167
Duzdağ sahəsində də maraq doğuran faktlar əldə edilmiĢdir.
Duzdağ strukturu tektonik cəhətdən Neogen çöküntüləri üzrə en
dairəsinə yaxın istiqamətli qırıĢıqdır. Seysmik məlumatlara görə
üst TəbaĢir-Paleogen və Neogen çöküntüləri arasında kəskin struk-
tur uyğunsuzluq qeyd olunur. Belə ki, en dairəsi istiqamətli Neogen
antiklinalına planda submeridional istiqamətli üst TəbaĢir-Paleogen
hemiantiklinalının uyğun gəldiyi göstərilir
65
. Seysmik məlumat-
lara görə Mezozoyun səthi üzrə qurulmuĢ struktur xəritədə həmin
hemiantiklinalın tağ hissəsi 1M s. Duzdağ quyusundan
1,5 km
qərbdən keçir. Qravimetrik məlumatlar
isə Mezozoyun səthi ilə əla-
qədar olan qalxımın en dairəsi istiqamətli olduğunu, yəni Neogen
strukturunu təkrarladığını göstərir. Bu mənzərə ayrı-ayrı profillər-
də, ağırlıq qüvvəsinin Buge anomaliyası xəritəsində, lokal maksi-
mumlar və Mezozoy çüküntülərinin struktur xəritələrində (bax:
Ģəkil 5.2; 5.15; 6.11) kifayət qədər dolğun əks olunmuĢdur. Duzdağ
qalxımının tağı 1M quyusundan Ģimal-Ģərqə təsadüf edir. Belə çıxır
ki, Duzdağın yer səthindəki qalxımı Mezozoy çöküntülərinin sət-
hinə qədər davam edir.
6.1 cədvəlindəki riyazi asılılıqdan istifadə edərək Qazanbulaq-
Borsunlu-Ziyadxan sahəsi üzrə Mezozoy çöküntülərinin səthinin
dərinliyi hesablanmıĢ, kompüterdə “Surfer” proqramı vasitəsilə bu
səthi əks etdirən struktur xəritə (plikativ variantda) qurulmuĢdur
(Ģəkil 6.12). Xəritədən göründüyü kimi Mezozoy (üst TəbaĢir)
çöküntülərinin səthi tədqiqat sahəsinin qərb hissəsində ≈ 400 m-dən
Ģərqə doğru ≈ 3600 m -ə qədər enmiĢdir. Təxminən 14÷15 km
məsafədə bu səthin enməsi 3000 m təĢkil edir ki, bu da yatım
bucağının orta hesabla 10-12° təĢkil etdiyini göstərir. Lakin, sahə-
nin bəzi hissələrində izohipslərin sıxlaĢması, bəzi yerlərdə isə sey-
rəkləĢməsi yatım bucağının eyni olmadığını göstərir. Izohipslərin
formasının mürəkkəbləĢmələri isə Mezozoy çöküntülərinin səthinin
çoxsaylı lokal qalxmalar və enmələrlə mürəkkəbləĢdiyini söylə-
məyə əsas verir.