__________________Milli Kitabxana___________________
319
S o l t a n b ə y (təəccüb və heyrətlə). Qızım sən istədiyin kimdir, söylə görək.
A s y a qorxur. Musiqi.
G ü l ç ö h r ə. (Oxuyur).
Məni saldı olmaz dərdə, arşın mal alan, (2 dəfə)
Qalmadı heç taqət məndə, yanaram. (2 dəfə)
Gündüz-axşam fikrim, zikrim, arşın mal alan, (2 dəfə)
Ola bilməz özgə fikrim, arşın mal alan, (2 dəfə)
Onu görcək aşiq oldum, arşın mal alan, (2 dəfə)
Günü-gündən dərdə doldum, yanaram. (2 dəfə)
S o l t a n b ə y (bərk hirslənir). Qızım, arşın mal alan kimdir? (Kənara). Yoxsa
o xalası olandır?
G ü l ç ö h r ə. Mən getsəm, ona ərə gedərəm.
S o l t a n b ə y. (Birdən qışqırır). Nə danışırsan, axmaq qızı axmaq. Bazarın
gədəsinə ərə gedəcəksən, dəli olubsan nədir? Allaha and olsun, bir sillə çəkərəm ki,
dişlərin qarnına gedər. Bəli, Soltan bəyin qızı bir gədəyə aşiq olubdur, pəh-pəh, pəh!
İndi bildim ki, nə üçün ərə getmək istəmirsən. Amma onu sən yəqin bil ki, əgər belə
axmaqlasan, atamın goru haqqı, sənə bir toy tutaram ki, bir kərə nəfəsini çəkərsən.
Sən mənim namusuma toxunan iş görürsən. Nə haqqın var ki, arşınmalçıya baxırsan.
Qoy bir o arşınmalçı gözümə görünsün: ona mən bir patron çaxım ki, iyi-tozu
qalmasın. Onu bil ki, mənə Soltan bəy deyərlər. Mən binamusluğu qəbul edən adam
deyiləm. Səni də öldürərəm, onu da öldürərəm!
G ü l ç ö h r ə (ağlaya-ağlaya). Ata, vallah, öldür mənim canım qurtarsın.
S o l t a n bəy (çığıra-çığıra). Öldürəcəyəm! Bu papaq mənə haram olsun ki, bir
də arşınmalçı adı tutsan, səni tikə-tikə doğracayam. Belə binamusluq olar ki, mənim
qızım gədə-güdəyə bənd olsun? (Ayağını yerə vurur). Dur bu saat rədd ol gözümün
qabağından. İtil burdan, binamus. (Gülçöhrə durub bərk ağlaya-ağlaya gedir. Soltan
bəy hövlnak ora-bura gəzir. Asya və Telliyə.) Nə vaxt arşınmalçı, bura gəlmişdi?
A s y a (qorxa-qorxa). Vallah, xəbərim yoxdur.
Milli Kitabxana
S o l t a n b ə y. Necə xəbərin yoxdur? Yalandan məndən gizləyirsiz. Cəhənnəm
olun siz də burdan. (Asya və Telli qaçırlar.) Əcəb başıma kələk gəldi; itin birisi
qapıma gəlib qızımı özünə bənd eləyir; belə də binamusluq olar? İndi başa düşürəm
ki, nə üçün xalasının əvəzində qızımı istəyirmiş. Cəhənnəm olsun onun xalası da,
istəmədik.... Qız lap dəli kimi olubdur. Gərək tezliklə ərə verim, çıxsın getsin, yoxsa
işdən sonra bir xata çıxar. Süleymanı görsəm deyəcəyəm ki, Əsgərə xəbər versin ki,
gəlib qızı götürüb qaçsınlar, yoxsa görünür ki, xoşa-xoşluqla getməyəcəkdir. Mənim
də hirsim tutar, vurub öldürərəm. Ay qız, Asya, Telli. Bura gəlin. (Asya və Telli
daxil olur.) Bax, mən gedirəm bazara, siz Gülçöhrəyə öyüd-nəsihət edərsiniz, onu
başa salarsınız. Yoxsa vallah, allaha and olsun hamınızı qıraram. (Gedir bazara).
A s y a (Telliyə acıqla). İndi biz fəqir nə qayıraq, bizdə nə taqsır var ki, Gülçöhrə
bir gədəyə aşiq olubdur. Ay qız get Gülçöhrəni çağır bura. (Telli gedir.) Gör, sən
allah. Qızın cürətinə bax. Atasına açıq deyir ki, arşınmalçıya bənd olmuşam. Lap
xatadır bu qızın işi.
G ü l ç ö h r ə ilə T e l l i gəlirlər. G ü l ç ö h r ə yenə taxtın üstə yıxılır.
M u s i q i
A s y a və T e l l i.
Bəsdir bunca ahü zarın (2 dəfə)
Nəyə lazım bu fəryad (2 dəfə)
Layiqdirmi ola yarın, (2 dəfə)
Atan ola sənə yad! (2 dəfə)
G ü l ç ö h r ə.
Getmiş əldən ixtiyarım, (2 dəfə)
Kimsədən yox heç imdad.
Ağlar oldu böylə halım,
Necə qılmam mən fəryad?! (2 dəfə)
A s y a və T e l l i.
Heç yaraşmaz ah edəsən. (2 dəfə)
Gəl ol sən də biz tək şad. (2dəfə)
Səy qıl kim qala səndə (2 dəfə)
Xalq içində yaxşı ad. (2 dəfə)
P ə r d ə
320
__________________Milli Kitabxana___________________
321
DÖRDÜNCÜ MƏCLİS
Ə s g ə r i n evində vaqe olur. Ev yaxşı bəzənib, Ə s g ə r özü dəxi yaxşı
geyinibdir.
Ə s g ə r. Biçarə Gülçöhrənin başına əngəllər açdım. İndi yazıq qız elə bilir ki,
doğrudan da onu özgəsinə ərə verirlər. Amma əcəb sözü üstə dayanan qızdır.
Xoşluqla ərə getməyə razı olmadı, odur ki, atasının təvəqqəsinə görə, adam
göndərmişəm ki, gedib götürüb qaçsınlar. Zərər yoxdur; bir-iki saatdan sonra mənim
kələyimin üstü açılar, onda qız da sevinər, mən də sevinərəm, atası da sevinər, hamı
sevinər. Amma ürəyim çox bərk tələsir, istəyirəm ki, qızı tez gətirsinlər ki, yazıq
daha əzab çəkməsin. Amma qəribə iş gördüm ha. Evlənmədim-evlənmədim, axırda
bu kələklə evləndim. Heç pis eləmədim, yaxşı elədim. Allah Süleymanın atasına
rəhmət eləsin, əcəb şey öyrətdi. İndi heç olmasa görüb sevdiyim qızı alıram, qız dəxi
məni sevir!... Qərəz, gedim xalam dediklərimi düzəldibdirmi? (Gedir).
Bir qədər sonra qapı açılır. G ü l ç ö h r ə n i qaçırıb gətirirlər. Bir neçə oğlan
Gülçöhrənin qolundan tutub onu içəri salırlar və qapını örtüb gedirlər. Gülçöhrə
bərkdən ağlaya-ağlaya taxtın üstünə yıxılır.... Bir az keçəndən sonra deyir:
G ü l ç ö h r ə. Ox. Bu nə əzabdır mən çəkirəm. Məni güclə, zorla ərə verirlər.
Bilmirəm kimə verirlər, məni sevdiyimdən ayırırlar. İstəmirəm mən bu dövləti, bu
dəstgahı. Mən öz sevgilimi istəyirəm. (Üzünü örtüb ağlayır.)
M u s i q i
G ü l ç ö h r ə.
Hicran dərdi, fələk verdi,
Bunca cəfanı layiq gördü. (2 dəfə)
Yoxdur taqət, səbrə halət.
Ölmək yaxşıdır, nə ki bu zillət. (2 dəfə)
Ey xuda rəhm et, ey xuda rəhm et!
Qıl mədəd ya rəb, mən yazığa rəhm et!
M u s i q i
Dostları ilə paylaş: |