V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə42/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   ...   38   39   40   41   42   43   44   45   ...   57

 
159 
 
 
        
ġəkil 6.7. Qravimetrik məlumatlara görə Mezozoy çöküntülərinin səthi üzrə 
struktur xəritə (Cəfərli-Pənahlı-Oruclu sahəsi) 
1 - Mezozoy çöküntülərinin səthinin izohipsləri; 2 - qravi-maqnit profillər; 
3- qravi-maqnit məlumatlarla müəyyən edilmiĢ qırılma xətləri; 
 4 – axtarıĢ-kəĢfiyyat quyuları.  
 


 
160 
 
Burada  4050  m  izohipslə  qapanan  yeni  bir  lokal  qalxım  qeyd 
olunmuĢ, tektonik vəziyyətinə görə Cənubi Qaralı adlandırılmıĢdır. 
4000 və 3950 m izoxətlərlə yarımqapalı vəziyyət almıĢ digər lokal 
strukturlar isə Cənub-ġərqi Oruclu və Cənubi Oruclu adlandırılmıĢ-
dır.  
QurulmuĢ  struktur  xəritəyə  cənubdan,  03  və  22  saylı  profil-
lərin kəsiĢmə rayonundan nəzər salsaq, lokal qalxımların və struk-
tur  mürəkkəbləĢmələrin  üç  istiqamətdə  (C.Oruclu-Cġ.Oruclu-
C.Qaralı-Qaralı;  C.Oruclu-Cġ.Oruclu-Oruclu-Pənahlı;  C.Oruclu– 
Ağaməmmədli ) inkiĢaf etdiyini görmək olar. Güman etmək olar ki
bu istiqamətlər sahədən cənubda yerləĢən iri qırıĢıqlığın virqasıyası 
(budaqlanması) nəticəsində baĢ vermiĢdir. 
Tədqiq olunan ərazi üzrə qurulmuĢ Mezozoy horizontunun üç-
ölçülü  xəritəsində  bu çöküntülərin səthinin çox mürəkkəb olması, 
kiçik ərazidə bir-neçə struktur mürəkkəbləĢmənin varlığı müəyyən 
edilmiĢdir  (Ģəkil  6.8).  Cəfərli,  Pənahlı,  Oruclu,  Qaralı,  C.Oruclu 
strukturlarının hipsometrik səviyyəsi  bir-birindən təxminən 100 m 
fərqlənir.  Ölçülərinə  görə  çox  da  böyük  olmayan  (qapanmıĢ  izo-
xətlər  üzrə)  bu  lokal  qalxımlar  bir-birindən  dar  və  dayaz  sinkli-
nallar və ya kiçik amplitudlu qırılmalarla ayrılır. 
Cəfərli strukturunun cənub-Ģərqindən keçən ensiz sinklinal (və  
ya kiçik amplitudlu qırılma)  ilə ayrılan lokal qalxımların  ĢmĢmq 
qanadları daha dik, cənub və cənub-Ģərq qanadları  isə  nisbətən  az  
meyillidir.  Mezozoyun  səthinin ən dərin hissəsi 36 (Muradxanlı), 
3  (Cəfərli),  23  (Muradxanlı)  saylı  quyu  rayonlarında  müĢahidə 
olunur. Bundan həm ĢmĢmq-ə (Muradxanlı qalxımı istiqamətində), 
həm  də  cənub-cənub-Ģərqə  (ĠmiĢli  rayonu  istiqamətində)  Mezo-
zoyun səthi qalxmağa məruz qalmıĢdır (bax: Ģəkil 6.7; 6.8). 
Mezozoy  çöküntülərinin  səthi  üzrə  alınmıĢ  yeni  nəticələr  əv-
vəlki illərdə qravimetrik məlumatlarla alınmıĢ nəticələrlə tutuĢdurul-
muĢdur.  Bunun  üçün  əvvəlki  və  yeni  struktur  xəritələr  müqayisəli 
analiz  edilmiĢdir  (Ģəkil  6.9).  Məlum  olmuĢdur  ki,  Qaralı  struktu-
runun  plan  vəziyyəti  əvvəlki  və  yeni məlumatlar əsasında demək 
olar ki, eynidir. Lakin, yeni məlumatlarla bu struktur ikiyə bolünmüĢ 
vəziyyətdədir və hipsemetrik baxımdan 100-150 m  daha dərindədir. 


 
161 
 
Yeni məlumatlara  ğörə Pənahlı  strukturunun  tag  hissəsi cə-
nuba doğru, Pənahlı və Qaralı strukturlarını bir-birindən ayıran dar 
sinklınal  isə  Ģərqə  -  4-4  xəttinə  doğru  sürüĢmüĢdür.  Beləliklə,  son 
məlumatlarla Pənahlı strukturu daha geniĢ alınmıĢdır. Lakin, struk-
turun konfiqurasiyası dəyiĢsə də, həm əvvəlki, həm də yeni məlu-
matlarla  alınmıĢ  Pənahlı  strukturu  2-2,  4-4,  6-6  və  7-7  tektonik 
xətlərinin arasında aĢkar edilmiĢdir.           
 Oruclu  strukturunun tag hissəsi  əvvəlki və  yeni  məlumatlarla 
demək  olar  ki,  üst-üztə düĢmüĢdür.  Əvvəlki  tədqiqatlarla  müəy- 
yənləĢdirilmıĢ  strukturun cənub-Ģərq  periklinal  hissəsi  8-8 xətti  ilə 
qırılaraq qalxmıĢdır. 
ġəkil 6.8. Qravimetrik məlumatlara görə Mezozoy çöküntülərinin səthinin 
üçölçülü strukrur xəritəsi (Cəfərli-Pənahlı-Oruclu sahəsi) 


 
162 
 
 
ġəkil 6.9. Qravimetrik məlumatlara görə Mezozoy çökününtülərinin səthi 
üzrə qurulmuĢ əvvəlki və yeni struktur xəritələrin müqayisəsi  
(Cəfərli-Pənahlı-Oruclu sahəsi) 
1 və 2 - Mezozoy çöküntülərinin səthinin əvvəki və yeni izohipsləri; 3 - qravi-maqnit 
məlumatlarla müəyyən edilmiĢ qırılma xətləri; 4 - qravi-maqnit profillər;  
5 - axtarıĢ-kəĢfiyyat quyuları. 


 
163 
Qravimetrik məlumatlar əsasında Mezozoyun səthi üzrə qurul-
muĢ  xəritə,  eyni  zamanda,  “KəĢfiyyatgeofizika”  idarəsi  tərəfindən 
əvvəlki  illərdə  qurulmuĢ  “Mezozoy  çöküntülərinin  yuyulma  səthi 
üzrə  struktur xəritə” ilə müqayisə olunmuĢdur (Ģəkil 6.10).  
3  və  22  saylı  profillərin  kəsiĢmə  rayonunda  seysmik  məlu-
matlarla 4050 m izohips ilə qeyd olunan qalxım qravimetrik məlu-
matlarla  müəyyənləĢdirilmiĢ  Cənubi  Oruclu  strukturuna  uyğun 
gəlir. Həmin yerdən baĢlayaraq izoxətlərin əyilərək kiçik amplitud-
lu monoklinal əmələ gətirməsi və Ağaməmmədli strukturuna doğru 
istiqamətlənməsi  qravimetrik  məlumatlarla  (03  saylı  profil  boyu) 
eyni ilə təsdiq  olunur.  
19

22 saylı  profillərin sonunda 4050 m izohipslə qeyd olunan 
Cənubi  Qaralı  lokal  qalxımı  seysmik  məlumatlarla  4000-  4050  m 
dərinlikdə müəyyənləĢdirilmiĢ struktur  qalxıma uyğun gəlir. 4000-
4100  m    izohipslərə  görə  seysmik    struktur  qalxımın  uzanması 
Oruclu strukturuna doğru (qravimetriyaya görə) istiqamət almıĢdır. 
Qaralı strukturunun tağ hissəsi qravimetrik (əvvəlki və yeni) məlu-
matlara görə seysmik tağdan 800-1000 m Ģərqdə qeyd edilmiĢdir. 
Seysmik məlumatlara görə Ağaməmmədli strukturundan Ģərq-
də  4350-4100  m  izohipslərinin  əmələ  gətirdiyi  sinklinalın  dar  və 
dərin hissələri qravimetriya ilə müəyyənləĢdirilmiĢ  1-1 və 2-2  tek-
tonik  xətlərinin  demək  olar  ki,  arasına  düĢmüĢdür.  Qravimetrik 
məlumatlara görə həmin zona  1-1 xəttindən cənubdaki və 2-2  xət-
tindən Ģimaldakı lokal qalxımları bir-birindən ayırmıĢdır. 
Oruclu strukturunın Ģimal-qərb  hissəsindən baĢlayaraq Cəfərli 
strukturuna  qədər  seysmik  məlumatlarla  Mezozoyun  səthinin  en-
məsi  müĢahidə  edilir. Qravimetrik  məlumatlarda  isə  həmin sahədə 
Pənahlı  lokal  qalxımı  aĢkar  edilmiĢdir.  Qeyd  etmək  lazımdır  ki, 
seysmik  xəritədə  4250  m  izohipslə  ayrılan  Qaralı  strukturu  qra-
vimetriya  ilə  müəyyənləĢdirilmiĢ  Qaralı  strukturunu  və  Pənahlı 
strukturunun  Ģimal-Ģərq  qanadını  əhatə edir. Beləliklə, qravimet-
rik  və  seysmik  məlumatlar  əsasında  qurulmuĢ  struktur  xəritələrin 
analizi  göstərir  ki,  onlar  arasında  ümumi    oxĢarlıq  fərqdən  daha 
çoxdur. 


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə