Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   ...   29   30   31   32   33   34   35   36   ...   43

126
Bu qəsidə yeddiliklər sırasında səkkizinci şeirim, yüksək
əyarımdır.
Kəbənin qapısında alınırsa o,
Kəbə mükafatına ən yararlıdır.
Zərbə endirmişdir söz ustalarına
İmrəülqeysə hətta o, çox karlıdır.
Qəsidənin ölçüsü və qafiyə quruluşu dəyişmir, qəzəl kimi
qafiyələnir: birinci beytin misraları öz aralarında qafiyələnir. Sonrakı
beytlərin ilk misraları sərbəst buraxılır, ikinci misraları isə ilk beytin
ikinci misrası ilə hmqafiyə (aa, ba, qa, da, ca….) olur.
Dahi şair Füzulinin olduqca zəngin bədii irsinin bir qolunu da
qəsidələr təşkil edir. Onun azərbaycanca divanının əvvəlində
azərbaycanca, farsca və ərəbcə zinətləndirilmiş məşhur bir
müqəddimə vardır. Müqəddimədə şairin şeir barəsində görüş, düşüncə
və xatirələrini bəyan etməsi rəğbətəlayiqdir. Müqəddimədən sonra
alimanə bir bahar vəsfi ilə başlayan bir tövhid qəsidəsi və ondan sonra
Həzrəti Məhəmməd əleyhəssəlamın mədhinə söylədiyi qəsidələr
vardır. Həzrəti peyğəmbər əleyhəssəlam barəsində yazdığı şeirlərin ən
gözəli «Su» qəsidəsidir:
Saçma ey göz, əşkdən könlümdən odlara su
Kim, bu dəklü tutuşan odlarə qılmaz çarə su
Abxundur gündəbi-dəvvar rəngi bilməzəm,
Ya mühit olmuş gözümdən gündəbi-dəvvarə su.
Zövqi-tiğindən, əcəb yox, olsa könlüm qat-qat
Kim, mürur ilə buraxır rəxnələr divarə su.
Mərsiyə. Mərsiyənin özünün xüsusi forması yoxdur, əsasən
qəsidə və məsnəvi, bəzi hallarda qəzəl formasında yazılır. Təməli
Füzuli və Şah İsmayıl Xətai tərəfindən qoyulmuş mərsiyələr bilavasitə
Kərbəla səhrasında faciəvi surətdə və vəhşicəsinə qətlə yetirilən
Seyyidi-Şühəda Həzrəti Hüseyn əleyəssəlamla və bütün Kərbəla


127
şəhidlərilə bağlıdır. Vaxtilə Dəxil, Raci, Qumri, Pürcəm və Sərrif
təxəllüslü şairlərimiz mərsiyədə misilsiz məharət nümayiş etdirmişlər.
Xalqımızın sevimli şairləri Qasım bəy Zakir, Seyid Əzim Şirvani,
M.Ə.Sabir, Xurşudbanu Natəvan, Ə.Vahid kimi sənətkarlarımız da bu
mövzuda gözəl nümunələr yaratmışlar. Lakin ədəbi fikrin bütün
formalarında əvəzolunmaz nümunələr yaradan Füzuli bütün lövhə və
mərsiyələrində Kərbəla vaqiəsini bir kino lenti kimi göz önünə gətirir:
Ey dərd pərvəri-ələmi-Kərbəla Hüseyn
Vey Kərbəla bəlilərinə mübtəla Hüseyn
Qəm pirə-pirə bağrını yandırdı dic ilə,
Ey lileyi –hədireyi-Ali-əba Hüseyn.
Taci-cəfa ilə bədənin oldu çak-çak,
Ey bustani-səbzeyi-tici-cəfa Hüseyn.
Yaxdı vücudunu cəmi-zülmət sərayi-dəhr,
Ey şəmi-bəzmi-bargəhi-Kibriya Hüseyn.
Dövri-fələk içirdi sənə kisə-kisə qan
Ey təşneyi-hərarəti-bərqi-bəla Hüseyn.
Yad et, Füzuli, Ali-əba halın, eylə ah
Kim bərqi-ah ilə yıxılır xərmani-günah.
1
1
Дащилярин  эюз  йашы.  Мярсийяляр.  АЕА  Ялйазмалар  Институту.  Бакы,  Елм,  1990.  Тяртиб  едянляр:  М.Ялийев,
.Рамазанов.


128
EPİK NÖV
Epik epos sözündəndir. Ədəbiyyat nəzəriyyəsi baxımından janr
mənasında işlədilən epos ədəbi-tarixi mənada xalq dastanlarını bildirir.
Yunanca epos danışmaq, söyləmək, nağıl etmək mənasını verir.
Aərbaycan ədəbiyyatında buna təhkiyə də deyirlər. Əgər həyat
hadisələri kiminsə tərəfindən nəql edilirsə, artıq bu epik janra aiddir.
Şifahi xalq ədəbiyyatının təmsil, nağıl, dastan, əsatir, əfsanə kimi
növləri epik janra daxildir. Təmsil yazılı ədəbiyyata daxil olan
növlərdən olsa da, heyvanlar haqqında olan nağılları xatırladır.
Heyvanlar haqqında olan nağıllar şəxsləndirildiyi üçün onları
təmsillərin əcdadı hesab etmək olar.
Epik əsərin məzmununu həyatdan götürülmüş hadisə təşkil edir.
Belə əsərlərdə yazıçı tərəfindən yaradılan surət, lövhə həyatdakı
hadisələri, təbiət lövhələrini, insan xarakterlərini oxucunun nəzərinə
çatdırmağa, onun vasitəsilə ətraf mühitin, varlığın, tarixi hadisənin dərk
olunmasına xidmət edir. Epik janrlar yazıçıya həyat hadisələrini, insan
xarakterlərini daha qabarıq göstərməyə imkan verir. Epik əsərlərdə
yazıçı hadisələri obyekt kimi seçir və onu bədii şəklə salıb təhkiyə yolu
ilə danışır.
Şifahi xalq ədəbiyyatında epik janrlar
Nağıl. Nağılların çox qədim tarixi vardır. Bir çox nağılların
məzmunu və mövzusu uzaq keçmişimizin mənzərələrini, adət-
ənənələrini gözümüz önündə canlandırır. Nağılların məzmunu, ictimai
məna və əhəmiyyəti, öz epik əlamətləri və əcdadlarımızın özündə
yüksək mənəvi ideyaları əks etdirən düşüncəsi ilə meşşanlığa, daxili


129
miskinliyə, riyakarlığa, zülmə, bədxahlığa, şər qüvvələrə qarşı
mübarizə aparmaq üsullarını ifadə edir.
Bir çox nağıllarda əxlaq normaları, davranış qaydaları, insan və
mənəvi borc məsələlərindən bəhs edilir. Yalanın, riyanın, zülmkarlığın
mənəvi saflıq və ucalıq qarşısında nə qədər miskin, aciz və iyrənc
olduğunu nağıllar olduqca sadə bir dildə bizə nəql edir.
Azərbaycan nağılları öz məzmun, mövzu və formasına görə
aşağıdakı qruplara bölünür: sehrli nağıllar, heyvanlar haqqında
nağıllar, məişət nağılları və tarixi nağıllar.
Sehrli nağıllarda əsasən müxtəlif əfsanəvi personajlardan – uçan
xalça, sehrli çıraq, üzük, çarıq, çubuq, başmaqlardan söhbt açılır,
adətən bu sehrli qüvvələr nağıl qəhrəmanının ən yaxın köməkçisinə
çevrilir.
Məişət nağıllarında xalqın məişəti öz əksini tapır. Sadə xalqın
istismarçı, meşan ağalara, qəddar hökmdarlara, xəyanətkar və yalançı
kübarlara qarşı apardığı mübarizə məişət nağıllarının əsas ideyasını
əhatə edir. Məzmun və mövzu cəhətdən məişət nağılları sehrli
nağıllara və heyvanlar haqqında nağıllara nisbətən daha real xarakter
daşıyır. Hətta bəzi məişət nağılları (məsələn,  «Daşdəmirin nağılı»)
mövzusuna və bədii səviyyəsinin yüksəkliyinə görə nağıldan çox
macəralarla dolu novellanı xatırladır.
Tarixi nağıllar bilavasitə tarixi şəxsiyyətlərin adı ilə bağlı olur.
Xalq tərəfindən sevilmiş, ideala çevrilmiş, dilə-ağıza düşmüş insanlar
bu nağılların qəhrəmanlarına çevrilir. Azərbaycan nağıllarının bir çoxu
soyu-kökü azərbaycanlı olan İran şahı Şah Abbas haqqındadır.
Nağıllar tarix boyu bədii fikir sahiblərinin təxəyyülündə,
fantaziyasında böyük rol oynamışdır. Uşaq vaxtı nənəsindən,
babasından və valideynlərindən saysız-hesabsız nağıl eşidən sənətkar
oradakı personajları, macəra ilə dolu hadisələri yaddaşına həkk etmiş
və bu da onun gələcək bədii yaradıcılığına yol açmışdır. Azərbaycanda


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə