ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə92/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   88   89   90   91   92   93   94   95   ...   106

 
198 
əsasında  idarə  etməyə  məcbur  olurdular  və  vəhhabi  hakimiyyətində  də 
müəyyən mötədillik baş verirdi. 
Vəhhabi  səudiləri  daim  hiyləgərlik  siyasətləri  ilə  Ərəbistana  hakim 
olmaq  istəmişdilər  ki,  bu  vasitə  ilə  öz  hakimiyyətlərini,  istilaçılıqlarını 
davam etdirsinlər və milli sərvəti yaxşı qarət edə bilsinlər. Məscid Camei 
vəhhabilərin  hiyləgərlik  siyasətləri  barəsində  belə  yazır:  “Səudilər  bir 
tərəfdən  qərbə  meyl  edən  ziyalı  təbəqəsini  özünə  cəzb  etmək  (onlar 
əməldə qüdrəti ələ almış və qərblilərin birbaşa, yaxud müəyyən yollarla 
olan  himayələrindən  bəhrələnirdilər),  digər  tərəfdən  də  dinə  şiddətlə 
rəğbət bəsləyən inqilabçı ziyalılar müqabilində qərar tutmuşdular. Bu da 
səudilərin  qarşılaşdıqları  çıxılmaz  vəziyyətdən  biri  idi  və  onların 
riyakarlıq siyasətlərinin ən mühüm amillərindən sayılırdı. Səudilər İslam 
barəsində riyakar bir siyasət davam etdirdilər. Əməldə fəsad, əxlaqsızlıq 
və qeyrətsizlik kimi işləri yayır, digər tərəfdən də İslamın zahirinə riayət 
edirdilər  ki,  dinsizlik  ilə  mütəhhim  olunmasınlar.  Bu  gün  vəhhabilərin 
yerini digər ünsürlər tutmasa da, heç olmazsa onlarla eyni səviyyədə olan 
şeylər  -  ərəb  millətçiliyindən  tutmuş,  kitablar,  jurnallar  və  qəzetlər 
vasitəsi ilə gətirilən yeni fikirlər tutur. 
Aydındır  ki,  bu  dəyişiklik  və  islahatlar  vəhhabilərin  tarix  boyu 
üzləşdiyi şeylərdir ki, müasir dövrdə islam firqələrindən heç biri onunla 
qarşılaşmamışlar.  Bunun  səbəbi  bir  tərəfdən  odur  ki,  vəhhabiyyət 
Hicazın hakim sistemində qüvvədə olan ideologiyadır. Digər tərəfdən də 
onların  zat  və  batinində  olan  zəiflikləri  ilə  əlaqədardır.  Buna  görə  də 
vəhhabiyyət öz əsalətlərinin əldən verilməsi və onun əqidə prinsipləri ilə 
ziddiyyət  təşkil  edən  islahatları  qəbul  etmək  məcburiyyətində 
qalmışdılar.  Buna  əsasən,  bu  sahədə  ciddi  səylər  göstərilmişdir  ki, 
vəhhabiyyət yeni həyat və mədəniyyətlə uyğunlaşdırılsın. Bu mədəniyyət 
və  həyat  da  əməldə  Səudiyyə  ölkəsində  yeni  yaranmış  və  qərblilərə 
təqlidçilikdən  başqa  bir  şey  bilməyən  təbəqənin  mədəniyyət  və 
səpgisindən  ibarət  idi.  Onlar,  zahirdə  bunu  etməyə  müvəffəq  olsalar  da 
tələm-tələsik halda gördükləri tədbirləri səthi və məzmunsuzdur. 
“Ərəbistan yarımadasında vəhhabiyyət” məqaləsinin müəllifi səudilərin 
və  onların  xarici  müşavirlərinin  öz  problemlərini  həll  etmək  üçün 
vəhhabiyyətə üz gətirmələrinin səbəbi barəsində belə yazır: “Ən mühüm 
dəlil budur ki, onlar bu vasitə ilə əvvəla, əsl islam mədəniyyətini, insani 
təşkilatları  məhv  etmək,  eləcə  də  öz  əsl  köklərinə  qayıtmaq  istəyən 
narazı  xalq  kütlələrinin  nüfuz  qazanıb  formalaşmasının  qarşısını  almaq 
istəyirdilər  ki,  onlar  ayağa  qalxmasınlar.  Onlar  İslamın  qüdrətli 
mədəniyyətindən  ilham  almaqla  vəhhabiyyət  tərəfindən  təhrif  edilib 
məhv  olmasına  baxmayaraq,  hər  an  və  hər  bir  halda  çox  təhlükəli  idi. 
İkincisi,  onlar  elə  bir  ideologiyaya  ehtiyac  duyurdular  ki,  onun  vasitəsi 


 
199 
ilə  keçid  mərhələsini  ötə  bilsinlər.  Bu  ideologiya  da  iqtisadi,  ictimai  və 
mədəni  sahələrdə  müxtəlif  və  uzun  müddətli  proqramların  həyata 
keçirilməsinə  zəmin  yaratsın.  Başqa  sözlə  desək,  onun  köməyi  və 
əhəmiyyəti  qərbin  hakim  iqtisadi  və  mədəniyyəti  içərisində  həzm 
edilməkdən ibarətdir... 
Hər  bir  halda  fəqirliyin  və  zülmün  hakim  olması  və  digər  çoxlu 
səbəblər  nəticəsində  bu  məhrum  kütlələr  əməldə  qapalı  bir  cəmiyyət 
formasında  qalmışdılar.  Bunun  nəticəsində  də  onların  fikri,  ruhi,  əxlaqi 
dəyərləri  və  nəhayət  bütün  mədəniyyətləri  də  çox  təhlükəli  və  qəbul 
ediləsi  mümkün  olmayan  vəziyyətdə  qaldı.  Siyasi,  iqtisadi  və  mədəni 
yolları istismarçıların əlində olan geridə qalmış bütün ölkələrdə vəziyyət 
belədir.  Onlar  həmişə  təhlükə  törədəcək  bir  qruplarla  qarşılaşır. 
İstismarçı qüvvələr həmişə belə hərəkatlardan qorxmuşlar. Çünki, qərbə 
bağlı  olan  mövcud  fasid  və  yaramaz  hakimiyyəti  təhdid  edən  şey 
cəmiyyətin daxilində, özü də məxfi olan bu halətlərdir ki, onların ruhuna 
və  canına  hopmuşdur,  həm  də  çox  müqavimətli  və  güclüdür.  Daha 
maraqlısı budur ki, təkcə daxili zalımların, yaxud onların himayəçisi olan 
istismarçıların müqabilində,  adətən,  qərb mədəniyyətinin  zatən üstün və 
haqq  olması  ilə  çıxış  edən  mübariz qruplar da  olur. (Ətibinin  qiyamı da 
bu  mübarizələrdən  bir  nümunə  idi.)  Mövcud  olan  bu  xətərli  qrupları 
məhv  edərək  onların  inkişaf  etməsinin  qarşısını  ala  bilən  yeganə  amil 
əvvəla, onların həyat şəraitinin dəyişilməsi,  yalnız istehlakıçı qüvvələrə 
çevrilməsi,  cəmiyyətin  onlara  bağlı  olan  mədəni  və  ictimai  hasarının 
nisbətən zəiflədilməsi, digəri isə onların etimad etdiyi ünsürlərdən ibarət 
olan  ideologiyanın  qəbul  edilməsi  və  həmçinin  rəhbərlik  sistemi 
tərəfindən təlqin olunan siyasətlərlə müvafiq olub razılaşmadır. 
Qeyd olunanlara  diqqət  yetirməklə  demək  olar  ki,  vəhhabi  səudilər də 
İslam  İnqilabından  sonra  və  eləcə  də  Məkkədə  Ətibinin  uğur 
qazanmayan  qiyamından  sonra  bu  nəticəyə  gəldilər  ki,  Ərəbistana  öz 
hakimiyyətlərini davam etdirmək və İslama zərbə vurmaq üçün müəyyən 
tədbilər  görməlidirlər.  Buna  görə  də  var-qüvvələri  ilə  çalışırdılar  ki, 
ucqar yerlərdə və məntəqələrdə mövcud olan mübarizə ocaqlarına nüfuz 
etsinlər,  onların  iqtisadi,  ictimai  və  mədəni  quruluşunu  tamamilə 
dəyişsinlər  və  bu  yolda  ixtiyarlarında  olan  bütün  imkanlardan  istifadə 
etsinlər.  Köçəri  qəbilələri  ev  tikilənə  qədər  çadırlarda  yerləşdirilməsi, 
onlar  üçün  iş  yeri  düzəldilməsi,  onların  yaşadığı  yerlərə  yol  çəkilməsi, 
işıq  və  elektrik  enerjisinin  istifadəyə  verilməsi,  soyuducu  və 
kondisonerlərdən  tutmuş  zinət  əşyalarına  qədər,  xüsusilə  video  kimi 
avadanlıqların gətirilib yayılması və s. kimi işlərdən istifadə etdilər ki, bu 
kimi  şeylər  neft  çıxarılan  əyalətlərdə  əksər  hallarda  pulsuz  paylanırdı. 
Belə  yerlərdə  yerli  əhali  əsas  etibarı  ilə  şiə  idilər  və  İslam  İnqilabının 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə