__________________Milli Kitabxana___________________
345
niyə gəlibdir. Hacı dayı dedi ki, bu gecə qonşusunun dükanından bir cüt başmaq
oğurlanıbdır. Müqəssir bunun oğlunu güman edib həbsə salıbdılar, indi gəlibdi
ki, naçalnikdən təvəqqe etsin, oğlunu zaminə versin. Çifayda rusca dil bilmir ki,
getsin naçalnikin yanına.
Dedim: - Necə, Hacı dayı, rusca bilən gətirməyibsən?
Dedi: - Xeyr.
Dedim:-Niyə?
Dedi: - Çünki!
Dedim: - Çünki?
Dedi: - Ruscanı bilən məndən on manat istədi, indi dilbilən qardaş əlac sənə
qalıbdır, mənə kömək elə, burada mən gəldim, sonra Hacı dayının işini də yola
verib yola saldım və sabahı gün gördüm bir paketdə bir dənə üçlük manat
göndərib və təvəqqe edibdir ki, haman oğlana göndərim. Sağ olsun belə Hacı
dayı da.
PURİŞKEVİÇ VƏ HAÇI XUDU
Günlərin bir günü Purişkeviç ilə Hacı Xudu yatmışdılar. Purişkeviç
Peterburqda yatmışdı. Hacı Xudu da öz evində yatmışdı. Bunlar bir-birlərini
yuxuda gördülər. Hacı Xudu ayıq olduğu zaman Purişkeviç barəsində çox
eşitmişdi ki, bu hərif müsəlmanların ziddinə gedəndir. Müsəlman xeyirxahı
deyildir. Hətta bir jurnalda onun şəklini də hacıya göstərmişdilər. Amma hacı
yuxusunda Purişkeviçə baxıb gördü ki, hərif çox da çirkin deyildir. Gözündə
çeşmək, əyinində yaxşı libası, bir göyçək adamdır.
Hacı Purişkeviçə dedi:
-- Sən bir göyçək adamsan, amma sənin şəklini, nədənsə, çox pis çəkiblər.
Purişkeviç Hacıya cavab verdi:
--Ke, ey nikbəxt, an nə şeklə mən əst,
Vəlakin qələm dəf kəfe doşmən əst.
Sonra Hacı yenə soruşdu:
-- Bir də deyirlər ki, sən və sənin kimi adamlar biz müsəlmanlara zidsiniz.
Müsəlmanların bədxahısınız.
Purişkeviç cavab verdi.
-- Mən də bilmirəm, doğru deyirlər, yoxsa yalan. İstərsən mən də bir-iki
kəlmə danışım, gör yalan deyirlər, yoxsa haqq danışırlar.
__________________Milli Kitabxana___________________
346
Hacı razı oldu və Purkşkeviç başladı danışmağa.
P u r i ş k e v i ç -- Mən istəmirəm ki, müsəlmanlarda qəzet olsun.
H a c ı -- Onu biz də istəmirik. Qəzet bizim şəriətimizdə haramdır.
P u r i ş k e v i ç -- Mən istəmirəm ki, müsəlmanlarda teatr olsun.
H a c ı -- Biz özümüz də onu istəmirik. Teatr şəriətimizdə haramdır.
P u r i ş k e v i ç -- M ən istəmirəm ki, müsəlmanlarda musiqi çalmaq, şer
yazmaq və şəkil çəkmək işləri tərəqqi etsin.
H a c ı -- O cür şeyləri biz özümüz də istəmirik. Onlar hamısı şəriətdə
haramdır.
P u r i ş k e v i ç -- Mən istəmirəm ki, müsəlmanlar nemes dili, firəng dili,
hesab, coğrafiya, hikmət, fəlsəfə, kimya, tarixi-təbiət, tarixi-bəşər, həndəsə,
müsəlləsat və bu cür şeyləri bilsinlər.
H a c ı -- Bu cür şeylərin hamısı küfrdür. Biz özümüz, də onları istəmirik.
P u r i ş k e v i ç -- Mən istəmirəm ki, müsəlmanlarda üsuli-cədid
məktəbləri olsun.
H a c ı-- Allah üsuli-cədid çıxardanlara lənət eləsin! O cür məktəblər
hamısı bicxana yığıncağıdır.
P u r i ş k e v i ç -- Mən istərdim ki, müsəlman məktəblərinin hamısı ruhani
məktəbləri olsun.
H a c ı -- Əlbəttə, əlbəttə.... Biz də onu istəyirik.
P u r i ş k e v i ç -- Amma bu şərtlə ki, o məktəblərdə şəriətdən başqa özgə
elmlər oxunmasın.
H a c ı -- Allah atana rəhmət eləsin! Bəs biz dediyimiz nədir?
P u r i ş k e v i ç -- Bəs belə!
H a c ı -- Doğrudan deyirsən, yoxsa zarafat eləyirsən?
P u r i ş k e v i ç -- Xeyr, doğrudan deyirəm.
H a c ı (ş a d v ə x ü r r ə m) -- Əlini mənə (ü r ə y i n d ə: zərər yoxdur
sonra əlmi suya çəkərəm) (a ş k a r a) hər kəs sənə pis deyir, onun özü pisdir. Bu
canım üçün, hərçənd sən urussan, amma bir çox müsəlmanlardan daha
müsəlmansan! Təki müsəlmanların sənin kimi bədxahları çox ola!
P u r i ş k e v i ç -- Arxayın ol, mənim kimilər çox-çoxdur! Amma təki
müsəlmanların çoxu sənin kimi ola.
H a c ı -- Arxayın ol, mənim kimilər çox-çoxdur!
P u r i ş k e v i ç -- bəs yerdə qalanlar?
H a c ı -- Yerdə qalanların hamısı babılardır.
P u r i ş k e v i ç -- Bizim də yerdə qalanların hamısı cuhuddur.
Bundan sonra ikisi də yuxudan ayıldılar. İndi bir adam lazımdır ki, bunların
ikisinin də yuxusunu yoza....
__________________Milli Kitabxana___________________
347
QARABAĞIN KEÇMİŞ GÜNLƏRİNDƏN
Günorta azanından iki saat keçmişdi ki, Azad bəy Məşədi Ferrux ilə qumar
oynadığı otaqdan durub öz "hərifini" yola salıb, keçdi arvadı Gülnisə xanım olan
otağa. Gülnisə xanım ərinin pəjmürdə sifətini görub, kəmali-hüzn və kədərlə
soruşdu:
-Uduzdunmu?
Azad bəy:
- Yox
əşi, - deyib arvadını aldatmağa başladı. - Əvvəl uduzmuşdum,
amma sonra yenə uddum. Tək beş manat uddum!
Lakin qəlbən öz-özunü məzəmmət elədi: "Yalansa, Allah mənə lənət eləsin!
Gözumün ağı-qarası elli üç manatımı uduzmadımmı?"
Doğrudur, Gülnisə xanım ərinin "uddum" sözünə inanmadı, lakin yenə də bir
söz deməyib, yalnız bir ah çəkdi. Sonra ərinin təvəqqeyinə görə nökər
Hüseynəlini çağırdı ki, naharı çəkib versin. Nahar boz-başdan ibarət idi ki, onun
da ətini, noxudunu, hətta suyunu da binavə Hüseynəli dalaşa-dalaşa
dükançılardan borc almışdı.
Ər və arvad oturub çörək yedikləri yerdə otağın qapıları şaqqıltı ilə açılıb,
Azad bəyin oğlu - valideynin fərzəndi - yeganəsi içəri daxil olub dəyil, hücum
edib qoltuğunda olan kitabları şappıltı ilə otağın ortasına tolazladı. Xudadad bəy
(oğlanın adı idı) realnı məktəbdən qayıtmışdı. Bu, "pəhləvanlıqdan" sonra
Xudadad bəy məktəb paltarını tələsik soyuna-soyuna, divanəvər bir səs ilə
çığırdı:
-
Vallah, ta mən oxumayacağam, billah oxumayacağam, qoy direktor
acığından partlasın, cırılsın, yenə oxumayacağam! Ana, hanı mənim müsəlman
paltarım?
Azad bəy nahardan başını qovzayıb kəmali-təəccüb ilə oğluna tərəf baxdı və
soruşdu ki:
-
Ədə, başına at təpməyibdir, səni cin vurmayibdır, içib kefli deyilsən, nə
qayırırsan?
Oğlu isə ağzını-üzünü qırışdırıb dedi:
-
Əşi, sən də qoy görüm!.. Bilmirəm bu nə deyir! Ağız, ana, hanı mənim
papağım, çuxam, arxalığım? Dur by saat bura ver, geyim!
Azad bəyin acığı tutdu və istədi ki, ağzım açıb bir soz desin, lakin arvadı onu
bu işdən mən edib dedi: - "Sən dinmə bircə!" - və özü ayağa durub gəldi oğlunun
yanma və mülayim, mehriban dil ilə dedi:
- Bala,
müsəlman paltarını neynirsən? Neçin buluzunu çıxarırsan?
Dostları ilə paylaş: |