Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   ...   30   31   32   33   34   35   36   37   ...   43

130
nağılları bədii şəklə salıb gözəl-gözəl nümunələr yaradan sənətkarlar
vardır. Belə sənətkarlardan Firuidin bəy Köçərlini, Abdulla Şaiqi, son
dövrlərdə isə Zahid Xəlili, Əzizə Cəfərzadəni və başqalarını göstərmək
olar.  1950-ci illərin axırlarında C.Cabbarlı adına kinostudiya
M.Təhmasibin «Çiçəkli dağ» nağılı əsasında «Bir qalanın sirri» adlı
misilsiz bir bədii film istehsal etmişdir. Bu nağıl-film Azərbaycan
kinosunun ən yaxşı nümunələrindən sayılır.
Dastan. Epik növə daxil olan janrlardan həcm etibarı ilə ən
böyüyü və əhatə dairəsi ən geniş olanı dastanlardır. Əvvəllər nağıl,
oğuznamə, hekayət, boy, qol, səfər və s. adlandırılan dastanlar sonrakı
mərhələlərdə geniş əhatə darəsinə görə «epos» adlandırılmışdır.
Dastanlarda nəsrin və şeirin vəhdəti nəticəsində bütöv bir süjet
əmələ gəlir. Dastanın ümumi məzmunu nəsrlə, obrazların düşüncələri,
arzu və istəkləri daha emosional təsir gücünə malik olan nəzmlə ifadə
olunur. Şeir dastanın mövzusunun bədii qüvvəsini, təsir və sirayət
gücünü artırır.
Yüksək dərəcədə təbii, vüsətli və dinamik süjet dastanlar üçün
çox xarakterikdir. Dastanlar öz məzmun və mündəricatına görə iki növə
bölünür: məhəbbət dastanları və qəhrəmanlıq dastanları.
Məhəbbət dastanları sözün əsl mənasında məhəbbt romanlarıdır.
Burada ülvi eşq, mənəvi saflıq, məhəbbət uğrunda göstərilən
fədəkarlıq əsas yer tutur. Məhəbbət dastanarının qəhrəmanları əsasən
iki nəfərdən –
röyada buta verilmiş qızın vüsalına yetmək üçün
«aşiq»ə çevrilmiş dastan qəhrəmanının düşdüyü əziyyətlərdən, çəkdiyi
iztirablardan, apardığı mübarizədən və onun sonsuz məhəbbətlə
sevdiyi məşuqədən ibarət olur. Müasir dövrdə dilimizə düşmüş «aşıq»
sözü əslində məhəbbət dastanlarının qəhrəmanları ilə bağlı olub,
«aşiq» deməkdir. Bundan görüənür ki, aşıq yaradıcılığı bilavasitə
dastanlarla əlaqəlidir. Çünki dastanlar da bilavasitə aşıq yaradıcılığının
məhsuludur. Məhəbbət dastanları ustadnamələrlə başlayır. Hər bir


131
dastanın əvvəlində üç ustadnamə vardır. Ustadnamələr olduqca
nəsihətamiz sözlərdən ibart olur. Eyni zamanda dastan söyləyən aşıq
öz ustadını yad eləyir, onu sazın, sözün vasitəsilə yada salır:
Fürsət əldə ikən yaxşılıq elə,
Həmişə əlində ixtiyar olmaz.
Gəl güvənmə dövlətinə, malına
Mala, mülkə, ömrə etibar olmaz.
1
Xalq romanlarında bəzən xeyir və şər qüvvələrin iştirakına da
rast gəlinir. Xeyir qüvvələr əsasən peyğəmbərlərdən, övliyalardan
ibarət olur.  «Aşıq Qərib» dastanında Həzrəti Xızr əleyhəssalam üç
günə Qəribi vətənə gətirir, halbuki bü yol qırx günlük yol idi. Şah
İsmayılın, Aşıq Abbasın, Qurbaninin xeyirxah qüvvələr tərəfindən xilas
edilməsi, Kərəmin, Əslinin riyakar erməni keşişi tərəfindən tilsimlənib
yandırılması və s. buna aydın misaldır.
Məhəbbət dastanları duvaqqapma ilə tamamlanır. Duvaqqapma
şən, şux, ürəyəyatımlı bir məzmuna malik olub, aşıqlar tərəfindən
oxunan müxəmməslərdir.
Məhəbbət dastanlarından xalq arasında ən çox yayılanı «Leyli və
Məcnun», «Aşıq Qərib», «Qurbani», «Əsli və Kərəm», «Şah İsmayıl»,
«Abbas və Gülgəz», «Alı xan və Pəri xanım» dastanlarıdır.
Qəhrəmanlıq dastanlarından xalqın müxtəlif dövrlərdə azadlıq
uğrunda, vətən, torpaq uğrunda, haqq-ədalət uğrunda mübarizəsi əks
olunur. Qəhrəmanlıq dastanlarında əsasən xalq içindən çıxmış
qəhrəmanın torpağı, vətəni qorumaq üçün yadelli işğalçılarla, eyni
zamnda zülmə, istismara, ədalətsizliyə qarşı apardığı mübarizəsi təsvir
olunur. Məsələn,  «Dədə Qorqud» dastanında Salur Qazanın və onun
köməkçilərinin milliyyətcə erməni olan xain, riyakar, eyni zamanda
qəddar və işğalçı Şöklü Məliyə və onun ordusuna qarşı apardığı
mübarizə təsvir olunur. Nəhayət, mübarizə oğuzların parlaq qələbəsi
1
Азярбайъан шифащи халг ядябиййаты. Бакы, 1981, сящ.276


132
ilə bitir, Şöklü Məlik və onun bütün ordusu cəsur və şücaətli oğuzlar
tərəfindən məhv edilir.
Qəhrəmanlıq dastanlarında eyni zamanda xalqın həyatı, ailə və
məişəti, sevinci-kədəri geniş bədii lövhələrlə əks olunur.  «Kitabi-Dədə
Qorqud»,  «Koroğlu»,  «Molla Nur»,  «Qaçaq Nəbi»,  «Qaçaq Kərəm»,
«Səttarxan» qəhrəmanlıq dastanlarının ən geniş yayılanlarındandır.
Yazılı ədəbiyyatda epik növ
Epik növə təmsil, hekayə, povest, roman daxildir.
Təmsil. Təmsil epik janrın ən qədim növüdür. Təmsil şifahi xalq
ədəbiyyatında geniş yayılan heyvanlar haqqında nağılları xatırladır.
Odur ki, təmsili həm şifahi xalq ədəbiyyatının, həm də yazılı
ədəbiyyatın epik janrı kimi qəbul etmək olar.
Qədim yunan ədəbiyyatında Ezonun təmsilləri bütün dünya
xalqlarının ədəbiyyatına təsir göstərmiş, hətta bəzən bu təmsillərdən
aforizm kimi də istifadə olunmuşdur. Təmsillərin çox qədim fəlsəfi və
hikmətli mənası vardır. Azərbaycanda ilk təmsil nümunələrinin
yaradıcısı dahi Nizami Gəncəvidir. Nizami öz yaradıcılığında
«Xəmsə»nin inciləri içərisində təmsillərə geniş yer vermişdir. Onun
«Sirlər xəzinəsi» poemasında «Ovçu, it və tülkü dastanı»,  «Bülbül və
qızılquşun dastanı», «Xosrov və Şirin» poemasında «Aslanla iki öküz»,
«İlan və qırğı», «Balıq və xərçəng», «Şir və dovşan», «Çaqqal, qurd və
qarğa»,  «Kəsəyən və qarğa»,  «Eşşək və tülkü» və s. təmsillərində
heyvanların, quşların və b. personajların dilindən ricətlər vasitəsilə,
mənəvi puçluq, ictimai eybəcərlik güclü tənqid atəşinə tutulur və
məsxərəyə qoyulur. Bu mənada «Bülbül və qızılquşun hekayəti»ndə
bülbüllə qızılquşun arasındakı dialoq xüsusi əhəmiyyət kəsb edir.
«Mən cəh-cəh vuraraq həzin bir nəğmə oxuyuram, sənin kimi hörmətim
yoxdur» - deyən bülbülə qızılquş cavab verir:
Dinlə, bacar susmağı.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə