196
Şübhəsiz, XX əsrin bu böyük hadisəsi – həm dünya, həm də məntəqə
səviyyəsində əzəmətli islami hadisə olan bu inqilab vəhhabi səudiləri və
onların himayədarlarını qəflət yuxusundan oyatdı. Onlar başa düşdülər
ki, öz keçmiş siyasətlərini davam etdirəcəkləri təqdirdə gözlənilmədən
qüdrətləri sarsılacaq və cəmiyyət həll olunmaz böhranlı vəziyyətə düçar
olacaqdır. Bəlkə də bunun ən yaxşı nümunəsi “İxvanul-müslimin”ə meyl
edən və vəhhabi Səudi xanədanının səltənəti ilə müxalifət edən bir
qrupun hərəkatı idi ki, Cəhiman əl-Ətibi və Məhəmməd ibn Əbdüllah
Qəhtaninin başçılığı ilə, 1979-cu miladi ilində baş vermişdi.
1
“Vəhhabiyyət Ərəbistan yarımadasında” məqaləsinin müəllifi bu barədə
yazır: “Bu qiyamın tarixi, əqidəvi və kəlam baxımından malik olduğu
əhəmiyyət və dəyərinə nəzər yetirməklə, qeyd etmək lazımdır ki, belə
hərəkatların baş verməsinin özü də 70-ci on illikdə Ərəbistana hakim
olan riyakarlıq, dinsizlik, fəsad və zülmə ən yaxşı dəlildir. Bu şəraitdən
yaranan təzyiqlər o qədər üzücü və təhrikedici idi ki, Ətibi və onun
havadarlarını məcbur etmişdi ki, bütün dini və qeyri-dini sərhədləri
sındırsın, öz hərəkatının qanuni olmasını izah etmək üçün Məhdəviyyət
pirinsipinə üz gətirsinlər.”
2
Həqiqətdə Ətibinin qiyamı səudilərə göstərdi ki, onların sonsuz
fəsadları, rüsvayçılıqları və dinsizlikləri cəmiyyəti onların əleyhinə
qiyama səsləyir. Buna görə də İran təcrübələri və onun ardınca baş verən
hadisələr Ərəbistanda da baş verib onlara öyrətdi ki, “Cəmiyyətin
mümkün olan ən az razılığını cəlb etmədən, eləcə də inkişaf amilləri və
inqilabi fikirlərin nüfuzu zəminələrini aradan qaldırmadan sabit qala
bilməzlər. Buna görə də ictimai, iqtiqsadi və mədəni zəminlərdə münasib
şərait yaratmaq və bununla da öz siyasi həyatlarını davam etdirmək üçün
çalışdılar.”
3
Bir müddət anlaşılmaz vəziyyətdə qaldıqdan, onların istəklərinin əksinə
olaraq baş verən və sonralar da baş verməkdə olan hadisələrlə əlaqədar
1
Hərəkatın rəhbərliyini Cəhiman əl-Ətibi və Məhəmməd ibn Əbdüllah Qəhtani
öhdələrinə almışdılar. 1979-cu ilin noyabrın 20-də 200-300 nəfərlik silahlı bir dəstə
(onların əksəriyyətini yəmənli, misirli və küveytli dini tələbələr təşkil edirdi)
Qəhtaninin rəhbərliyi ilə Məscidül-həramı ələ keçirtdilər və 22 gün müqavimət
göstərdikdən sonra məğlub oldular. E`lan etdilmişdi ki,bu hadisələrdə dövlət
qüvvələrindən 127 nəfər ölmüş, 461 nəfər yaralanmış, qiyamçılardan isə 117 nəfər
öldürülmüş və qalanları da əsir tutulmuşdu. 1980-cı ilin yanvar ayında tutulanlardan
başda Əl-Ətibi olmaqla 63 nəfər gizli şəkildə aparılan sür`ətli mühakimədən sonra
dəstələrə bölündü. Hər dəstəni bir şəhərə göndərdilər və 1980-cı il yanvarın 9-da
şəhərlərin meydanlarında hamısının boynu vuruldu. (“Böyük İslam Enskilopediyası”,
2-ci cild, səh.38
2
Məscid Camei Məhəmməd, “Vəhhabiyyət dər cəzirətul-Ərəb”
3
Həmin mənbə
197
nigarançılıq hissi keçirdikdən sonra nəhayət bu nəticəyə çatdılar ki, öz
dini siyasətlərində yenidən nəzər verməlidirlər; bununla da cəmiyyətdə
baş verə biləcək böyük dəyişiklikləri və ondan qaynaqlanan qüvvələri
nəzarət altına alsınlar (bu qüvvələr onların qüdrət və hakimiyyətlərini
təhdid edirdi). Əlbəttə, bu mühasibələr vəhhabi səudilərin qüdrət və
bacarıqlarından çox-çox üstün idi. Buna görə də Səudi məqamlarının öz
xarici himayəçiləri olan müşavirlərinin (amerikalılar və qərblilər)
tövsiyələrindən kömək almadan bu nəticəyə çatmaları çox zəif bir
ehtimaldır. Diqqət yetirmək lazımdır ki, bu tövsiyələr məhz İranda şahın
süqutundan sonra irəli çəkildi və bu da göstərirdi ki, şahın süqutundan
sonra qarşılaşdığı məğlubiyyətdən sonra (başqa sözlə, bu hadisə qəfildən
baş vermişdi) öz mənafelərini Səudiyyə rejiminin qalıb davam etməsində
görənlər belə tövsiyələr etmişdilər.
Bir daha vəhhabilərin hakim ideologiyasında dəyişiklik və islahat
edilməsi lazım idi ki, bununla da yeni şəraitlə uyğunlaşa bilsinlər.
Məscid Camei bu barədə belə yazır: “Təqribən demək olar ki, səudiləri
yenidən nəzər verməyə məcbur edən amillərin ən mühümü təhsil almış
yeni nəslin yayılıb inkişaf etməsi və orta səviyyəli bir təbəqənin
yaranması idi. Onlar aşkarda nə öz hakimlərini bəyənirdilər, nə də
onların bədəvi ərəblərə məxsus olan adətlərinə təqlid edirdilər. Eləcə də
onların dini əqidələrini də qəbul etmir, üstəlik mövcud dini əqidələri
məsxərəyə qoyurdular.
Deməli, vəhhabilər öz daxili siyasətlərində və zəif əqidə
ideologiyasında yeni nəzərlər verməli, islahatlar aparmalı idilər. Bunun
səbəbi də ictimai və siyasi zərurətlərdən əlavə, yeni həyatın tələbinə görə
ruhi, psixoloji və əxlaqi hazırlıqlar idi ki, onun üçün də 20-30 il əvvəl
baş verən iqtisadi və siyasi dəyişikliklər zəmin yaratmışdı. Vəhhabiləri
bu dəyişikliyə vadar edən mühüm amillər yeni ziyalı nəslin artması və
orta səviyyəli bir təbəqənin yaranması idi ki, bu çox sürətlə inkişaf
etmişdi. Buna görə də onlar hər növ tarixi, mədəni, hətta sinfi şəxsiyyətə
belə, malik deyildilər. “Onların İslamdan uzaq olmaqla yerli mədəniyyət
arasında olan müştərək cəhətləri, qərbə qarşı gülünc surətdə
vurğunluqları, qərb məhsullarına, əxlaq və qanunlarına həddindən artıq
aşiq olmaları idi.” Əlbəttə, vəhhabilərin klassik rəhbərlərinin əsas
müşküllərindən biri bu idi ki, yeni nəslin, təhsil almış qruplarından bir
dəstəsi islama, əsl dinə və dəyərlərə qayıtmaqdan başqa bir şey
düşünmürdülər. Bunlar həmin şəxslərdirlər ki, hal-hazırda da islam
ölkələrinin və Səudiyyə Ərəbistanının çox yerlərində də böyük bir
inqilabi kütlə hesab olunurlar.
Özünü vəhhabiyyətin himayəçisi və qoruqçusu hesab edən klassik
vəhhabi rəhbərləri cəmiyyəti yeni nəslin, təhsil almış təbəqənin istəkləri
Dostları ilə paylaş: |