxıb
gedir. Amma H a r u n ölməyib, bərk yaralıdır.
H a r u n (güc ilə başını qaldırır)--
İncidir yaralarım, yoxdur ümidim özümə,
Bu nə haldır.... (ora-bura baxır). Görünür cürbəcür insan gözümə!
(M u s i q i)
Ax, Leyla! Sənə qurban edirəm canımı mən,
Tərk qıl, yoxdur ümidim, gözləmə gəl rahimi sən!
Musiqi çalır, H a r u n uzanır. Yavaş-yavaş, sübh açılır, işıqlanır. Bu halda bir
nəfər d ə r v i ş gəlib buradan keçərkən yerə yıxılmış meyitləri görüb, təəccüblə
dayanır.
D ə r v i ş--
Allah, allah, bu nədir böylə? Əcəl meydanıdır?
Bu tökülmüş nəşlər insanın qurbanıdır!
Gör bəni-adəm necə zülmü sitəmlə bir-birin,
Öldürüb qırmaqdadır ... aya, kimin fərmanıdır
Bu əməl bunca sitəm, böylə fəna rəftarlar?!...
D ə r v i ş gedib meyitlərə bir-bir baxır.
D ə r v i ş--Heç birində can yoxdur. (Haruna gedib baxır).
D ə r v i ş--Bu hələ ölməyibdir. Bəlkə nicatı mümkündür?
Cibindən cürbəcür otlar və dərmanlar çıxarıb, onlardan birini H a r u n u n
burnuna tutur.
__________________Milli Kitabxana___________________
142
H a r u n (ayılır)--Ax, Leyla ... bir içim su ... ölürəm!
D ə r v i ş--Qorxma, mən səni sağaldaram. Mən yaraların dərmanını bilirəm,
qorxma!
H a r u n--Sən kimsən?
D ə r v i ş--Mən sənə müalicə edənəm. Qorxma, sağalarsan!
(M u s i q i)
H a r u n--
Bir bu qədri yaralar qoymaz məni sağa çıxam
Kim, görəm Leylanı mən, gül tək cəmalına baxam.
(Birdən qəhr və qəzəblə). Zeyd! Alçaq Zeyd!
Ölməyəydim, intiqam alaydım, intiqam! (Deyib yıxılarkən dərviş tutur).
PƏRDƏ
DÖRDÜNCÜ PƏRDƏ
Yenə Əmirin s a r a y ı n d a vaqe olur. Ə m i r, yanında v ə z i r və ə y a n l a r
taxt üstündə əyləşibdir. Qabağında q ı z l a r rəqs edirlər. Bədə rəqs tamam olur.
Ə m i r (qızlara)--
Bir nəğmə çalın, həm oxuyun, qəlbimi şad eyləyəsiz,
Həm şəbabətdə keçən günləri yad eyləyəsiz!
(M u s i q i)
Q ı z l a r--
Yadındadır keçmişlər,
Keçirdiyin xoş günlər;
Gözəl idi o dəmlər,
Keçdi getdi, o günlər hanı?
Keçdi getdi o dəmlər! (2 dəfə)
(M u s i q i)
__________________Milli Kitabxana___________________
143
Cəh-cəh vurur bülbüllər,
Hər yan açıbdır güllər.
Pəh, nə nazikdir bellər,
Keçdi getdi, o günlər hanı?
Keçdi getdi o dəmlər. (2 dəfə)
O ğ l a n l a r--
Olsun o günlər,
Gəlsin o dəmlər,
Güllər, bülbüllər! (2 dəfə)
Q ı z l a r--
Saqi, tez ver badəni,
Çağır Pərizadəni,
Salsın yada ol günü.
Keçdi getdi, o günlər hanı?
Keçdi getdi o dəmlər. (2 dəfə)
(M u s i q i)
Tut əlimdən seyr edək,
Zövqü şövqə meyl edək,
Eşqin yolu ilə gedək.Keçdi getdi, o günlər hanı?
Keçdi getdi o dəmlər. (2 dəfə)
O ğ l a n l a r--
Olsun o günlər,
Gəlsin o dəmlər,
Güllər, bülbüllər! (2 dəfə)
Q ı z l a r v ə o ğ l a n l a r--
Yadındadır keçmişlər,
Keçirdiyin xoş günlər,
Gözəl idi o dəmlər.
Keçdi getdi, o günlər hanı?
Keçdi getdi o dəmlər. (2dəfə)
__________________Milli Kitabxana___________________
144
(M u s i q i)
Q a s i d (söz ilə)--Əmir sağ olsun, qoşunumuz davadan qayıtdı, budur,
gəlməkdədirlər. (Leylada bəşaşət əsəri).
Ə m i r--Allahın mərhəməti cümləmizin üzərinə olsun, xeyirxəbər olsunlar!
H a m ı--Amin!
Q o ş u n pərdə dalından əvvəlki marşı oxuyur. Sonra Z e y d B ə k i r ilə daxil
olur; L e y l a bunların içində H a r u n u görməyib, müztərib hal olur və intizardadır
ki, görsün Harundan nə xəbər vardır.
Ə m i r (Zeydə)--Qalibsiniz, ya məğlub?
Z e y d--Əmir sağ olsun, allahın köməyi ilə qalibik.
Ə m i r--Allahın mərhəməti cümləmizin, üzərində olsun!
H a m ı--Amin!
Ə m i r--Söylə təfsilatı, qulaq asaq!
Z e y d--Düşməni məğlub və pərişan etdik. Söz verdi on il bizimlə dava etmasin.
Budur əhdnaməsi! (Təqdim edir).
Ə m i r (mütaliə edir, vəzirə verir)--Bəs Harun?
Z e y d (başını aşaqı salıb, boğuq səc ilə)--Şəhid oldu!
Hər kəsdən bir təəssüf və təhəssür nidası qalxır. L e y l a isə bərk qışqırıb
özündən getməkdə ikən vəzirin işarəsi ilə qızlar Leylanı götürüb, o biri otağa
çıxarırlar.
Ə m i r--Şəhid oldu? Allahu əkbər! Allah rəhmət eyləsin.... Zalım düşmən! Harun
kimi sər-əsgərimi əlimdən aldı.... (Fikir). Ax, Harun, Harun! (Fikir, bədə Zeydə).
Zeyd, sən ki, davadan müzəffər və qalib gəldin əvəzində məndən bir ənam istə!
Z e y d--Əmir sağ olsun, siz bizi göndərəndə buyurdunuz ki, hər kəs qalib gəlsə
hər nə istəsə verərəm.
Ə m i r--Doğrudur, necə?
Z e y d--Sizin o sözünüz mənə mürət verir və mən sizdən qızınız Leylanı
istəyirəm.
Bu sözdən h a m ı pərişanhal olur və təəccüb edir.
Ə m i r (qeyz ilə)--Nə cürət etdin? (Yada salır). Ax, söz vermişəm.... Nə ağır
təklifdir! Zeyd, sən məndən özgə şey istə, qızıl istə!
Dostları ilə paylaş: |