176
qarşılandı. Bu da vəhhabi məsləkində olan Məlik Səud üçün gələcəkdə
ciddi bir təhlükə yarada bilərdi. Nasir Ərəbistanda Səudi rəhbərlərindən
istədi ki, neft kimi böyük bir (iqtisadi) silahdan ərəblərin hədəfə
çatmasında istifadə etsinlər və öz düşüncələrini onlara nəql etdirsinlər.
Həqiqətdə Misirlə Ərəbistan arasında bağlanan birliyin əksinə olaraq bu
ittihadın mehvəri təəccüblü və münasib olmayan bir ideya idi. Çünki
Nasirin inqalabçı rejimi ilə Səudun irticaçı rejimi arasındakı aşkar
ziddiyyətlər görünürdü.
Bu müddəanı isbat etmək üçün Süveyş kanalının milliləşdirilməsindən
sonrakı hadisələrə diqqət yetirmək lazımdır. Nasir Ərəbistandan
qayıtdıqdan sonra İsgəndəriyyədə Süveyş kanalını milliləşdirdi (1956-ci
il, 26 iyun). Bu da həmin nahiyənin İngiltərə, Faransız və İsrail
tərəfindən işğal olunması ilə nəticələndi. Bu tədbir nəticəsində “Səudiyyə
padşahlığı özünün ingilislərlə və fransızlarla olan diplomatik əlaqələrini
kəsdi və zahirdə də neftin bu iki ölkəyə ixrac edilməsini dayandırdı.
Halbuki, Belçika, Hollandiya, Almaniya və İtaliya yolu ilə bu iki ölkənin
neft sifarişləri təmin olunurdu. Bundan da mühümü budur ki, səudilər
onlarla Misir arasında 1955-ci il 17 oktyabrda imzalanan dostluq və
müdafiə müqaviləsinə əməl etmədilər. Bu müqavilənin ikinci
maddəsində qeyd olunurdu ki, tərəflər təcavüzə məruz qaldıqda bir-
birinə kömək etməli, özlərində mövcud olan bütün imkanlardan, o
cümlədən, hərbi qüvvələrdən təcavüzün dəf edilməsi, sülh və əmin-
amanlığın bərqərar edilməsi üçün istifadə etməlidirlər. Amma səudilər
buna əməl etmədilər.”
1
1957-ci ilin yanvar ayında vəhhabilərin ərəblərin Misir və Suriya ilə
həmrəyliyini bildirməklərini baxmayaraq bu ittihad da əvvəldə olduğu
kimi çox zəif idi. Vəhhabi siyasətində nəzərə çarpacaq məsələ onların öz
hədəflərinə çatmaq yolunda qüdrətli cinahlara meyl etmələrini, eləcə də
həmişə qüdrətdə olmaq istəklərini qeyd etmək olar. Çünki ingilislər
məntəqənin qüdrətli cinahı olduğu vaxta qədər vəhhabilər o ölkəyə sıx
bağlı idilər. Amerika beynəlxalq meydana gəldikdən və məntəqə
siyasətində aşkar olduqdan sonra onların yeni ərbablarına asılılıqları
daha da artdı. Nasir ərəblərin arasında artıq nüfuza malik olduğu zaman
vəhhabilər Nasirə doğru meyl etdilər ki, əməldə qüdrət karvanından
geridə qalmasınlar.
Tarixin bu dövründə də Məlik Səudun siyasətlərindən biri Amerikanın
istilaçılıq və imperialist siyasətləri cərgəsinə qoşulmaq idi. Belə ki, o
“Ayzen Haver” tezini qəbul etdi və amerikalıların mənafeyini təmin
etmək üçün çalışdı.
1
Fuiyə Klevd, “Nizami-Ali-Səud”, səh.109-110
177
Nasirin sovetlər ölkəsinə meyl etməsi nəticəsində Amerikada dövri
prezident tərəfindən irəli sürülən “Ayzen Haver” tezi bu əsasda idi ki,
şərqdə mövcud olan boşluq rusların hər növ tədbirindən öncə, Amerika
vasitəsi ilə doldurulmalı və bu zaman qərb düşərgəsi halqasında yerləşən
ölkələrə iqtisadi və hərbi köməklər göstərilməlidir. Nəhayət, ərəblərin
arasında çox təsirli rol ifa etmək üçün Səud Amerikaya səfər etdi və
orada “iki ölkə arasında yeni müqavilə imzalandı ki, bu da 1951-ci ildə
imzalanan müqavilənin bir növ təkmilləşdiricisi idi. Bu müqavilədə
Amerika Birləşmiş Ştatları öhdəsinə alırdı kı, səudilərin hərbi
qüvvələrini yenidən təşkil etsin, onlara yeni müharibə texnikası versin,
öz iqtisadi köməklərini də davam etdirsin. Xüsusilə, Dəmmam limanının
genişləndirilməsi barəsində münasib kömək vədəsi verdi... Bunun
müqabilində Səud Amerikaya Zəhran limanından beş il müddətində
pulsuz istifadə etmək üçün razılıq verdi və onun məntəqədə nəzərdə
tutduğu planı həyata keçirməyi öhdəsinə aldı ki, nəticədə Amerikanın
qeydsiz-şərtsiz himayələrindən bəhrələnsin. Bu müqavilə Ərəb ölkələrinə
və Nasirə qarşı bir növ müharibə hesab olunurdu.”
1
Məlik Səud bu müqaviləni Amerika ilə bağladıqdan sonra Ərəbistana
qayıtdı və yeni müttəfiqlər axtarmağa başladı. Bu zaman İordaniya və
İraqın Haşimi padşahlarına üz gətirdi və hətta 1957-ci ildə şah Hüseynin
əleyhinə İordaniyada hazırlanmış çevrilişi yatırtmaq üçün oraya hərbi
qüvvə də göndərdi.
Bu zamandan etibarən Ərəb ölkələri iki hissəyə bölündü. Onlardan biri
Nasirin tərəfdarları olan ölkələr idi ki, mütərəqqi hesab olunurdular.
Digəri isə Səudiyyə Ərəbistanının düşərgəsi olan mühafizəkarlar idi.
Sonuncu düşərgə Ərəbistan, İraq və İordaniyanı əhatə edirdi ki, öz
aralarında ittihadiyyə yaratmış və inqilabi hərəkatlara qarşı mübarizə
aparmağı qərara almışdılar. Bundan əlavə Məlik Səud özünün Misir və
Suriya ilə əlaqələrini kəsdi və çalışdı ki, Livanda Kamil Şəmun ilə olan
əlaqələrini möhkəmləndirsin, Bəhreyn əmirlikləri ilə olan ixtilaflarını
həll etməklə özünü ərəblərin mötədil rəhbəri kimi göstərsin. Eləcə də
Ərəbistan, Küveyt və Bəhreyn ölkələrindən təşkil olunmuş federasiyanın
yaradılması planı, Ərəbistanın onun rəhbərliyini öhdəsinə almaq fikrində
olması nəticəsində icra olunmadı. Səudun Məsqit və Əmman krallıqları
ilə, eləcə də Əmarat və Əbu-zəbi sultanları ilə rabitə qurması barəsindəki
səyləri nəticə vermədi. Onun “Ayzen haver” tezində qərarlaşması Nasirlə
olan əlaqələrini gərginləşdirdi, səudilərin hakimiyyətində də dərin
böhranlar yarandı. Bu dövr hadisələri ilə əlaqədar “Böyük İslam
Enskilopediyası” kitabında belə qeyd olunur:
1
Həmin mənbə, səh.111
Dostları ilə paylaş: |