Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   ...   26   27   28   29   30   31   32   33   ...   43

117
ədəbiyyatında «qəzələ son şəklini verən Xaqani Şirvani olmuşdur»
1
deməkdə heç də yanılmamışdır.
Təbii, insani hisslərin rəngarəng təzahürlərini sənət ecazlarına
çevirməkdə Xaqani heyrətamizdir. Yüksək bədii obrazlılığı ilə də onun
qəzəlləri diqqəti cəlb edir. Hər bir beyt poetik fiqurlarla zəngindir, həm
də şair poetik fiqurun əlvan məna çalarlarından məharətlə istifadə
etmişdir. Nüktə – zərif, gözəl və iti fikir daşıyıcısı olan plastik vasitə
qəzəlin estetik ölçü vahidinə çevrilmişdir. Xaqaninin işlətdiyi qafiyələr
onun coşğun təbi, yüksək zövqündən xəbər verir. Əksər qəzəlləri
rədiflidir. Şeir nitqin, demək olar ki, bütün hissələrindən rədif ala bilir,
bəzən rədif Xaqani qəzəllərində misranın az qala yarısını təşkil edir.
Lakin bu şeirin məna gözəlliyinə heç də xələl gətirmir, əksinə, qafiyə
ilə vəhdətlə onun ritminə bir axıcılıq, ahənginə bir səlislik verir.
Tanrının yetkin mərhələsi üçün səciyyəvi olan məqtə – son beytdə
təxəllüs işlətmək ilk dəfə olaraq Xaqanidə sabitləşmişdir:
Özü məni rüsvay edib, özü mənə deyir ki,
Ey Xaqani, sus ki, deyil şikayətin zamanı.
İnsani gözəllik vəslinə və gözəlliyə tapınmaq həsrətilə çırpınan,
həyəcanlar keçirib narahat olan «mən»in – lirik qəhrəmanın qəlbinə
hakim böhranlı halların təsvirinə həsr edlmiş, əslində isə həyatın
təsdiqi mahiyyətini daşıyan bu növ qəzəllər Xaqani «Divan»ında
saysız-hesabsızdır. XII əsr Yaxın Şərq poeziyasında fars dilli
qəzəllərin mükəmməl, dolğun nümunələri arasında haqlı və şərəfli yer
tutur. XIII-XIV əsrlərdə fars dilində yazılmış qəzəllərin ən böyük
ustadlarından sayılan Sədi və Hafizdən hələ xeyli əvvəl qəzəl janrı
Azərbaycan şairlərinin yaradıcılığında öz inkişaf formasını tapmışdı.
Nəinki Xaqani, onun digər müasirləri – Fələki Şirvani, Mücirəddin
Beyləqani, Qivami Mütərrizi sənətində də qəzəl bir janr kimi bitkindir.
1
Ащмет Атеш Щакан. Ириам ансиклопедиси еилт. В. Сящ.95.


118
XIII əsrdən başlayaraq bütün Yaxın Şərq bədii fikirində olduğu
kimi, Azərbaycan ədəbiyyatında da qəzəl bir janr kimi öz tam təsdiqini
tapdı. Həm də maraqlıdır ki, ənənəvi orta əsr ədəbi-nəzəri
traktatlarında qəzəlin qarşısında qoyulan tələblrdən fərqli olaraq,
poetik təcrübədə janrın mövzu dairəsi daha geniş vüsət və əhatəlilik
kəsb edir.
XIII əsrdə Azərbaycan qəzəli əsasən fars dilində yaradılırdı.
Dövrün Seyid Zülfüqar Şirvani, Əvhədi Marağayi kimi görkəmli
səntkarlarının yaradıcılığında qəzəl janrı tutumludur və mövzu – süjet
baxımından çoxçalarlıdır. Seyid Zülfüqar ədəbi irsində eşqin sevinc və
kədərindən bəhs edən qəzəllərlə yanaşı, müharibə dəhşətləri,
ədalətsizlik və zülm aktları əleyhinə çevrilmiş, habelə sufi görüşlərin
tərənnümünə həsr edilmiş qəzəllər var. İnsanın – aşiqin qəlbini
çulğayan, onun əhvali-ruhiyyəsini tənzimləyən zərif, kövrək naxışlar
da, təlatüm, həyəcan, böhran anları da rəngarəng psixoloji nüanslarla
Əvhədi qəzəllərində öz bədii təzahürünü tapır. Lakin onun bütövlükdə
peyzaj qəzəl-etüdləri, əxlaqi-tərbiyəvi mövzuda qəzəlləri də çoxdur.
Azərbaycant dilində hələlik dövrümüzə qədər gəlib çatmış ilk qəzəl XIII
əsrin sonları, XIV əsrin əvvəllərində yazıb-yaratmış Həsənoğlunun
məşhur «Anardı könlümü bir xoş qəmərüz, canfəza dilbər» mətləli
qəzəlidir.
Azərbaycan dilində qəzəl xüsusən XIV əsrdən öz çiçəklənmə
dövrünə qədəm qoydu. Bu yüzillikdə doğma dildə gözəl ecazları
yaradan sənətkarlarımızdan biri Qazi Bürhanəddindir.
İstedadlı şair və görkəmli ictimai xadim Qazi Bürhanəddin ana
dilində mükəmməl toplu şəklində əsərləri hifz edilib saxlanılmış ilk söz
ustasıdır. Onun Britaniya muzeyində 4126 nömrə altında qorunan 608
səhifəlik,  17 min misradan ibarət (şairin öz sağlığında – 1393-cü ildə
üzü köçürülmüş), hələlik elm aləminə məlum yeganə «Divan»ında
1500-ə yaxın qəzəl vardır. Bu nümunələr XIV əsrdə Azərbaycan dilində


119
qəzəlin inkişaf tarixini, onun estetik meyarını, ideya-mövzu, janr
ölçülərini, folklor əlaqələri, ənənə-varislik problemini, eləcə də həmin
dövr
Azərbaycan
ədəbi
dilinin
təkamül
qanunauyğunluqlarını
işıqlandırmaq üçün dolğun faktik material verir. Qəzəllər təxəllüsüzdür
və əksəri məhəbbət mövzusuna həsr edilmişdir. Şair ara-sıra ictimai-
siyasi-əxlaqi səciyyə daşıyan nümunələr qələmə alsa da, məhəbbətin
tərənnümünü şeirin özəyi kimi qəbul etmiş, yaradıcılığını başlıca
olaraq ənənəvi yönümdə istiqamətləndirmişdir. Dahi sələfləri – Rudəki,
Xaqani, Nizami lirikasından, XIV əsrin Xacu Kirmani, xüsusən Hafiz
kimi müqtədir qəzəl ustalarının sənətlərindən ruh və qida alan Qazi
Bürhanəddin
məhəbbətin
sevincini-acısını,
qəlbin
fərəhini

hıçqırıqlarını səmimi poetik lövhələrlə əks etdirir:
Cəfasını çəkərəm, mən vəfa üçün ölürəm,
Bu dərd oduna yanıb, kimya üçün ölürəm
Saçından zülmətə bağlamışam özüm-özümü
Bil, yüzi günəşində səfa üçün ölürəm.
*
*
*
Bir dilbəri biqərarə düşdüm
Keysun siyahkarə düşdüm.
Gülşən yükünün gülün dərirkən,
Gül dərmədimü xarə düşdüm.
Lakin XIV əsrdə Azərbaycan dilində qəzəl öz yüksək inkişaf
mərhələsini İmadəddin Nəsimi yaradıcılığında tapdı. Yalnız öz
dövrünün deyil, bütün dövrlərin görkəmli sənətkarı, mütəfəkkir-şair
Nəsimi Azərbaycan dilində qəzələ yeni ruh, yeni məna, yeni siqlət
verdi. Nəsimi istedadı ilə Azərbaycan dilində qəzəl daha da cilalandı.
Nəsimi yaradıcılığı ilə bir daha təsdiq olundu ki, qəzəl ədəbiyyatı orta
əsrlər nəzəriyyə kitablarında üst-üstə irəli sürüldüyü kimi (hətta
Nəsimidən sonra qələmə alınanlar da bura daxildir), yalnız gözəlin


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə