ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 5,57 Mb.
səhifə27/42
tarix15.03.2018
ölçüsü5,57 Mb.
#32240
1   ...   23   24   25   26   27   28   29   30   ...   42

ÜÇÜNCÜ HİSSƏ

Ali-Səud höKumətinin yaranIb formalaşmasInda vəhhabilərin rolu


Yuxarıda qeyd olundu ki, Məhəmməd ibn Əbdül-Vəhhab öz ayinini aşkar etdikdən, Hərimələdə və Üyeynədə heç bir işdə müvəffəq olmadıqdan sonra Ali-Səudun mərkəzi olan Diriyyəyə getdi. O şəhərdə Diriyyənin əmiri Məhəmməd İbn Səudla müqavilə bağladı. Bununla da vəhhabi məsləkini siyasi və hərbi cəhətdən qüvvətləndirdi, Ali-Səudun siyasi qüdrəti də bu ittihad sayəsində möhkəmləndi.

Bu fəsildə Məhəmməd ibn Əbdül-Vəhhabın İbn Səudla ideoloji və siyasi cəhətdən bağlılığı və bu bağlılığın qarşılıqlı olaraq bir-birinə göstərdiyi təsirlər açıqlanmaqla vəhhabilərin müxtəlif dövrlərdə – Ali-Səudun hökmranlığından İranda İslam inqilabının qələbə çaldığı bir dövrə qədər gördükləri tədbirlər qeyd olunacaqdır.

Bu bölmədə səy olunmuşdur ki, “Böyük İslam Enskilopediyası” kitabından, Ali-Səud hökumətinin keçdiyi yolun müxtəlif dövrlərə bölünməsi ilə yanaşı, (əlbəttə, əsl mövzu azaldılmadan) vəhhabilərin müxtəlif zamanlardakı tədbirlərini qələmə alaq.

“Böyük İslam Enskilopediyası” kitabının “Tarixi Ali-Səud” blməsində Ali-Səudun tarixi aşağıdakı üç qismə bölünür:

a) Misirlilərin qələbə çaldığı dövrə qədər Diriyyədə kiçik bir dövlətin yaradılması.

b) İbn Rəşidin Nəcdi işğal edib oranı öz istilası altına aldığı vaxta qədər qüdrətə qayıtması.

v) İbn Səudun Riyaza hakim olması, yaxud Ali-Səud hökmranlığının yeni dövrünün başlanması.

(Həmin kitabda sonra belə xatırladılır:) İlk iki dövrün hakimləri onların hakimiyyət illəri barəsində tarixi mənbələrdə çoxlu ziddiyyətlər ixtilaflar gözə dəyir. Bu da həmin məntəqədə dövrin ərəblər arasında tarixçilərin mövcud olmasından əlavə, Ali-Səudun daxili rəqibləri, eləcə Misir Osmanlı qüvvələri ilə apardığı uzun müddətli müharibələrdən irəli gəlirdi.”1

Bu bölmədə diqqətə çarpan əsas məsələlər vəhhabilərin mübarək qəbirlərə, həmçinin Məkkə, Mədineyi-Münəvvərə, Kərbəla və Nəcəf kimi müqəddəs məkanlara hücum etmələridir. Burada söz uzanmasın deyə, onları olduğu kimi bəyan etmirik. (Bu məsələlər dördüncü fəsildə araşdırılacıqdır).

MƏHƏMMƏD İBN ƏBDÜL-VƏHHABIn ALİ-SƏUDla ideoloji və siyasi bağlIlIğI


Keçən fəsildə vəhhabi məzhəbinin necə yaranıb inkişaf etməsinə işarə olundu və aydınlaşdırıldı ki, Məhəmməd ibn Əbdül-Vəhhab bu firqənin banisi kimi Əhməd ibn Hənbəl, İbn Teymiyyə, İbn Qəyyim Cövzi, İbn Əbdül-Hadi kimi şəxslərin düşüncə və təfəkkürlərindən təsirlənərək tədriclə bütün Ərəbistana şamil olan bir məsləki yaratdı. O, Nəcdin münasib mühitindən və əlverişli beynəlxalq şəraitdən də istifadə etdi və bu da vəhhabiliyin (xüsusilə Ali-Səudun köməkləri ilə) inkişaf edib yayılmasında təsirli oldu.

Məhəmməd ibn Əbdül-Vəhhab ixtira etdiyi məsləkin bünövrəsini Hərimələdə və Üyeynədə qoyduqdan sonra çox da nəzərə çarpacaq fəaliyyətlər göstərə bilmədi. Buna əsasən, Nəcdin digər şəhərinə – Diriəyyəyə köçdü. Ali-Səud sülaləsi qədim dövrlərdən o şəhərdə hakim olduğuna görə Şeyxin varlığını qənimət saydılar və öz arzularını həyata keçirmək üçün dini bir arxaya ehtiyac duyduqlarından onu gülərüzlə qarşıladılar.

Özü üçün güclü siyasi bir baza axtarmaq fikrində olan Məhəmməd ibn Əbdül-Vəhhab da Diriyyəni və Ali-Səudu öz etiqad və fikirlərini bəyan etmək üçün münasib olduğunu gördü. O, öz ayinini Ali-Səuda təqdim etdi və onları əmin etdi ki, bu məsləki qəbul etmələri siyasi səhnələrdə qələbə çalıb müvəffəqiyyətlərin əldə edilməsinə, ərazilərin artırılmasına çox kömək edəcəkdir. O dövrdə Diriyyə şəhərinin hakimi olan Məhəmməd İbn Səud da fürsəti qənimət sayaraq vəhhabiliyi (onun xeyrinə olan xüsusi əqidə və rəylərə görə) qəbul etdi.

Diriyyəyə hakim olan qəbiləvi cəmiyyət də öz hakimlərinə tabe olaraq vəhhabiliyi qəbul etdilər. Onlar iqtisadi cəhətdən münasib şəraitə malik olmadıqlarından vəhhabiliyin işğalçılıq fikirləri ilə yanaşı olan iddialarını öz arzuları ilə uyğun gördülər.

Buna görə də Diriyyə vəhhabiliyin yayılıb inkişaf etməsi üçün Ərəbistan yarımadasının sair məntəqələrindən daha münasib idi. Tarixçilərin qeyd etdiyi kimi, Ali-Səudun ərazi idiaları məhz adı qeyd olunan şəhərdən, özü də vəhhabiliyin bayrağı altında həyata keçdi. Çünki qəbilələrin müharibə və qarətçilik əsasında qurulan təbiəti Ali-Səudun və Diriyyədə sakin olan qəbilələrin vücudundan aşkar şəkildə sezilirdi.

Nəticədə Məhəmməd ibn Əbdül-Vəhhab ilə Məhəmməd İbn Səudun arasında ideoloji və siyasi cəhətdən bir növ bağlılıq yarandı və hər biri özünü digərinin vasitəsi ilə gücləndirdi. Bundan əlavə, bu siyasi ittihadı qüvvətləndirmək üçün iki sülalənin arasında məsləhət üzündən olan siyasi qohumluqlar da baş verdi ki, bu da onların arasındakı əlaqələrin daha da möhkəmlənməsinə gətirib çıxardı. Belə ki, bundan sonra vəhhabiləri Ali-Səuddan və Ali-Səudu vəhhabilərdən çox az hallarda ayırmaq mümkün olurdu.

Bu bağlılıq elə şiddətli idi ki, əgər Ali-Səud vəhhabiliyi himayə etməsəydi bu məsləkin hər an aradan getməsi ehtimalı var idi. Eləcə də Ali-Səud öz hədəf və xüsusi mənafelərinə nail olmaq üçün belə bir dini arxaya malik olmasaydı, bəlkə də Diriyyənin hüdudlarından kənara çıxıb Nəcdlə Hicazı işğal edə bilməzdi. Ali-Səud tarixinin heç bir yerində vəhhabilərin Ali-Səudla ziddiyyətdə olması gözə çarpmır. Buna görə də hər vaxt vəhhabilikdən söz gedirsə Ali-Səudla vəhhabiləri əsla bir-birindən ayırmaq mümkün olmur.

Sonrakı bölmələrdə Ali-Səud dövlətinin yaranmasında və onların müxtəlif dövrlərdəki hökmranlığı ilə əlaqədar vəhhabilərin gördüyü tədbirləri araşdıracağıq ki, onların Ali-Səudla bağlılıqları daha yaxşı şəkildə aşkar olsun.

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə