Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   ...   24   25   26   27   28   29   30   31   ...   43

108
V.Q.Belinski göstərir ki, lirika «lal duyğulara həyat verir».
1
Lirika qədim fars və Azərbaycan poeziyasında çox inkişaf
etmişdir. Bu poeziyanın fars ədəbiyyatında Ömər Xəyyam, Sədi Şirazi,
Rudəki, Hafiz Şirazi, Azərbaycanda Xaqani, Nizami, Füzuli kimi
nümayəndələrini göstərmək olar. Yeni dövrün lirikası intibah dövründə
çiçəklənməyə başlamış və XVIII-XIX əsrlərdə xüsusi inkişaf pilləsinə
gəlib çatmışdır. İntibah dövründən başlayaraq XIX əsrə qədərki
müddət ərzində Avorpa ədəbiyyatında Şekspir, Şiller, Bayron, Viktor
Hüqo, Kornel, Rasin, rus ədəbiyyatında Puşkin, Azərbaycan
ədəbiyyatında isə M.P.Vaqif, Q.Zakir, Ə.Nəbati, X.B.Natəvan və
S.Ə.Şirvani lirikanın ən görkəmli nümayəndələri olmuşlar. V.Q.Belinski
«Ədəbiyyatın janrlara və növlərə bölünməsi» adlı məqaləsində lirikanın
klassik tərifini vermişdir. Bu tərif indi də əhəmiyyətini itirməmişdir.
Belinski yazırdı: Lirikada şairin şəxsiyyəti birinci planda durur, biz
ancaq onun vasitəsilə hər şeyi qəbul edib anlayırıq.
2
LİRİK FOLKLOR
Azərbaycan şifahi xalq dəbiyyatının lirik növü xalqımızın böyük
və zəngin mənəvi sərvətidir. Folklorun bu janrının zəhmətkeş xalqın
həyatında böyük iərbiyəvi əhəmiyyəti vardır. Xalqın həyat və məişətini,
əsrlər boyu zülm və işgəncələrdən xilas olmaq uğrunda apardığı
mübarizə tarixini, vətən məhəbbətini, istək və arzularını əks etdirən
qoşmalar, bayatılar, mahnılar, sayaçı sözlər, holovarlar, ağılar,
oxşamalar və s. lirik folklora daxildir. Bu janrların müəllifləri xalq
içərisindən çıxmış el şairləridir. Həmin nümunələr şifahi şəkildə
1
В.Г.Белински. Собрание сочинении в трех томах, т. Государственное Издательство Художественной летературы.
М.1948, 67 ст.
2
В.Г.Белински. Собрание сочинении в трех томах, т. Государственное Издательство Художественной летературы.
М.1948, 67 ст.


109
ağızdan-ağıza, nəsildən-nəslə keçərək, zəmanəmizə qədər gəlib
çatmışdır.
Bitkin və dərin mənalı bu nümunələrə xalqımızın keçmiş tarixi,
fəlsəfəsi, inamı, əqidəsi, inancı, əxlaqı, adət və ənənələri, sevinc və
arzuları, kədər və həsrətləri əks olunmuşdur.
Folklorun lirik janrı həmişə yazılı ədəbiyyatla sıx əlaqədə
olmuşdur. Xalq yaradıcılığı tükənməz, məhsuldar bir xəzinədir. Lirik
folklor milyonlarla istedadlı və yaradıcı adamların geniş zəkasının
məhsuludur. Folklorun lirik janrı həyatın zəngin aləmini dolğun şəkildə,
yüksək emosiyalı və bədii təsvir vasitələrilə əks etdirmək qüdrətinə
malikdir. Folklor əsərləri xalq ruhunu ifadə edib əsl sənət əsərlərinin
klassik nümunələri sayılır.
Folklorun lirik janrına daxil olan əmək mahnıları – holavarlar,
sayaçı sözlər, laylalar və s.-ni kişilər yer şumlayanda, ev tikəndə, ağır
yük qaldıranda, ümumiyyətlə, kollektiv iş görəndə, qadınlar qoyun,
keçi, inək, camış sağanda, xalça, palaz toxuyanda, körpələrini oxşayıb
yatıranda gördükləri işin ahənginə uyğun olaraq mahnı oxuyardılar.
Kəndli xış və kotan dəstəyi arxasında ağır yük çəkən öküz və kəlin
ahəstə yerişlərinin ahənginə müvafiq holavarlar deyərmiş.
Dağların enişi var,
Diki var, enişi var,
Cütə gedən öküzün
Özünün yerişi var.
Folklorun epik janrında xalqın ifadə etdiyi duyğular, bir çox
hallarda əfsanələrdə birləşdiyi halda, lirik janrda, o cümlədən
bayatılarda tamamilə əksinə, açıq-aydın, real şəkildə verilir.
Bayatılar xalqımızın zəngin bədii yaradıcılıq nümunələrinin gözəl
lirik inciləri hesab olunur. Bunlardakı dərin məzmunluq, oxucuya
yüksək bədii zövq verməsi, müxtəsərlik, kəsərlilik, ahəngdarlıq,


110
musiqilik, həyata məhəbbət xalqın öz təbiətindən irəli gələn
xüsusiyyətdir.
Məlumdur ki, xalq şeiri heca vəznində olub, bu vəznin bütün
tələblərini həssaslıqla özündə əks etdirir:
İşim düşdü divana,
Axır gəldim mən cana.
Heç vaxtı bel bağlama
Bir ilana, bir xana.
Bayatıların qısa, yığcam olması, oynaq bir vəzn və sadə, səmimi
sözlərlə ifadə olunması onu folklorun başqa janrlarından daha kütləvi
etmişdir.  «Bayatı janrı insanın beşikdən qəbrə qədər davam edən
həyatının bütün dövrlərini əhatə edir. Onun körpəlik dövrünü laylalar,
cavanlıq dövrünü mahnılar və şikəstələr, həyati təcrübələrini, fəlsəfi
düşüncələrini bayatılar, nəhayət həyatdan məhrum olduğu dövrü ağılar
əks və ifadə edir».
1
Bir qisim bayatılar təbii insan duyğuları, həyat eşqi, gözəl arzular,
nəşə və sevinc ilə doludur:
Güləm, gülü neylərəm,
Gülə xidmət eylərəm,
Öz gülümü versələr,
Özgə gülü neylərəm?
Bu bayatıda saflıq və təravət rəmzi olan gül xalq tərəfindən həm
həqiqi mənada, həm də sevilən, gözəl bir qızın rəmzi kimi işlənmişdir.
Bu da bir həqiqətdir ki, lirik folklor şifahi xalq ədəbiyyatının ən qüvvətli
və coşğun qollarından biridir. Bu janr poetik gözəlliyi, dərin mənası,
kamil bədii forması, nəcib insani sifətləri əks etdirməsi və tükənməz
təsir gücü ilə oxucunu və ya dinləyicini heyran edir.
1
Я.Гарабаьлы. Азярбайъан ядябиййатынын тядриси методикасы. Бакы, «Маариф», 1968, сящ.192.


111
Vətən məhəbbətinin ifadəsi bayatımızda geniş şəkildə ifadə
edilmişdir. Məlumdur ki, xalqımız tarix boyu vətəni sevməyi, onun
torpağında yaşamağı hər şeydən üstün tutmuşdur:
Əzizim vətən yaxşı,
Geyməyə kətan yaxşı,
Qürbət yer cənnət olsa,
Yenə də vətən yaxşı.
«Bəziləri bayatıların birinci hissəsinin mənasız, bunun yalnız
poetik hazırlıq məqsədi daşıdığını söyləmişlər. Digər tədqiqatçılar isə
birinci hissənin də, xüsusilə qədim zamanlarda çox dərin məna
bildirdiyini,
sonralar
bu
mənaların
az-çox
təhrif
edildiyini
göstərmişlər».
1
Başqa sözlə, əgər təsvir təbiət lövhəsi ilə başlanırsa:
Bu dağlar ulu dağlar,
Çeşməli, sulu dağlar.
onunla yanaşı sonrakı iki misrada insan həyatından bir lövhə verilir –
Burda bir qərib ölüb (insan)
Göy kişnər, bulud ağlar.
Burada işlədilən gözəl təşbehlər, istixarələr, təzadlar ifadə edilən
fikrin daha qüvvətli və təsirli əks olunmasına kömək edir. Bayatıların
hər birində müstəqil fikir irəli sürülür və nəticə axırıncı misralarda
oxucuya çatdırılır. Bütün bu əlamətlər bir də onu sübut edir ki,
bayatılar yazılı ədəbiyyatdakı rübailərin ilk nümunəsidir.
Bayatıların əksəriyyəti məhəbbət mövzusunda olur. Belə
bayatıları səmimiyyət, ailə, vətən məhəbbəti, vətən sevgisi mənasında
da başa düşmək olar:
Əzizim, neylim sənə,
Qonubdur meylim sənə,
1
Азярбайъан бядии дилинин цслубиййаты. Бакы, «Елм», 1970, сящ.191.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə