190
ərəblər üzərində hərbi qüdrətinə əmin olan Amerika neft istehsal edən
ölkələrin qərb əleyhinə təhdidlərindən nigaran deyildi. Digər tərəfdən,
1352-ci hicri şəmsi ilində Səudiyyənin Ali neft şurasının rəyasətini
öhdəsinə alan Fəhd elan etdi ki, Ərəbistan Amerikaya bir qədər fürsət
verməlidir ki, öz siyasətlərini dəyişdirsin. Həmçinin bitərəf ölkələrin
Əlcəzairdəki konfransında (1352-ci il şəhrivərin 11-də) ümumiyyətlə
neft silahından istifadə edilməsi məsələsi irəli sürülmədi. Ərəblərlə İsrail
arasında dördüncü müharibənin başlanmasından sonra “Səudiyyə
rəhbərləri Amerikaya bağlılığımı, yoxsa Ərəb və müsəlmanlarla
həmrəyliyin bidirmək arasında sərgərdan qalmışdı.”
1
Şübhəsiz, bu
müharibə nəticəsində ərəbləri və inkişaf etmiş ölkələri gizlin neft böhranı
ilə agah etdi.
Neft istehsalının azaldılması o qədər davam etmədi ki, qərb ölkələrinə
iqtisadi cəhətdən bərpa olunmaz bir xəsarət vura bilsin. Amma bu, neft
məhsullarının qiymətlərinin kəskin şəkildə artmasına gətirib çıxartdı. Bu
vəziyyət qərbdə “Neft Şoku” adı ilə tanındı. Qərb ölkələri və dövlətləri
özlərinin bir neçə illik iqtisadi böhranını dəf edə bilməkdə bacarıqsız
olduqlarını onların üzərinə atdılar.
“Nizami-Ali Səud” kitabının müəllifi vəhhabilərin Amerika ilə sıx
bağlılıqları və ondan tərəfdarlıq etmələri barəsində belə yazır: “...Öz
taleyini qərbə bağlılıqda görən Feysəl və Fəhd istəyirdilər ki, qərb səbatlı
və qüdrətli olsun, siyasi hərc-mərclikdən irəli gələn mühüm iqtisadi
böhranlardan uzaqda olsun. Buna görə də dünya bazarlarında neftin
qiymətini azaltmaq üçün öz neft istehsalını birdən-birə kəskin şəkildə
artırdı. Belə ki, hətta gündə bazara on milyon barel neft çıxartdı və neft
istehsal edən sair ölkələri də bir qədər mülayimləşməyə məcbur etdi.”
2
Feysəlin Amerikaya kəskin şəkildə tərəfdarlıq etməsi və onun havadarı
olması ərəblərin nəzərində məhkum olunur və İsrailə havadarlıq kimi
hesab olunurdu. Buna əsasən, ümumxalq kütlələrin nəzərini cəlb etmək
üçün o, 1352-ci hicri şəmsi ilində Fələstin Azadlıq Hərəkatına Riyaz
şəhərində ofis açmağa icazə verdi. Səudiyyə sultanı inanırdı ki, İsrailin
keçmiş hərbi müvəffəqiyyətlərinin əsası onun xarici silahlara malik
olmasındadır. Buna görə də neft blokadası ilə onların hərəkətini nisbətən
ləngitmək olar. Feysəl “çox sadəlövhcəsinə ümidvar idi ki, Amerikanı bu
çarpışmalardan uzaq saxlayacaq. Lakin o dövrdə Amerika prezidenti
Niksonun cavabı bu idi: “Biz xarici siyasətlərimizi milli mənafeyimizi
nəzərə almaqla tənzim edəcəyik və heç vaxt icazə verməyəcəyik ki, İsrail
1
Həmin mənbə, səh.162
2
Fuiyə Klevd, “Nizami-Ali-Səud”, səh.167
191
quyunun dibinə düşsün!”
1
Feysəl hələ təzə-təzə başa düşürdü ki, Amerika zahiri taktikalarına və
camaatı aldatmasına baxmayaraq ərəbləri, neftə sahib olsalar da belə, heç
vaxt İsraildən üstün hesab etməz. Buna görə də Beytül-Müqəddəsi işğal
edən sionistlərin zatı və mahiyyəti Amerikada sionist tərəfdarları və ölkə
başçıları ilə eynidir, onların arasında heç bir fərq yoxdur.
Feysəl 1963-cü ilin oktyabrın 19-da müharibənin başlanması ilə bütün
neft məhsullarının Amerikaya göndərilməsini dayandırdı. O bu yolla öz
rəhbərliyini gücləndirmək istəyirdi. Amma onun neft embarqosu
Amerikanın xeyrinə idi. Çünki gələcəkdə ərəblərin arasında vəhhabi
rəhbərliyindən öz xeyrinə istifadə edə bilərdi.
Neft oktyabr müharibəsində siyasi bir təzyiq adı altında işlədildi və
onun ardınca da qiymətlərin artması ilə sanki dünyanın siyasi-iqtisadi
durumu dəyişildi. Orta şərqin əhəmiyyətli və həssas məntəqələrinin
mərkəzləri, xüsusilə Ərəbistan yüksək neft hasilatından əlverişli istifadə
etdi... Amerika da yaranan bu şəraitdən bəhrələndi və “Kisincerin Riyaza
və Tehrana diplomatik səfərləri ilə fəallaşdı. Kisincerin öz səfəri ilə
məntəqənin hərbi vəziyyətələrinə nəzarəti İranda şahın öhdəsinə, iqtisadi
vəziyyəti isə (Ərəbistanda) vəhhabilərin öhdəsinə qoydu. Beləliklə, hər
iki ölkə Amerikanın siyasətləri istiqamətində hərəkət etməyə başladı.
Cənab Məscid Camei 70-ci illərin əvvəllərində vəhhabilər və onların
vəziyyətləri barəsində belə yazır: “Səudiyyə cəmiyyəti 70-ci illərin
əvvəllərində bütün zahiri dəyişikliklərə və istilahatlara baxmayaraq, elə
Əbdül-Əzizin dövründə olan bir cəmiyyət idi və onda heç bir mühüm və
əsaslı dəyişiklik baş verməmişdi ki, islamın və vəhhabiliyin təfsirində bir
yenilik olsun. Amma bu dövrdən sonra cəmiyyət istər-istəməz müəyyən
dəyişikliklərə məruz qaldı; əlbbəttə, bu da Səudiyyə hakimlərinin xoşuna
gəlmirdi. Amma bu dəyişikliklərə səbəb olan təzyiqlər elə güclü və dərin
köklərə malik idi ki, onların meyyili olmaması və hətta rəhbərlərin
kütləvi təzyiqlər emal etməsi ilə zərərsizləşdirilə bilməzdi. Təzyiqlər
günbəgün artmaqda idi. Onun inkişaf edib yayılması üçün də münasib
şərait var idi. Xüsusilə, səudilər öz siyasi mövqelərini qoruyub saxlamaq
üçün (bu, 1973-cü il neft enbarqosundan yaranmışdı) öz batini
meyyillərinin əksinə olaraq bəzi ictimai, iqtisadi və mədəni dəyişikliklər
aparmağa, islahatlar etməyə razı oldular. Bu islahatların baş verməsi
yolunda ən mühüm maneə Feysəlin özü idi ki, 1975-ci ildə müəmmalı
şəkildə qətlə yetirildi.”
2
Feysələ
qarşı
edilən
sui-qəsd
ilə
əlaqədar “Böyük İslam
1
“Siyasət və hökumət dər Ərəbistani Səudi”, Seyyid Davud Ağayi, səh.139
2
Məscid Camei Məhəmməd, “Vəhhabiyyət dər cəzirətul-Ərəb”
Dostları ilə paylaş: |