__________________Milli Kitabxana___________________
322
Yox, mən bu hala davam edə bilmərəm. Daha məndə tab və taqət yoxdur.
Hamısından yaxşısı budur ki, bir kərəlik özümü boğum öldürüm, canım qurtarsın.
(Dəsmalın açıb burur ki, özünü boğsun, lakin bu əsnada "Arşın mal alan...." səsini
eşidib təəcüblə qulaq asır və eşitdikcə keçmiş günlərini yada salır. Əsgər pərdə
dalında oxuyur: "Arşın mal alan!" Axıra kimi oxuyub qurtarır.)
M u s i q i
Ə s g ə r daxil olub, salam verir.
G ü l ç ö h r ə (təəccüblə baxır). Sənsən, yoxsa özgədir?
Ə s g ə r. Mənəm, mənəm, Gülçöhrə, arxayın ol.
G ü l ç ö h r ə (ağlayır). Görürsən mənim başıma nə işlər gətirirlər? Bir qədər gec
gəlsəydin, özümü öldürmüşdüm. Sən buraya nə sayaq gəldin? Səni burada görsələr
öldürərlər.... Mümkün varsa, gəl qaçaq. (Əcələ ilə dartır.)
Ə s g ə r (gülür). Hara qaçaq öz evimizdən?
G ü l ç ö h r ə (heyrətlə). Nə danışırsan, bura kimin evidir?
Ə s g ə r. Bura mənim evimdir, sonra da olacaq sənin evin.
G ü l ç ö h r ə. Heç başa düşmürəm? Məni kim götürüb qaçıbdır?
Ə s g ə r. Mən göndərdiyim adamlar.
G ü l ç ö h r ə (fikirli). Bəs mən elə bildim ki, məni atam verdiyi tacir oğlanın
adamları götürüb qaçıblar.
Ə s g ə r. Əlbəttə, elədir. Gülçöhrə (lap heyran qalır). Yenə başa düşmədim, allah
eşqinə, məni başa sal görüm bu nə kələkdir.
Ə s g ə r (gülür). Bax, Gülçöhrə. Sənə aşiq olan arşınmalçı da mənəm, atan ərə
vermək istədiyi tacir oğlan da mənəm. Mən yalandan arşın mal satan olub özümə qız
axtarırdım ki, axırda səni tapdım və atandan istədim, o da verdi, amma atan bilmədi
ki, mən arşın mal satan oğlalam, çünki o əvvəldən məni görməyibdir.
G ü l ç ö h r ə (nazla). Ay biinsaf. Bəs mənə yazığın gəlmədi ki, bu qədar əziyyət
çəkdim, əzab çəkdim, atam məni öldürməli oldu. Özümü öldürməli oldum.... (nazla).
Belə bilsəydim, səni sevməzdim....
Ə s g ə r. Bəs burası var ki, bu şadlığımız bütün o əziyyətləri yuyur aparır, elə
deyilmi maralım, Gülçöhrə?
__________________Milli Kitabxana___________________
323
G ü l ç ö h r ə (axırda razı olur). Elədir.
Ə s g ə r. Di gəl bəri, gedək otaqları bir-bir gəzək və xalamı da görək. (Gedirlər o
biri otağa.)
Bu halda bayır qapıdan S o l t a n b ə y daxil olur.
S o l t a n b ə y. Vallah, yenə ata ürəyidir, tab gətirmədi, dedim gedim görüm,
bəlkə qız, xudanəgərdə, özünə bir xəsarət yetirdi. (Ora-bura baxır.) Bəs hanı bunlar?
Ay uşaqlar, kim var?
Ə s g ə r daxil olur.
Ə s g ə r. Salaməleyküm, Soltan bəy, sən bizə xoş gəlmisən.
S o l t a n b ə y (əvvəl xoş üzlə, sonra təəccüblə). Balam, sən.... Sən Əsgərsən?
Yoxsa o arşın mal satan?
Ə s g ə r. Xeyr bəy, mən Hacı Mürsəl oğlu Əsgərəm, sənətim də tacirlikdir.
S o l t a n b ə y. Deyirəm axı, ancaq mənim gözümə belə görükdü ki,
qabağımda o gədədir.
Ə s g ə r. Hansı gədə?
S o l t a n b ə y. Heç, bir gədə var idi, arşın mal satardı.
Ə s g ə r. Bilirəm, sən istədin ki, onun xalasın alasan, o da əvəzində səndən qızını
istədi, özü də acıqlanıb qovdun, elədirmi?
S o l t a n b ə y (təəccüblə). Elədir.... Balam sən hardan bildin?
Ə s g ə r. Necə bilməyim ki, o mən özüm idim....
S o l t a n b ə y (heyrətlə.) Nə danışırsan?
Ə s g ə r. Bəli, bəli, mən qəsdən elə etdim ki, qızı görüm sonra alım.
S o l t a n b ə y. Doğru deyirsən?
Ə s g ə r. Budur, qızın təsdiq edər. (Çağırır Gülçöhrəni.) Gülçöhrə!
G ü l ç ö h r ə (daxil olub atasına tərəf gedir). Bax, ata, həm sən deyən oldu, həm
mən deyən. Əsgər bizi kələyə qoyub sənin acığına və mənim də əzabıma səbəb oldu,
bütün təqsir bundadır.
S o l t a n b ə y (ayılır). Hə, indi başa düşdüm, çox kələkbaz imişsən. Rəhmətlik
sənin atan heç belə deyildi. Ya allah. (Əl verir.) Çox gözəl, çox pakizə, vay səni
Əsgər. Amma əcəb kələkbaz imişsən. (Yadına düşür). Yaxşı, balam, bəs sənin xalan
necə oldu, hə? Həqiqət, o, sənin xalan idi, yoxsa o da kələk idi?
__________________Milli Kitabxana___________________
324
Ə s g ə r. Xeyr, doğrudan xalamdır.
S o l t a n b ə y. Yəqin özü də duldurmu? (Sevinir).
Ə s g ə r. Bəli, duldur.
S o l t a n b ə y. Hə, di ver gəlsin də!
Ə s g ə r. Gəlsin, nə deyirəm, Gülçöhrə, zəhmət çək xalamı çağır.
G ü l ç ö h r ə gedir.
S o l t a n b ə y. Gəlsin, onu alım da! O dul, mən dul; həkim də mənə deyib ki,
gərək arvad alam. Mən bilən həkim xalanı da görsə deyər ki, ərə get.
Ə s g ə r. Nə sözüm var ki, al də, al ikibaşlı qohum olaq. İndi bildinmi, ikibaşlı
qohum nədir?
S o l t a n b ə y (gülür). Bildim, bildim, a kələkbaz.
G ü l ç ö h r ə və C a h a n daxil olurlar.
S o l t a n b ə y (Cahana). Əşi, gəl də!... İrəli gəl! Görürsən sənin, sənin bu
bacıoğlun nə kələkbaz imiş.... Hə, indi nə deyirsən, bir nəfər molla, bir kəllə qənd və
üç manat pulla aran necədir? Deyirəm ki, elə Əsgərlə Gülçöhrənin və səninlə mənim
toyumuz bir olsun.
C a h a n. Nə deyirəm, allah xeyir versin.
H a m ı. Amin, amin.
S o l t a n b ə y. Balam, o uşaqlar evdə tək qaldılar, nigarandılar. Sizin gədəni
göndərin Asya ilə Tellini bura gətirsinlər.
Ə s g ə r. Bu saat gedim göndərim. (çıxır).
S o l t a n b ə y Əşi, vallah, sevindiyimdən elə bilirəm ki, cavan oldum.... (Tez
dilin dolayır). Yəni qoca da deyiləm, elə cavan kimi bir oğlanam. Maşallah olsun
mənə.
Ə s g ə r gəlir.
Ə s g ə r. Göndərdim getdi.
Bu halda S u l e y m a n daxil olur.
S ü l e y m a n. Salamünəleyküm.
S o l t a n b ə y. Paho Süleyman, əleykəssalam, balam sənin bu dostun nə
kələkbaz imiş!...
Dostları ilə paylaş: |