__________________Milli Kitabxana___________________
330
kəmali-inqiyad və itaət ilə cənab pristavı istiqbal etdilər və "sən bizim başımızın
sahibisən" -- deyib, əsnayi namazda rüku edən kimi, baş deyil, bədən əydilər.
Lakin cənab pristav əhalinin belə izhari-təbəiyyəti-sadiqanəsindən əqmazieyi
edib, keçən gün cibində "möcüzə" görünmüş sərbaz simalı stracniki təqib edərək,
atını Kərbəlayi Bünyadın evi həyətinə sürdü.
Kərbəlayi, 70 sinni altında bükülmüş vücudunu 15 yaşına yetmiş cavana
mənsub bir cünbüş və hərəkətə gətirib sıçradı və pristav ağanın "cismi-əzizi"ni
atın üstündən yerə düşürdü. Stracniklər də kəndlilərin köməyi ilə atlarından yerə
süqut edib, metad qaidəyə rəayət edərək topalanmış kəndliləri qamçı ilə
şaparlamağa başladılar. Və atlarını otarmaq ilə özləri üçün də bir "yaxşı" yer
hazırlamağı əmr etdilər.
O gecə M ... kəndində bir neçə qoyun dəxi qurban edildi.
Sabahı günü Kərbəlayi Bünyadın həyətində şayani-təmaşa bir drama vaqe
oldu. Cənab pristav başıaçıq və əlləri ciblərində "özünü dartmış turac kimi"
qapının ağzında durub, keçmiş padşahlara mənsub bir hökumət ilə cərgə ilə
düzülmüş kəndliləri bir-bir və hərəsini bir növ ilə döydürürdü. Birisini libasdan
xali edib, lüt əndamına qamçı vurdururdu, digərini saqqalından tutudurub üzünə,
başına sillələr çəkdirirdi, bir qeyrisini əlibağlı ora-bura çapdırırdı. Bəzisini yerə
yıxıb, təpik altına saldırdı və sairə....
Döyüşə mübtəla olanlar hərdəm: "Bizim taqsırımız nədir, ağa, başuva
dönüm" -- dedikdə, cənab pristav və sonra da stracnik bəy tərəfindən bir neçə
kəlmə föhşdən mütəşəkkil cavabi -- "şafi" alırdılar....
Bu drama səhərdən günortayadək imtidad çəkdi ki, ondan sonra pristav ağa,
bu qədər zəhmətdən artıq yorulub, girdi otağa və kənd mollası ... nın evində
şərəfinə kəşidə edilmiş ziyafətdə (bu ziyafətdə pristavdan savay bir də Kərbəlayi
Bünyadəli var idi) mükəmməl surətdə bir nahar edib, istirahət üçün bir-iki saat
şirin yuxuya müstəqrəq oldu.... Bidar olduqdan sonra, Kərbəlayi Bünyad
tərəfindən "Əbidanə" əta olunmuş kəhər ata rakib olub və kəndçilər tərəfindən
"mübarək qədəmi" münasibətilə hədiyyə edilmiş quzuları (yağ, qatıq, pendir və
s. məlum işdir) müininə tapşırıb, öz paytaxtına mütəvəccihən rəvanə oldu.
Ağa gedəndən sonra kəndçilər onun sahibi təhəkküm bir zat olduğunu tosif
və ərifə başladılar.
__________________Milli Kitabxana___________________
331
BİR FİRƏNG İLƏ SÖHBƏTİM
Günlərin bir günü, yəni bir neçə zaman bundan irəli nə tövr oldusa bir firəng
ilə tanış oldum. Firəng məni, mən firəngi söhbətə tutduq, bir xeyli danışdıq
elədik, axırda firəng məndən soruşdu ki, bir de görüm bu Qafqazda nə qədər
müsəlman vardır. Dedim altı dəfə doqquz yüz doxsan doqquz min doqquz yüz
doxsan doqquz və bir də altı müsəlman! Dedi, bu zəhməti çəkmə, altı milyon
desəydin ağzın yorulmazdı. Dedim, mən müsəlmanam, doqquz yüz doxsan
doqquz min doqquz yüz doxsan doqquzun mənə artıq təsiri olur, nəinki bir
milyonun. Firəng bu sözə razı oldu və sonra yenə soruşdu ki, bu altı milyon
müsəlmanın içində neçə qəzet çıxır. Dedim allahdan gizli deyil, səndən nə gizli
olacaqdır, bu altı milyon müsəlmanın içində bircə dənə qəzet çıxır. Bunu
dediyimi gördüm, firəng yerindən elə sıçradı ki, guya kişini ilan dişlədi! Və
üzündə elə bir heyrət və təəccüb əlaməti göstərdi ki, mənim özüm də quruyub
mat qaldım və ürəyimdən keçirtdim ki, yazıq altı milyon müsəlman, bir gör sənin
içində bircə dənə qəzet verilməsi yad firəngə nə pis təsir elədi və halonki, sənə
qalsa istərsən ki, heç qəzet yerli-dibli olmasın! Amma sonra bildim ki, firəngi
təəccübə gətirən altı milyon müsəlmanın içində bir qəzet olması deyilmiş, çünki
o məndən soruşdu ki, "müsyö, indiyədək, nə təvarixdə, nə də heç bir abrazovannı
yerdə görülməyibdir ki, bir dənə qəzetin altı milyon müştərisi olsun!! Neujeli
sizin bir dənə qəzetinizin altı milyon müştərisi var?!!. Firəng bu sualı mənə
verdikdə, məndən bir qəhqəhə çıxdı ki, firəng elə bildi dəli olmuşam.... Dedi
nəyə gülürsüz? Dedim heç, onu deyirəm ki, qəzetimizin altı milyon müştərisi
yoxdur, bir qədər azdır.
D e d i: Beş milyon? -- Əlli min?
D e d i m: Bir qədər azdır. --Yox, azdır.
D e d i: Dörd milyon? -- Otuz min?
D ed i m: Bir qədər azdır. -- Yox, azdır.
D e d i: Üç milyon? -- On min?
D e d i m: Bir qədər azdır. --Yox, azdır.
-- İki milyon? -- Beş min?
-- Jox, azdır. -- Jox, azdır.
-- Bir milyon? -- Dörd min?
-- Jox, azdır. -- Jox, azdır.
-- Beş yüz min? -- Üç min?
-- Jox, azdır. --Jox, azdır.
__________________Milli Kitabxana___________________
332
-- Üç yüz min? -- İki min?
-- Jox, azdır. -- Jox, azdır.
-- Yüz min? -- Bir min?
-- Jox, azdır. -- Jox, bir az çoxdur.
-- Doxsan min? -- Bəs necə?
-- Jox, azdır. -- Min səkkiz yüz!
By sözü demişdim ki, gördüm rəfiqim firəng tez bir fayton çağırıb, düz
vağzala sürdürdü və o gedən firəng oldu ki, getdi. Bir neçə vaxtdan sonra
firəngdən bir kağız aldım ki, içində bunu yazmışdı:
"Altı milyon tayfanın içində bir dənə qəzet ola, və o qəzetin də min-səkkiz
yüz müştərisi ola, o tayfadan heç bir yaxşı şey gözləmək olmaz, a molla!"
Bu sözlər məni çox yandırdı, tez götürüb cavabında yazdım ki, nə olsun, biz
müsəlmanlar beləyik, amma siz firənglərin də yedikləri həmişə qurbağa ilə
tısbağadır!...
ÜÇÜNCÜ DƏLLƏK
Bizim Qarabağda cürbəcür dəlləklər var. Bunların içində eləsi var ki, həm
sənin başını qırxar, həm hansı dişini desən çəkər, həm boynunun ardına zəli
qoyar, həm istəsən oğlunu sünnət elər. Amma adekalon-madekalon bilməz və o
cürə murdar şeyə heç əlini də vurmaz. Bainhəmə, üstündən bərk "ətir" iyi gələr
ki ona quyruq yağı deyirlər.
Eləsi var ki, məsələn, bu gün yaxşı urusu baş vurar, bığlarını da ha tərəfə
desən, o tərəfə eşər və bir az-maz da urus dili bilər. Stolunun üstündə də həmişə
cürbəcür içi su ilə dolu adekolon şüşələri olar, güzgüsü də adamı xortdana
oxşadar.
Eləsi də var ki (yox, qoyun bunu ayrı cürə deyim).
Əzizim oxucu, ağlında bir adam fərz elə, qoy bu adamın bir ayağında qaloş
olsun, bir ayağında başmaq. Əynində çuxası olmasın, onun əvəzində tək bircə
arxalıq olsun ki, onun parçasını və rəngini tanımaq üçün gərək əlinə bir bıçaq
alıb dörd gün çirkini qazıyasan. Belində bir qayış olsun və qayışın ucu da
böyürdən sallansın, çiynində bir məhrəba asılsın və məhrəba da gərək qab
Dostları ilə paylaş: |