ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə82/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   78   79   80   81   82   83   84   85   ...   106

 
178 
“...Səudun  qardaşları,  xüsusilə  həmişə  öz  nüfuzunun  genişlənməsi 
fikrində olan qardaşı Feysəl, Məlik Səuddan istədi ki, ya şah qardaşlarını 
oğlanları  ilə  bərabər  hüquqdan  bəhrələndirsin,  ya  da  icra  işlərində 
Feysəlin  xeyrinə  iş  görməkdən  əl  çəksin.  Məlik  Səud  axırıncı  təklifi 
qəbul etmədi.  Lakin 1958-ci  ilin  martın  10-da  bəzi qanunlar  çıxartdı ki, 
onun  əsasında  icra  işləri  baş  nazirlik  məqamına  çatan  Feysələ  həvalə 
edildi.  Lakin  siyasi  qüvvələr  Səudun  öz  əlində  qaldı.  Baş  nazirə  ixtiyar 
verilmişdi  ki,  ölkə  işlərini  sahmana  salmaq  üçün  müəyyən  tədbirlər 
görsün.  Bu  iki  qanun  padşahın  qüdrətini  məhdudlaşdırdı,  vəzirlərin 
qüdrətini  isə  artırdı.  Öz  yanında  Feysəl  kimi  bir  rəqibi  görməyə  tab 
gətirməyən Məlik Səud 1960-cı il dekabırın 21-də onu işdən çıxartdı və 
özü  Səudi  sülaləsindən  olmayan  altı  nəfərin  iştirakı  ilə  bir  dövlət 
kabinəsi  təşkil  etdi,  daxili  islahatlar  aparmaq,  «Əsas  Qanun»u  tənzim 
etmək  üçün  yeni  proqramlar  irəli  sürdü.  Azad  şahzadələrin  yazdığı  təzə 
«Əsas  Qanun»  qəbul  olundu  və  bu  da  göstərdi  ki,  Səudiyyə  Ərəbistanı 
mütləq padşahlıqdan məşrut padşahlığa keçmişdir. Bu zaman iki ümumi 
idarə - biri iş, biri isə ictimai məsələlər üçün yaradıldı, iqtisadiyyat naziri 
olan  əmir  Təllalın  başçılığı  ilə  bir  komitə  də  yaradıldı  və  proqram 
hazırlamaq 
onun 
öhdəsinə 
qoyuldu. 
Dövlət 
təşkilatlarında 
qanunsuzluqlarla mübarizə aparmaq üçün məhkəmə yaradıldı və nazirlər 
kabineti  qərara  aldı  ki,  Zəhrandakı  hərbi  hava  qüvvələri  üçün  icarəyə 
verilən  hərbi  təlim  düşərgələrinin  icarə  müddəti  uzadılmasın.  Səudi 
sarayındakı  müftidən  də  istənildi  ki,  dövlətin  qanun  və  qərarları  onun 
rəyi  və  nəzəri  olmadan  icra  olunmasın.  Əmir  Təllal  müxalifətə  başladı. 
Lakin  şah  müftinin  rəyinə  tərəf  çıxdı.  Təllalın  ölkənin  iqtisadi 
vəziyyətinin  sahmana  salınması  bərəsində  göstərdiyi  səylər  də  Səudun 
müxalifəti  ilə  qarşılaşdı.  Onun  enerji  şirkətlərinin  milliləşdirilməsi  ilə 
əlaqədar  verdiyi  təklif  rədd  olundu.  «Əsas  Qanun»un  icra  olunması 
gündən-günə  təxirə  salındı,  nəhayət  bəzi  iğtişaşların  yaranmasına  səbəb 
oldu.  Şah  bu  iğtişaşların  cavabında  1961-ci  ilin  sentyabr  ayında  azad 
şahzadələri və Təllalı dövlət kabinetindən çıxartdı və öz oğlanlarını onun 
yerinə qoydu.”
1
  
1336-cı  hicri  şəmsi  ilində  Feysəl  cərrahiyyə  əməliyyatı  üçün 
Amerikaya getdi və qayıdan zaman Riyaz ilə Qahirənin arasında yaranan 
gərginliyi  aradan  qaldırmaq  üçün  özünün  Bağdad  müqaviləsi  ilə 
müxalifətini  təkidlə  yenidən  bəyan  etdi  və  müsbət  bitərəflik  siyasətinin 
tərəfdarı olduğunu bildirdi. (Qeyd olunmalıdır ki, bundan əvvəl Səud ilə 
Nasirin arasında müəyyən ixtilaflar yaranmışdı.) 
Feysəl  Amerikadan  qayıtdıqdan  sonra  yenidən  baş  nazirlik  vəzifəsinə 
                                                 
1
 “Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.35 


 
179 
çatıb  tam  səlahiyyət  sahibi  oldu  və  Ali-Səudun  Amerikaya  hərtərəfli 
xidmət əsasında qurulan yeni siyasətlərini icra etməyə başladı. O, daxili 
vəziyyətdə  müəyyən  dəyişikliklər  yaratmaq  üçün  bəzi  islahat  işləri 
apardı  ki,  onlardan  biri  də  saray  xərclərinin  azaldılmasıdır.  O,  bu  yolla 
Aramkodan  kredit  almaq  istəyirdi.  Onun  bu  məsələ  barəsindəki 
fəaliyyətləri  vəhhabilərin  Misir  və  Nasirin  müxalifləri  olan  şəxsiyyətlər 
və  qruplara  olan  köməklərinin  kəsilməsinə  səbəb  oldu.  Nasirin  Zəhran 
məntəqəsini  Amerikaya  icarəyə  verilməsi  əsasında  olan  istəyində  qeyd 
olunmuşdu  ki,  Amerikanın  orada  heç  bir  silah  anbarı  yoxdur.  Beləliklə 
də Nasirin özünə qarşı münasib rəyini cəlb edə bildi. 
Feysəlin  əsas  etibarı  ilə  dövlət  qulluqçuları,  tacirlər  və  hərbçilərə  aid 
olan  islahat  işləri  onu  ümumxalq  nəzərində  xəsis  bir  adam  kimi 
canlandırdı  və  camaatın,  hətta  Nasirin  fikirlərinin  təsiri  altında  olan 
hərbiçilərin  belə  narazıçılığına  səbəb  oldu.  Feysəlin  apardığı  islahatlar 
nəticəsində  bəzi  nəzər  sahibləri  onun  yenilikçi,  yeni  növ  Ərəbistan 
dövləti  yaratmaq  istəyən  bir  şəxs  kimi  təqdim  etdilər.  “Amma  məşrutə 
səltənətindən  söhbət  açılanda  qəzəbləndi,  millət  kəlməsini  eşitmək 
istəmədi... O, nümayəndələr seçilməsi barəsində danışmaq belə istəmədi. 
Çünki  qorxurdu  ki,  onlar  təbii  rəhbərlərin  yerini  tutsunlar  və  Səudiyyə 
ölkəsini  məhvə  sürükləsinlər.  Həqiqətdə,  onun  nəzərində  hökumətdəki 
məqam  silsilələri  rəy  verənlərin  rəyi  əsasında  ola  bilməzdi.”
1
    Deməli, 
Feysəlin baş nazir vəzifəsində çalışarkən məqamında apardığı islahatlara 
baxmayaraq Səudi padşahlarının qüdrətini azaltmaq fikrində deyildi. 
Feysəlin  apardığı  islahatlardan  bəziləri  onunla  Səud  arasındakı 
ixtilafları  artırdı  və  bununla  da  bir  daha  istefa  vermək  məcburiyyətində 
qaldı.  Seyyid  Davud  Ağayi  yazır  ki,  “1960-cı  ilin  başlanğıcındakı  on 
illiklərdə Səud və Feysəlin ardıcıl dəyişməsi ilə neft kontraktları əleyhinə 
olan  əks-imperialist  mövqelər,  Təllal  ilə  öz  qardaşları  arasında  yaranan 
ixtilaflar,  Sənada  dövlət  çevrilişi  və  respublikaçıların  qələbəsi,  Misir 
qoşunlarının  Ərəbistanın  cənubuna  və  Yəmənə  göndərilib  bu 
məntəqələrdə  qərarlaşdırılması  və s.  kimi  işlərin  hamısı  rəy sahiblərinin 
və  mütəxəssislərin  nəzərində  Ərəbistanı  təhlükəsizliyin  pozulduğu  bir 
məntəqə kimi qələmə verirdi.”
2
  
Yəmən  barəsinə  gəldikdə  isə,  o,  ölkədə  respublikaçıların  hakimiyyətə 
gəlməsinə səbəb olan hadisələr nəticəsində Feysəl bir daha ölkə işlərini 
idarə etmək üçün Məlik Səud tərəfindən seçildi və bu dövrdə o daha fəal 
rol oynaya bildi. Nəhayət, iqtidara gəldi. 
Yəməndə  imam  Əhmədin  vəfatından  sonra  İmam  Məhəmməd  Bədr 
                                                 
1
 Fuiyə Klevd, “Nizami-Ali-Səud”, səh.129 130 
2
 “Siyasət və hökumət dər Ərəbistani Səudi”, Seyyid Davud Ağayi, səh.121 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə