Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   ...   25   26   27   28   29   30   31   32   ...   43

112
Mən dönsəm üzüm dönsün
Sən dönsən, neylim sənə?
Həyatımızın və məişətimizin birər aynası olan bayatılar
qəlbimizin ən dərin guşələrində ən incə hissləri belə oyatmağa
qadirdir:
Əzizinəm, baş əyər
Barlı budaq baş əyər.
Qiyamət o gün qopar
Mərd namərdə baş əyər.
Ağalar da bayatı şəklindədir, lakin onlar ağır insan itkisindən
doğan kədəri, həsrəti ifadə edir. Ağılara el arasında edilər də deyirlər.
Ağı, adətən, böyük itki vermiş qohum-əqrəba dilindən deyilir. Məsələn:
Eləmi düşən yeri,
Atlanıb düşən yeri.
Göz yaşım oda dönüb,
Yandırır düşən yeri.
Əzizim gələr keçər,
Ahular mələr keçər,
Oğulsuz anaların
Qəlbindən nələr keçər.
Əzizim tikə-tikə,
Döğrandım tikə-tikə,
Anan saçını yolur,
Kəfənin tikə-tikə.
Laylalar da bayatı şəklindədir. Lakin laylalar bilavasitə ananın öz
körpəsinə intəhasız sevgisindən, məhəbbətindən yaranan olduqca
həzin nümunələrdir. Laylalarda ananın övladı haqqında arzu və


113
istəkləri, eyni zamanda, onu xoşbəxt, vətənpərvər, qeyrətli, namuslu,
mərd, cəsur görmək diləyi ifadə olunur:
Laylay, balam, a laylay,
Qadan allam, a laylay,
Gün gələr qazi

olar
İgid balam, a laylay.
AŞIQ YARADICILIĞI
Aşıq
yaradıcılığında
əsas
yeri
qoşmalar,
gəraylılar,
müxəmməslər, təcnislər, ustadnamələr, bağlamalar, divanilər, qəzəllər,
dodaqdəyməzlər tutur. Aşıqlar qoşma, gəraylı və xüsusən təcnislərdə
Azərbaycan dilinin zəngin söz ehtiyatından, bədii təsvir və
vasitələrdən, sinonim, antonim, metafora, təşbeh və bədii nidalardan
məharətlə istifadə edib, onları yerli-yerində işlədərək şeirə min bir zinət
vurmuşlar:
Gəl sınıq könlümü sarı, dur gedək!
Tərlansan, ovlatma sarı dur gedək!
Ələsgərəm, bizə sarı dur gedək
Bir qədrimi eyləyibsən, Narın, yüz!
Bu təcnis Azərbaycanın olduqca müqtədir, ustad aşığı Aşıq
Ələsgərə məxsusdur. Azərbaycan canlı dilinin tükənməz xəzinəsindən
istifadə edən aşıq burada omonim və omoform sözlərdən bacarıqla
istifadə etmişdir.
Bəndin 1-2-3-cü misralarında rədifdən (dur gedək) əvvəl gələn
«sarı» sözü birinci misrada
sarımaq nitq hissəsinə görə fel, ikinci

Дцшмяня зяфяр чалан ъянэавяр.


114
misrada yırtıcı quş (sar) adı kimi nitq hissəsinə görə ümumi isim,
üçüncü misrada tərəf nitq hissəsinə görə qoşma mənasında
işlənmişdir. Dördüncü misranın sonundakı «Narın, yüz» əvvəlki
bəndlərdə təkrar olunan «narın üz» sözləri ilə cinasdır.
Bu təcnis sübut edir ki, Aşıq Ələsgərin dili sadə, zəngin,
rəngarəng, obrazlı və emosionaldır. Aşıq Ələsgər eyni zamanda öz
fikrini təsirli vermək üçün antonimlərdən istifadə etmişdir.
Azərbaycan aşıq ədəbiyyatında Aşıq Alı, Abbas Tufarqanlı, Aşıq
Hüseyn Şəmkirli, Aşıq Ələsgər misilsiz ədəbi bir irs yaradaraq aşıq
poeziyasını yaradıcı surətdə inkişaf etdirmiş, ədəbi dilin Azərbaycan
xalq dilinə yaxınlaşmasına, saflaşmasına, büllurlaşmasına böyük təsir
göstərmişlər. Onların leksikasında olan bütün sözlər, ifadələr, hətta
cümlələr sanki mahir bir nəqqaşın zərif nəqşlərindən yaranmış
miniaturlərdir.
Xalq ədəbiyyatının böyük bir qolu – aşıq şeiri artıq müasir
aşıqların yaradıcılığı ilə daha da zənginləşir, yeni-yeni nümunələr,
janrlar yaradılır.


115
YAZILI ƏDƏBİYYATDA ŞEİRİN JANRLARI
Estetik aləmin mənəvi həyatımıza daha dərindən nüfuzu
şəxsiyyətin daxili aləminə, ideya və arzularına, düşüncəsinə, əxlaqi və
mənəvi cəhətdən kamilləşməsinə tarix boyu təkan vermişdir. Bunun da
başlıca səbəbkarı yazılı ədəbiyyatdır. Yazılı ədəbiyyat tarix boyu
fasiləsiz inkişaf edərək məzmun və formasını, bədii təsvir və ifadə
üsullarını zaman-zaman dəyişmiş, şəkildən-həklə düşmüş, ədəbi
inkişafın bütün mərhələlərində yeni janrlar yaratmışdır.
Qəzəl. Mənbələr yekdilliklə qəzəli qədim ərəb poeziyası ilə
bağlayır və bu ədəbiyyatda məhəbbət mövzusunda lirik nümunələr
olduğunu göstərirlər. Elə qəzəl sözünün lüğəti mənası da ərəbcə
«eşqbazlıq»,  «məşuqə» mənalarına uyğun gəlir. Orta əsrlərin
ədəbiyyat nəzəriyyəsinə dair kitablar içərisində ilk dəfə qəzəlin tərifinə
IX-X yüzilliklərdə yaşayıb-yaratmış Qüdamə ibn Cəfərin «Nəqd-əş-
şeir» əsərində təsadüf edirik: «Qəzəl… bu məhz məhəbbət deməkdir,
qadınlara olan çılğın sevgi haqqında hekayətdir». Qüdamə qəzəli
məna baxımından səciyyələndirir və onun qəzələ verdiyi bu şərhi az
fərqlərlə çox əsrlər Yaxın Şərqdə poetikaya aid kitablar təkrar edir.
Qüdamədən 400 il sonra XIII əsrin məşhur ədəbiyyatşünası Şəms
Qeys Razidə oxuyuruq: «Bir çox şairlər sevgilinin gözəlliyinin təsvirini,
məhəbbəti və eşq vəziyyətini qəzəl adlandırırlar… Qəzəldə məqsəd
ruhun təskinliyi və xoş əhval oyatmaqdır. Ona görə də qəzəl ahəngdar
vəzndə, aydın və gözəl sözlərlə yazılmalı, nəcib fikirlər ifadə
etməlidir».
Qəzəl X əsrdən etibarən farsdilli poeziyada təşəkkül tapmışdır. XI
əsrdən etibarən Azərbaycanda yayılmışdır. O vaxt Azərbaycanda
poeziya dili fars-dəri dili olduğu üçün Azərbaycan şairləri öz əsərlərini
bu dildə yazırdılar. Bu dildə Azərbaycan ədəbiyyatında ilk qəzəl-
nəsiblər Qətran Təbriziyə məxsusdur. Lakin o dövrdə «qəsidə» Yaxın


116
Şərq ədəbiyyatının aparıcı lirik növü idi. Ona görə də şairlər çox
zaman ilk variantda müstəqil əsər kimi nəzmə çəkdikləri qəzəllərini
qəsidələrə nəsib şəklində təqdim edirdilər. Lakin qəzəlin sonunda öz
təxəllüslərini yazmırdılar. Bu, təxminən XII əsrə qədər davam etmişdir.
Lakin artıq XII əsrdə Azərbaycan ədəbiyatında qəzəl həm də müstəqil
janr kimi öz kamil nümunələrini verir. Bunu biz Fələki Şirvani,
Mücirəddin Beyləqani, Xaqani, Nizaminin yaradıcılığında görürük.
Azərbaycanda XII əsr qəzəlin inkişaf dövrüdür. Ümumiyyətlə, XII
əsrdə Azərbaycanın xarici ölkələrlə əlaqəsi getdikcə qüvvətləndiyinə
görə, Azərbaycan ziyalıları, alimləri, şairləri Yaxın Şərqin elm və
mədəniyyət xadimləri ilə yaradıcılıq mübadilələri aparırdılar. Ədəbiyyat
geniş oxucu və dinləyici auditoriyasına daxil olmağa can atırdı. Qəzələ
olan sürəkli maraq da bu meylin əks-sədalarından biri idi. Qəzəlin
bəşəri məzmunu, yığcam, lakonik forması, ahəng və ritmi onu şəhər
ədəbiyyatının mühüm janrlarına çevirirdi. Qəzəl xalq kütlələrinin
müxtəlif təbəqələrini özünə cəlb edir, asan qavranılıb əzbərlənir,
avazla oxunur, musiqi məclislərində ud, tənur, kanon və digər çalğı
alətlərinin müşayətilə səslənirdi. Ali malikanələrdə şənliklər zamanı
məşhur xanəndələrin repertuarında ifadə edilmək üçün qəzəlin
imkanları böyük idi. Nizami Gəncəvinin «Xosrov və şirin» əsərində
Atabəy Qızıl Arslanla Gəncənin 30 ağaclığındakı düşərgədə baş
vermiş görüş səhnəsini təsvir edən misraları xatırlayaq. Şairi təntənə
ilə şahın hüzuruna gətirirlər və Nizami burada musiqi sədaları altında
özünün yazdığı qəzəllərin ifa edildiyinin şahidi olur (gözəllər Nizami
qəzəllərini cəngin iniltili nəvası altında oxuyurdular). Bu dövrdə daha
çox dəbdə olan qəsidə-mədhiyyələrlə yanaşı, qəzələ marağın
səbəblərindən biri də bəlkə bu baxımdandır. Xaqani Şirvaninin vüsətli
lirik irsində qəsidələrlə yanaşı, qəzəl də əsas yer tuturdu. Türk
ədəbiyyatşünası Əhməd Atəş XII əsrdə bütün Yaxın Şərq


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə