Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   ...   20   21   22   23   24   25   26   27   ...   43

86
M.F.Köprülüzadə isə Xəlil ibn Əhmədin əruz vəzni haqqında tam
bir sistem yaratdığını göstərir. Sonralar poetikanın bu probleminə İbn
Sina, Əbdürrəhman Cami, Nəsirəddin Tusi çoxlu elmi əsər həsr
etmişdir. Əruz vəznini IX əsrdən farslar, XI əsrdən isə türk xalqları
işlətmişlər.
Türkdilli poeziyada əruz vəznində ilk əsər Yusif Xas Hacib
Balasuqunlunun XI əsrdə Kaşqar şəhərində yazdığı «Kutadqu bilik»
(Xoşbəxtliyə aparan elm) poemasıdır. Əruzun çox mürəkkəb bir şeir
sistemi vardır. Burada əsas şərt misralarda hecaların sayca bərabər
olması yox, uzun və qısa hecaların müəyyən qayda ilə düzülməsidir.
İlk dəfə Xəlil ibn Əhməd Fərahidi əruz vəzninin 15 bəhrini
müəyyənləşdirmişdir. Sonradan əruzun daha 4 bəhri müəyyən edilərək
19-a çatdırılmışdır. Bu bəhrlərin saysız-hesabsız formaları (həcəz
bəhrinin 30-a qədər forması vardır) vardır.
Ərəb fonetikasında hər bir sait səsin uzun, orta, qısa olmaqla üç
tələffüz vəziyyəti vardır. Bu xüsusiyyət əruzun bəhrlərində öz əksini
tapmışdır. Təcrübə göstərir ki, şagirdlərimiz əruzun həzəc və rəməl
bəhrlərindən geniş istifadə etmişlər. Bu ona görədir ki, həmin bəhrlər
milli şeir dilimizlə bilavasitə səsləşir. Hətta diqqət yetirilsə, bu
bəhrlərdə yazılan şeirlərdə sözlərin qəliblərə parçalanması azdır. Heca
vəznində sözlər təqtilərə bütöv bölündüyü halda, əruzun bir çox
bəhrlərində qəliblər sözlərin parçalanmasını, hecaların uzanmasını və
qısalmasını tələb edir. Lakin buna baxmayaraq, çox az misralarda
hecaların sayı qeyri-bərabər olur ki, burada da vurğu vəzni
bərabərləşdirir.
Əruz elmində beytin birinci misrasının ilk cüzvünə sədr, son
cüzvünə əruz, ikinci misranın ilk cüzvünə ibtida, son cüzvünə dərb,
ortada qalan cüzvlərə isə hətv deyilir. Əruz vəznində yazılan şeirlər
misraların ölçüsündən, sözlərin ifadə üsulundan və hecaların düzülüş
qaydasından asılı olaraq müxtəlif şəkillər alır ki, bir-birindən seçilən


87
belə şəkillərə bəhr deyilir. Bəhr sözünün bir neçə mənası vardır: dəniz
(bəhri – Xəzər), nəhr, böyük çay və s. Eyni zamanda bəhr sözü ərəb
dilində yarmaq, yırtmaq mənalarını verir. Dənizə, böyük çaylara bəhr
deyilməsinin səbəbi də onların yeri, torpağı yardıqları və yırtdıqları
üçündür. Məcazi mənada bəhrli adam elmdə çox geniş məlumata,
hərtərəfli biliyə malik olan adama deyilir. Aristotel bir bəhr, Əbu Əli ibn
Sina da bir bəhrdir. Bəhr sözü əruzda bir termin kimi şeir vəznini
bildirir. Bu onun terminoloji mənasıdır. Məsələn. həzəc bəhri, rəməl
bəhri, səri bəhri və s. Azərbaycan əruzunun bəhrləri 12-dir. Cədid,
qərib və s. bəhrlər ərəb şeirində işlədilmişdir. Farsdilli şairlər isə təvid,
mədid, bəsit, kamil və s. bəhrlərə nadir hallarda müraciət etmişlər.
Azərbaycan
əruzunun
bəhrləri
bunlardır:  1.Həzəc;  2.Rəməl;
3.Müklərik;  4.Rəcəz;  5.Müzare;  6.Müctəs;  7.Xəfif;  8.Mütədarik;
9.Mütəqarib; 10.Kamil; 11.Səri; 12.Müctəzəb.
Həzəc bəhri
Tərtib sırasına görə həzəc bəhri Azərbaycan əruzunun birinci
bəhrini təşkil edir. Həzəc bəhri bütün bəhrlərdən növlərinin sayına görə
ən zəngin bəhrdir. Onun 15 növü vardır. Azərbaycan türkdilli şeirimizin
ilk əsəri olan Həsənoğlunun «Apardı könlümü bir xoş qəmərüz canfəza
dilbər» qəzəli bu bəhrin birinci növünün ölçüsündə yazılmışdır. Bir sıra
klassiklərimizin – Nizami Gəncəvinin «Xosrov və Şirin»,  «Leyli və
Məcnun», Xaqaninin «Töhfətül-İraqeyn», Xətayinin «Dəhnamə»,
M.Füzulinin «Leyli və Məcnun», Məsihinin «Vərqa və Gülşa» və s.
əsərləri bu bəhrdə yazılmışdır. Əruz vəznindən istifadə etmiş yüzlərlə
şairlərimiz öz əsərlərində həzəc bəhrindən istifadə etmişlər.
Azərbaycan həzəcinin bütün növləri, variantları isə 15 təfilə üzərində


88
qurulmuşdur. Həzəcin bu 15 növü tərkiblərindəki təfilələrin kəmiyyəti
üzrə 3 qrupa bölünür:
1. Dördtəfiləli növlər.
2. Üçtəfiləli növlər.
3. İkitəfiləli növlər.
«Həzəc» bəhrinin dördtəfiləli növü yeddidir. Bura aşağıdakılar
daxildir:
I növ
məfaülün
Apardı kön
məfaülün
lümü bir xoş
məfaülün
qəməruz can
məfaülün
fəza dilbər
II növ
məfailin
Payız çağın
məfailin
da hər səhər
məfailin
soyuq-soyuq
məfailin
külək əsər
III növ
məfaülü
Dilbər di
məfaülü
lə dil dilbə
məfaülü
ri-fəttanə
fəulin
münasib
IV növ
məfuli
Nitqim tu
məfailin
tulur görcək
məfaüli
hərdəm sö
məfaülin
z arasında
V növ
məfailin
Dava dərdi
fəulin
mə qılma
məfailin
ki, dərdimi xoş
fəülin
davadır
VI növ


89
məfüli
Sevda i
məfailin
lə əqlimdir
məfuli
bir tac i
fəəl
lə sər
VII növ
failin
Söylədi
məfailin
gəlim qoy bir
failin
şurə mən
məfailin
də bülbül tək
«Həzəc» bəhrinin üçtəfiləli növü üçdür. Həmin növlər bunlardır:
məfailin
məfailin
böyük bir sər
fəülin
vət olmaz
məfüli
Neft olma
məfailin
sa işlərmi
fəülin
zavodlar
məfüli
Parlarmı
məfaili
ocaqlarda
fəülin
ki odlar
«Həzəc» bəhrinin ikitəfiləli növü beşdir. Bu növün təfilələri
bunlardır:
1. Məfaülin, məfaülin
2. Məfailin, məfailin
3. Məfa üli, məfa ilin
4. Məfailin, fəülin
5. Məfaüli, fəülin
Bu təfilələrdən birinə nümunə:


90
məfailin
Baharın öz
məfailin
gə hüsnü var
AZƏRBAYCAN ƏRUZUNDA RƏMƏL BƏHRİ
«Rəməl» sözünün lüğətlərdə bir sıra mənası var. Yağışın az
yağması, vəhşi inəyin ayağında öz rəngində olmayan xətlər və s.
Bundan başqa,  «rəməl» sözü ləngərləmək, dalğalanmaq, ağır-ağır
yerimək mənasını da bildirir. Buna görə də,  «rəməl» sözünü ərəbcə
dəvənin sürətlə yerişinə bənzədirlər. Çünki bu bəhrin ahəngində dəvə
yerişini xatırladan bir ləngərli ritm vardır.
Azərbaycan əruzunda sıralanmasına görə rəməl bəhri ikincidir.
Çünki bu bəhr növlərinin sayına görə həzəcdən sonra ən zəngin bəhr
olaraq 13 növdədir.
Bəzi klassik şairlərimiz rəməl bəhrindən daha çox istifadə
etmişlər. Məsələn, Nəsiminin divanında həzəc bəhrində 70, rəməl
bəhrində isə 96 şeir vardır. Azərbaycan əruzunun rəməl bəhrini təşkil
edən 13 növ kəmiyyətə görədir, əslində rəməl bəhri 3 qrupa bölünür:
1. dördtəfiləli
2. üçtəfiləli
3. ikitəfiləli
Dördtəfiləli rəməl bəhrinin 5 növü vardır. Həmin növlər bunlardır:
I növ
failatün
Şövqi vüslət
failatün
əldən aldı
failatün
taqəti səb
failatün
ri qərarım


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə