Вцгар ящмяд


Azərbaycan əruzunda «Səri» bəhri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   ...   23   24   25   26   27   28   29   30   ...   43

103
Azərbaycan əruzunda «Səri» bəhri
«Səri» sözünün lüğəti mənası sürətli, cəld, tez deməkdir.
Bu bəhr ahənginin tezliyinə görə qəzəl üçün müvafiq deyil,
poema, mənzum hekayə və satirik şeirlər üçün daha münasibdir.
«Səri» bəhrinin iki növü və bunların altı variantı vardır.
Müftəilün
Müftəilün
fAilün
Ta gəlirik
Məhzəri ür
biz də bir az
fanda vurur
anlayaq
tək səbir
Birinci növ «Səri»nin iki variantı vardır. I variant:
müftəilün
müftəilün
fAiLü
müftəilün
müftəilün
fAiLan
«Səri» bəhrinin II növü ikibölümlüdür. Bunun bir variantı vardır.
Müftəilün
müftəiLü
İndiki par
Mil düzünün
laq işinə
keçmişinə
Azərbaycan əruzunda «Müqtəzəb» bəhri
«Müqtəzəb» sözünün lüğəti mənası hazırlıqsız düzəldilmiş,
birinci dəfə deyilmiş deməkdir.
Azərbaycan əruzunda ancaq bir növünə təsadüf edilir.
FAilAtü
məfUlün
fAilAtü
məfUlün
Zülfün olsa
aşüftə
bağrıma kə
bab eylər
Əruzun vəzni və onun bəhrləri haqqında məlumat və nümunələri
ədəbiyyatşünas-alim Əkrəm Cəfərin «Əruzun nəzəri əsasları və
Azərbaycan əruzu» kitabından istifadə edərək tərtib etmişik.


104
SƏRBƏST VƏZN
Sərbəst vəzn hələ qədim dövrlərdən mövcud olmuşdur. Ayrı-ayrı
misralarda müxtəlif saylı hecalardan istifadə qaydalarından və
romalılar mütəşəkkil şəkildə istifadə edir və «Algey beyti»
adlandırırdılar.  «Algey beyti»ndə misranın biri səkkiz, digəri doqquz,
bir başqası isə on, on bir, ya da on iki hecalı olurdu. Məlumdur ki,
Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələri heca vəznində, yazılı
ədəbiyyat nümunələri isə əsasən əruz, bəzi hallarda isə heca vəznində
yaradılmışdır. Qədim türk abidələri olan «Orxon-Yenisey» və
«Gültəkin» abidələrində sərbəst vəznin ilk rüşeymlərinə rast olunsa da,
lakin bütün Yaxın Şərq xalqları ədəbiyyatı kimi, Azərbaycan
ədəbiyyatında da sərbəst vəzndə XX əsrə qədər şeir yazılmamışdır.
Ümumiyyətlə, Avorpada sərbəst vəznə geniş maraq XIX əsrin sonu,
XX əsrin əvvəllərindən başladığına görə, bir müddət sonra Azərbaycan
sənətkarlarından S.Vurğun, R.Rza, M.Müşfiq və Ə.B.Fövzi bu vəzndən
olduqca məharətlə istifadə etmiş, sonra isə bu ənənəni O.Sarıvəlli,
Ə.Kərim,
İ.İsmayılzadə,
F.Qoca,
F.Sadıq,
Ə.Salahzadə,
A.Abdullazadə, V.Səmədoğlu və b. davam etdirmişdir.
Şübhəsiz ki, sərbəst vəzn misraları necə gəldi qafiyələndirmək,
daha doğrusu, qafiyəsiz düzmək, qırmaq, səpələmək demək deyil.
Sərbəstlik vəznin poetik imkanlarına yaradıcı şəkildə, sənətkarlıqla
yanaşmağı tələb edir. Sərbəst vəznin özünün ahəngi, ritmi, tempi,
harmoniyası vardır. Sərbəst şeirdə hər misra, hər söz, hər bədii sual
və nida, hətta bağlayıcı təzə fikrə keçiddir. Sərbəst şeirdə hər sözün
bədii təsiri vardır. Sərbəst vəzn məzmunun hərtərəfli açılması üçün
geniş imkanlar yaradan, onu dərindən mənalandırmağa imkan verən
bir vəzndir.


105
Sərbəst vəzndə yazılan şeirlər heca vəzninin bölgü ahənginə,
qafiyə quruluşunun isə çarpaz şəkildə qafiyələnməsinə uyğun gəlir.
Sərbəst vəznlə yazılan şeirləri oxuyarkən ahəngin yaranmasını təmin
edən cəhətləri nəzərə almaq lazımdır.
Ramiz Rövşənin «Qapı» silsiləsindən bir parçanı nəzərdən
keçirək:
O ilin paltarı uzun
Dörd il idi biçən yoxdu,
Uzanmışdı boyları
O ilin qızları uzun
dörd il idi çalınmırdı toyları
uzanmışdı, uzanmışdı boyları.
O dörd il yollara boylanmaqdan
qoca-qoca qarılar da
bəlkə boy atmışdılar,
Şahxanım nənənin oğlu
davadan qayıdanda
ha uzatdı əlini
Qapının cəftəsinə
əli çatmadı, çatmadı.
Ancaq qapı elə həmin qapıydı,
Qapı bir damcı da boy atmamışdı.
Şeirdəki misraları nəzərdən keçirəndə aydın olur ki, misralar ölçü
etibarı ilə bir-birinə bərabər deyil. Buna baxmayaraq, şair heca
vəzninin tələblərinə ciddi şəkildə əməl etmişdir. Misraların standart
ölçüdən kənara çıxmasına baxmayaraq, ahəngdəki tarazlıq saxlanılır.
Burda eyni zamanda nitqdə ifadəsini tapan daxili həyəcanlar vurğu,
intonasiya vasitəsilə düzəlir. Burada yüksüz söz, rəng artığı, təsvir
israfçılığı yoxdur. Şair rəsm etmir, o, yalnız obraza açılan pərdənin
ucunu qaldırır, işarə ilə, detalla, ştrixlə dramatik lövhə, bədii mənzərə


106
yaradır. Gözəl ahəngə malik olan bu lirik şeir parçası ilk baxışdan
sərbəst təsiri bağışlayır. Lakin sərbəst vəzndə yazan bir çox
sənətkarlarımışzın əsərlərində olduğu kimi, burada da misralar şeir
vahidləri baxımından olduqca məntiqli bir nizamla düzülmüşdür.
Azərbaycan snətkarları sərbəst vəzndə əsasən liro-epik, fəlsəfi-
romantik əsərlər yazmışlar.


107
LİRİKA
Lirika qədim yunanların çalğı aləti olan «liria» sözündəndir. Lirika
haqqındakı ilk məlumata Aristotelin «Poetika»sında rast gəlirik. Avropa
ədəbiyyatşünaslarından Jan Pol Rixterin və böyük rus tədqiqçisi
V.Q.Belinskinin ədəbi irsində də lirika haqqında qiymətli fikirlər vardır.
Jan Pol Rixter lirikanı «şeirin əsas ünsürü» kimi qəbul etmiş və onu
«bədəndə dövran edən qana» bənzətmişdir.
Xalq həyatının ictimai-siyasi, tarixi hadisələri, fəlsəfi düşüncələri,
vətənpərvərlik hissləri, sevgi, dostluq, təbiət lövhələri lirik əsərlərin
məzmununu təşkil etdiyi üçün lirikanın bölgüsü mövzuya görə
aşağıdakı kimi qruplaşdırılır:
1.Fəlsəfi lirika;  2.Aşiqanə-məhəbbət lirikası;  3.Siyasi muşka;
4.Təbiət lirikası.
Lirikanın
mahiyyətindəki
bu
müxtəliflik
şairin
həyata
münasibətindən, konkret şəraitin xarakterindən irəli gəlir. Lirik
əsərlərdən hər şeydən əvvəl şairi ilhama gətirən real həyat haqqında,
ictimai amillər barəsində təsəvvür əldə edirik.
Şairin fərdi duyğuları, onun ruhu və qəlbi ilə birləşməyən əsər
sənət əsəri deyildir. Belə əsər insan qəlbində həyəcan, riqqət doğura
bilməz, saxta və sönük olduğu üçün tez ölüb gedər. V.Q.Belinski xalis
lirik əsərdən başqa, epik və dramatik növlərdə yazılan əsərlərdə də
lirik ünsürlərin olduğunu qeyd edir. Belə əsərlərdə lirik ünsürlər nə
qədər çox olarsa, əsər də bir o qədər təsirli olar.
Lirika insanlarda yüksək bədii zövq oyadır, onlara ədəbiyyat,
incəsənət, kino, teatr, musiqi, rəsm əsərlərini dərk etməyə imkan verir.
Lirik əsərlər oxucunun mənəvi hiss və həyəcanları ilə bağlıdır. Məhz
elə buna görə də lirik əsər daha geniş yayılır.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə