__________________Milli Kitabxana___________________
325
S ü l e y m a n. Bəli, çox kələkbazdır. Bilmirəm kimdən öyrənibdir.
Ə s g ə r. Necə kimdən öyrənmişəm? Bunun hamısını sən öyrətmədinmi? Odur,
xalam desin!
C a h a n. Doğrudur, bütün bu kələklərin başçısı Süleymandır, o öyrətdi.
S o l t a n b ə y. Belə imiş!... Süleyman, mən səni heç belə bilməzdim, bu işləri
haradan öyrənibsən?
S ü l e y m a n. Bəy, öz başımdan çıxardıram.
S o l t a n b ə y. Ay sənin başın var olsun.
S ü l e y m a n (birdən Gülçöhrəni görüb diqqət yetirir.) Yaxşı Gülçöhrə budur?
Ə s g ə r. Bəli, budur.
S ü l e y m a n. Bəs mən gördüyüm qız buna oxşamır.
S o l t a n b ə y. Sən yəqin Asyanı görübsən.
S ü l e y m a n. Asya kimdir?
S o l t a n b ə y. O mənim qardaşım qızıdır.
S ü l e y m a n (sevinir). Hə? Əşi, elə isə mən nə üçün bikar qalım. Ver, mən də
toy edim də!...
S o l t a n b ə y. Doğru deyirsən?
S ü l e y m a n. Əlbəttə!
S o l t a n b ə y. Verdim, al!
H a m ı. Allah xeyir versin, allah xeyir versin. Nə əcəb oldu!
S ü l e y m a n (kənara). Bax mərd yoldaşın axırı belə olar.
Bu halda A s y a, T e l l i və V ə l i daxil olurlar.
S o l t a n b ə y. Bax budur gəldilər. Ay qız, Asya, bu oğlana səni versəm
gedərsənmi?
A s y a (utana-utana). Bəli, gedərəm.
S o l t a n b ə y. Qoçaq qızsan, Gülçöhrədən ağıllı oldun, çox gözəl, çox pakizə.
(Vəli ilə Telli bir-birinə baxırlar. Vəli bərk ah çəkir). Ədə, nə yaman ah çəkdin, bala
nə dərdin var ki?
Ə s g ə r. Nə dərdi olacaqdır.... Gülçöhrəni mənə verdin, Asyanı Süleymana
verdin, xalamı özün alırsan, indi Tellini də ver ona də!...
H a m ı. Doğrudur, doğrudur.
S ü l e y m a n (Vəliyə). Hə, dedim ki, axı sən də hazırlaş.
__________________Milli Kitabxana___________________
326
S o l t a n b ə y. A qız, Telli, Vəliyə gedərsənmi?
T e l l i (mərd-mərdanə). Bəli, gedərəm.
S o l t a n b ə y. Vəli, sən Tellini alarsanmı?
V ə l i (utanır və birdəi-birə). Bəli, alaram. (Gülür).
H a m ı. Allah xeyir versin.
S o l t a n b ə y. Yaxşı, balam, toylarımızı nə vaxt başlayaq?
H a m ı. Elə günü bu gün.
S o l t a n b ə y. Bəs elə isə başlayaq, düzülün!
C ü t-c ü t olub oynayırlar. Əvvəlcə musiqiyə görə ağır, sonra musiqi
tezləşdikçə tez-tez oynayırlar, ta ki, pərdə düşür.
P ə r d ə
__________________Milli Kitabxana___________________
329
PRİSTAV AĞA
M ... kəndində bir qəribə halətdir. Əhali bir-bir komalarından dişarı çıxıb,
guya xof və vahimədən nəşət edən bir iztirab ilə o tərəfə bu tərəfə baxaraq,
kəndin gen bir küçəsinə doğru gedirlər və burada toplaşıb dururlar. "Allah özü
sovuşdursun" -- deyirlər. Hər kəsin üzündə bir nişanəyi-xof, hərəkətində bir
cürətsizlik, danışığında bir ehtiyat müşahidə olunur. Bunlar insanı bilaixtiyar
titrəməyə məcbur edəcək mərtəbədə müdhiş bir hadisə vüquuna və yaxud
mütəqəddim bir şəxsin çüruduna müntəzir idilər. Vaqiən belə idi: M ... kəndinin
əhalisi (allah göstərməsin) pristav ağanın təşrifini gözləyirdilər. Dünən İran
sərbazına müşabihəti olan bir stracnik "bəy" kəndə gəlib, qabağına çıxan
ağsaqqalları xubunca döyüb-söyəndən sonra, "sabah pristav ağa gələcək"--dedi
və gecə, döydüyü ağsaqqalların birinin evində qalıb, səhər atına minib, geri
qayıtdı.
Şayani-diqqət burasıdır ki, stracnik bəyin kəndə gələndə cibində beş-altı
qəpik pulu var idi. Lakin gedəndə bu beş-altı qəpik bir gecənin içində beş-altı
manata "istihalə" etmişdi. Bu "möcüzənin" sirri və sahibi ilə cib sahibinə məlum
idi.
Strajnik bəy kənddən müfariqət edər-etməz, qonşular ev sahibi Kərbəlayi
Bünyadəlinin yanına yüyürüb, "pristav nə səbəb gələcək"--deyib sordular.
Kərbəlayi Bünyadəli ilə, stracnik bəy evində mehman olduğunu ehsas
münasibətilə, böyük bir şərəfə nail olmuş kimi, qeyrilərinə nisbətən ali bir can
sahibi olduğunu hiss etdirmək üçün kəmali-kibr və qürur ilə "əşi, mən nə bilim?
Pristav ağanın işi kəndləri gəzib adam döydürməkdir, dayna!" -- deyib xalqdan
üz çöndərdi və onların atəşi-məraqini söndürmədi.... Pristav çox gec gəldi. Əhali
kəsbü karından əl çəkib, bu günü pristav ağanı gözləməyə sərf etdilər. Hər kəs,
pristav nə üçün gələcək?" -- deyə öz-özünə fikir edirdi. Ağanın bu qəsdini hər
kəs bir bəhanə ilə özünə andırırdı. Məsələn, Cənnətqulu belə güman edirdi ki,
pristav, Əliqulunun oğurluğunu eşidib gəlir. Əliqulu isə deyirdi: ha! Pristav ağa
Cənnətqulunun Məmmədcəfərlə savaşdığını eşidib gəlir və s.... Lakin "Pristav
gəlir" bu ikisinin də hərdəm titrəməyinə səbəb olurdu.
Əlqissə, axşamçağı pristav gəldi. Müvasilətindən bir az müqəddəm kəndlidən
birisi qışqıra-qışqıra, dili dolaşa-dolaşa: p, p, p, pristav ağa g, g, gəlir! -- deyə
cəmaətin vahiməsini son mərtəbəyə yetirdi. İtlər hürdü, uşaqlar ağladı, arvadlar
"allah, sən saxla"--deyib, ora-bura qaçdılar. Kişilər də sap-sarı saralıb itləri,
uşaqları, arvadları sakit etməyə başlayıb, özləri onlardan betər qışqırırdılar....
Pristav ağa bir təmtəraq, bir təntənə, bir dəbdəbə ilə on nəfər cəlladməcaz
stracniklərdən mütəşəkkil müini ilə belə çaparaq kəndə daxil oldular. Kəndlilər