186
ərəb respublikasına olan meylləri sona çatdı.
Ərəblərlə İsrail arasında baş verən ikinci müharibə Feysəl üçün xarici
siyasət səhnəsində böyük bir mövqe hesab olunurdu. Çünki onun ən
böyük düşməni olan Nasir siyasi və iqtisadi cəhətdən məğlubiyyətə
uğramışdı. Bu da Nasirin Məlik Səudun himayəsindən (o zaman
Qahirədə yaşayırdı) məhrum edilməsinə səbəb oldu, nəticədə onu
ölkədən ixrac etdi və öz qüvvələrini də Yəməndən geri çağırdı. Feysəl də
Misirə və xəsarət görmüş sair Ərəb ölkələrinə ildə 135 milyon dollar
məbləğində pul verməyi qəbul etməklə Nasirə cavab verdi. Beləliklə,
ərəblər arasında qərar qəbul etmə məsələsi Qahirədən Riyaza köçrüldü.
“Siyasət və hökumət dər Ərəbistani Səudi” kitabının müəllifi
Ərəbistanın bu dövrdəki tarixi barəsində belə yazır: “... Ərəbistanın
xarici siyasəti hər bir halda şərqdən uzaqlaşmış və qərb ölkələrinə
yaxınlaşmışdı. Bu siyasət Feysəlin dövründə son dərəcə sürətlə
güclənməyə başladı. Feysəl öz siyasətlərini izah etmək və özünə bəraət
qazandırmaq üçün qərbin və Amerikanın başçılığı ilə olan zorakı
rejimləri ilə eyni vaxtda iddia edirdi ki, kommunizm və sionizm bir
sikkənin iki üzüdür və beynəlxalq səviyyədə olan məkrli planları da
məhz bu ikisi təşkil edir. Bəlkə də o, kommunizmi sionizmə oxşatmaqla
onunla olan gərgin münasibətləri izah etmək istəyirdi.”
1
Eləcə də o,
özünün qərb imperalizminə qarşı olan meyllərinə də bəraət qazandırırdı.
Altı günlük müharibə sona çatdıqdan sonra Feysəl “qərbin, xüsusilə
Amerikanın neft şirkətləri ilə olan həmkarlıq dairəsini daha da kiçiltdi.
1967-ci ildə Küveytlə Səudiyyə Ərəbistanı belə razılığa gəldilər ki,
neytral zonadakı neft ixracını Amerika və Yapon şirkətlərinə versinlər.
1968-ci ildə neft istehsal və ixrac edən Ərəb dövlətləri təşkilatı (OPEK)
Səudiyyə Ərəbistanı, Küveyt və Liviyanın iştirakı ilə bağlandı və
Ərəbistanın neft naziri onun idarəsini öz öhdəsinə aldı.”
2
Qəzzafinin Liviyada İdris şaha qələbə çalması Feysəlin fikirlərini
tamamilə dəyişdirdi (İdris şah Feysəllə birlikdə opekin təsisçilərindən
idi.)
O, “daxili siyasətdə hər növ yeni islahatlarla müxalifətə qalxdı və
siyasət səhnəsində də özünü get-gedə qərbə bağladı. Bununla eyni
zamanda yenidən bir islam cəbhəsi qurmaq fikrinə düşdü.”
3
Feysəlin
islam cəbhəsi yaratmaqla əlaqədar səyləri Qəzzafinin Ribatda İslam
ölkələri konfransında onunla kəskin rəftar etdiyinə görə 1968-ci ildə boşa
çıxdı. Bu konfrans mühafizəkar ərəblərlə ifratçı ərəblər arasında
1
“Siyasət və hökumət dər Ərəbistani Səudi”, Seyyid Davud Ağayi, səh.131
2
“Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.37
3
Fuiyə Klevd “Nizami-Ali-Səud”, səh.57
187
parçalanma yaratdı ki, onların mübarizə təbliğatlarının əsas mehvəri
Fələstin məsələsi idi. Son hadisələrdə Feysəl və onun mühafizəkar,
mürtəce cinahı yalnız öz xeyirlərinə hərəkət etdilər. Belə ki, Feysəl qanlı
sentyabr hadisəsində heç bir reaksiya göstərmədi
1
və on iki ildən sonra
israillilər fələstinliləri Livandan çıxarmaq və onlara qarşı daha artıq
vəhşiliklər törətmək istədikləri vaxtda Feysəl hətta cinayətkarcasına olan
bu əməliyyatları televiziyada göstərməkdən belə boyun qaçırtdı.
Feysəl daxili siyasətlər zəminində ağ ordunun (Səudiyyə polisinin)
köməyi ilə öz daxili problemlərini müəyyən qədər həll edə bildi. Bundan
əlavə, o, bir tərəfdən millətçilik təhlükəsinin aradan getməsi, digər
tərəfdən də neftdən gələn külli miqdarda gəlir nəticəsində Ərəbistan
cəmiyyətində müəyyən dəyişikliklər edə bildi. İbn Səudun İslamın zahiri
göstərişlərinə əməl etməkdə çox ciddi olması Feysəlin dövründə də
davam etdi.
“Bü cür rəftar və əməl son əlli ildə, yəni Əbdül-Əzizin 1925-ci ildə
hakimiyyətə çatmasından Feysələ sui-qəsd edildiyi vaxta qədər nə bir
çətinlik yaratdı, nə də Ali-Səudun qüdrətinin möhkəmlənib davam
etməsindən başqa bir şeylə nəticələndi. Xüsusilə, beşinci onilliyin
ortalarından altmışıncı illərin əvvəllərinə qədər bu rəftarlar səudilərə
kömək etdi ki, özlərinin sevimli və qüdrətli rəqiblərinin qarşısında (daim
onları mübarizəyə çağırırdı) zəifliklərinə və sevimli olmamalarına
baxmayaraq, davam edə bilsin.”
2
Cənab Məscid Camei vəhhabilərlə əlaqədar məqalələrinin bir qismində
Ali-Səud qüdrətinin möhkəmlənib davam etmə dəlillərini belə yazır:
“...İbn Səudun əlli il müddətində qazandığı müvəffəqiyyətlərdə əsas
məqsədi bu idi ki, ictimai, iqtisadi, əxlaqi və mədəni şəraitlərin məcmusu
geniş xalq kütlələri ilə əlaqədar olduğundan onlarda çox da dəyişiklik
etməsin. Düzdür, qırxıncı illərin axırlarında Səudiyyə cəmiyyətinə külli
miqdarda sərvət sel kimi axıb gəlirdi. Amma əsas məsələ bu idi ki, bu
sərvət əməli olaraq məhdud adamlar arasında bölüşdürülüb sərf edilirdi.
Camaat, xüsusilə böyük şəhərlərdə yaşamayanlar bu dəyişikliklərdən
tamamilə təcrid olunmuşdular, yaxud da ona şahid olduqları halda qəbilə
adət-ənənələrinin möhkəmləndirilməsi, ölkənin genişliyi, əhalinin az və
pərakəndə vəziyyətdə olması, cəmiyyət mərkəzləri arasında fəal və geniş
1
1349-cu ildə dörd səudiyyə təyyarəsi “Fəth”in (Fələstinin azadlığı üçün xalq
cəbhəsi) şaxələrindən biri tərəfindən oğurlanıb qaçırıldı. Onun üçü İordaniyanın
Davson təyyarə limanında patrladıldı. Bu hadisədən bir neçə gün sonra Məlik Hüseyn
İordaniyada Fələstin qüvvələrini şiddətlə məhv etdi. Onları kütləvi şəkildə qırdı və
qanlı sentyabr hadisələrini törətdi (Nizami-Ali-Səud, səh.158).
2
Məscid Camei Məhəmməd, “Vəhhabiyyət dər cəzirətul-Ərəb”,
səh.4
Dostları ilə paylaş: |