|
ВәҺҺабијЈӘтин сијаси тарихи тарихиOSMANLI İMPERATORLUĞUNUN DAXİLİNDƏKİ QARIŞIQLIQLAR və iğtişaşlar
|
səhifə | 25/42 | tarix | 15.03.2018 | ölçüsü | 5,57 Mb. | | #32240 |
|
Osmanlı imperatorluğu ərazisinin genişliyinə və əhalisinin çoxluğuna görə öz daxilində bir çox çətinliklər və inzibatsızlıqlarla qarşılaşdı. Osmanlı dövləti hərbiçi qəbilə başçıları vasitəsi ilə idarə olunurdu və imperatorluğa çevrilən zaman bu quruluş yerli əşrafiyyət əsasında olan bürokratiyaya çevrildi. Kobud bürokratizim ticarətçi iqtisad yolunda bir vasitə, vətəndaşların təhlükəzlik və azadlığına isə maniə idi. Bu məsələ qərb kapitalizminin və əmtəələrin osmanlı ölkəsinə nüfuz etməsinin dəqiq şəkildə araşdırıldığı zaman daha da aydın olur. Kapitalizmin Osmanlı imperatorluğuna nüfuz etməsi nəticəsində əkinçilər mülkədarlar tərəfindən daha artıq istismar olunmağa başladı. Çünki, qərbin istehlak mallarının və bəzək əşyalarının məsrəf olunmasından daha çox pula ehtiyacı var idi və bu da kəndlilərə qoyulan vergilər, eləcə də əyalət və vilayətlərin vətəndaşlarına göstərilən təzyiqlərlə təmin olunurdu.
Osmanlı imperatorluğunda baş verən inzibatsızlıqlardan biri də türklərlə qeyri-türklər arasında bərabərsizliyin, ayrı-sekçiliyin olması idi. Belə ki, məsihilər və türk olmayan müsəlmanlar ölkənin idarə olunmasında heç bir rola malik deyildilər.
Sonralar bu dövlətin əleyhinə milli-azadlıq hərəkatlarının və çoxlu qiyamların yaranmasına şərait yaradan ümdə çətinliklərdən biri dil, irq və dini baxımdan vəhdətin olmaması, başqa sözlə, bu imperatorluğun bir neçə milliyyətdən təşkil olunması idi. Bəlkə də həmin bu amil Osmanlı imperatorluğunun uzun müddət davam gətirməməsinə səbəb olmuşdu.
Bununla əlaqədar diqqət yetirilməli digər bir məsələ hadisənin hərbi yönü idi. Belə ki, Osmanlı ordusu özünün hərbi təchizat sistemində yeni üslublara malik olmaması, müasir dövrdəki müharibələrdə istifadəyə yararlı olmayan silahlardan istifadə etməsi və modern silahlardan (xüsusilə digər dövlətlərlə qarşılaşmada) məhrum olması səbəbilə müharibələrdə çox da üstün hesab olunmurdu.
Bütün bu mənfi hallarla yanaşı, eləcə də osmanlı dövlətinin qərbin inkişafını hiss etdiyinə baxmayaraq mövcud vəziyyətin yaxşılaşdırılması üçün islahata münasib şərait yaranmadı. Bu barədə “Tarixi imperatori və Türkiyeyi-cədid” kitabının müəllifi yazır: “Bu dövrün bütün vaxtlarında (1747-1768) osmanlı padşahları müxtəlif cinahlar arasında baş verən siyasi rəqabətlərdən istifadə etməklə, hökumətin əsl məqamlarına çox sürətli dəyişiklik etməklə öz qüdrətini qoruyub-saxlaya bildilər. Amma xarici hücumların olmaması baş verən islahatların çoxunun (ondan əvvəlki üç on illik ərzində) get-gedə təsirsizləşib aradan getməsinə səbəb oldu. Əvvəlki sui-istifadələr yenidən başlandı. Dövlət məqamlarının satılması, rüşvətxorluq yayıldı və nəhayət, dərin köklərə malik olan infiliyasiya kimi çətinliklər, taun xəstəliyinin yayılması, yeyinti məsullarının çatışmazlığı, şəhərlərdə əhalinin çoxalması, işsizlik, qiyamçıların yaratdığı iğtişaşlar, ali rütbəli məqamların öz vəzifələrindən imtina etməsi və s. hallar imperatorluğun hər bir yerinə hakim idi. Bu şəraitdə Misir, Suriya, İraq və Afrikanın şimalındakı əyalətlərdə yerli hərbi dəstələr qiyam etdi və onların əksəriyyəti özləri üçün müstəqil hökumət təşkil etdilər. Hakim təbəqənin üzvləri yenə də bu şəraitdən öz xeyirlərinə istifadə etdiklərinə görə ehtimal üzrə onların nəzərdə tutduqları mənfəəti təhlükə ilə qarşılaşdıran hər növ dəyişiklik və islahatla müxalifət edirdilər. Bəzən qiymətlərin sabitləşdirilməsi, yeni mühacirlərin öz vətənlərinə qaytarılması kimi bəzi fəaliyyətlər də şəhərdəki mövcud çətinlikləri həll etmək məqsədilə baş verirdi. Bəzən də dövlət məsullarının, vəziyyətin daha da ağırlaşmasının qarşısını almaq üçün gördükləri tədbirlər pərakəndə vəziyyətdə olduğuna görə çox da müvəffəqiyyət qazana bilmirdi.1
Digər tərəfdən, osmanlı hakimlərinin əyalət və vilayətlərin hərbi köməyinə ehtiyac duyması da öz ardınca bir çox çətinliklər gətirirdi. Sultan Əbdül-Həmidin (1774-1789) dövründə ölkə daxili çətinliklərin əsası hökumətin əyalətlərin yüksək məqamlı əyan-əşrafları üzərindəki iqtidarının əldən getməsi idi. Onlar hökumətin əyalətlərdə hərbi köməyinə olan ehtiyacından istifadə edərək Rusiya ilə müharibədə özləri üçün xəzinə toplamış, ordu və müstəqil idarə təşkilatları yaratmışdılar. Onlar, həqiqətdə sultanın iqtidarın zahiri barəsinə məlumatlarının əksinə olaraq mərkəzi hökumətdən ayrıca, müstəqil şəkildə əməl edirdilər. Anadoluda vilayətin ən yüksək və iqtidarlı fərdi Qara Osmanoğlu idi. O, cənub və qərb məntəqələrində böyük bir əraziyə nəzarət edirdi. Digəri isə fəlat mərkəzdəki nahiyələrinin çoxuna nəzarət edən Çapanoğlu idi. Canikli Əli Paşa oğlu adlı bir şəxs də şimal-şərq nahiyələrinə hökmranlıq edirdi. Osmanlıların Misir, Suriya, İraq, Ərəbistan kimi məntəqələrdə iqtidarının olmamasından törənən siyasi boşluq əsas etibarı ilə camaatın köməyi ilə deyil, bəzən osmanlı məqamlarının özünün ölkələrdəki qullarının köməyi ilə, bəzən də mövcud şəraitdən istifadə edərək mərkəzi dövlətdən ayrılmaq və müstəqil bir qüdrət təşkil etmək fikrində olan bədəvi qəbilələrin vasitəsi ilə təmin olunurdu. Misir qulları 1681-ci ildən sonra qiyam edərək hərbi və idarə məqamlarının çoxunu ələ keçirdilər. Onlara hakim olan cinah rəhbərləri, yəni qeyri-qanuni məqam olan Şeyxül-Bələd (şəhərin rəisi) ölkənin həqiqi hökmranlığını öhdəsinə alırdı. Halbuki, osmanlı hakimləri mərkəzi dövlətin göstərişinə əsasən, bacardıqları qədər müxtəlif cinahlar arasında təfriqə salmağa və düşmənçilik yaratmağa çalışırdılar. Qullardan təşkil olunan hər hansı bir cinahın ölkəni tam ələ keçirməyə və öz düşmənini aradan qaldırmağa müvəffəq olduğu bir dövrdə Osmanlı hakimiyyəti tamamilə aradan gedirdi. Yalnız belə şəraitlərdə osmanlı hökuməti birbaşa müdaxilə edirdi... Bu dövrdə Suriyadakı qulların məşhur rəhbəri Əhməd Cəzar Paşa idi (1804-cü ildə vəfat edib). O, əslində Əlibəy Kəbirin qullarından biri idi ki, sonralar İstanbulda osmanlıların xidmətinə keçmişdi. Cəzar Paşa Dəməşq və Əkkanın hökmranlığını ələ keçirmiş və orada yerli qiyamçıları məğlub etdikdən sonra öz nüfuz dairəsini Suriyaya, Livana və Fələstinə doğru genişləndirmişdi. Bu şəraitdə yalnız Livan dağlarındakı muxtariyyətin rəhbərləri tam müvəffəqiyyətlə onun iqtidarının genişlənməsinin qarşısında dayana bildilər. İraqlılar da Ömər Paşanın (1764-70) və Süleyman paşa Kəbirin (1780-1802) rəhbərliyi altında öz istiqlaliyyətlərini davam etdirə bildilər. Onların hər ikisi bədəvi tayfalarını İraqdan qovub çıxardılar. Sonra heç bir daxili düşmənlə qarşılaşmadan öz hökmranlığını davam etdirdilər. Onlar öz əyalətlərinin azacıq gəliri kimi müəyyən məbləği İstanbula göndərir və sultanın onları məğlub etməsi ilə əlaqədar göstərdiyi bütün səylər qarşısında ciddi müqavimət göstərirdilər.1
Bu şəraitlərin nəticəsində XVI əsrin sonunda Osmanlı imperatorluğu daxili qiyamlara və iğtişaşlara düçar oldu ki, hamısı da ölkənin daxili və xarici şəraitindən irəli gəlirdi. Həqiqətdə hərbi məğlubiyyətlər, Osmanlı imperatorluğunda yaşayan məsihilərin avropalılarla olan əlaqələrinin günbəgün artması və avropalıların da oraya hücum gətirməsi Osmanlı imperatorluğunun dövlət müxaliflərinin siyasi fəaliyyətlərini kəskinləşdirdi. Belə ki, bu dövlətin əleyhinə baş verən qiyamların əksəriyyəti ictimai və iqtisadi narazılıqlar idi ki, əksər hallarda milli və dini reaksiyalarla da qarışmışdı. Bunlardan biri də XVIII miladi əsrinin ortalarında mövcud şəraitin əleyhinə olan üsyankar vəhhabi hərəkatı idi və bu da Osmanlı imperatorluğunun qərb əyalətlərində bir sıra dəyişikliklərin mənşəyi olmuşdu.
Qeyd olunanlara diqqət yetirməklə demək olar ki, XVII əsrin sona çatması ilə beynəlxalq aləmdə əsaslı və ciddi siyasi dəyişikliklər baş verdi. XVIII əsrin axırlarında Rusiya, İsveçrə və Fransa osmanlılarla müharibə aparırdı. İngiltərə və Prus osmanlı hakimlərinin əli ilə islahat işləri görülməsini istəyir və onların ərazi genişləndirmək məqsədləri müqabilində rəqib sayılırdı. Çünki, ingilislərin nəzərinə görə osmanlıların yalnız ərazi bütövlüyü rusların nüfuzu müqabilində böyük bir istehkam və İngilis əmtəələrinin satışı üçün də yaxşı bir ticarət bazarı sayılırdı. XVIII əsrin axırlarında dünyaya hakim olan şərait barəsində Stanford belə yazır:
“...1789-1790-cı illərin qışında osmanlılarla müharibədə olan bütün Avropa ölkələri onlarla sülh müqaviləsi bağlamaq istəyirdilər. Katerina İsveçrənin Finlandiya ilə qarşılıqlı hücumuna girişmişdi. İsveçrənin padşahı ikinci Jozef Hollandiyanın və Macarıstanın milli-azadlıq hərəkatlarını boğmaq əmri vermişdi. Bundan əlavə, Fransa inqlabının başlanması səbəb oldu ki, üçlük təşkil edən ittihadiyyə şərqdə müharibənin dayandırılmasını tələb etsin ki, İsveçrə Avropadakı inqilabla mübarizə aparmaq üçün tədbir həyata keçirə bilsin və eyni zamanda Polşa Rusiyanın qərbə doğru irəliləməsi qarşısında bir sədd kimi özünün keçmiş mövqeyini qoruya bilsin. (Bütün bu hadisələr elə bir halda baş verirdi ki, osmanlıların paytaxtı olan İstanbulun işğal olunmasını daha tezləşdirirdi. Lakin imperatorluq hələ tam süqut etməmişdi)... 1787-1792-ci illərdə baş verən saysız-hesabsız müharibələr həqiqətdə hökuməti öz çatışmazlıqlarını təmin etmək üçün günbəgün anadolu və ərəb vilayətlərinin ordu məqamlarından asılı edir və bunun müqabilində rəsmi məqamları onlara tapşırırdı. Yaranan yeni şəraitlər onlara öz qüdrətlərini möhkəmləndirərək, ölkə sərhədlərini genişləndirmək imkanı vermirdi... “Yasi” sülh müqaviləsi bağlandıqdan sonra Avropa sülhnaməsi altı ilə qədər (1792-1798) davam etdi. Sultan Səlim yaranan bu şəraitdən – Polşanın ikinci və üçüncü dəfə olaraq bölüşdürülməsindən (əvvəlcə 1793-cü ildə, sonra isə 1795-ci ildə), həmçinin, Fransada baş verən inqilabdan öz xeyrinə istifadə etdi.1
Fransa inqilabının (1789-cu ildə) qələbə çalmasına baxmayaraq Osmanlı imperatorluğu dünyada baş verən hadisələr qarşısında yenə də məlumatsız idi. O, yalnız özünün xüsusi mənafeyini nəzərə alırdı. Fransa inqilabı Sultan Səlim Osmanlının dövründə baş vermişdi. Lakin o, və onun həmfikirləri əsas etibarı ilə inqilab məfhumundan heç bir təsəvvürə malik olmadıqlarından XVIII əsrdə baş verən belə bir böyük bir hadisədən heç də qorxuya düşməmişdilər.
Fransa inqilabından sonra Napoleon Bonapart burjuaziyanın mənafeyini qoruyan bir nümayəndə kimi Fransız qoşunlarının başında olaraq Avropanın ətraf məntəqələrinə, eləcə də Misirə qoşun yeritdi. İnqilabın başqa ölkələrə keçməsi ilə yanaşı olan bu hücumlar İngiltərə və Rusiyanı öz mənafeyinin fransızlar tərəfindən təhlükəyə düşməsindən qorxutmuşdu. Qərb dövlətlərinin Fransanın (böyük inqilabdan sonra) istilaçılıq siyasətləri ilə müxalifət etmələri Fransanın ziyanına tamam olmasına baxmayaraq, osmanlıların da xeyrinə deyildi və yalnız bu dövrdə Osmanlı imperatorluğunun parçalanmasının qarşısını müvvəqqəti olaraq aldı.
Bizim bu mövzumuz ilə əlaqədar olan məsələ Napoleonun Misirə və Ərəbistanın Nəcd əyalətinə hücum etməsi idi. “Nizami Ali səud” kitabının müəllifi bu barədə yazır: “... Əgər Napoleon Misirə gedərək ingilislərin yolu üstündə bir maneə olmasaydı, eləcə də Misir ehramları və Əbuqir döyüşündə osmanlılarla döyüşməsəydi Nəcdin hakimləri özlərini büruzə verib ölkələrini genişləndirmək üçün fürsət tapmayacaqdılar... Fransızların osmanlılarla döyüş xəbəri Ərəbistanın hər bir mərkəz yerlərində nəinki inikas etmədi, üstəlik Aralıq dənizi sahillərində müharibəyə məşğul olan osmanlıların Ərəbistanın daxilinə kifayət qədər qoşun göndərməyə müvəffəq olmamalarına səbəb oldu...1 Məhz bu səbəb də vəhhabilərin çox rahatlıqla öz sərhədlərini genişləndirməsinə şərait yaratdı.
Cənab Həmid İnayət XVIII əsrin ikinci yarısında osmanlıların daxili və xarici şəraiti barədə ümumi bir nəzər verərək bu məsələni gözəl şəkildə təsdiqləyir ki, “...XVIII əsrin ikinci yarısında Osmanlı ölkəsinin tabeçiliyində olan millətlər və Avropa dövlətləri, həmçinin onun daxili şəraiti ilə əlaqədar böyük dəyişikliklər yarandı. Bu dəyişikliklər qısa şəkildə aşağıdakılardan ibarət idi:
Osmanlıların başqa ölkələri istila etməsinin dayandırılması və bunun nəticəsində də qazanc və gəlir yollarının yüksək rütbəli sərkərdələrin üzünə bağlanması, Amerikadan qiymətli filizlərin gətirilməsi nəticəsində infliyasiyanın yaranması, Afrikanın ətrafında dəniz donanmasının işə düşməsi sayəsində Avropanın ticarət yollarının osmanlıların ixtiyarından çıxması, nəhayət 1769-cu ildə Osmanların Rusiya qarşısında məğlub edilərək (1774-cü ildə) “Xırda kənizçə” müqaviləsinin bağlanması ilə (bunun nəticəsində müsəlman əyaləti olan Krım Türkiyədən ayrıldı və Rusiya dövləti Osmanlı ölkəsində yaşayan ortodoks məsihilərinin rəsmi himayəçisi kimi tanındı) hakim quruluşun vəziyyəti də get-gedə pisləşirdi. Bir tərəfdən məhkəmə qüvvələri ardıcıl olaraq zülm və haqsızlıq əməllərinə qurşanır, digər tərəfdən isə osmanlıların hərbi qüvvəsinin mərkəzi olan “Yeni çəri” özünün keçmiş cəngavərlik və pəhləvanlıq hisslərini əldən verirdi. Buna görə də mərkəzi dövlət vilayətlərə olan hakimiyyətləri itirmiş və maliyyət alınması məsuliyyəti məcburi olaran yerli qolçomaqlara icarəyə vermişdi. Bu yerli qolçomaqlar da camaatla hökumətin arasında olan ziddiyyətlərin və fasilənin artmasına daha çox şərait yaradırdı.1
XIX əsrin başalanması ilə vəhhabilər Ərəbistandakı Osmanlı hakimlərinə hər növ itaət və vəfadarlıqdan imtina etdilər, üstəlik müqəddəs şəhərlərə, İraqın daxilinə hücum etməyə başladılar və beləliklə də sultanın mövqeyini, onun İslamın himayəçisi adlandırılması cəhətindən təhlükəyə saldılar.
Vəhhabilərin bu hərəkətindən əlavə Anadoluda və Balkanda milli-azadlıq hərəkatı ilə əlaqədar Osmanlı imperatorluğunun əleyhinə bayram şənlikləri keçirilir və bu da qərb dövlətlərinin vasitəsi ilə himayə olunurdu. Sultan Səlimin Anadolu və ərəb vilayətlərindəki milli-azadlıq hərəkatları qarşısında qəti tədbir görə bilməməsi zahirdə Balkan kənarı ölkələrdə baş verən hadisələrə oxşar təhdidlər idi. Lakin həqiqətdə elə ciddi və təhlükəli idi ki, Səlimi özünə məşğul etmişdi. Osmanlı dövləti qərb ilə qarşılaşmaq üçün münasib imkanlara malik olmadığından Məhəmməd Əli Paşadan kömək istədi. Amma onun dəniz donanması qərb qüvvələrinin qarşısında heç bir iş görə bilmədi və buna görə də Naqarina və Adrinedə baş verən məğlubiyyətlərin (1828–1829) ardınca Balkan hövzəsində müəyyən ərazilər (Yunanıstan və Serbistan) Osmanlı imperiyasından ayrıldı.
XVIII əsrin sonlarında “Avropanın xəstə kişisi” adlanan Osmanlı imperatorluğu çoxlu əraziləri bir-birinin ardınca əldən verdi. Bu hadisələr də öz növbəsində Avropanın Osmanlı mirasına sahib çıxmaq qüdrətini gücləndirdi və onların şərq məsələsində rəqabətə girişməyə vadar etdi. Piro do Nun birinci dünya müharibəsi ərəfəsində Osmanlı imperiyasının vəziyyəti barəsində belə yazır: “... 1913-cü ildə təqribən bütün Avropa sərhədlərindəki ərazilərini əldən verən Osmanlı imperatorluğu Asiyada böyük ərazilərə malik olduğundan hələ də böyük bir qüdrət sayılırdı. Amma onun türk sakinləri yalnız sahil ərazilərinin yunanlar təşkil edən Anadoluda üstünlüyə malik idilər. İmperatorluğun sair yerlərində isə osmanlıların camaata olan hakimiyyəti müxtəlif idi. Yəni bu hakimiyyət kürdlərə, ermənilərə, xüsusilə ərəblərə qarşı yeridilirdi. Avropalıların nüfuz dairəsinin genişləndirilməsi üçün münasib şərait yaranmışdı və onlar Türkiyənin daxilində müqavimət dəstələrinin yaranmasını və ondan istifadə etməsini gözləyirdilər. Ümumiyyətlə, avropalılar istər böyük ticarət müəssisələrinin xərclərini təmin etmək, istərsə də Osmanlı imperatorluğuna maddi kömək etmək yolu ilə bu ölkəni nəzarət altında saxlayırdılar. Osmanlıların Balkan müharibəsində düçar olduqları məğlubiyyətlərdən sonra Avropa dövlətləri belə bir sualla qarşılaşırdırlar: Görəsən, Asiyada olan Türkiyə öz həyatını davam etdirə biləcəkmi? Çünki, Balkan əhalisinin əldə etdiyi müvəffəqiyyətlər, şübhəsiz, müəyyən mahiyyətə malik idi ki, ərəblərdə və ermənilərdə milli-azadlıq hərəkatlarını gücləndirirdi. Buna görə də onlar öz məqsədlərini həyata keçirmək üçün məyyən tədbirlər həyata keçirmək qərarına gəldilər.1
Bu bölmədə deyilənlərin məcmusunu nəzərə almaqla başa düşmək olar ki, 18-ci əsrin ortalarında Ərəbistanın Nəcd əyalətində yaranan vəhhabiliyin inkişaf və sair məntəqələrə sirayət etməsinin əsas amili Osmanlı imperatorluğunun daxili vəziyyəti və beynəlxalq səviyyədə baş verən hadisələr idi. Bu hadisələr də osmanlıların əleyhinə çoxlu iğtişaşların və qiyamların baş verməsinə səbəb olurdu. Vəhhabilər də yaranan bu şəraitdən istifadə edərək Ərəbistanda özləri üçün qüdrət təşkil edə bildilər.
Dostları ilə paylaş: |
|
|