Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   ...   27   28   29   30   31   32   33   34   ...   43

120
tərifi və aşiqin sevgi iztirablarının bədii təqdimi deyil, bu janrda çox
fikirlər poetik predmetə çevrilə bilər. Hələ XIII əsrdə məşhur məsnəvi
müəllifi I Cəlaləddin Rumi öz mürşidi və mənəvi şeyxi Şəms Təbrizinin
adına yazdığı qəzəllərində, «Büstan və Gülüstan» müəllif Sədi
qəzəllərində, XIII əsrin axırları, XIV əsrin əvvəlində yaşayıb, türk
dilində olduqca qiymətli sufi-fəlsəfi şeir nümunələri yaratmış Yunus
Əmrə qəzəllərində, Nəsiminin müasiri, «Şiraz bülbülü» Hafizin qəzəlləri
içərisində ictimai-fəlsəfi, xüsusən sufi-panteist fikrin təbliğinə həsr
edilmişləri mövcud idi. Azrbaycan ədəbiyyatında isə qəzəlin mövzu
çərçivəsinə yeni bucaqdan müdaxilə daha irəlidəki əsrdə, onun
ümumiyyətlə Şərq ədəbiyyatında bir janr kimi təsdiqi dövründə Xaqani
yaradıcılığı ilə bağlı olmuş, Zülfüqar Şirvani, Əvhədi sənəti ilə əsr (XIII)
daha geniş vüsət almışdır. Nəsimi qəzəli XIV əsr Yaxın Şərq ictimai-
fəlsəfi fikrində güclü hərəkat olub, zamanın əslində islam şəriətinin
əleyhinə hökmlər verən, hakim qüvvələri ilə müxalifət təşkil edən silaha
çevrildi. Sovetlər birliyi dönəmində hürufizmi, şübhəsiz, mövcud
sosializm quruluşunun sərt qanunlarından ehtiyat edrək, bir sıra
tədqiqatçılar Azərbaycanda ateizmin bünövrəsi kimi qələmə verilir və
Nəsiminin insanı guya Allah hesab etdiyini, Allahı məkansızlıqda və
zamansızlıqda deyil, təbiətdə, yerdə, kamil insanın mənəviyyatında
axtarmaq lazım olduğunu iddia etdiyini söyləyirdilər. Daima da
Nəsiminin «Məndə sığar iki cahan, mən bu cahana sığmazam»
qəzəlini buna misal gətirirdilər. Əslində iki cahana – yaşadığımız
maddi aləmə və dünyamızı dəyişərkən ruhlar aləminə «sığmayan»
Nəsimi sufizmin bir qolu olan, Nəsiminin mürşidi Nəimi tərəfindən
yaradılmış hürufi ideyaları ilə insanın Allah deyil, sadəcə olaraq Allahın
insanı ən kamil varlıq yaratdığını və insan Allahın buyurduğu kimi öz
mənəviyyatını pak və təmiz saxlayarsa, Yaradanın göstərdiyi yolla
gedərsə, məkrli şeytana uymazsa, onda insan həqiqətən də kamillik
dərcəsinə yüksələr, bəsarət gözü açılar və çox elmlərdən və sirlərdən


121
agah olar, çıxış edərdi. Nəsiminin faciəvi surətdə Suriyada qətlə
yetirilməyinin səbəbi isə onun tədqiqatçıların yazdıqları kimi, «dinsiz»
olduğuna görə yox, seyyidi şühəda həzrəti-Hüseynə və ümumiyyətlə
peyğəmbər nəslinə olan sonsuz məhəbbəti idi.
Nəsiminin ustadı-hürufi təriqətinin əsasını qoyan Nəimi dərin
düşüncəsi, elmi və biliyinə görə Mövlanə dərəcəsinə yüksəlmişdi, onun
«Cavidani-Kəbir» və «Cavidani-Səcir» əsərləri islam aləmində,
xüsusilə də şiə məzhəbli müsəlmanlar arasında çox məşhur idi. Bütün
fəlsəfi görüşləri Yaradanın təkliyinə və intəhasız böyüklüyünə həsr
olunmuş Nəiminin canişini və naibi Nəsimi onun yolunu şərəflə davam
etdirmiş və ömrünün axırına qədər öz möhtəşəm əsərləri ilə hürufiliyi
təbliğ etmişdir:
Sirri ənəl-həqq söylərəm, aləmdə pünhan gəlmişəm
Həm həq derəm, həq məndədir, həm xətmi-insan
gəlmişəm.
Şübhəsiz ki, Nəsimi burada «Sirri ənəl-həqq söylərəm» dedikdə,
yəni «mən haqqı söylərəm, həqiqəti elan edərəm, daha doğrusu,
Allahın haqq olduğunu, həqiqət icraçısı olduğunu, eyni zamanda məni
bu sirrə vaqif etdiyini bəyan edərəm» demək istəyir. Və yaxud mənim
bəsarət gözüm açıldığı, mən ilahiyyat elmlərinə daha dərindən bələd
olduqca Allah mənim ruhumda hülul edir və mən Allahın sevgi, lütf,
inayət, rəməl, mərhəmət, ülvilik, paklıq nürüna bürünürəm:
Çün məni bəzmi-əzəldə eylədi ol yar məst
Ol cəhətdən görülür bu çeşmimə dəyyar məst.
Eşqi-sübhani meyindən valeh oldu şöylə bil,
Ərş məstü, fərş məstü, kövnəbi-səyyar məst.
Əlbiyavü övliyavü əsfiyavü ətqiya
Oldular həc məclisində şöylə bihuşyar məst
Könlümüz nuri-təcəlla, cismimizdir nuri-Tur
Canımız didara qarşı oldu Musavar məst.


122
Ey Nəsimi, sirri-həqqin məhrəmi sənsən bu gün,
Söylədin qüdrət dililə məliyi əsrir məst.
Nəsimi bu qəzəldə mövcudatın, ilk növbədə peyğəmbərlərin,
övliyaların, saleh bəndələrin ilahi eşq ilə məst olduqlarını söyləyir.
Nəsimi insanın vücudunu «Tur» dağına, könlünü isə «mur»a bənzədir.
İlahi nurun təcəllası qarşısında Həzrəti Musa kimi özündən gedəndə
də insandakı ilahi nurdur. Yəni böyük Yaradan insanı öz nuruna qərq
edərsə, insan haqqın bir çox sirrinin məhrəminə çevrilər. Nəsimi
qəzəllərinin bədii-emosional imkanları hüdudsuzdur. Şair Azərbaycan
dilində qəzələ zəngin üslub çalarları gətirmişdir. Şairin milli şeir
qarşısında ən böyük xidməti xalq üslubunda yaratdığı qəzəllərdir.
Onlar Nəsimi ədəbi irsində çoxluq təşkil edir, əksəriyəti əruzun oynaq
bəhrlərində yazılmış, səlis, koloritli nümunələrdir və ürəyəyatımlı
ahəngləri ilə nəğmə-təranə məqamındadır:
Mehri rühün tabinə düşdü könül, yanədir?
Şəmə düşən narinə yansa gərək ya nədir?
Ey məhi-bədrin üzü mehri-rüxündən xəcil
Şəminə gör canımı kim necə pərvanədir…
Nəsimi qəzəllərinin çoxunu rəməl, rəcəz, həzəc, münsərih,
müzare, münsərih, xəfif, mütədarik və s. bəhrində yazmışdır.
Ümumiyətlə, əruzun sirlərinə mükəmməl surətdə yiyələnən şairin
qəzəlləri əlvan məcazlar silsiləsi ilə də zinətlidir. Şair ənənələrdən
gəlmə və sistem halına düşmüş bədii fiqurlardan yaradıcı şəkildə
istifadə etməklə, özü də doğma xalqın lüğət fondundan bu silsiləni
dolğunlaşdırır, kamilləşdirir. Azərbaycan qəzəl ədəbiyyatında Qazi
Bürhanəddin yaradıcılığı ilə istiqamətlənən bu yönüm Nəsimi şeirində
davam və inkişaf etdirilir, dahi Füzuli poeziyasında daha yüksək
zirvələrə çatır.
Qəzəl dövrün ədəbiyyatında başlıca, aparıcı janr məqamında idi.
XV-XVI əsrlər Kişvəri, Həbibi, Sururi, Bəsiri, Hilali, Hamidi, Süsəni,


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə