ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə84/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   80   81   82   83   84   85   86   87   ...   106

 
182 
xərclərində  qənaətlə  davrandı.  Milli  qvardiyanın  böyük  bir  hissəsini 
Yəmən  sərhədlərinə  göndərdi  (bunların  daxildə  qalması  Feysəlin  öz 
hədəflərini  icra  etməsinə  təhlükə  törədirdi).  O,  çalışırdı  ki,  Səudi  ilə 
qədimdən düşmənçilik aparan Şəmmər qəbiləsini, eləcə də ifratçı və azad 
şahzadələri  öz  ətrafına  toplasın.  Xarici  siyasətdə  də  Yəmən  ilə 
sərəhdlərin  təyin  olunması  bərəsində  müqavilə  bağlamışdı.  Məlik  Səud 
Amerikadan  qayıtdıqdan  sonra  Feysəlin  gördüyü  tədbirlərdən  nigaran 
oldu.  Lakin  şahzadələrin,  o  cümlədən,  liberalların  onunla  həmrəy 
olmasına,  ölkənin  əsas  idarə  işlərinin  Feysəlin  etimad  etdiyi  şəxslərin 
ixtiyarında  olduğuna  görə  heç  bir  iş  görə  bilmədi.  Buna  əsasən,  Feysəl 
1964-cü ildə təşkil olunan ərəb ölkələri başçılarının  yığıncağında Səudu 
Ərəbistanın nümayəndəsi adı altında Qahirəyə göndərdi. Qahirədə Nasir 
tərəfindən  alqışla  qarşılanan  Səud  həm  onunla,  həm  də  Yəmənin 
prezidenti  Əbdüllah  Səllal  ilə  görüşdü,  Yəmən  respublikasının  rəsmi 
olaraq  tanınmasında  öz  himayəsini  bildirdi.  Bu  məsələ  Feysəli  bir 
təhlükə  ilə  qarşılaşdırdı  və  öz  məqsədlərini  həyata  keçirmək  qərarına 
gəldi. 
“Böyük İslam Enskilopediyası” kitabında belə qeyd olunur: “... Məlik 
Səud  Riyaza  qayıtdıqdan  sonra  bir  daha  özünün  tam  səlahiyyət  və 
ixtiyarlarını tələb etdi. Lakin Feysəl və ondan da artıq saray xanədanları 
onun  istəyinə  əhəmiyyət  vermədilər.  Yüksək  rütbəli  məsulların  və 
şeyxlərin  yığıncağında  qərara  alındı  ki,  Məlik  Səud  dövlətin  sadəcə 
olaraq prezidenti adı ilə qalsın və icra işləri Feysələ həvalə edilsin. Lakin 
Məlik  Səud  bunu  qəbul  etmədi.  Şeyxlərin  və  ruhani  alimlərin  1964-cü 
ilin  mart  ayında  təşkil  etdikləri  yığıncaqda  əvvəlki  yığıncağın  qərarları 
qəbul  olundu  və  1964-cü  ilin  noyabr  ayında  Məlik  Səud  rəsmi  bir 
bəyannamə ilə öz vəzifəsindən azad edildi və Feysəl kral taxtına əyləşdi. 
Səud 1965-ci ilin yanvar ayında Feysələ bir məktub yazaraq onu ölkənin 
qanuni  padşahı  hesab  edərək  ona  vəfadar  qalacağı  barədə  and  içdi. 
Amma çox keçmədən Feysəllə mübarizə aparmaq üçün Əbdün-Nasirə üz 
gətirdi və xüsusi bir ordu yaratmağa çalışdı. 1967-ci ilə qədər öz vaxtının 
çoxunu Afinada keçirən  Məlik Səud Əbdün-Nasirin köməyi ilə Yəmənə 
getdi.  O,  ölkə inqilabçıları ilə  görüşdü və  Nasiri  özünün  ən  yaxın  dostu 
hesab  etdi.  Sonra  Afinaya  qayıtdı  və  1969-cu  ildə  orada  dünyadan 
getdi.”
1
  
Beləliklə, Feysəl ilə Səudun arasında ixtilaflar Feysəlin xeyrinə tamam 
oldu  və  o,  öz  qardaşını  hakimiyyətdən  uzaqlaşdıraraq  onu  öz  əlinə  ala 
bildi. 
                                                 
1
 “Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.36 


 
183 
VƏHHABİLƏRİN FEYSƏL İBN ƏDBÜL-ƏZİZİN RƏHBƏRLİYİ 
DÖVRÜNDƏKİ TƏDBİRLƏRİ (1964-1975) 
Feysəl Ali-Səudun ən məşhur rəhbərlərindən idi. O, atası Əbdül-Əzizin 
Ali-Rəşid  və  Məkkənin  şərifləri  ilə  apardığı  müharibələrdə  də  iştirak 
etmişdi; atasının ölümündən və qardaşı Səudun hakimiyyətə gəlməsindən 
sonra  onunla  ixtilafa  başladı  və  onu  hakimiyyətdən  uzaqlaşdırmağa 
çalışdı. 

dövrdə 
Məlik 
Səudun 
ölkənin 
bütün 
işlərində 
bacarıqsızlığından  istifadə  etməklə  və  islahat  tədbirlərini  irəli  sürməklə 
əvvəlcə xarici işlər naziri daha sonra isə baş nazir vəzifəsinə çata bildi və 
bununla da onun üçün hakimiyyətə gəlməkdən ötrü zəmin yarandı. 
Feysəl  iqtidara  çatdıqdan  sonra  öz  ixtiyar  və  səlahiyyətlərini  artırdı. 
Baş  nazir,  xarici  işlər  naziri  və  ordunun  ali  komandanlığı  vəzifələrini 
şəxsən öz öhdəsinə götürdü. Qardaşı Xalidi özünün müavini, daha sonra 
canişini seçdi. 
Seyyid  Davud  Ağayi  bu  barədə  belə  yazır:  “Səudiyyə  Ərəbistanının 
hökuməti  Feysəlin  dövründə  çox  fəal  xarici  siyasətə  malik  idi.  Feysəlin 
diplomatiyasının 
mehvəri 
1960-cı 
illərdə 
Nasirin 
milli-azadlıq 
hərəkatları  ilə  ziddiyyət  təşkil  edirdi.  Feysəlin  dövründə  ərəblərlə  İsrail 
arasında  iki  böyük  müharibə  (1967  və  1973-cü  illərdə)  baş  verdi.  İki 
Yəmən  məsələsi,  İraqın  vəziyyəti,  Suriya,  Əmmanda  Zəhar  hərəkatı, 
1973-cü  ildə  neft  blokadası  və  sair  kimi  hadisələr  Feysəlin  hakimiyyət 
illərinə təsadüf edirdi.
1
  
Feysəl  1962-ci  ildə  Məkkədə  bir  konfrans  təşkil  etdi.  Onun  əsas 
məqsədi  iştirak  edənlərin  əsası  Səudiyyə  ölkəsi  tərəfindən  qoyulan  və 
beynəlxalq meyarlarla da uyğun olan prinsiplərə dəvət edilməsi idi. Buna 
əsasən  artıq  sair  islam  rəhbərləri  də  bu  fikirlərdən  istifadə  edərək 
Səudiyyə  islamını  özlərinə  örnək  götürə  bilərdilər.  Bu  da  Nasirin 
millətçilik  hərəkatının  qarşısını  alırdı.  Çünki  o,  iddia  edirdi  ki,  vəhhabi 
məzhəbi  yolu  ilə  Camal  Əbdün-Nasirin  Ərəbistanda  irəli  çəkilən  ifratçı 
millətçilik nəzəriyyələrini rədd etmək olar. 
Feysəl  pan-islamizm  nəzəriyyəsini  irəli  çəkməklə  Nasirin  millətçiliyi 
ilə mübarizəyə başladı və bu zaman vəhhabi islamının İslam ölkələrində 
irəliləyişi  üçün  istifadə  etdi.  O,  öz  fikirlərini  yaymaq  və  nüfzunu 
artırmaq  üçün  1965-1966-cı  illərdə  doqquz  Afrika  və  Asiya  ölkəsinə: 
İordaniya,  Sudan,  Tunis,  Kenya,  Mali,  Mərakeş,  İran,  Türkiyə  və 
Pakistana)  səfər  etdi  və  onları  Nasirin  cəbhəsi  ilə  mübarizəyə  çağırdı. 
Həmçinin,  pan-islamizm  nəzəriyyəsini  gücləndirmək  üçün  bir-birinə 
kömək  olmalarına  çalışdı.  Bu  işdə  İordaniya  və  Liviya  sultanları  onu 
                                                 
1
 “Siyasət və hökumət dər Ərəbistani Səudi”, Seyyid Davud Ağayi, səh.125 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə