VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə17/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   13   14   15   16   17   18   19   20   ...   173

 
31 
 
Dünya  valyuta  əməliyyatlarının  coğrafi  bölgüsü  təhlil  edildikdə  aydın  olur  ki,  əməliyyatların 
yarısına yaxın (46, 8%-i) yalnız İngiltərə və ABŞ-ın payına düşür. Nəzərə almaq lazımdır ki, göstərilən 
tarixdə  dünya  valyuta  bazarları  əməliyyatlarının  30%-i  dollar  (avro,  20%-i  dollar/ien,  11%-i 
dollar/funtsterlinq cütlüyü üzərinə düşür.  
C
ə
dv
ə
l № 1. 6 
Dünya valyuta bazarlarının coğrafi bölgüsü 
(aprel aylarında gündəlik orta həcm) mlrd. dollar* 
 
 
1992 
2001 
h
ə
cim 
faiz 
h
ə
cim 
faiz 
Avstraliya  
29 
2, 7 
52 
3, 2 
Kanada  
22 
2, 0 
42 
2, 6 
Danimarka 
27 
2, 5 
23 
1, 4 
Fransa  
33 
3, 1 
48 
3, 0 
Almaniya 
55 
5, 1 
88 
5, 4 
Honq Konq  
60 
5, 6 
67 
4, 1 
İtaliya  
16 
1, 5 
17 
1, 0 
Yaponiya 
120 
11, 2 
147 
9, 1 
Hollandiya  
20 
1, 9 
30 
1, 9 
Rusiya 


10 
0, 6 
Sinqapur  
74 
6, 9 
101 
6, 2 
İsveç 
21 
2, 0 
24 
1, 5 
İsveçrə 
66 
6, 1 
71 
4, 4 
Türkiyə  



0, 1 
İngiltərə 
291 
27, 0 
504 
31, 1 
ABD  
167 
15, 5 
254 
15, 7 
Digər 
75 
6, 9 
139 
8, 7 
Cəmi 
1. 076 
100, 0 
1. 618 
100. 0 
 
* [304, səh. 85].  
  
Valyuta  bazarları  -  tələb  və  təklif  arasında  formalaşan  məzənnəyə  görə  xarici  valyutanın  milli 
valyuta  ilə  alqı-satqısının  həyata  keçirildiyi  rəsmi  mərkəzlərdir.  Valyuta  bazarlarında  iki  xarici 
valyutanın bir-birinə bilavasitə və ya dolayı yolla dəyişdirilməsi də mümkündür.  
  Müasir  anlayışlara  uyğun  valyuta  bazarları  19-cu  əsrdə  formalaşmışdır.  Milli  bazarların 
inkişafı və onların əlaqələrinin genişlənməsi nəticəsində dünya maliyyə mərkəzlərində aparıcı ölkələrin 
valyutaları üçün vahid ümumdünya valyuta bazarı meydana gəlmişdir. Onun əsas xarakterik cəhətləri 
aşağıdakılardır: 
1.  Valyuta  bazarları  alıcı  və  satıcıların  qarşı-qarşıya  dayandıqları  bazarlar  deyillər.  Bu 
bazarlarda alıcı və satıcılar mal bazarlarından fərqli olaraq adətən heç üz-üzə gəlmirlər. Çünki alıcı və 
satıcılar  əməliyyatları  bilavasitə  bir-birinə  deyil,  vasitəçi  rolunu  oynayan  bank,  digər  maliyyə 
təşkilatları və ya fiziki şəxslərlə həyata keçirirlər.  
2.  Valyuta  bazarları  hər  hansı  birja  şəklində  təşkil  olunmuş  bazarlar  deyildirlər.  Valyuta 
əməliyyatları, məsələn, qiymətli kağızlar bazarında olduğu kimi müəyyən bir bina və ya təşkilata malik 
birjalarda aparılmır. Valyuta bazarları təşkil olunmamış bazarlardır. Valyuta əməliyyatları ilə məşğul 
olan bank və vasitəçi təşkilatlar daha  çox tanınmış şəhərlərdə toplanırlar. Lakin  əməliyyatlar müştə-
rilərlə banklar və ya bankların öz aralarında azad bazar şərtləri daxilində aparılır.  
Bəzi  Qərbi  Avropa  (Fransa  və  Almaniya)  və  Skandinaviya  ölkələrində  böyük  kommersiya 
banklarının  təmsilçiləri  hər  iş  gününün  axırında  mərkəzi  bankda,  bu  bank  təmsilçisinin  sədrliyi  ilə 
toplanırlar.  Bu  toplantılarda  və  bu  cari  məzənnələr  əsas  götürülərək,  öz  aralarında  borc  və  alacaqlar 
balanslaşdırılır.  Belə  bazarlar  bir  növ  təşkilatlanmış  bazarlara  bənzəyirlər.  Lakin  bu  ölkələrdə  yenə  də 
valyuta  əməliyyatlarının  böyük  hissəsi  təşkilatlanmamış  bazarlarda  aparılır.  Bununla  yanaşı,  mərkəzi 
banklarda  müəyyən  edilən  iqterbank  məzənnələri,  şübhəsiz,  təşkilatlanmamış  bazarlarda  formalaşan 
məzənnələrə müəyyən dərəcədə təsir edir.  


 
32 
3.  Təsərrüfat  əlaqələrinin  beynəlmiləlləşdirilməsi,  elektron  rabitə  vasitələrindən  geniş  istifadə 
edilməsi valyuta bazarlarının beynəlmiləl xarakterini getdikcə daha çox artırır.  
Yuxarıda  qeyd  edildiyi  kimi,  valyuta  ticarəti  ilə  məşğul  olan  qurumlar  əsas  etibarı  ilə  maliyyə 
mərkəzlərində,  xüsusən,  qiymətli  kağızlar  bazarlarına  yaxın  yerlərdə  toplanırlar.  Lakin  bu,  valyuta 
bazarlarının milli hüdudlarda məhdudlaşdırılması demək deyildir. Dünyanın harasında yerləşməsindən 
asılı olmayaraq valyuta əməliyyatları aparan bankların diler, broker və digər təmsilçiləri faks, teleks, 
telefon və kompyuter şəbəkələri ilə bir-birinə sıx bağlanmışlar. Bununla da, hər hansı bir ölkənin milli 
bazarında  özünü  göstərən  dəyişikliklərdən  başqa  mərkəzlər  dərhal  xəbər  tuturlar.  Vaxtlı-vaxtında 
həyata  keçirilən  informasiya  mübadiləsi  arbitraj  sisteminin  mövcudluğu  dolayı  məzənnələrdə  özünü 
göstərən  hər  hansı  kənarlaşmanın  da  dərhal  nizamlanması  üçün  şərait  yaradır.  Bu  baxımdan,  bütün 
milli  bazarlardakı  məzənnələr  bir-birinə  uyğun  gəlir.  Bu  cəhət  valyuta  bazarlarının  beynəlmiləl 
xarakterinin mühüm göstəricisidir.  
4. Valyuta əməliyyatları bütün dünyada növbə ilə sutka ərzində fasiləsiz olaraq aparılır.  
Qitələr  arasında  saat  fərqlərinin  mövcudluğu  ilə  əlaqədar  olaraq  24  saat  ərzində  dünyadakı 
valyuta  bazarlarından  heç  olmasa,  hər  hansı  biri  açıq  olur.  Məsələn,  ABŞ-ın  Qərbində,  San-
Fransiskoda iş günü qurtararkən uzaq Şərq bazarları (Tokio, Honk-Qonk, Sinqapur) işə başlayır. Bu 
bazarlar  bağlandıqda  isə,  Orta  Şərq  bazarları  artıq  iki  saat  işləmiş  olur.  Valyuta  bazarının  24  saat 
ərzində  heç  bağlanmamasının  məzmunu  budur:  digər  bazarlar  bağlı  olarkən  açıq  olan  yerli  bazarda 
özünü  göstərən  dəyişikliklər  bütün  başqa  bazarlara  da  təsir  göstərir.  Deməli,  dilerlər  səhər  tezdən  işə 
başlayarkən dünən axşam bağlanmış bazarda mövcud məzənnələrdən fərqli bir məzənnə ilə işə başlaya 
bilərlər. Başqa, sözlə, valyuta məzənnələrinin sutkanın 24 saatı boyunca dəyişmək imkanı vardır.  
5.  Valyuta  bazarları  tam  rəqabət  şərtlərinin  hökmran  olduğu  bazarlara  daha  çox  oxşar  olan 
bazarlardır.  
Burada dövlət müdaxilələri minimum səviyyədədir. Bu isə, tam rəqabət şərtləri üçün geniş imkan 
yaradır.  Bu  bazarlarda  alıcılar  və  satıcılar  çoxsaylıdırlar:  hər  bir  iştirakçının  əməliyyatı  bazar 
dövriyyəsinin kiçik bir hissəsini təşkil edir, bazarlara giriş və çıxış sərbəstdir. İştirakçılar hər an dəyişən 
bazar şərtləri haqqında mükəmməl məlumata malikdirlər.  
6. Valyuta əməliyyatları sadələşdirilmişdir, hesablaşmalar müxbir hesabları üzrə aparılır.  
7. Valyuta və kredit risklərini sığortalamaq üçün valyuta əməliyyatları geniş inkişaf etmişdir.  
8.  Möhtəkirlik  və  arbitraj  əməliyyatları  kommersiya  sövdələşmələri  ilə  əlaqədar  olan  valyuta 
əməliyyatlarından xeyli çoxdur.  
9. Bir çox əsas iqtisadi amillərdən asılı olmayaraq, öz xüsusi qanunları əsasında xüsusi birja malı 
olan valyutanın məzənnəsinin qeyri-sabitliyi artır.  
Valyuta bazarı əməliyyatları. Bu əməliyyatlar həyata keçirildikdə aydın olur ki, xarici valyutalar həm 
nəqd,  həm  də  bank  tapşırıqları,  valyuta  vekselləri,  depozit  sertifikatları,  turist  çekləri  və  s.  şəkildə  ola 
bilərlər. Ona görə də valyuta bazarlarında əməliyyatlar həm nəqd, həm də nəqdsiz olaraq aparılır. İxracat 
və idxalat dəyərlərinin ödənilməsi, xaricə kapital ixracı kimi iri həcmli valyuta əməliyyatları nəqdsiz olaraq 
bank tapşırıqları, valyuta vekselləri və s. istifadə etməklə həyata keçirilir.  
Valyuta  bazarının  əsas  funksiyası  beynəlxalq  ticarət  və  kapital  axınlarını  həyata  keçirməkdir. 
Ona görə də müasir şəraitdə valyuta bazarları öz həcminə görə dünyada ən böyük maliyyə bazarlarıdır. 
Valyuta  bazarında  valyuta  təklif  edənlər,    yəni  alıcılar  və  vasitəçi  qurumlar  iştirak  edirlər.  Tələb  və 
təklifin  nisbəti  valyuta  məzənnəsini  müəyyən  edir.  Valyuta  bazarlarının  müştəriləri  ixracatçı  və 
idxalatçı kimi kommersantlarla yanaşı, xarici mənbə əldə etmək və ya xaricə kapital qoymaq istəyənlər
transmilli  şirkətlər  və  dövlət  təşkilatlarıdır.  Bazarda,  həmçinin,  möhtəkirlər,  arbitrajçılar  və  valyuta 
səbətini  balanslaşdırmaq  istəyən  bank  və  maliyyə  təşkilatları  da  alıcı  və  satıcı  kimi  iştirak  edirlər. 
Nəhayət, valyuta məzənnəsinə müdaxilə etmək üçün mərkəzi banklar da, bəzən alqı-satqı əməliyyatları 
aparırlar.  
Valyuta  bazarında  əsas  vasitəçi  təşkilat  kommersiya  banklarıdır.  Demək  olar  ki,  bütün  böyük 
banklar öz müştərilərinə valyuta alqı-satqısı üzrə xidmət göstərirlər. Belə bankların hər birinin ayrıca 
valyuta departamenti vardır. Valyuta məzənnəsini müəyyən etmək, valyuta səbətini balanslaşdırmaq və 
s.  bu  departamentin  funksiyalarına  daxildir.  Bir  sıra  kiçik  banklar  isə  valyuta  ticarətini  iri  banklar 
vasitəsilə həyata keçirirlər. Onlar bəzən iri bankların adından müştərilərə valyuta xidməti göstərirlər. 
Bəzən isə iri bankların mənbələrindən istifadə edirlər.  
Bank  olmayan  bir  sıra  maliyyə  təşkilatları  da  valyuta  bazarında  vasitəçi  kimi  çıxış  edirlər.  Bu 
təşkilatlar  valyuta  ticarəti  ilə  məşğul  olan  şirkətlərdir.  Fiziki  şəxslər  də  bu  əməliyyatlarda  iştirak 
edirlər.  Burada  brokerlər  də  ayrıca  fəaliyyət  göstərirlər.  Bunlar  bir  növ  kommusionçu  mahiyyəti 
daşıyırlar,  yəni  onlar  alqı  və  satqı  təkliflərini  tarazlaşdıraraq,  əməliyyatların  həyata  keçirilməsinə 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə