ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə78/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   74   75   76   77   78   79   80   81   ...   106

 
170 
imzalandı  və  1936-cı  ildə  İraqda  haşimi  sülaləsi  ilə  əlaqələrini 
yaxşılaşdırdı. 
İbn Səudun silahlandırılmasını və iqtisadi cəhətdən himayə olunmasını 
öhdəsinə  alan  Britaniya  artıq  özü  ilə  həmpeyman  olan  ölkələri 
məntəqədə  də  bu  siyasətin  davamına  saldı.  Britaniya  İbn  Səudla 
bağladığı  1927-ci  il  müqaviləsinə  əsasən  onu  himayə  etməkdən  əlavə 
Ərəbistanın  kamil  və  mütləq  istiqlaliyyətini  də  rəsmi  olaraq  qəbul  etdi. 
Həmçinin  İbn  Səud  1929-cu  ildə  Almaniya  ilə  dostluq  və  əməkdaşlıq 
müqaviləsi  imzaladı.  O,  qonşu  ölkələrlə  sərhəd  ixtilaflarını  aradan 
qaldırmaq  üçün  1353-cü  h.q  ilində  yəmənlilərlə,  Əsir,  Nəcran,  Cizan 
məntəqələri  ilə  əlaqədar  müharibənin  sona  çatmasından  və  Təhamənin 
işğal  olunmasından  sonra  imam  Yəhya  Bədr  ilə  dostluq  müqaviləsi 
imzaladı. 
1929-1933-cü  illərdə  dünyaya  iqtisadi  böhran  hakim  idi  və  bu  zaman 
həcc ziyarətçilərinin sayının azalmasına, 1931-32-ci illərdə quraqlıq baş 
verdiyinə və eləcə də xurmalarının yaxşı satılmadığına  görə Ərəbistanın 
iqtisadi vəziyyəti çox qeyri-münasib bir şəraitdə idi. 
Bu  çətinliklər  İbn  Səudu  vadar  etmişdi  ki,  oğlu  Feysəli  kredit  almaq 
üçün Avropaya göndərsin. Feysəl 1932-ci ildə Avropaya səfər etdi. Onun 
kredit  istəyinə  diqqət  yetirilmədiyinə  görə  Moskvaya  getdi  və  orada 
Stalin  tərəfindən  alqışla  qarşılandı.  Çoxdan  bəri  məntəqəyə  və  Fars 
körfəzinin  sularına  nüfuz  etmək  üçün  münasib  şərait  yaranmasını 
gözləyən ruslar Feysəlin oraya gəlişini qənimət saydılar və onun istəyinə 
müsbət  cavab  verdilər.  Amma  Britaniyanın  göstərdiyi  fəaliyyətlər 
rusların öz məqsədlərinə çatmasına mane oldu (ingilislər rusların Feysələ 
verdiyi təkliflərdən agah olmuşdular). 
Artıq yeni bir imtiyaz verilməsinin vaxtı çatmışdı; vəhhabi səudilər öz 
iqtisadi  problemlərini  aradan  qaldırmaq  üçün  (bunun  əsas  hissəsi  daxili 
istehlakdan  irəli  gəlirdi)  qərblilərə  neft  barəsində  imtiyaz  vermək 
məcburiyyətində  qaldılar.  Qərblilərin  bu  imtiyazları  almaq  üçün 
göstərdiyi  səylər  günbəgün  şiddətləndi.  Avropa  və  Amerika  neft 
şirkətləri bu ilahi nemətdən istifadə etmək üçün ciddi şəkildə çalışdılar. 
Nəhayət “Standart Ovil Kaliforniya” neft şirkəti vəhhabi Səudilərə kredit 
vermək  müqabilində  Ərəbistanın  şərqində  neft  ixracını  1932-ci  ildən 
etibarən 66 il ərzində qəsb etdilər. 
Ərəbistanda  neftin  kəşf  edilməsi  və  çıxarılması  əsaslı  dəyişikliklərə 
səbəb oldu və vəhhabilərin iqtisadi vəziyyətində çevriliş yaratdı. Belə ki, 
Məscid  Camei  bu  barədə  yazır:  “...Bu  yeni və qüdrətli  amil  (neftin  kəşf 
olunması)  həm  Ərəbistana,  həm  də  vəhhabiliyə  çox  sıçrayışlı  bir  təsir 
qoydu.  Neftin  gəliri  Səudi  əmirlərinin  gözünü  işıqlandırdı  və  onlara 
göstərdi ki, yaşadıqları dünya daha böyük, daha gözəldir. Bu da onların 


 
171 
ixtiyarını əlindən aldı.”
1
  
1939-cu ildə ikinci dünya müharibəsinin başlanması ilə eyni zamanda, 
beynəlxalq  vəziyyət  dəyişdi,  Ərəbistan  da  bu  dəyişiklikdən  kənarda 
qalmamışdı. İbn Səud müharibənin əvvəlində döyüşən tərəflər qarşısında 
müəyyən  və  sabit  mövqe  tutmamışdı.  Amma  buna  baxmayaraq  (o, 
müharibə  başlamazdan  əvvəl  Almaniya  və  İtaliya  ilə  hərbi  müqavilə, 
Yaponiya ilə dostluq və ticarət əlaqələri imzalamışdı). Amma Almaniya 
və  İtaliya  İbn  Səudu  özlərinin  mehvər  qüvvələrinə  meylli  etmək  üçün 
onu çox təzyiqlərə məruz qoydular. Amma bunlara baxmayaraq İbn Səud 
müharibənin axırlarına qədər konkret bir mövqeyə malik olmadı. Yalnız 
müharibənin axırlarında qələbə çalanlara meyl göstərməyə başladı. 
“Böyük  İslam  Enskilopediyası”  kitabında  belə  qeyd  olunur:  “Əbdül-
Əziz dünya müharibəsinin başlanması, neft istehsalının aşağı səviyyədə 
olması  və  hacıların  azalmasına  görə  iqtisadi  çətinlikdə  olduğundan, 
Amerika  və  İngiltərə  dövlətlərindən  kredit  istədi  və  xatırlatdı  ki,  onun 
istəyinə diqqət yetirilməzsə neft ixracının qarşısı alınacaqdır.”
2
  
Amerika  İngiltərəyə  verdiyi  kredetin  bir  hisəsini  İbn  Səuda  verdi. 
Amerikanın siyasətində daxili neftin yerinə xarici neftdən istifadə etmək 
zərurəti  qarşıya  çıxdığından  (1940-cı  ilə  qədər  İbn  Səudun  sarayında 
onların  heç  bir  nümayəndəsi  yox  idi  və  Ərəbistan  neftinin  kəşf  edilib 
çıxarılmasını  yalnız  amerikanların  xüsusi  şirkətləri  öhdələrinə  almışdı) 
1943-cü  ilin  may  ayında  Ərəbistanla  siyasi  əlaqələr  yaratdılar  və 
“Aramku” neft şirkətinin işə düşməsi ilə Amerika müharibəni dünyanın 
bu  tərəfindən  idarə  edilməsi  üçün  Zəhran  hava  limanında  gizli  bir 
qərargah təsis etdi. Bununla da Britaniyanın müstəmləkəçiliyi sona çatdı 
və  ikinci  dünya  müharibəsi  Amerikanın  Ərəbistana  nüfuz  etməsi  üçün 
dönüş  nöqtəsi  oldu.  1945-ci  ildə  Ruzvelt  ilə  Əbdül-Əziz  arasında 
Amerikanın  “Kuinsi”  adlı  hərbi  gəmisində  baş  verən  danışıqlar  zamanı 
Amerikanın  məntəqədəki  müstəmləkəçilik  siyasətləri  genişləndi.  Bu 
görüşün  ardınca  İbn  Səud  almanların  əleyhinə  çıxdı  və  bununla  da 
müharibənin qalibləri sırasına keçdi. 
Amerikanın prezidenti Ruzveltin İbn Səudla görüşündə diqqət yetirilən 
məsələ  Fələstin  məsələsi  və  yəhudilərin  orada  məskunlaşdırılması  idi. 
Aydın 
olduğu 
kimi, 
amerikalılar 
sionistlərin 
orta 
şərqdə 
məskunlaşmasına şərait yaratmışdılar və əlbəttə, bu kimi səylər tamamilə 
diplomatik və hiyləgərlik yolları ilə həyata keçirilirdi. 
Həqiqətdə 
amerikalılar 
vəhhabilərin 
firavanlıq, 
eyş-işrətçilik, 
həddindən  artıq  israfçılıq  və  pulpərəstlik  kimi  xüsusiyyətlərini  yaxşı 
                                                 
1
 Məscid Camei Məhəmməd, “Vəhhabiyyət dər cəzirətül-Ərəb”, səh.4 
2
 “Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.33 34 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə